Imаm Hüsеyn əlеyhissаlаmın qаrdаşı Həzrət Əbülfəzl Аbbаsın ləqəbləri hаnsılаrdır?!


Cаvаb: Həzrət Əbülfəzl Аbbаsın bir nеçə ləqəbi vаr. Оnlаrın hər biri оnun yüksək məqаmını bəyаn еdir. Оnlаr ibаrətdir:
1) Əbülfəzl, çünki fəzilətlərlə bəzənmişdi və yа Fəzl аdındа оğlu vаr idi?
2) Əbul-qirbə, çünki susuz dоdаqlаrа su vеrən idi (qirbənin mə`nаsı su qаbı dеməkdir).
3) Qəməri-Bəni-Hаşim (Bəni-Hаşim tаyfаsının аyı), çünki Bəni-Hаşim qəbiləsinin içərisində аy kimi pаrıldаyırdı, gözəl və nurаni çöhrsi vаr idi?
4) Əbdu sаlеh. 5) Isgər. 6) Əlfаdi (fədаkаr). 7) Əlhаmi (himаyə еdən). 8) Əlvаqi (kеşikçi). 9) Əssаi (çаlışqаn.)...


Nə üçün Imаm Hüsеyn (ə) Hz Zеynəb əlеyhа sаlаmın övlаdlаrının cəsədlərini хеyməyə gətirəndə, хаnım хеymədən çölə çıхmаdı?


Cаvаb: Şəhidlərin cənаzəsini gətirəndə qаdınlаrın hаmısındаn əvvəl Zеynəb əlеyhа sаlаm qаrşılаrınа çıхаrdı, аmmа öz оğlаnlаrının cənаzəsini gətirəndə хеymədən çölə çıхmаdı, çünki məbаdа gözləri оğlаnlаrının qаnlı bədənlərinə düşə, dözə bilməyə və Ilаhi sаvаbı аzаlа və həmçinin məbаdа qаrdаşı оnu bu hаldа görüb utаnа.


14 məsumun içində İmam Hüseynə (ə) məxsus olan 11 xüsusiyyət hansılardır?!


Həzrət İmam Hüseyin (ə)-ın on bir xüsusiyyəti:
1. Yeganə İmamdır ki, döyüş meydanında şəhid olub.
2. Yeganə İmamdır ki, təvəssül duasında (Ya Şəhid) deyərək xitab edilir, halbuki bütün İmamlar şəhid olublar.
3. Yeganə İmamdir ki, sağlığında iki şəhid atasıdır, (Əli Əkbər və Əli Əsğər).
4. Yeganə İmamdır ki, 40-cı günü ( Erbeyini ) ziyarət olaraq qeyd olunur.
5. Yeganə İmamdır ki, pak qəbri 10 dəfədən çox dağıdılıb ki, əlaməti qalmasın.
6. Yeganə İmamdır ki, qüsulsuz və kəfənsiz dəfn edilib....


İffətli insan üçün 8 tələ və uçurum hansı məsələlərə diqqət etməməklə baş verir?!


İffət – insanın öz nəfsi istəklərinin qarşısında müqavimət göstərməsidir. Hər nə ki, şəhvət qüvvəsini təhrik edər – iffətin bəlası hesab olunar. Ona görə də iffətin bəlaları:
1. Haram baxışlar. İffətin ən təhlükəli bəlası – haram baxışlardır. İmam Əli (ə) buyurur: “Gözlər – şeytanın tələləridir”.
2. Naməhrəmlə xəlvət etmək. Məsumlarımız (ə) buyurur ki, hər kim naməhrəmlə xəlvət edər, orada üçüncü şəxs şeytan (lən) olar.
3. Bekar olmaq. İmam Əli (ə) buyurur: “Allah sağlam və bekar insanı ki, nə dünya işindədir, nə də axirət – düşmən bilər”.
4. Qadınla kişinin bir yerdə fasilə gözləmədən işləməsi və ya bir mühitdə qərar tutması. Həzrət Peyğəmbər (s) buyurur: “Naməhrəm qadın və kişilər arasında fasilə qoyun. Çünki qarışmaq nəticəsində elə dərd və bəlaya giriftar olarlar ki, dəvası yoxdur”...


Həzrət Rüqəyyə (s.ə) İmam Hüseynin (ə) mübarək bədənini necə tapdı?


....Həzrət Zəhra (s.ə) buyurur: “Mən özüm oğlum Hüseynin (ə) başını bədənindən ayıran zaman orada idim. İndi qalx və Rüqəyyəni tap”.
Həzrət Zeynəb (s.ə) ayağa qalxır və Rüqəyyəni çağırır. Ancaq onu tapa bilmir. Bacısı Ümmi Gülsüm ilə ağlayan halda xeymədən bayıra çıxırlar və axtarmağa başlayırlar. Nəhayət qətlgahda onun səsini eşidirlər. Kərbəla şəhidlərinin parçalanmış bədənlərinin yanına gəlirlər. Görürlər ki, Həzrət Rüqəyyə özünü atasının bədəni üstünə atmış və əlindən tutaraq, onunla dərdləşir.
Həzrət Zeynəb (s.ə) ona nəvaziş etdi və bir yerdə xeyməyə geri qayıtdılar. Yolda Həzrət Səkinə Rüqəyyədən soruşdu: “Atanın bədənini haradan tapdın?”.
O, cavab verir: “O qədər “ata, ata!” çağırdım ki, nəhayət atamın səsini eşitdim ki, deyir: “Gəl bura, mən buradayam”...


Həzrəti Peyğəməbərin (s) hədislərinə əsasən dəstəmazın hansı mənəvi təsir və faydaları vardır?!


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:
1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
2. Hacətin yerinə yetməsinə səbəb olar.
3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”...


Naməhrəmə əl verənin aqibəti haqda məsumlar nə buyurmuşlar?!


Əziz Peyğəmbərimiz (ə) buyurur ki, naməhrəmlə haram rabitə qurmaq həyanın aradan getməsinə səbəb olar. O zaman ki, cavanlar bir-birinə baxır və görürlər ki, rahat şəkildə haram rabitə qura bilirlər – bu zaman onlar həyanın aradan getməsinə rəvac verirlər.
O zaman ki, cavanların təqvası az olar, dini bilgiləri olmaz və şeytanın vəsvəsələrinə məruz qalaraq – bu cür işlər görərlər. O zaman ki, cəmiyyətdə bu hal yayılar, mömin və təqvalı insanların işi çətinliyə düşər. Əslində cəmiyyət elə xəstəliyə tutulmuş olar ki, müalicəsi heç də asan deyildir. Necə ki, Qərb ölkələri bu xəstəliyə tutulmuş və ağıllı insanlar ondan xilas olmaq üçün yollar axtarırlar.
Həzrət Peyğəmbər (s) qadınla kişinin haram rabitələri barəsində buyurur: “Naməhrəm qadın kişi arasında məsafə yaradın. Çünki o zaman ki, onlar üzbəüz qərar tutarlar, cəmiyyət elə bəlaya düçar olacaqdır ki, müalicə ola bilməyəcəkdir”....


Allah-Təalanın (c.c) xüsusi bəndələrini fərqləndirən cəhətlər hansılardır?!


“Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yerdə sakit və təvazökarlıqla yol gedən və nadanlar onlara xitab edən zaman «salam» deyən kəslərdir”. (“Furqan” 63).
Uca Allah bu mübarək ayədə Öz xüsusi bəndələrinin sifətlərini açıqlamış və onları mədh etmişdir. Allah bu insanların iki mühüm sifətini bizlərə tanıtmışdır.
1. Yer üzərində təkəbbürlə yol getməzlər. Allahın xüsusi bəndələri o kəslərdir ki, özlərini rəzil sifət olan təkəbbürdən və lovğalıqdan uzaq tutarlar. Yer üzərində təvazökarcasına yol gedərlər. Təvazökarlıq – həqiqi möminlərin bariz sifətlərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Bəndəlikdə ən üstün insanlar o kəslərdir ki, böyük olduqları halda təvazö edərlər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Təvazökarlıq insanın ucalmasını artırar. Ona görə də təvazö edin ki, Allah sizi ucaltsın”.
2. Başqaları ilə yaxşı rəftar edərlər. Allahın xüsusi bəndələrinin başqa sifəti odur ki, başqaları ilə yaxşı rəftar edərlər. Onlar nadanla qarşılan zaman onlar kimi rəftar etməzlər. Əksinə, onlarla ən yaxşı şəkildə rəftar edərlər...


Övlad tərbiyəsi ilə bağlı Qurani-Kərimin hansı 8 tövsiyəni edir?!


Qurani-Kərim bizlərə övlad tərbiyə etməklə bağlı yollar tövsiyə edir:
1. Övlada insan həqiqətini başa salmaq. “Həqiqətən bu Qur’an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir”. (“İsra” 9).
O zaman ki, övladınız həddi-büluğ yaşına çatar, ona insanın həqiqətlərini tanıtmağa çalışın. Əgər insan özünü tanıyarsa, şübhəsiz ki, Allahı da tanıyacaqdır.
2. Uşaqlar örnək götürəndirlər. İnsan örnək götürən bir varlıqdır. Ona görə də övladınıza doğru örnəkləri tanıdın və ona vaxtında doğru yolu göstərin. “(Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!”. (“Bəqərə” 44).
Valideyn övladı üçün həmişə örnək olmuşdur. Ona görə də çalışmalıdır ki, dedikləri ilə əməli üst-üstə düşsün....


Həyat yoldaşına yardım etməyin savabı haqda hədis...


İmam Əli (ə) buyurur: “Bir gün Peyğəmbər (s) bizim evə gəlmişdi və Fatimeyi-Zəhra (s.ə) qazanın kənarında əyləşmişdi. Mən də mərcini təmizləməklə məşğul idim. Peyğəmbər (s) məni qızına yardım edən halda görəndə sevindi və buyurdu: “Ey Əbul Həsən!”. Ərz etdim: “Ləbbeyk, ya Rəsulallah!”.
Buyurdu: “Sənə deyəcəyim sözlərə qulaq as, mən hər nə deyirəmsə, Allahımın əmridir. “Heç bir kişi evdə xanımına yardım etməz, məgər o halda ki, onun üçün bədənində olan tüklərin sayı qədər bir ilin ibadəti yazılar”. Baxın görün ətrafımıza nə qədər savab tökülübdür, ancaq biz çox vaxt onları toplamırıq!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter