Xanımların behiştə getməsi üçün... – Həzrət Zeynəbdən (s.ə) hədis


Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) biz qadınlar üçün elə bir hüquq müəyyən etmişdir ki, həyat yoldaşlarımız gərək ona riayət etsinlər.
Necə ki, onlar üçün hüquq təyin etmişdir ki, onlara riayət etmək bizim üçün lazımlıdır”.
Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) buyurmuşdur: “O zaman ki, doğru düşünən və doğru əxlaqa malik olan qadın beş vacib namazını qılarsa, Ramazan ayının orucunu tutarsa və ətəyini pak və pakizə saxlayarsa və həyat yoldaşı ilə həmahəng olarsa, onun hüququna riayət edərsə – ona deyilər ki, behiştin hansı qapılarından istəsə, birindən Allahın gözəl və bol nemətli behiştinə daxil olsun”.


İnsanın imanında Elmul-yəqin, eynul-yəqin, həqqul-yəqin nə deməkdir?!


Allaha mərifət əldə etməyin bir neçə mərhələri vardır ki, insan bu mərifət sayəsində yəqinliyə çatar. Yəqinliyin bir neçə mərhələsi vardır ki, onlarla tanış olaq.
1. Elmul-yəqin nədir? Elmul-yəqini izah etmək üçün belə bir misal çəkə bilərik. Fərz edin ki, bir nöqtədə atəş şölələnmişdir. Sizinlə bu atəş arasında bir divar vardır. Əgər siz tüstü və ya gələn istilik sayəsində divarın arxasından bu atəşin olduğunu dərk etsəniz – bu olur elmul-yəqin. Ona bənzəyir ki, bir nəfər Allahı tanıyar və Ona iman gətirər, ancaq əqli bürhan vasitəsilə.
2. Eynul-yəqin nədir? Əgər siz yuxarıda çəkdiyimiz misalda divarı keçə bilsəniz və atəşi yaxından görsəniz – bu olur eynul-yəqin. Bu mərhələ keçmiş mərhələdən daha üstündür. Ona görə də görmək, eşitməkdən daha üstün hesab olunur. Bu mərhələdə insan tövhidin təsirlərini həyatında əməli şəkildə müşahidə edər...


Allah-Təlanın hansı adını 101 dəfə zikr etmək insana şəfa verər?!


\"Əl-Vahid\" - yəni yeganə və həmtayı olmayan deməkdir. Elə bir fərddir ki, ikincisi yoxdur. Məna etibarı ilə hasil olan budur ki, şəriki yoxdur və mürəkkəb deyil, bəsitdir.
Bu ismi davamlı olaraq zikr etmək üns, ülfət və izzətə nail olmağa səbəb olar və əgər bir şəxs bu ismi təamın üzərinə oxuyub, ondan yesə qəlbi nuraniləşər və əgər əlacdan əlini üzmüş xəstə gündə 101 dəfə bu ismi oxusa, şəfa tapar. (“Allahın 99 gözəl adı” kitabına istinadən)


Namazda hansı şərt olarsa qıldığımız namaz həqiqi namaz hesab olunar?!


Namazın bir zahiri vardır ki, ona əməl etmək vacibdir. Dəstəmaz alırıq, səcdəyə və rükuya gedirik. Namazın surələrini düzgün tələffüs edirik və bu kimi. Bunlar – namazın zahiri əhkamlarıdır.
Batini hissə odur ki, qıldığımız namazda Allaha diqqət edərik və qəlbimizlə Allahla əlaqə yaradarıq. Bu, həccə bənzəyir ki, insan Kəbənin Sahibinə olan eşqinə görə, bu müqəddəs məkanın hər tərəfini qucaqlayıb öpmək istəyir. Sanki kimisə itirmişdir və bütün qəlbi və ruhu ilə onu tapmağa çalışar. ...
Mərhum Ayətullah Qazinin şagirdlərindən biri deyir ki, o, namazı xüsusi eşq ilə qılırdı. Bəzən hava soyuq olduğu üçün çoxlu paltar geyinərdi ki, ona soyuq olmasın. Ancaq elə ki, namaz qılardı, istilənər və üst-üstə geydiyi paltarları bir-biri çıxarardı. Mərhum Qazi buyururdu ki, mən saqqalımı girov qoyaram ki, əgər kimsə şövqlə namaz qılarsa, həmin namaz onu kamallara çatdırar...


Niyə insan namazı tələsik qılmağa meyillidir?!


Bəzən insan dostları ilə saatlarla söhbət edir və yorulmur, ancaq elə ki, namaz üçün dayanır – Allahla söhbət etmək ona çətin gəlir. Çalışır namazını tez qılıb qurtarsın.
Bəs bu, niyə baş verir? Bunun səbəbi odur ki, bu insanın Allahla yaxınlığı yoxdur. İnsan özünə yaxın olmayan biri ilə danışan zaman həmişə çətinlik çəkər. Biz də baxmayalıyıq, görək Allahla nə qədər yaxınıq. Baxmalıyıq ki, Quran oxuyan zaman, namaz qılan zaman bizə çətindir, yoxsarahatlanır və şad oluruq.
Əgər insan elə paltar geyinər ki, başqalarının diqqətini cəlb etsin. Bu insan – xudbin insandır. Əgər insan dediklərinə diqqət etməsə və hər nə gəldi desə, o zaman Allah onun qəlbindən çıxar və o, Allahı unudar.
Əgər qəlb Allahı tanıyırsa, o zaman zehnində gözəl təəssüratlar yaranacaqdır. Bu səbəbdən Quran buyurur ki, əgər qəflətdən uzaq olmaq istəyirsənsə, Allahı yada sal...


İmam Baqir (ə) xristian yepiskopun Şamda keçirlən tolantısında suallarını hansı cavabları verdi?!


İmam Baqir (ə) oğlu ilə Bəni Üməyyə saraydan xilas olandan sonra, sarayla üzbəüz olan meydanın kənarına yerə əyləşmiş insan cəmiyyəti ilə üzləşdi. İmam onların nə üçün toplaşdığını soruşdu. Cavabında dedilər ki, onlar xristian keşiş və rahibləridir və ənənəvi olaraq ildə bir dəfə keçirilən böyük elmi məclisin başlanmasını, həmçinin elmi sualları həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir (ə) naməlum şəxs qismində camaatın arasına girib məclisdə iştirak etdi. Bu xəbər dərhal Hüşama çatdırıldı. Hişam bir neçə nəfəri gedib yaxından o məclisdə iştirak etmək üçün göndərdi. Çox çəkmədi ki, qocalıb əldən düşmüş yepiskop gəlib böyük ehtiramla məclisin yuxarı başında oturdu. Daha sonra camaatı nəzərdən keçirdi. İmam Baqirin (ə) siması onu özünə cəlb etdiyinə görə üzünü İmama (ə) tutub soruşdu: \"Bizim xristianlardansan, yoxsa müsəlmanlardansan?\" İmam Baqir (ə): \"Müsəlmanlardanam.\" — Müsəlmanların alimlərindənsən, yoxsa avamlarından? — Avamlardan deyiləm.
— Əvvəl mən sual edim, yoxsa sən soruşacaqsan? — İstəyirsinizsə, siz soruşun...


Müaviyə tərəfindən cümə namazlarında İmam Əli (ə) nifrin və lənət oxuma bidətini kim və nə səbəblə yığışdırdı?!


Sualın cavabı budur ki, Ömər ibn Əbdüləzizin uşaqlıq illərində zahirən iki kiçik hadisə onun ümumi fikirlərini tə’sir altına almış və fikir yolunu dəyişmişdir. Onun hakimiyyət dövründəki bu böyük iş əslində oradan nəş’ələnmişdir. Birinci hadisə Ömər ibn Əbdüləzizin Übeydullah adlı Allahı tanıyan, agah və imanlı bir kişinin yanında dərs öyrəndiyi vaxt baş vermişdir. Bir gün Ömər Bəni-Üməyyədən olan öz tay-tuşları ilə birlikdə oynayırdı. Uşaqlar oynaya-oynaya öz adət-ən’ənələrinə sadiq qalıb kiçik bir bəhanə taparaq Əli əleyhissəlamı lə’nətləyirdilər. Ömər də onlara qoşulub Həzrət Əli əleyhissəlamı söyürdü. Elə bu vaxt onun müəllimi uşaqların yanından keçərkən onun da digər uşaqlar kimi Əli əleyhissəlamı söydüyünü eşitdi. Ağıllı müəllim heç bir söz deməyib məscidə getdi. Dərs vaxtı çatanda, Ömər də məscidə getdi. Müəllim onu görcək namaz qılmağa başladı...


İmam Baqir (ə) onun zəhmətkeşliklə qazanmasına etiraz edən şəxs necə cavab verdi?!


Zəhmətkeşlik - Məhəmməd ibn Münkədər deyir: Əli ibn Hüseynin oğlu Məhəmməd ibn Əlini görənə qədər düşünməzdim ki, onun özündən üstün bir canişini olsun. Onunla görüşdə nəsihət vermək istədim. Amma o mənə nəsihət verdi.
Çox isti saatlarda Mədinə ətrafına getmişdim. İmam Baqiri (ə) qan-tər içində işləyən gördüm. Öz-özümə dedim ki, sən Qüreyşin böyük şəxsiyyətinə bax! Günün isti saatlarında dünya dalınca qaçır! And içdim ki, ona nəsihət verəcəyəm. Yaxınlaşıb salam verdim. Tövşüyə-tövşüyə salamımı aldı. İstinin təsirindən üz-gözündən tər axırdı. Ona dedim ki, Allah işini avand etsin, Qüreyşin belə bir böyük insanı günün istisində dünya üçün çalışır?...


İmam Məhəmməd Baqir (ə)-ın həyatı haqqında qısa məlumat...


İMAM MUHƏMMƏD (ƏLEYHİSSALAM) - Ləqəbləri: Baqir, Zakir, Şakir, Hadi, Sabir, Cami, Hazir, Şəbih, Nasir. Künyəsi: Əbu Cəfər.
Atası: İmam Zeynül-Abidin (əleyhissalam). Anası: İmam Həsənin (a) qızı Fatimə. Doğulduğu gün: 1 Rəcəb. Doğulduğu yer: Mədineyi-Münəvvərə. Doğulduğu il: 57-ci hicri ili. Şəhid olduğu gün: 7 Zilhəccə. Şəhid olduğu il:114-cü hicri ili. Ömrü: 57 il. Şəhadət səbəbi: Hişam ibn Əbdül-məlik o Həzrəti zəhərləmişdir. Dəfn olunduğu yer: \"Bəqi” qəbiristanlığı.
Övladlarının sayı: 8 (6 oğlan, 2 qız).-Oğlanları: 1. Əbu Əbdillah (İmam Sadiq əleyhissalam). 2. Əbdüllah. 3. İbrahim. 4. Übeydullah. 5. Rəca. 6. Əli.
Qızları: 1. Zeynəb. 2. Ümmü Sələmə. Üzüyündəki yazı: \"Əl izzətü lillahi cəmiən” (Bütün izzət və qüdrət Allaha məxsusdur).





İmam Səccad (ə)-ın hədisinə əsasən hansı beş dəstə ilə dostluq etməyək?!


Cаvаb: Imаm Zеynəlаbidin əlеyhissаlаmın buyurduğu bеş dəstə аşаğıdakılаrdаn ibаrətdir:
1) Fаsiqlə dоst оlmа, çünki о səni bir tikəyə, həttа bir tikədən də аzа, yəni bir tikənin dаdınа sаtаr.
2) Pахıl аdаmlа yоldаş оlmа, çünki sоn dərəcə еhtiyаcın оlаn zаmаn səni öz mаlındаn məhrum еdər.
3) Yаlаnçı аdаmlа yоldаş оlmа, çünki о ilğım kimidir, yахını sənin üçün uzаq və uzаqı yахın kimi cilvələndirir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter