“Allah haradadır?” sualı buna görə səhvdir
... Yəhudi alimlərindən biri Əmirəl-möminindən (ə) görüşür. İmam (ə) ona buyurur ... Ancaq onu bil ki, biz bu əqidədəyik ki, məkanı Allah yaratmışdır. Ona görə də Onun məkanı ola bilməz. O, ondan üstündür ki, məkan Ona yer verə bilsin. Heç bir mövcud Onun tədbirindən uzaq deyildir. Əgər sizin öz kitabınızdan dediklərimin doğruluğunu isbat edən dəlillər gətirsəm, müsəlman olarsan?”. Yəhudi alimi deyir: “Bəli”. İmam əli (ə) buyurur: “Sizin dini kitabların birində bu mövzu vardır ki, deyir: “Musa ibn İmran (ə) bir gün əyləşmişdi ki, anidən şərq tərəfindən bir mələk gəlir. Musa (ə) buyurur: “Haradan gəlmisən?”. Deyir: “Allahın yanından”. Başqa bir mələk qərbdən gəlir və Musa (ə) soruşur ki, sən haradan gəlmisən? Mələk deyir: “Allahın yanından”. Başqa bir mələk gəlir və Musa (ə) ona da həmin sualı verir və o, deyir: “Yerin yeddinci qatından, Allahın yanından”. Musa (ə) bu mənzərəni görüb, təəccüblə deyir: “Allah pak və ucadır ki, heç bir yer Ondan boş deyildir””. Bu əhvalatdan sonra yəhudi İmam Əlinin (ə) dediklərinin doğruluğuna şəhadət verir.
Qurani-Kərim əsasən insanın ömrünün qarşılığı olaraq nəyi dəyərsiz hesab edir?!
Quran əsas etibarilə dünya həzlərini çox aşağı və dəyərsiz hesab edir! \"Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!\" (Ali-İmran, 196-197).
İzah: Kafirlərin dünyada daha çox rifah içində yaşamasında diqqət olunası mühüm bir məqam budur ki, Quran əsas etibarilə dünya həzlərini çox aşağı və dəyərsiz hesab edir. Belə ki, möminlərə layiq bilmir və böyük axirət nemətləri ilə müqayisə olunmamasını bildirir...
Hədis: İmam Səccad (ə): “Ey Allahın bəndələri! Bilin ki, Allah, övliyaları üçün keçici dünya zinətini sevmir.” (Kafi, c. 8, səh. 29).
Ədaləti o kəs icra edə bilər ki...
Ədalətin bərpa olunması bəşəri cəmiyyətlərin keçmiş arzusudur!
\"Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Məğlubedilməzdir.\" (Hədid, 25).
İzah: Ədalətin bərpa olunması bəşəri cəmiyyətlərin keçmiş arzusudur. Qurana görə, peyğəmbərlərin (ə) göndərilməsinin hədəflərindən biri ədalətin bütün sahələrdə – hüquqi, ictimai, siyasi və s. – reallaşdırılmasıdır. Peyğəmbərlər (ə) özləri ədalətli olduqları və ictimai ədalətin icrası zamanı gizli qalan tərəfləri bildikləri üçün bu dini amalın gerçəkləşməsində ən uyğun fərdlərdirlər...
Çarəsizliyin həlli üçün hədislər duada nəyə əhəmiyyətəli yanaşmağı tapşırır?!
İmam Sadiq (ə) buyurur: Əgər dua qaydalarına riayət etməsən qəbul olunmasını gözləmə! \"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?\" (Nəml, 62).
İzah: Duanın bir sıra qaydaları və şətləri vardır ki, onlara diqqət etmək zəruridir. Onlardan biri budur ki, insan özünü çarəsiz və Allaha möhtac görsün. Ehtiyacının aradan qalxması üçün kimsəni Ona şərik qoşmasın. Başqa sözlə, Allahı problemlərini aradan qaldıran yeganə varlıq olaraq görsün və Onun sonsuz qüdrətinə inansın. Əksər insanlar Allahı yalnız o zaman çağırırlar ki, zahirdə heç bir başqa nicat vasitəsi qalmır. Amma mömin daim özünü Allahdan qeyrisindən tam ehtiyacsız bilir...
Qurani Kərimə əsasən İlahi nemətlərin artması üçün nə etmək lazımdır?!
Şükrün faydası yalnız bəndələrin özünə aiddir. \"O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.\"(İbrahim, 7-8)... Hədis: İmam Əli (ə): “Hər bir nemətin şükrü Allahın haramlarından çəkinməkdir.” (Mişkatul-ənvar, səh. 35).
Hidayət istəyənə Əllamə Təbatəbai hansı qısa və dəyərli nəsihət etmişdir?!
Doğru yol istəyən şagirdlərinə mərhum Əllamə Təbətəbaidən qısa və mühüm nəsihət. – Mərhum Əllamə Məhəmməd Hüseyn Təbatəbai, İslamin böyük filosof və təfsir alimlərindəndir. O, həmçinin arif, böyük mənəviyyata sahib bir şəxs idi.
Bir çox dəyərli əsərin, o cümlədən “Təfsir-Mizan”ın sahibi olan mərhum Əllamə yazdığı əsərlərlə bərabər, verdiyi dəyərli həsihət və hikmətli kəlimələrlə də insanların qəlbini fəth edib. O böyük insandan nəql olunan xatirələrin birində qeyd olunur ki, Əllamə öz şagirdlərinə daim belə bir nəsihət edərdi: “Sübh yuxudan durandan nəzarət altında olduğunu bilən şəxs özünə nəzarət edə bilər...”
Kufədə həzrət Cəbrayıl məqamı – Vəhy mələyi bu şəhərə gəlibmi?
Həzrət Cəbrayılın bu məscidə gəlməsi haqqında insanlarda bəzi suallar doğurur. Mənbələrdə bildirilir ki, həzrət peyğəmbər (s) merac gecəsində Məscidul-Həramdan (Məkkə) Məscidul-Əqsaya (Fələstin) merac edərkən həzrət Cəbryıl bu bərəkətli, qədim peyğəmbərlərin məkanını Allah Rəsuluna (s) işarə edir. Onlar Allahın icazəsi ilə bu peyğəmbərlər məkanına gəlirlər. İslam peyğəmbəri (s) burada 2 rəkət namaz qılır. Bu bərəkətli məqamda həm peyğəmbər (s) məqamı, həm də həzrəti Cəbrayıl məqamı vardır. (Fəzlul-kufə səh-28, Bihar 100/397)
İmam Əli (ə) Kufəyə ilk dəfə gəldikdə məsciddə kütlə qarşısında çıxış edir və buyurur ki, bu məscid Allah Təalanın heç bir ümmətə bəxş etmədiyi, sizə bəxş etdiyi bir nemətdir. Bura qardaşım Adəmin, Nuhun evidir, burada Xızırın, İdrisin, İbrahimin məqmları vardır. İmam buyurur ki, övladım Məhdi (ə.f) zühur etdikdə burada namaz qılacaq, bu məscid onun (ə.f) namazgahı olacaq.
Həqiqi mömini necə tanımaq olar? – Peyğəmbərimizin (s) mübarək izahı
Həzrət (s) buyurur: “Müsəlman o kəsdir ki, başqa müsəlmanlar onun əlindən və dilindən amanda olarlar. Mömin o kəsdir ki, insanların malı və canı onlara qarşı amanda olar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur ki, o insan ki, ancaq öz rifahını düşünər və başqalarına qarşı biganə olar, bu cür insan müsəlman deyildir.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, səhəri edər və müsəlmanların işləri üçün səy göstərməz – onlardan deyildir. O kəs ki, başqasının fəryad səsini eşidər və onun yardımına tələsməz – müsəlman deyildir”. Ona görə də dinimiz ancaq şəhadətləri demək, bəzi vacibatları yerinə yetirməklə bitməz. Həqiqi müsəlman o kəsdir ki, həm dinin buyurduqlarına əməl etsin, həm haram buyurduqlarından çəkinsin, həm əxlaq və rəftarını islah etsin, həm də insanlara xidmət üçün səy göstərsin.
O insanlar ki, qeyri-əxlaqi rəftarları ilə İslamı sual altına alar, onlar Qiyamət günü buna görə cavab verəcəklər. “Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin (s) dəvətini, onun dinini və Kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır”. (“Səff” 8).
Qurani Kərim İnsanların vəzifə cəhətdən bölündükləri 4 dəstəyə bölür?!
İmam Əli (ə) “Nəhcul-bəlağə”də insanların İlahi vacibatları yerinə yetirib-yetirmədiklərinə görə onları dörd dəstəyə bölmüşdür. Bu insanlar ibarətdir:
1. O kəslər ki, Allahın qoyduğu bütün qanun və qaydaları sorğu-sualsız yerinə yetirərlər və günaha düçar olmazlar. Qurani-Kərim bu insanları behişt əhli adlandırmışdır. “Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 72).
2. O kəslər ki, kəbirə günah etməyiblər. Ancaq bəzən səğirə günaha düçar olublar. Allah bu insanları da dindarlıqlarına görə bağışlayıb, behişt əhli etmişdir. “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)”. (“Nisa” 31)...
Qiyamət günü hesabsız behiştə gedənlər olacaqmı?
İmam Sadiqin (ə) nəzərinə görə, Qiyamət günü insanlar üç dəstəyə bölünəcəklər ki, onlar ibarətdir:
1. Bir dəstə o kəslərdir ki, başqa insanlar hesab verməklə məşğul olduqları halda onlar İlahi qürb məqamında qərar tutar və onların bu hesaba ehtiyacı olmaz. Çünki bu mərhələləri dünyada olan zaman keçmişdir.
2. Bir dəstə o kəslərdir ki, Qiyamət günü gərək hesab versinlər və onun dayanacaqlarından keçsinlər. Hesab verdikdən sonra əməllərin savab və ya cəzasına çatarlar.
3. Bir dəstə isə o kəslərdir ki, dünyada Allahdan qaçdıqları üçün cəhənnəm quyusuna enərlər.
Beləliklə deyə bilərik ki, Qiyamət günü o kəslər ki, xalis mömindirlər – onlar hesab vermədən, birbaşa behiştə daxil olarlar. Çox təəssüf ki, bu cür insanların sayı həddən artıq azdır.