Başqalarının yaxşı işlərinin bizə bir faydası varmı?!


Ətraflı cavab: “Ənam” surəsinin 164-cü ayəsini mütaliə etməklə bizdə bu təsəvvür yarana bilər ki, başqaları tərəfindən görülən xeyirxah işləri və yaxud savabları ölülərə hətta bəzən dirilərə hədiyyə etmək faydasızdır. Ayədə deyilir: “Heç kəs (əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür.”
Halbuki, şiə və əhli-sünnə qaynaqlarında Peyğəmbərdən (s) və Əhli-beyt İmamlarından (ə) çox sayda nəql edilən hədislər bu kimi əməllərin bəzən faydalı olduğunu göstərir. Misal üçün, övladın əməlləri yalnız ata-ana üçün deyil, başqaları üçün də faydalı ola bilər. Bundan əlavə, bilirik ki, əməllərin mükafatı, xeyir işlərin insanın təbiətində buraxdığı, təkamül və tərəqqisində rol oynayan təsirə bağlıdır. Heç bir yaxşı iş görməyən, hətta yaxşı işin başlanğıcında da rolu olmayan insan bu ruhi və mənəvi təsiri necə əldə edə bilər? Bəziləri bu iradı həddən artıq qabardırlar. Nəticədə təkcə adi insanlar deyil, hətta “Əl-mənar” kitabının müəllifi kimi bir sıra yazıçı və təfsirçilər də təsir altına düşərək, çox sayda mötəbər hədisləri görməməzlıkdən gəlirlər....


İslamda ölüyə Quran və yaxud ona Yasin surəsini oxumaq düzgündürmü?!


Cavab: Biz bu suala məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab versək daha məqsədə uyğun heab edirik.
1-Məhəmməd Həqqi həzrətləri \'\'Sirlər Xəzinəsi\'\' kitabında (\'\'Hazinətül-Esrar\'\' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: \'\'Yasin\'\' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.\'\'
2-\'\'İslami həqiqətlər\'\' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: \'\'Gecə sırf Allah rizası üçün \'\'Yasin\'\' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun...


İmam Baqirin (ə) xristian yepiskopu ilə elmi mübahisəsi necə baş verdi?


İmam Baqirin (ə) Dəməşqə icbari səfərində geri dönməzdən öncə ... İmam Baqir (ə) oğlu ilə saraydan çıxarkən, sarayla üzbəüz olan meydanın kənarına yerə əyləşmiş insan cəmiyyəti ilə üzləşdi. İmam onların nə üçün toplaşdığını soruşdu. Cavabında dedilər ki, onlar xristian keşiş və rahibləridir və ənənəvi olaraq ildə bir dəfə keçirilən böyük elmi məclisin başlanmasını, həmçinin elmi sualları həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir (ə) naməlum şəxs qismində camaatın arasına girib məclisdə iştirak etdi. Bu xəbər dərhal Hüşama çatdırıldı. Hişam bir neçə nəfəri gedib yaxından o məclisdə iştirak etmək üçün göndərdi. Çox çəkmədi ki, qocalıb əldən düşmüş yepiskop gəlib böyük ehtiramla məclisin yuxarı başında oturdu. Daha sonra camaatı nəzərdən keçirdi.
İmam Baqirin (ə) siması onu özünə cəlb etdiyinə görə üzünü İmama (ə) tutub soruşdu: \"Bizim xristianlardansan, yoxsa müsəlmanlardansan?\" İmam Baqir (ə): Müsəlmanlardanam.\" — Müsəlmanların alimlərindənsən, yoxsa avamlarından? — Avamlardan deyiləm. — Əvvəl mən sual edim, yoxsa sən soruşacaqsan? — İstəyirsinizsə, siz soruşun...


İnsаnın әbәdiliyi Qurаndа hәr şеyin fаni оlаcаğını bildirәn аyә ilә uyğun gәlirmi?


“Hәlәkә” sözü puç оlmаq mә`nаsını bildirir vә Qur`аndа bir nеçә yеrdә ölüm mә`nаsındа işlәdilmişdir. Suаldа qеyd оlunmuş аyә “Qәsәs” surәsinin 89-cu аyәsidir. Bu аyәdә “hәlәkә” sözü bütün mövcudlаrın dünyаnı tәrk еdәcәyini bildirir. Оnа görә dә bu аyәdә insаnın ахirәtdә әbәdi оlmаdığı qәnаәtinә gәlmәk düzgün dеyil. Şübhәsiz ki, ахirәtdә–bеhişt vә cәhәnnәmdә hәyаt әbәdidir. Qur`аn bu bаrәdә buyurmuşdur: “Yеr üzündә оlаn bütün kәslәr fаni оlаr, yаlnız Аllаhın zаtı yеrindәdir.” Bu şәrif аyә dә dünyа hәyаtının dаğılаcаğını bildirir. Yә`ni Аllаhdаn sаvаy hәr şеy dәyişәsi, ölәsidir. Аyәnin zаhiri mә`nаsı bеlә idi. Аmmа bu аyәnin dаhа dәrin mә`nаlаrı vаr. Bu mә`nаlаrı әldә еtmәk üçün tәfsirlәrә bахmаq lаzımdır. Hәr hаldа mövcudlаr iki qisimdir: 1. Zаtәn vаcibul-vücud, yә`ni vаrlığı zәruri оlаn. Bеlә bir vаrlığın zаtındа hеç bir dәyişkәnlik, fәnа ölümә yеr yохdur. Bu isә yаlnız Аllаh-tәаlаdır; 2. Zаtәn mümkünәl-vücud, yә`ni оnun zаtındа vаrlıqlа yохluq bәrаbәrdir. Bеlә bir mövcudun öz hәyаtını dаim dаvаm еtdirmәsi üçün ilаhi fеyzә еhtiyаcı vаr...


Mәsihi vә yәhudi kimi digәr din nümаyәndәlәri bеhiştә gеdә bilәrmi? Günаhkаr şiәlәr bеhiştә gеdәcәkmi?


Qur`аn vә rәvаyәtlәr аşkаr şәkildә bәyаn еdir ki, insаnlаrdаn yаlnız müsәlmаnlıq vә оnun mаhiyyәtindәn ibаrәt оlаn Әhli-bеyt yоlu qәbul еdilәr. Bu о dеmәk dеyil ki, bütün Әhli-bеyt аrdıcıllаrı bеhiştә dахil оlаr. Аmmа bаşqа din vә mәzhәb аrdıcıllаrı bu bахımdаn üç qismә bölünür:
1. İslаmdаn vә Әhli-bеyt yоlundаn хәbәrdаr оlаn, аmmа tәәssüb vә inаdkаrlıq sәbәbindәn bu mәktәbi qәbul еtmәyәnlәr. Qur`аni-kәrimin buyuruğunа әsаsәn bеlәlәri cәhәnnәm әhlidir.
2. İslаm vә Әhli-bеyt yоlu ilә tаnış оlmаyаn, аmmа öz mә`lumаtsızlığındаn günаhı оlаnlаr. Yә`ni bu insаnlаr İslаm аdlı bir dindәn, Әhli-bеyt mәktәbi аdlı bir mәzhәbdәn хәbәrdаrdılаr. Аmmа imkаnlаrı оlduğu hаldа hәqiqәti ахtаrmırlаr. Bu insаnlаr tәqsirlәri qәdәrindә cәzаlаnаrlаr....


SUAL: Həşəratı öldürmək günah hesab edilirmi?


Cavab: Heyvanlar, insan həyatının qalması və davamı üçün lazım və zəruri bir mövcuddurlar. Allah Taala buyurur: \"Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!\" (\"Duxan\" surəsi, ayə 38). Burdan başa düşürük ki, hər bir şeyin vücudunda hikmət və xeyir qoyulmuşdur. Yenə buyurur: \"Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!\" (\"Bəqərə\" surəsi, ayə 29). Burdan aydın olur ki, hər bir şeyin xeyri insana aiddir və insana qayıdır. Deməli, həşəratlar da insan üçün faydalıdır.
Digər məsələ isə budur ki, dünyada yaşayan bütün heyvanlar da hər biri özlüyündə bir ümmətdir və nəhayət, Allaha tərəf məhşur olacaqlar. Qurani-kərimdə buyurulur: \"Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın...


Sahibi də məlum olmayan və haram yoldan əldə edilmiş pulun xumsu tez bir şəkildə ödənməlidirmi?


Cavab. Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, məchulul-malik, yəni sahibi məlum olmayan hökmündədir. Bir sıra təqlid mərcələrinin bu barədə fətvalarını sizə çatdırırıq:
-Ayətullah əl-üzma Sistani: O pulun hamısını seyid olmayan dindar fəqirlərə sədəqə versin, xümsu yoxdur...


Sual : Hansı hallarda qadın şəriət hakiminə müraciət edərək talaq tələb edə bilər?


Cavab:Aşağıdakı hallarda şəri hakimə müraciət edə bilər:
1. Kişi öz həyat yoldaşının nəfəqəsini və yaşayış xərclərini ödəməsə və talaq verməyə də razı olmasa. Həmçinin kişinin ödəməyə imkanı olmasa və talaq da vermək istəməsə;
2. Kişi öz xanımını incitsə və Allahın əmrinə zidd olaraq onunla pis rəftar etsə;
3. Kişi öz xanımını atsa və onun hal və vəziyyətini müəyyənləşdirməsə: Belə ki, qadın ərsiz qalsa.
Əgər kişi qadının cinsi istəklərini kamil şəkildə ödəyə bilməsə, vacib ehtiyata əsasən- hər cür yolla (müalicə ağır və baha olsa belə) qadının istəklərini ödəməli yaxud talaq verməlidir. Hərçənd qadının səbr etməsi müstəhəbdir...


Sual : Butun insanlarin,,\'gozunde bedenezer var? umumyetle bednezer nedir?


Cavab: Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.
Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir».
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...» . Həzrət Əli (ə) buyurur:«Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gözdəymə duası hazırlamışdı». Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil. Bəs, gözdəymə həqiqətdir amma hər kəsin gözündə belə xüsusiyyət yoxdur...


Sual : Namahremlə zarafatlaşmağın hökmü nədir ?


Cavab:Şübhəsiz müxalif cinslə zarafat etmək ədəbsizlik də olmasa, yolunu azma və şeytanın insana qalib gəlməsinə şərait yaradır. Ona görə də İslam dindən uzaqlaşma ilə mübarizədə, ona şərait yaradanların da qarşısını alır. Məsələn kişiləri, qadının yeri soyumadan orada oturmaqdan çəkindirir. Yaxud qadınlara əmr verib ki, naməhrəmlərlə münasibətdə yumşaqlıq göstərməsinlər (\"Əhzab\" surəsi, ayə 32). Nəticədə, ən yaxşısı budur ki, qadın-kişi zarafatdan ədəbsizlik də olmasa çəkinsinlər.
Sonda bir şeyi xatırlatmaq zəruridir: Deyilənlərin hamısı ümumi bir hökmdür, ona görə də zarafatların növü arasında (çat, sms və digər vasitələrlə) və naməhrəmlərin növü arasında (sinif yoldaşı və ondan qeyrisi) heç bir fərq yoxdur...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter