Allah-Taala (c.c) dərgahında həya etmək imanın əlamətidir?!
Həya ilə iman bir qabda olarlar! Həyadan uzaq olmaq imanı aradan aparar. Həya olmadan, imandan bir şey qalmaz. Bu cür insanda xeyir olmaz, onu gözəl gələcək gözləməz. O, fəsad nümunəsi olar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, həya libasını cırar – onun qeybəti caizdir”. O kəs ki, bilərəkdən günah edər və fəsadı yayar, öz iffət libasını cırmış olar. Gözü, qulağı, dili müxtəlif günahlara düçar olar. Söyüş söyməkdən, haram yeməkdən, münkərlərə düçar olmaqdan çəkinməz. O, cəmiyyəti öz fəsadı ilə məhvə doğru aparar. Ona görə də bu cür insanın qeybəti bir növ nəhyin münkər olunmasıdır. Bu yolla başqalarının həmin yola düşməsinin qarşısı alar.
İmam Baqir (ə) buyurur: “Həya və iman bir qabda bir-birinin yanında qərar tutarlar. Əgər onlardan biri gedərsə, o birisi də onun ardınca gedər”...
Yas mərasimlərində ehsan yemək barədə İslamın baxışı necədir?!
O zaman ki, insan dünyasını dəyişər, hədislərimizin nəzərinə görə, o evdə üç gün yemək yemək məkruhdur və bəyənilməzdir. Əksinə qohumlar və yaxınları üç gün əza əhli üçün özləri yemək hazırlayıb gətirməlidirlər. Çox təəssüf ki, bunun əksi yanlış adət hələ də ürfümüzdə qalmaqdadır. Bu adətin kökünə baxsaq, görərik ki, cahiliyyət dövrünə gedib çatır.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, Cəfər ibni Əbitalibi öldürdülər, Peyğəmbər (s) Fatiməyə (s.ə) əmr etdi ki, onun ailəsi üçün yemək hazırlasın və üç gün onlar üçün göndərsin. Ona görə də müsibət görmüş ailəyə üç gün yemək göndərmək sünnət oldu”.
İmam Sadiq (ə) buyurur: “Əza sahiblərinin evində yemək yemək cahiliyyətin əməllərindəndir və sünnət budur ki, əza sahibləri üçün yemək göndərilsin”.
Maddi nemətlərdən düzgün istifadə etməyin 2 meyarı hansılardır?!
İmam Əli (ə) buyurur: “Haram, pis təamdır”. İmamın (ə) nəzərinə görə, ən yaxşı yemək – o yeməkdir ki, halal olsun. Baxmayaraq ki, ləzzətli olmasa belə. Haram yemək hər nə qədər ləzzətli olsa da, pis təam hesab olunur. Dünya nemətlərindən bəhrələnməyin başqa meyarı miqdardır. Yəni, insanın bu nemətdən istifadə etməkdəki məqsədi ehtiyacını aradan aparmaq olmalıdır. Nə çox və nə də az.
İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! O şeyi ki, ehtiyacından çox əldə etmisən, başqalarının xəzinədarı olursan və sənin üçün (o malın) faydası olmaz. Malların bir çoxu onların adınadır, lakin ondan ən kiçik bəhrə almırlar”. Beləliklə deyə bilərik ki, dünya nemətlərindən bəhrələnməyin ən mühüm meyarları onun halal olması və ondan istifadənin etidal həddə olmasıdır.
Vasvası adam - iradəsizlikdən iblisə (lən) tabe olandır?!
Abdullah ibni Sənan nəql edir: “Tanışlarımdan biri dəstəmaz alan zaman və namaz qılanda vasvasalıq edərdi. Dəfələrlə dəstəmaz yerini yumağına baxmayaraq, yenə də qane olmazdı. Onu yanlış hesab edib, yenə dəstəmaz alardı. Bir gün Həzrət Cəfər Sadiqin (ə) xidmətinə getmişdim və bu tanışım yadıma düşdü. İmama (ə) dedim: “Baxmayaraq ki, o aqil bir insandır, ancaq dəstəmaz alan zaman vasvaslıq edir”. İmam (ə) buyurdu: Bu necə ağıldır ki, onda mövcuddur? Necə ağıldır ki, şeytanın ardınca gedər?”. Təəccüblü halda soruşdum: “Şeytanə necə pərəstiş edər ki?”. İmam (ə) buyurdu: “Onun özündən soruş, gör bu vasvasılıq haradan gəlir? Özü cavab verəcəkdir ki, şeytanın işidir. Çünki o, yaxşı bilir ki, iradə süstlüyü və vəsvəsə şeytanın təlqinidir...
İslam maarifinə əsasən İnsanların ən ağıllısı kimdir?
İnsanların həyatında mühüm olan məsələlərdən biri də həyatın müxtəlif vəziyyətlərində özünü necə aparmağı bacarmaqdır. Nə zaman əmr-be-məruf edib, nə zaman susmağını biləsən. Nə zaman güzəşt edib, nə zaman hərəkət etməyini biləsən. Nəyin pis olduğunu biləsən və dəyərləndirəsən. Ona görə də dinimiz müsəlmanları aqil olmağa dəvət edir və buyurur ki, əgər aqil olarsansa, bütün bunların öhdəsindən gələ bilərsən. İmam Əli (ə) buyurur: “Aqil o kəs deyildir ki, yaxşını pisdən ayırar. Əslində aqil o kəsdir ki, pisliklər içərisindən onların ən yaxşısını tanıyar”. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşısı – ağıl sahibləridir”. Sual verirlər ki, ağıl sahibləri kimlərdir? Həzrət (s) buyurur: “O kəslər ki, gözəl əxlaqa malik olarlar...
Neçə dərdin dərmanı olan bir zikr – Peyğəmbərin (s) dilindən!
Allah Rəsulu (s) buyurub: Ya Əli sənə elə bir kəlimələr təlim edim ki, hər çətinlik və bəladan o zikirlə nicat tapasan? O zaman de: Bismılləhir- rəhmanir -rəhim. La həulə və la quvvətə illa billahil əliyyil əzim. - Zikr rəbbini xatırlamaq mənasındadır. Ümumilikdə zikri iki qismə - dil və qəlb zikri olaraq ikiyə bölürlər. Baxmayaraq ki ən üstünü qəlb zikridir, dil zikridə bəyənilir. Həm də dil zikrinə çox təkid edilir. Çünki dil zikri də öz növbəsində insanın qəlb zikrinə yetişməsinə, rəbbi ilə mənən bağlılıq qurmasına şərait yaradır.
İmam Baqir (ə) bu zikrin bəyanında buyurur ki,güc və qüvvət Allah Təalaya məxsusdur. İnsan bu zikiri deməklə öz itaət gücünü Allaha Təalaya nisbət verir, yəni rəbbi ona itaət üçün güc verib. Bir günahla üzləşəndə də rəbbi onunla o günah arasında bir ruhani hal, bir maneə yaradır və insanı günahdan qoruyuyr. Allah Təala insana verdiyi güc və inayətlə insanı qoruyur.
Qafil insanlarla dostluq etmək Qiyamət günü insana hansı zərərə aparar?!
Qafillərlə dostluq etməmək! Yuxarıdakı ayə bəzi insanların Qiyamət günü qafil və günahkarlarla dostluq etdikləri üçün çəkəcəyi acı peşmançılıq fəryadının ifadəsidir
\"Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.\" (Furqan, 27-29).
Hədis: İslam peyğəmbəri (s): “Yaxşı yoldaş təklikdən daha yaxşı, təklik isə pis yoldaşdan daha yaxşıdır.” (Əmali, Tusi, səh. 535, hədis: 1162).
Möminlərin ucalacağı, kafirlərin alçalacağı gün nə zaman gələcək?!
Kafirlər təkəbbür və qürur taxtından aşağı çəkiləcək! \"Vaqiə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O (kafirləri) alçaldacaq, (möminləri də) ucaldacaqdır.\" (Vaqiə, 1-3).
İzah: Qiyamət elə bir gündür ki, zahiri dünya məqam və üstünlükləri sona çatacaq və hər kəs öz gerçək yerini görəcəkdir. (Dünyada təhqir olunan) möminlər əziz və hörmətli olacaq, (dünyada zahiri şövkət və cah-calal sahibi olan) kafirlər təkəbbür və qürur taxtından aşağı çəkiləcək, öz gerçək yerlərini anlayacaqlar...
İmam Hüseynin (ə) yoxsul insana hansı üç 3 sualı verdi?!
Bir nəfər İmam Hüseyindən (ə) maddi yardım istədi! İmam (ə) buyurdu: “Ey ərəb qardaş! Mən sənə üç sual verəcəyəm. Əgər birincisinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisini həll etsən, üçdə ikisini verəcəyəm. Əgər sualın üçünə də cavab versən, bütün məbləği almağa layiq olacaqsan”.
Həmin şəxs dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Sizin kimi aqil bir insan mənim kimi nadana sual verəcək? Siz elm və şərafət nəslindənsiniz”.
İmam Hüseyn (ə) buyurdu: “Mən cəddimdən eşitmişəm ki, buyurub: “İnsanlara yaxşılıq, onların mərifət və tanıma həddinə görədir””. Həmin şəxs dedi: “Onda, nə istəyirsinizsə soruşun. Əgər bələd olsam, cavab verəcəyəm. Əks halda sizdən istifadə edəcəyəm”. İmam (ə) soruşur: “Hansı əməlin fəziləti daha çoxdur?”. Deyir: “Allaha imanın”. İmam (ə): “Giriftarlıqdan çıxış yolu nədir?”. Deyir: “Allaha etimad etmək”. İmam (ə): “Bir kişinin həqiqi gözəlliyi nədədir?”. Deyir: “Mülayimlik və səbirlə birlikdə olan elm”. İmam (ə): “Əgər o, olmasa?”. Deyir: “İnsafla olan sərvət”. İmam (ə): “Əgər o, olmasa?”. Deyir: “Səbirlə birlikdə olan yoxsulluq”...
Əlinin altında olanlara qəzəblənmək – alçaqlığın nişanəsidir!
Həzrət Peyğəmbər (s) buyurur: “Bilin ki, ən üstün insanlar o kəslərdir ki, gec qəzəblənər və tez razı olarlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəzəb – şeytandan və şeytan da atəşdən xəlq olmuşdur. Atəş su ilə sönər. Ona görə də nə zaman sizlərdən biriniz qəzəblənsəniz, dəstəmaz alın”. Hz Rəsuli-Əkrəm (s) buyurur: “İgidlik odur ki, kimsə qəzəblənər və qəzəbi şiddətlənər, üzü qızarar və tükləri titrəyər – ancaq öz qəzəbini yatızdırar”.
İmam Əli (ə) buyurur: “Qəzəb – çox pis yoldaşdır. Eyibləri aşkar edər, pislikləri yaxınlaşdırar və yaxşılıqları uzaqlaşdırar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim qəzəblənən zaman özünü kontrol etməzsə - bizdən deyildir”...