İnsan niyə söyüş söyür? Necə xilas olmaq olar?!


Dilin bəlalarından biri də söyüş söymək və pis sözlər deməkdir. İnsan bu zaman qəbahətli sözləri dilinə gətirər və qarşı tərəfə nisbət verər. İnsanlıq şənindən uzaq sözlərin dilə gəlməsi onun məqamını alçaldar və Allah yanında xar edər. Ona görə də mömin gərək dilini bu kimi sözlərə adət etdirməsin, əksinə onları söyləməkdən çəkinsin və dilinə nəzarət etsin. Hətta istisnavi hallarda belə, dilinə hakim olmağı bacarsın. Bəs söyüş söyməyə hansı amillər səbəb olur?
1. Qəzəb. O zaman ki, insan başqa bir insandan narazı olur və qəzəblənir, ona əziyyət vermək istəyir. Söyüş yolu ilə onu incitmək istəyir. Yəni, söyüş söyməklə bir növ öz ürəyini sakitləşdirmək, onu incidən adamı sarsıtmaq istəyir. Halbuki, özünü həmin zülm edən insanla bir səviyyəyə qoyur.
2. Adət. O zaman ki, insan alçaq və fasiq insanlarla dostluq edir, istər-istəməz onların pis sözləri dilinə hakim olur və adət halını alır. Bu zaman insan dediyi sözlərə diqqət etmir və nə qədər çirkin bir iş gördüyünü hiss etmir...


Hansı qüssədən başqa, hər bir qüssənin fərəci vardır?!


Qiyamətin xüsusiyyətlərindən biri də budur ki, nemətləri və cəzaları əbədidir. Ona görə də şadlıqları da, qəmləri də əbədidir. Qurani-Kərim buyurur: “Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr, (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!”. (“Həcc” 22).
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir qüssənin fərəci vardır, atəş əhlinin qəm və qüssəsindən başqa ki, sona çatmır”. Ancaq əksinə - behişt əhli əbədi nemət içində olduqları üçün, çox şaddırlar. Allah Təala saleh əməllərinə görə onları behiştə daxil etmişdir. (Həvzəh) “Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri)bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir»”. (“Fatir” 34). Bəs kimlərin qəmi başqalarına nisbətən daha çoxdur? Kimlər əbədi olaraq cəhənnəmdə qalacaqlar? 1. Kafirlər. «Kafir olan və Bizim (tövhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar». (“Bəqərə” 39)...


Türmə rəislərini ibadəti ilə heyran edən hansı imam idi?!


İsa bir müddət sonra Haruna məktub yazır və xəbər verir ki, İmam Kazım (ə) zindanda ancaq ibadətlə məşğul olur. Ya kimisə göndərsin ki, onu azad etsin, ya da mən özüm onu azad edəcəyəm. Harun bundan sonra İmamı (ə) Bağdada gətirir və onu Fəzl ibni Rəbihə tapşırır. Bir müddət sonra ona əmr edir ki, İmama (ə) işgəncə versin, ancaq Fəzl qəbul etmir. Ona görə də Harun İmamı (ə) Fəzl ibni Yəhyaya tapşırır. İmam (ə), Fəzlin evində də ancaq ibadətlə məşğul olur və Harun bu xəbəri eşidən zaman qəzəblənir. Nəhayət Yəhya İmamı (ə) Səndi ibni Şahəkə tapşırır. Səndi də İmamı (ə) zindanda zəhərləyir. Səndi İmamı (ə) şəhid etdikdən sonra, mübarək cənazəsini şəhər fəqihlərinə göstərib deyir ki, baxın, o, özü ölübdür. Mübarək cismində heç bir yara izi yoxdur...


Mömin sevincli olmalıdır, yoxsa kədərli?


Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) o peyğəmbərlərdəndirlər ki, zahidlik və Allah qorxusu sahəsində yüksək dərəcəyə çatmışdılar. Bir gün bu iki peyğəmbər bir-biri ilə rastlaşır.
Həzrət Yəhya (ə) görür ki, Həzrət İsa (ə) gülümsəyir. Ona xitab edərək, deyir: “Niyə səni qafil insanların simasında görürəm? Sanki İlahi əzabdan amandasan?”. Həzrət İsa (ə) cavabında Həzrət Yəhyaya (ə) buyurur: “Nə səbəbdən səni nigaran və narahat görürəm? Sanki İlahi rəhmətdən ümidsiz olmusan?”. Hər ikisi bu mövzular haqqında müzakirələr etməyə başladılar. Ancaq bir yerə gəlib çata bilmədilər. Ona görə də İlahi vəhyin enməsini gözlədilər. Allah Təala onlara belə bir vəhy göndərdi: “Siz iki nəfərin arasından Mənim üçün ən sevimlisi o kəsdir ki, üzü gülür və Mənə qarşı hüsnü-zənni daha çoxdur”.


Qiyamətin ən çətin hesabı nədən ibarətdir?


Ayətullah İbrahim Əmini “Məad” adlı kitabında Qiyamətin ən çətin hesabı barəsində söz açmışdır ki, onunla biz də tanış olaq. Alimin nəzərinə görə, Qiyamət günü ən çətin hesab verən insanlar – zalımlar və insanların haqlarını tapdalayanlar olacaqlar. İnsanlar bir-birinin yanında yaşadıqları üçün, bir-birlərinə qarşı haqları vardır. İlahi peyğəmbərlər (ə) bu haqları tanıtmış və zalımlara əzab vəd etmişdilər. Başqa sözlə desək, ər və arvad, ana və ata, övlad, qohumlar, yaxınlar, qonşular, həmvətənlər, cavanlar və qocalar, zənginlər və yoxsullar... bunların hamısının bir-birinə qarşı haqları vardır. Allah Qiyamət günü ola bilsin ki, Öz haqqından keçsin, ancaq insanların bir-biri üzərində olan haqqından heç bir zaman keçməyəcəkdir. Əmirəl-möminin (ə) buyurur: “Zülm üç cürdür: Birinci zülm odur ki, bağışlanılmaz. İkinci o zülmdür ki, məhkəməsiz xilas olmaz. Üçüncü zülm odur ki, bağışlanar.


Qəzəbin qarşısında qoyulan hansı 5 yolla özünü idarə etmək olar?!


Qəzəb – lənətlik şeytandandır və ona görə də insan qəzəbə qalib gəlməyi bacarmalıdır. Bunun üçün beş əməl tövsiyə olunur.
1. Səbir silahı. Qəzəbin tormozunu çəkə bilən əməllərdən biri – səbir silahıdır. Səbir, insanın daxili və mənəvi sabitliyindən xəbər verər. Səbir, insana həyəcan və hisslərini kontrolda saxlamağa yardım edər. İmam Əli (ə) buyurur: “Səbir – yəni insan ona çatan müsibətə dözsün və o şey ki, onu qəzəbləndirər – onu yatızdırsın”.
2. Göz yummaq. Dinimiz göz yummağa təğaful deyir. Yəni, insan özünü qəflətə və xəbərsizliyə vurar. Sanki heç bir söz eşitməmiş və heç bir hadisə olmamışdır. İmam Əli (ə) buyurur: “Hər kim işlərin çoxunda təğaful etməz və göz yummazsa – həyatı zülmətli olar”. Bu tövsiyə xüsusilə ailəli insanlara aiddir.
3. Tələsməkdən qaçmaq. Əgər insan qəzəbləndiyi mövzuda bir neçə dəqiqə səbir edərsə və tələsməzsə, o zaman ağlı işə düşər və bu mövzunu ağlı ilə həll etməyə fürsət tapar. İmam Əli (ə) buyurur: “Heç bir zaman qəzəblənməyə tələsmə, çünki adət kimi sənə hakim olar”...


Qəbirlər hər gün hansı 5 kəlmə ilə insanı çağırar?!


Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlar yuxudadırlar, o zaman ki, ölərlər – ayılarlar”. Ona görə də hər kim axirətə inanar, axirət imanı onun üçün faydalı olar. Göndərdiyi əməllərin meyvəsini yeyər. Ancaq o zaman ki, insan axirəti inkar edər və ancaq bu dünyanı əsas götürər – etdiyi günahlara görə heç bir zaman peşman olmaz və nəfsinin əsiri olar. Bu insan üçün öləndən sonra axirətə imanın heç bir faydası olmayacaqdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəbir hər gün beş kəlməni fəryad çəkər:
1. Mən yoxsulluq eviyəm, özünüzlə xəzinə gətirin.
2. Mən qorxu eviyəm, özünüzlə munis gətirin.
3. Mən ilanlar və əqrəblər eviyəm, özünüzlə zəhər əleyhinə məlhəm gətirin.
4. Mən qaranlıq evəm, özünüzlə ziya gətirin.
5. Mən daş və torpaq eviyəm, özünüzlə xalça gətirin...


İnsan üçün təhlükəli olan 3 şər qüvvəni hansı vasitələrlə dəf etmək olar?!


Dinimiz ən pis şər sayılan sehr və cadudan xilas olmağın yollarını bizə tövsiyə etmişdir ki, onlarla tanış olaq:
1. Allaha pənah aparıb, “Nas” və “Fələq” surələrini çox oxumaq.
2. “Qələm” surəsinin 51-52 ayələrini oxumaq.
3. Əmirəl-möminin (ə) tövsiyə etmişdir ki, cadunu batil etmək üçün bu sözləri yazıb yanımızda gəzdirməliyik:
بِسمِ الله وَ بِالله، بِسمِ الله وَ ما شاءَالله، بِسم الله لاحَولَ...


İnsan gördüyü yuxunu kimə danışa bilər?


Bəs yuxu yozumu ilə bağlı dinimiz nə söyləyir? Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən biriniz yaxşı yuxu görsə, onu yozub başqalarına danışsın. Əgər pis yuxu görərsə, onu yozmasın və kimsəyə deməsin”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Yuxu o zamana qədər ki, yozulmaz, yuxu görən quş kimi uçmaqda olar, elə ki, yozular, yerə enər. Yuxunuzu dostunuzdan və nəzər əhlindən başqası üçün danışmayın”. Həzrət Peyğəmbər (s) buyurur: “Yuxuları həsəd və fəsaddan uzaq olan mömindən başqasına danışmayın”. Həzrət Rəsulallah (s) buyurur: “Yuxularınızı alim və xeyirxah şəxsdən başqasına danışmayın”. Deməli, hər kəs yuxuları eşitməyə layiq deyildir. Əgər yuxunuzun yaxşı yozulmasını istəyirsinizsə, gərək onu bu işin əhli olana və ya xeyirxah olana və həsəddən uzaq olan şəxsə danışasınız. Çünki yuxu necə yozularsa, o cür də həyata keçər.


Allah ilə bağlanan əhd deyiləndə, nə nəzərdə tutulur?


Qurani-Kərimdə belə bir ayə vardır ki, buyurur: “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı (sizinlə əhd bağlamadımmı) ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin” 60). Bəs Allah bu əhdi nə zaman və harada bağlamışdır? Bu İlahi əhdlə bağlı nəzərlər müxtəlifdir. O cümlədən:
1. Bəzi alimlər deyir ki, məqsəd İlahi imandır ki, ağıl onu təsdiq etmişdir.Allah Təala bu əhdi insanla qeyri-rəsmi şəkildə bağlamışdır ki, ağıl onun həqiqət olduğunu yaxşı dərk edir. Yəni, insan başa düşür ki, tövhid yaxşıdır, şeytan pisdir. İnsan ağlı həm yaxşıları dərk edir, həm də pisləri. Ağıl deyir ki, şeytan pisdir, zülm pisdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter