Allah-Taalanın (c.c) hikməti dedikdə nə başa düşülür?!
Ancaq dinimizin nəzərinə görə, hikmətin bir neçə sahəsi və mənası vardır. O cümlədən:
1. Elmi hikmət. Bu, ən üstün elmdir ki, Allahın zatına aiddir. Belə ki, hikmət Allahın elmindən və İlahi sevgidən mənbələnir.
2. Dünyanın tədbiri. Belə ki, varlıq aləmi xüsusi qanunlar əsasında xəlq olunmuşdur. Bu dünyanın planı o qədər dəqiq qurulmuşdur ki, hər bir şey öz yerində ən yaxşı şəkildə qərar verilmişdir.-Səcdə/7
3. Allahın hər bir əməlinin hədəfi vardır. Allah heç bir zaman yersiz və boş işlər yerinə yetirməz. Quran bu haqda buyurur:“Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də(cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!”. (“Sad” 27)...
Qiyamətdə Günəş, Ay işıq saçmayacaq. Bəs işıq verən nə olacaqdır?
Qiyamət günü fəzanı işıqlandıracaq Günəş, Ay, ulduzlar olmayacaqdır. Qiyaməti aydınlandıran nur – insan nəfsinin nuru olacaqdır. Bu nur – həmin bəsirət nurudur. O günü insana doğru yolu göstərəcəkdir. Qurani-Kərim bu haqda buyurur: “Mömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət və bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu, həmin böyük uğur və qurtuluşdur!
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur: “Qiyamət günü imanlı insanların nuru onların qarşılarında hərəkət edəcəkdir. O zamana qədər ki, behiştdəki mənzillərinə daxil olarlar”. Hz Peyğəmbər (s) buyurur: “Allah Qiyamət günü hər kəsə əməlinə görə nur inayət edər”. O kəslərin ki, imanı güclüdür – əlbəttə ki, onların nuru başqalarından daha çox olacaqdır. Beləliklə deyə bilərik ki, bəsirət çırağı elə bir nur saçar ki, insana həm dünyada və həm də Qiyamət günü doğru yolu göstərər və məqsədinə, əsil mənzilinə çatdırar. İnsan bu nuru ancaq qəlb gözü ilə görə bilir...
Qurani-Kərim, Tövratı və İncili təsdiq edirmi?
Quran sonuncu səma kitabı olaraq, özündən əvvəl gələn səma kitablarını təsdiq etmiş və onların Allah tərəfindən nazil olduğunu bəyan etmişdir. Əlbəttə ki, təhrif və dəyişdirilməmiş hissələrini. Quranın bu deyilənləri isbat edən ayələrinə nəzər salaq:
1. “Onlara «Allahın nazil etdiyinə (Qur’ana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki, o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!»”. (“Bəqərə” 91).
2. “Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır). Və ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar)”. (“Ənam” 92).
Varlıq aləmində təsadüfi yaranışlar olurmu?
Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır”. (“Əhzab” 38).
“O Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir”. (“Furqan” 2).
Allah Təbarəkə və Təala bu kimi ayələri ilə bizə başa salır ki, bizə verilən hər bir şey – Allahın hikməti və məsləhəti üzərindən olmuşdur. Bu dünyada yaranan hər bir şey və baş verən hər bir hadisə də Onun hikmət və iradəsi əsasında olur.
Zalımların zülmləri İlahi iradəyə söykənə bilərmi?
Bu sualın cavabında gərək deyək ki, bu ayənin ümumi bir mənası vardır və o da budur ki, bütün yaxşı və pis hökumətlər Allahın iradəsi əsasında olur – amma hamının başa düşdüyü mənada yox. Bir şərti dərk etmək lazımdır ki, Uca Allah dünyanın inkişaf etməsi üçün silsilə amillər xəlq etmişdir. Bu amillərdən istifadə etməyin özü – həmin İlahi iradədir. Yəni, Allah Təala müəyyən səbəb-nəticə qanunauyğunluğunu yaratmışdır və hamı, o cümlədən zalımlar, bu qanunauyğunluqlardan istifadə edərək, müəyyən nəticələr hasil edə bilərlər. Allah Təala bu dünyanı imtahan dünyası olaraq qərar vermişdir və insanlar bu İlahi qanunları necə tətbiq edirlər – bu mövzuda insanların seçim azadlığı və muxtariyyəti var. Və insan bu seçiminə görə, niyyətinə görə, əməlinə görə Allah qarşısında cavab verəcəkdir. Ona görə də Allahın iradəsi deyildikdə, yəni müəyyən amillərin təsiri nəzərdə tutulur. Əgər zalım insanlar: Yezid (lən), Çingizxan, Firon, Hitler kimilər – bu amillərdən öz niyyətləri üçün istifadə edərlərsə və müəyyən nəticə əldə edərlərsə, bu, onların əməllərinin nəticəsi olar, İlahi iradənin deyil. Məhz ona görədir ki, Məsumlarımız (ə) buyurur ki, hər bir millət malik olduğu hökumətə layiqdir...
Elmi işlər görərək yaradıclıq edən İxtiraçılara İlahi mükafat veriləcəkdirmi?
Bəzən bir insan kiçik bir iş görür, lakin niyyəti yüz faiz insanlara xidmət etmək olur. Əgər bu insanların əməl dəftərini həm əməlin nəfsinə və həm də niyyətinə görə araşdırsaq, görərik ki, bir neçə haldan xaric deyildir:
1. Bəzən bir ixtirada niyyət ancaq dağıdıcı xarakter daşımışdır. Sonra isə həmin ixtirada insanlar üçün mənfəət də yaranmışdır ki, bu, həmin ixtiraçının əsl hədəfi olmamışdır. Ya da ikinci dərəcəli hədəf olmuşdur. Bu ixtiraçıların təklifi aydındır.
2. Bəzən bir ixtiraçı öz ixtirasını edən zaman maddi mənfəət və ya şan-şöhrət qazanmaq kimi hədəfi təqib edir. Əslində bir tacirə bənzəyir ki, daha çox maddi mənfəət qazanmaq üçün bu kəşfi edir.
3. Bəzi ixtiraçıların niyyət insanlara xidmət etməkdir. Ya da əgər Allaha inanırsa, Allaha xatir insanlara xidmət etmək istəyir. Bu cür insanların əgər imanı varsa, şübhəsiz ki, etdikləri əməlin mükafatını axirətdə əldə edəcəklər. (“Yusif” 90).
Nədən bilək ki, yaxşı nədir, pis nədir?
Ətrafımızda olan insanlar hər gün elə işlər görürlər ki, bəzilərini yaxşı və bəzilərini isə pis hesab edirik. Bəs doğrudandamı həmin işlər yaxşı və pisdir? Yaxşı və pis üçün əsil meyar nədir? Allah Təala bunun üçün insana iki nemət vermişdir ki, biri zahiridir və biri isə batinidir. Zahiri meyar – Həzrət Peyğəmbərdir (s) ki, onun etdiyi hər bir əməl yaxşı və pis üçün meyar sayılır. İkincisi isə ağıldır ki, insan onun vasitəsilə hansı işin yaxşı və hansının pis olduğunu müəyyən edə bilir.
Bu iki meyar birləşən zaman isə kamil insan üçün hidayət və təkamül yolu açılır ki, bu da onu irəliyə doğru hərəkətə gətirir. Bu bərəkətlər ilə tanış olaq:
1. Dini ruhən qəbul etmək. İnsan hər nə qədər çox ağlından istifadə etsə, görər ki, din onun ancaq faydasına olan əməllərə göstəriş verir.
2. Vəhdətə can atmaq. Dinsiz ailədə doğulan uşaqlar adətən dinə qarşı meyilsiz olurlar. Əgər bu cavan dinə meyil əldə edərsə, bu zaman ağıl onu tək qoymaz. Ona nəyin yaxşı və nəyin pis olduğunu öyrədər. Bu zaman ağıl ilə din vəhdət təşkil edər...
İslam maarifinin tapşırıqlarına əsasən Nə edək ki, insanların sevimlisi olaq?
İnsan xilqət baxımından həmişə sevilib və sevməyi xoşlayan varlıqdır. Bəs nə edək ki, başqaları tərəfindən sevilək?
1. Gülər üz. İmam Əli (ə) buyurur: “Sənin gülər üzün – ilk yaxşılığındır və sənin nəcibliyinə dəlalət edir”. İmam Əli (ə) buyurur: “Gülər üz düşmənçilik atəşini söndürər”.
2. İnsaflı olmaq. İnsana başqalarının məhəbbətini qazandıra bilən əməllərdən biri də insaflı olmaqdır. İmam Əli (ə) buyurur:“Hər kim insanlarla insafla rəftar edərsə, Allah onun izzətini artırar”.
3. İnsanlara “xoş gəlmisən” demək. İmam Əli (ə) buyurur: “Gülər üz, bəxşiş, yaxşılıq və “xoş gəlmisən” demək insanların dostluğuna səbəb olar”...
Allah-Taala (c.c)hansı 3 dəstə insanı həqiqi ziyankar hesab edir?!
Qurani-Kərim bu haqda buyurur: “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar (ə) və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).
1. İlahi əhd hər bir insan üçün fərqlidir. Peyğəmbərlər (ə), vəsilər (ə) üçün bir növdür, başqa insanlar üçün bir növdür. Kitab əhlinin boynunda olan əhd isə daha ağırdır.
2. Allah Təbarəkə və Təala istəyir ki, cəmiyyətdə həmişə əmin-amanlıq və hüzur olsun. Ona görə də sileyi-rəhmə həmişə təşviq etmiş və onun savablarını bəyan etmişdir: ömrü uzadar, ruzini artırar, yoxsulluğu uzaqlaşdırar...
3. Bu dəstə insanlar fasiq insanlardır ki, yer üzündə ancaq fəsad törətmək istəyirlər. Quran onların bu əməllərini xusran hesab edir və onları ziyankar adlandırır.
İslam maarifinə əsasən 7 dəstə ən yaxşı insan və 2 dəstə ən pis insan kimlərdir?!
Quran əməl və sifətlərinə görə insanları iki qütb dəstəyə bölmüşdür: ən yaxşı insanlar və ən pis insanlar. Ən yaxşı insanlar kimlərdir?
1. Təqva əhli. Allah Təala Qurani-Kərimin bir çox ayələrində insanları təqvaya dəvət etmiş və təqvalı insanları mədh etmişdir. “Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır”. (“Hucurat” 13).
2. Mücadilə əhli. Allah yolunda mücadilə edən insanlar – Allahın ən sevimli insanlarıdır. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan, cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər)”. (“Tövbə” 111)...