İmam Zaman ağanın (ə.f) künyəsində deyilən Saleh adlı oğlu vardırmı?


“Nüdbə duasında İmam Zamanın (ə.f) künyələrindən biri kimi Əba Saleh adını oxuyuruq. Bəs İmamın (ə.f) belə bir övladı vardırmı ki, onu Əba Saleh adlandırırlar?
İmam Zaman (ə.f) haqqında nəql edilən mötəbər kitablara nəzər salandan sonra belə nəticəyə gəlinmişdir ki, İmamın (ə.f) belə bir məşhur künyəsi olmamışdır. Bəlkə insanların arasında bu künyə çox işləndiyi üçün məşhur olmuşdur. Bəziləri isə deyir ki, nə eybi var ki, İmama (ə.f) bu künyəni deyək ki, mənası “Bütün salehlərin Atası deməkdir. Mərhum Məclisi “Biəharul-ənvar” kitabında nəql edir: “Hədilsərə müraciət edəndən sonra məlum oldu ki, Saleh və ya Əba Saleh o cinin adıdır ki, yolunu azmış insanları düz yola hidayət etmək üçün vəzifələndirilmişdir”. İmam Sadiq (ə) buyurur: “Nə zaman yolunu azsan, səslən: “Ya Saleh!”. Ya da dedi: “Ya Əba Saleh, yolu bizə göstər!”. Allah sizə rəhmət edər”...


İmam Zaman (ə.c) hansı duaları oxumağı tövsiyə edir?!


Mərhum Məclisi “Rövzeyi-müttəqin” kitabında nəql edir: “Büluğ çağımın əvvələrində İsfahan məscidlərinin birində yuxu ilə oyaqlıq arasında İmam Zamanı (ə.f) ziyarət etmişdim və demişdim: “Mənim Mövlam! Sizin xidmətinizə həmişə gələ bilmirik. Ona görə də bizə elə kitabı tövsiyə edin ki, həmişə ona əməl edək!”. İmam (ə.f) da başqa bir şəxsin vasitəsilə “Səhifeyi-Səccadiyyə” kitabını ona təqdim etmişdi.
Mərhum Hacı Əli Bağdadi nəql edir: “İmam Zamanla (ə.f) birlikdə İmam Kazımın (ə) və İmam Cavadın (ə) hərəminə daxil olduq və zərihə yapışıb, onu öpdüm. İmam (ə.f) mənə buyurdu: “Ziyarət oxu!”. Dedim: “Savadım yoxdur”. İmam (ə.f) buyurdu: “Sənin üçün ziyarət oxuyum?”. Dedim: “Bəli”. Buyurdu: “Hansı ziyarəti istəyirsən?”. Dedim: “O ziyarəti ki, ən üstündür”. Buyurdu: ““Əminallah” ziyarəti – ən üstündür”...


Hansı 4 sifətə malik olan, kamil imanlı və günahdan paklanmış olar?!


Hədislərimiz bizləri həyanın fərdi və ictimai təsirləri ilə tanış etmişdir ki, onlara nəzər salaq:
1. Allah sevgisi. Həzrət Peyğəmbər (s) buyurur: “Allah həyalı, pak ətəkli insanı sevər. Xəcaləti olmayan dilənçiyə nifrət edər”.
2. İffət və pak ətəkli olmaq. İmam Əli (ə) buyurur: “Həyanın səmərəsi – iffətli və pak ətəkli olmaqdır”.
3. Günahların pak olması. İmam Səccad (ə) buyurur: “Dörd şey vardır ki, hər kimdə olarsa, İslamı kamil və günahları pak olar. Allahı ilə o halda görüşər ki, Allah Təala ondan razı olar: O kəs ki, insanların faydasına olan şeyi Allah üçün yerinə yetirər. İnsanlarla danışan zaman doğru danışar. Allahın və insanların yanında çirkin hesab olunan şeylərdən həya edər. Ailəsi ilə xoşrəftar olar”...


İmam Zamanın (ə.c) sevdiyi və yaxın olan insanlarda hansı xüsusiyyət vardır?!


H əzrət Peyğəmbər (s) buyurur: “Allah insanlardan yardım istəməyən həyalı, pak ətəkli şəxsləri sevir”.
Ona görə də iffətli olsaq, İmam Zaman ağanın (ə.f) sevimlisi olarıq. Bunu təsdiq edən bir əhvalata işarə edək: “Ayətullah Seyyid Baqir Müctehid Sistani, Ayətullah Sistaninin atası olmuşdur. İmam Zaman ağa (ə.f) ilə görüşmək niyyətilə Aşura ziyarətini 40 cümə Məşhəd məscidlərinin birində oxuyardı.
O, buyurur: “Axırıncı cümələrin birində Aşura ziyarəti oxuduğum məscidə nur saçmağa başladı. Qəribə bir hal keçirtdim. Ayağa qalxdım və həmin nurun ardınca getməyə başladım. Bir evə gəlib çatdım ki, çox kiçik və yoxsul bir ev idi. Evin içində sönməyən nur saçırdı...


İmam Zaman ağanın (ə.f) tövsiyəsi ilə yazılan kitab kimin və haqdadır?!


Muhəmmədtəqi Musəvi İsfahani – Əhməd Abadi İmam Zaman ağaya (ə.f) böyük eşq və əlaqəsi var idi. O, bir gecə yuxuda Həzrəti (ə.f) görür. İmam (ə.f) ona bir kitab yazıb çap etdirməyi tövsiyə edir. Hətta kitabın adını da özü qoyur: “Mikayil Məkarim fi fəvaidi dua Lilqaim”.
Seyyid yuxudan ayılır. Ancaq onu yazmaq üçün tövfiq əldə edə bilmir. O zamana qədər ki, 1330-cu ildə həccə gedir və bu səfərdə hacıların əksər hissəsi vəba xəstəliyinə düçar olur. Alim, Allahla əhd bağlayır və deyir ki, əgər bu səfərdən sağlam geri qayıtsam, İmam Zaman ağa (ə.f) haqqında olan o kitabı yazacağam.
Səfərdən sağlam qayıdır və öz əhdinə vəfa edir. Bu kitabda İmamı (ə.f) tanımağa aid geniş məlumatlar və onun davamçılarının boynuna düşən vəzifələr bəyan edilmişdir.
Bu kitab səkkiz hissədən ibarətdir. Orada Quran ayələrinə və hədislərə istinad edilmiş məlumatlar vardır....


İmam Zaman ağanın (ə.f) ata ilə bağlı alimə tövsiyəsi nə olmuşdur?!


Bu alim Şeyx Baqirdən nəql edir ki,... Mənə çatan kimi bədəvi ərəb ləhcəsi ilə danışmağa başladı: “Hara gedirsən?”. Dedim: “Səhlə məscidinə”. Dedi: “Sənin yanında yeməli bir şey vardırmı?”. Dedim: “Xeyr”. Buyurdu: “Əlini cibinə at”. Dedim: “Orada heç nə yoxdur”. Yenə də həmin sözü sərt şəkildə təkrar etdi. Mən əlimi cibimə saldım və orada bir qədər kişmiş gördüm. Bu zaman mənə 3 dəfə bədəvi dildə buyurdu: “Sənə qoca atanı sifariş edirəm”. Bu sözləri dedi və gözümdən itdi.
Mən başa düşdüm ki, bu şəxs İmam Zaman ağa (ə.f) idi və Həzrət (ə.f) razı deyildi ki, mən atama xidməti tərk edib, Səhlə məscidinə ibadət etmək üçün gedim. Ona görə də ondan sonra Səhlə məscidinə bir daha getmədim”.


Hz Xızr Nəbi (ə) İmam Əliyə (ə) düşmənlərə qalib gəlməsi üçün cavanlıqda hansı zikri xatırlatdı?!


İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”. O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ” - Ya Mən la huvə illə huvə!! - Ey O kəs ki yoxdur heç kəsən Ondan başqa...
O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.
Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””. İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”. Nəql edilir ki, Siffeyn döyüşündə də bu duanı oxuyurdu. Əmmar ondan soruşur: “Ey Əmirəl-möminin! Bu işarə nədir?”...


Ramazan ayının yenə olmasını arzu edənlər nələrdən xəbərdardırlar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bəndələr bilsəydilər ki, Ramazan ayında hansı bərəkətlər vardır, arzu edərdilər ki, Ramazan ayı bir il olsun”.
Bəs bu bərəkətlər hansılardır?
1. Mömin üçün ilin başlanğıcıdır. İlin başlanğıcı dedikdə, yəni, mömin əməllərini məhz Ramazan ayında təzələməyə başlayar, tövbə edər, paklanar və istiğfar edər. Necə ki, bahar fəsli bitkilər və canlılar üçün yeni həyat deməkdir, Ramazan ayı da mömin üçün yeni mənəvi həyat deməkdir.
2. İlahi qonaqlıqdır. Ramazan ayı möminləri İlahi ziyafətə aparar və İlahi süfrədə əyləşdirər. Həzrət Peyğəmbər (s) buyurur: “Bu, elə aydır ki, onda İlahi qonaqlığa dəvət olunmusunuz. Allahın kəramət əhlindənsiniz. Sizin ondakı nəfəsləriniz – sitayiş, yatmağınız – ibadətdir. Əməlləriniz – qəbul olunan və dualarınız yerinə yetəndir”...


Allah-Taalanın (c.c) günahkar bəndəsinin qayıtmasını gözləməsi haqda qudsi hədis...


Allah-Taala (c.c) Qudsi hədislərində Hz Davud (ə)-a vəhy edərək belə buyurdu: “Əgər Mənə arxa çevirərək başqalarının dalınca gedənlər, günah arxasıyca düşənlər, əgər bilsəydilər və başa düşsəydilər ki, necə onların qayıtmasını gözləyirəm, nə qədər də onları çox sevirəm, və günahları tərk etmələrinə nə qədər istəkliyəm,
Mənə eşqdən canlarını əldən verərdilər! Canlarını puç olan şeylərdən boşaldardılar! Onları özünə bağlı edənləri ayırardılar!
Ey Davud (ə)! Mənim bu bağlılığım o kəslərədir ki Mənə arxa çeviriblər! Ey Davud (ə)! Bəs mənə üz tutaraq münacat edənlərlə necə rəftar edərəm?!


Hz İsanın (ə) dövründə zinakar cavanın behiştlik müjdəsi və abidlik edənə cəhənnəm xəbərinin verilməsi!!


Bir gün Hz İsa (ə) səhradan keçirdi. Yol aralığında rahiblərdən birinin monastirinə yetişdi və onunla söhbətləşməyə məşğul oldu! Bu zaman bir cavan ki, insanların arasında bəyənilməyən və günah işlərlə məşğul olmağa məşhur olmuşdu, oradan keçmək istədi! O günahkar cavanın Hz İsa (ə) və abid şəxsə gözü dəydiyi zaman ayağı əsərək yol getməkdən dayandı! Elə həmin yerdə dayanaraq dedi: “İlahi! Mən özü çirkin işlərimdən utanır və peşimanam! Əgər indi Sənin Peyğəmbərin (ə) mənə görərsə və məni danlayarsa, nə edim?! İlahi! Üzrümü qəbul et və abrımı qoru!
Elə bu zaman, abid şəxsin gözü peşiman cavana çevrildi! Başını yuxarı qaldırdı və dedi: “İlahi! Məni qiyamət günü bu zinakar cavanla məşhur etmə!” Allah-Taala (c.c) Peyğəmbərinə (ə) vəhy etdi ki: Bu abid şəxsə denən biz sənin duanı qəbul etdik və səni bu cavanla məşhur etməyəcəyik! Çünki o özündə yaranan peşimançılıq və danmağı ilə, behiştli oldu və sən özünü bəyənmək və qururunla cəhənnəmlik oldun!”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter