İmanı qorumağın əsas qolu və tutulacaq yeri hansı əməldən asılıdır?! Hz Peyğəmbərin (s) hədisi


Bir gün ustad tələbələrinə sual verərək cavabını istədi! Amma tələbələrin hər biri müxtəlif cavablar verdilər ki, heç biri ustadı qane etmədi!
Ustad Hz Peyğəmbərin (s) sualını belə izah etdi ki, İslam Peyğəmbəri (s) səhabələrinin içində bir sualı demişdir ki ibadətdir: “İmanın qolu və tutulacaq yerləri olan əməllərdən hansı daha möhkəm əməl və vasitədir?! Səhabələrin hər biri furiuddindən bir vacib əməli sadaladılar! Biri namazı qeyd etdi, digəri zəkatı, başqa biri isə orucu, dördüncü və beşincisi isə həcc-ümrə ziyarəti və Allah yolunda cihadı!! Sonda suala verilən cavabların heç biri İslam Peyğəmbəri (s) tərəfindən qəbul olunmadıqda.
Hz Peyğəmbərin (s) özü buyurdu: “Sadaladıqlarınızın hamısı böyük əməllər və fəzilətli işlərdir! Amma heç bir mənim sualımın cavabı deyildir!!
İmanın ən möhkəm qolu və tutulacaq yeri olan əməl Allaha xatir sevmək və Ona görə düşmənçilik etməkdir”!...


İmam Sadiqin (ə) hədisinə əsasən ən çətin vacibatlar hansılardır?!


İmam Cəfər Sadiqin (ə) səhabə və ravilərindən biri nəql edərək deyir: İmam Sadiq (ə) mənə buyurdular: Səni Allahın insanlar üçün ən çətin vacibatlarından xəbərdar etmiyimmi?! Həzrət Cəfər Sadiqə (ə) ərz etdim: Xeyrimə olanı bilməyim lazımdır!! İmam Cəfər Sadiq (ə) buyurdular: “Allahın ən çətin vacibatları ibarətdilər”-
1- İnsanlarla insaflı rəftar etmək. (yəni özünə istədiyini başqlarına istəyərək, özünə bəyənmədiyini başqlarına rəva görməyəsən!”
2-Qardaşının köməyinə yetişmək! (yəni din qardaşının hacətlərini yerinə yetirməkdə əlindən gələni əsirgəməmək!”
3-Allahı hər bir yerdə xatırlamaq! (yəni Allahın haram buyurduqları ilə qarşılaşdıqda Onu hər şeyi görən bilmək və Allahın vacibatlarının vaxtı gələn zaman tənbəllik etməməyə çalışmaq!” ....


İbn Abbas müsəlmanları yaxşılığa dəvət və pislikdən çəkindirmək istəyənə hansı nəsihəti etdi?!


Bir nəfər Abdullah ibn Abbasa dedi: İstəyirəm insanları yaxşılığa dəvət edərək və pisliklərdən çəkindirərək onları nəsihət və möizə edəm!!
İbn Abbas o şəxsdən soruşdu: Başlamısanmı?! Dedi: Qərara gəlmişəm! İbn Abbas dedi: Maneəçiliyi yoxdur edə bilərsən! Amma insanları nəsihət və möizə etmək istəyirsənsə diqqətli ol ki, Qurani Kərimin üç ayəsi səni rüsvay etməsin!!
O şəxs dedi: Hansı üç ayə?! İbn Abbas dedi:
1- Onlardan birincisi “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüz (bunu) unudursunuz? Məgər anlamırsınız?- Bəqərə-44. Sən inanırsanmı ki, bu ayənin müraciət edənlərindən və tənqid olunanlardan deyilsən?!! O Şəxs dedi: Xeyr yəqinim yoxdur ki mən hər şeyə əməl etmiş olam!...


Həzrəti Musanın (ə) qədr gecəsində Allah-Taaldan (c.c) aldığı 6 nemət nələr olmuşdur?!


Həzrət Peyğəmbər (s) buyurur: “Həzrət Musa (ə) Allaha etdiyi münacatda buyurur:
“Allahım, mən Sənin qürbünü istəyirəm”. Allah buyurur: “Mənim qürbüm o kəs üçündür ki, Qədr gecəsində oyaq olar”.
Deyir: “Allahım, rəhmətini istəyirəm”. Allah buyurur: “Rəhmətim o kəslərə şamildir ki, Qədr gecəsində möhtaclara rəhm edər”.
Deyir: “Allahım, mən Siratdan keçmək iznimi istəyirəm”. Allah buyurur: “Bu icazə o kəs üçün olar ki, Qədr gecəsində sədəqə verər”.
Deyir: “Allahım, mən behişt ağaclarını və meyvələrini istəyirəm”. Allah buyurur: “Bu nemət o kəslər üçündür ki, Qədr gecəsində təsbihlə məşğuldurlar”.
Deyir: “Allahım, mən atəşdən nicat istəyirəm”. Allah buyurur: “Nicat o kəslər üçündür ki, Qədr gecəsində istiğfarla məşğuldurlar”.
Deyir: “Allahım, mən Sənin rizanı istəyirəm”. Allah buyurur: “Mənim rizamı o kəs cəlb edər ki, Qədr gecəsində iki rükət namaz qılar””.....


Qədr gecəsində əhya saxlayan mömin olar!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Qədr gecəsini əhya saxlayar, mömin olar və cəza gününə etiqad bəsləyərsə, bütün günahları bağışlanar”.
=Ramazan ayının ürəyi. İmam Sadiq (ə) buyurur: “Allahın Kitabından istifadə olunur ki, Allah yanında ilin aylarının sayı on ikidir və ayların başlanğıcı Ramazan ayıdır. Ramazan ayının ürəyi - Qədr gecəsidir”.
=Gecələrin sərvəridir. Həzrət Peyğəmbər (s) buyurur: “Qədr gecəsi - gecələrin sərvəridir”. =Min aydan üstündür. “Qədr gecəsi min aydan daha xeyirlidir”. (“Qədr” 3).
Bəs bunun səbəbi nədir? Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Allah bu ayı sizə aid etmişdir. O, ayların seyyididir. Onda elə bir gecə vardır ki, min aydan da yaxşıdır”. Çünki bu gecədə edilən əməl Qədr gecəsinin olmadığı min gecədən daha üstündür. İmam Sadiqdən (ə) soruşurlar ki, necə ola bilir ki, Qədr gecəsi min aydan üstündür? İmam (ə) buyurur: “Qədr gecəsindəki əməl Qədr gecəsinin olmadığı min ayda edilən əməldən daha yaxşıdır”...


Ramazan ayının özünə məxsus 5 xüsusiyyət və fəzilətləri hansılardır?!


Ramazan ayının özünə məxsus fəzilətləri ilə tanış olaq:
1. Aylar içində ən üstün olanıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Allahın rəhmət, bərəkət və bağışlanma ayı sizə üz tutmuşdur. Elə bir ay ki, Allah yanında bütün aylardan üstün və gündüzləri – gündüzlərdən, gecələri – gecələrdən, saatları – saatlardan üstündür. Elə bir ay ki, siz orada qonaqlığa dəvət olunmusunuz və Onun lütfündə qərar tutmusunuz”.
2. Allah Kitabının bu ayda nazil olması. İmam Sadiq (ə) buyurur: “Quranın hamısı Ramazan ayında Beytul-məmura nazil olmuşdur. Sonra 20 il ərzində Peyğəmbərə (s) nazil olmuşdur. İbrahimin (ə) səhifəsi – Ramazan ayının ilk gecəsində, Tövrat – Ramazan ayının 6-cı günündə, İncil – Ramazan ayından 12 gecə keçəndən sonra, Zəbur isə Ramazan ayının 18-də nazil olmuşdur”...


Orucun dəyər və savabını azaldan beş səbəb hansılardır?!


Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:
1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Oruc tutan insanın qəlbi, zahiri kimi oruc olmalıdır. Ürək də gərək çirkin və nalayiq fikirlərdən və niyyətlərdən uzaq olsun. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Oruc tutan insan gərək napak və şübhəli tikələrdən uzaq olsun. Əgər insan bu mövzuya diqqət etməzsə və şübhəli yeməklərlə iftar açarsa, orucun dəyərindən bəhrələnməz. Oruc tutan hər bir insan haramdan və napak şeylərdən uzaq olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”.....


Ramazan ayında oruc tuta bilməyənlər bu aydan necə bəhrələnə bilərlər?!


Ramazan ayı həm oruc tutanlar və həm də oruc tutmaqdan üzrlü olanlar üçün çoxlu bərəkətlər gətirər. Bu bərəkətlər ilə tanış olaq:
1. Bağışlanma. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayını imana görə, Allah üçün və savabı üçün oruc tutarsa, keçmiş günahları bağışlanar. Hər kim Qədr gecəsini iman və Allah mükafatı ümüdi ilə ibadətə qiyam edərsə, keçmiş günahları bağışlanar”.
2. Cəhənnəm atəşindən azad olmaq. Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, Ramazan ayı – azad olmaq ayı adlandırılmışdır. Çünki Allahın onun hər gündüz və gecəsində insanlar cəhənnəm odundan azad olunur. Ayın sonunda isə keçən günlərdə azad etdiklərinin sayı qədər (insanı) azad edəcəkdir.
3. Əməlin savabı yüksələr. 4. Ruzi artar. 5. İlahi rəhmətə meyil edilər. 6. Dualar qəbul olar.....


Allah Taala (c.c) dərgahında bəyənilən oruc hansı üç xüsusiyətə malik olmalıdır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Allah bəyənin orucun 3 xüsusiyyəti:
1. Çox yeməyi tərk etmək.Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur.
2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir.
3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir.


Oruc tutan insan, rəftarlarına xüsusi diqqət etməlidir!


Hədislərə nəzər salan zaman görürük ki, oruc tutan bir qadın söyüş söyür və Peyğəmbər (s) buyurur: “Bu qadına yemək verin, yesin”. Qadın Həzrətə (s) deyir ki, mən orucam. Həzrət (s) buyurur: “Necə orucsan ki, söyüş söyürsən? Oruc o demək deyildir ki, kimsə su içməyib, yemək yeməsin. Bəlkə oruc tutanın bütün əza və üzvləri də özü kimi oruc tutmalıdır”. Rəhmət və bərəkət ayı olan Ramazan ayında bütün qəlblər düz və həqiqi yola hidayət olar. Bu, elə aydır ki, bütün qəlblər nurani olar. Ancaq naməhrəmlə söhbət və ya zarafat etmək bu fəziləti azaldır. İnsana bəla nazil edir. Bu bəlanın sayəsində də qəlbərin nuru sönər və zülmətə bürünər.
İmam Əli (ə) buyurur: “Ey Allahın bəndələri! Naməhrəmlə söhbət etmək - bəlanı nazil edər. Qadınlara göz tikmək - qəlblərin görmə nurunu söndürər. Həmçinin gözün ucu ilə (qadına) baxmaq - şeytanın hiyləsindən və tələsindəndir”. Bu, elə bir aydır ki, hətta nəfəslərimiz belə ibadət sayılır. Naməhrəmə baxmaq və ya onunla zarafat etməklə bu müqəddəs fəzanı kirlətmiş olarsan...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter