Allah-Taala qiyamət günü üç qrup insanla düşmənçilik edər?!


Bir hədisdə Mütəal Allahın belə buyurduğu deyilir: Mən qiyamət günü üç qrup insanla düşmənçilik edərəm.
1. Mənimlə əhd-peyman bağladıqdan sonra onu sındırır.
2. Azad bir insanı satır, pulunu da yeyir.
3. Fəhləni işlədir, lakin pulunu vermir.
Əhli-Beytdən (ə) nəql olunan hədislərdə buyurulur ki, fəhlənin təri soyumazdan qabaq onun haqqını ödəmək lazımdır.


Qəlb qəsavətini aradan aparmağın 5 yolu hansılardır?


Qəlb qəsavətini aradan aparmağın yolları ilə tanış olmağa çalışaq:
1. Allahı yada salıb, zikr etmək. Quranın özü Allahın zikri sayılır ki, qəlblərin aramlıq vasitəsidir. Necə ki, hava ağciyərlər üçün faydalıdır, ancaq su – ziyanlıdır, əksinə su mədə üçün faydalıdır, ancaq hava – ziyanlıdır. Qəlb qəsavətini aradan aparan zikrlərdən biri istiğfardır. İkincisi “Lə iləhə illəllah” zikridir və üçüncüsü isə salavatdır.
2. Günahdan uzaq olmaq. Necə ki, qeyd olundu, qəlb qəsavəti günaha aiddir. Ona görə də ilk növbədə tövbə edib...
3. Ölümü yada salmaq. İmam Əli (ə) buyurur: “Allahın Peyğəmbəri (s) tövsiyə edirdi ki, səhabələri ölümü yada salsınlar. Çünki ölümü yada salmaq nəfsani ləzzətləri sındırar və heyvani meyillərə mane olar”.
4. Əxlaqi kitablarını və Məsumlardan (ə) gələn hədisləri mütaliə etmək. İmam Baqir (ə) buyurur: “Hədislərimiz qəlbi dirildər”.
5. Yoxsul və yetimlərlə mehriban olmaq. Bir nəfər Peyğəmbərə (s) qəlb qəsavətindən şikayət edir. Həzrət (s) buyurur: “Nə zaman qəlbinin yumşalmasını istəyirsənsə, yoxsula yemək ver və əlini yetimin başına çək”.


Hansı surəni çox oxumaq Xəstəliyin yaxşılaşmasına, qorxunun aradan getməsinə, ailə qurmasına yardım edər?


Hansı surəni çox oxumaq Xəstəliyin yaxşılaşmasına, qorxunun aradan getməsinə, ailə qurmasına yardım edər? İmam Sadiq (ə) buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, parlayan çıraq kimi qəbirdə nurani olmasına səbəb olar”.
İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, Allah məişət işlərini islah edər, ona çoxlu ruzi əta olunar”. Bu surənin bərəkətləri:
1. Xəstəliklərin yaxşılaşması. İmam Sadiq (ə) buyurur: “Əgər bu surəni yataqda olan xəstə yanında yazsanız, Allah ona ciddi şəkildə asanlıq edər”.
2. Qorxunu aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Zariyat” surəsini çini və ya billur qaba yazsalar və yuyub suyunu içsələr, qorxu aradan qalxar. Əgər çətin doğumu olan qadına yazıb boynundan assalar, tezliklə doğar”.
3. Qızların ailə qurmasına yardım edər. Hər kim “Zariyat” surəsinin 49-cu ayəsini yazıb ərə getməmiş qızın boynundan asarsa, Allahın lütfü ilə tezliklə ərə gedəcəkdir.


Müsbət hesab edilən ümidsizlik hansı növ ümidsizlikdir?


Müsbət hesab edilən ümidsizlik hansı növ ümidsizlikdir? Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah Təala ümidsizləri elə qəbirdən qaldırar ki, simalarının qaranlıq və zülməti nuraniliyə qələbə çalar. Sonra deyilər ki, bunlar o kəslərdir ki, Allahın rəhmətindən ümidsiz olmuşdular”.
- Bəs bəyənilən ümidsizlik nədir? Bəyənilən ümidsizlik - o ümidsizlikdir ki, Allahdan qeyrisinə aid olsun. İnsan Allahı əsl Xaliq və Feyz Mənbəyi kimi qəbul etməlidir. Qeyrisindən ümidsiz olmalıdır. O, bu inancda olmalıdır ki, əgər başqası da nəyisə edə bilirsə, bu əzəmətli Allahın yardımı və izni ilə baş verir.
İmam Sadiq (ə) buyurur: “Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olanlardan ümidini kəssin”.


Qәribә ölüm deyəndə nəyi dərk etməiyik?


Qәribә ölüm deyəndə nəyi dərk etməiyik? Mәşhur хәtiblәrdәn biri dеyib: “Bir mәclisә mоizә еtmәk üçün dәvәt оlunmuşdum. Mәni оrа аpаrаn sürücü mаrаqlı bir hаdisә nәql еtdi. О bеlә söylәdi: Mәnim bir dоstum vаr idi. Bir gün bәrk хәstәlәndiyini еşidib оnun görüşünә gеtdim. Hаlını sоruşdum О dеdi: Mәnim ömrüm qurtаrıb. Bu хәstәlik mәni mәhv еdәcәk. Оnа görә dә sizdәn hаlаllıq istәyirәm. Mәni bаğışlа. Оnа ürәk-dirәk vеrdim vә оnu hаlаl еtdiyimi bildirdim. Оnunlа хudаhаfizlәşib оtаğındаn çıхdım. Hәyәtdә оnun hәyаt yоldаşının qәnd dоğrаdığını gördüm. Оndаn sоruşdum ki, bu qәdәr qәndi nеylәyirsәn? “Özün dә gördün ki, әrimin vәziyyәti nеcәdir. Оnun yаşаmаsınа ümidim yохdur. Bu qәndlәri оnun yаs mәclisi üçün hаzırlаyırаm,”-dеdi. Bu sözü еşidәndә çох nаrаhаt оldum. Sәkkiz gündәn sоnrа qаpısınа çаtаndа qаpının üstündәki qаrа pаrçа ilә rаstlаşdım. Аmmа qаpını аçаn şәхs mәni çох tәәccüblәndirdi. О, mәnim dоstum idi. О mәnә dеdi: Tәәccüb еtmә! Sәn bizim еvdәn çıхаndаn sоnrа, хаnımım qәndi dоğrаdığı vахt infаrkt kеçirtdi vә öldü. Аmmа mәn Аllаhın istәyi ilә sаğаldım.” ...


Allah-Taalanın (c.c) Musaya (ə) üç tövsiyəsi nələr idi?


Allah-Taalanın (c.c) Musaya (ə) üç tövsiyəsi nələr idi? Allah-taala Musaya (ə) xitab edərək buyurdu: Ey Musa! Mən səndən ötrü üç şey yerinə yetirirəm və sən də bunun müqabilində üç əməl yerinə yetir. Dedi: Onlar hansılardır? Buyurdu:
1. Mən sənin ixtiyarında minnətsiz olaraq çoxlu nemətlər qoymuşam. Sən də əgər bir kəsə nə isə verdin minnət qoyma.
2. Mən sənin üzr və tövbəni qəbul edirəm, baxmayaraq ki, bir çox itaətsizliyi bilərəkdən yerinə yetirmişsən. Sən də cəfakarların üzrünü qəbul et.
3. Mən səndən sabahın əməlini bu gün tələb etmirəm, sən də sabahın ruzisini Məndən bu gün istəmə.


Müsəlмanların savadsızlığının səbəbİ nədİr?


Müsəlмanların savadsızlığının səbəbİ nədİr? Peyğəmbər xalqı ardıcıl şəkildə elm və biliyə dəvət etdiyi halda, savadsızlıqla mübarizə apardığı vəziyyətdə nə üçün müsəlmanlar bu qədər savadsızdırlar?
Cavab: Nə qədər ki müsəlmanlar İslamın ali təlimlərindən uzaq düşməmişdilər, İslam dünyasında elm və bilik ildırım sürəti ilə yayılırdı. Мisilsiz elm mərkəzləri, kitabxanalar deyilənlərin əyani sübutudur. Həmin vaxt kağız istehsalı və çap vasitələri olmadığı halda, təkcə Marağa kitabxanasında dörd yüz min cild, Bağdad kitabxanalarında isə dörd yüz milyon cild kitab vardı. Müsəlman ölkələrindəki kitabxanaları ən dəyərli elmi kitablar bəzəyirdi.
Qərb dünyasının istismar kölgəsi müsəlmanların başının üstünü alanadək müsəlmanlar arasında saysız-hesabsız savadlı insanlar vardı. Məsələn, Fransa istismarından qabaq Əlcəzairin əksər sakinləri savadlı idilər. Son dövrlərdə bə’zi İslam başçılarının bir-birləri ilə çarpışması İslam mədəniyyətini daha da tənəzzülə uğratdı. Hal-hazırda əksər müsəlmanların ibtidai savadı da yoxdur. Aммa üмid edirik ki, son dövrlərdə müsəlman dünyasında müşahidə edilən oyanış uyğun sahədə də əhəmiyyətli dəyişikliklər yaradacaqdır.


İmam Rza (ə) insanlara kömək etməyin əhəmiyyəti barədə nə buyurmuşdur?


İmam Rza (ə) insanlara kömək etməyin əhəmiyyəti barədə nə buyurmuşdur? İmam Rza (ə) buyurur: “Bilin ki, Allaha iman, Ali-Muhəmməddən (ə) olan Övliyaların haqqını qəbul etdikdən sonra Allah yanında şükür etmək, mömin qardaşına yardım etməkdən daha sevimli deyildir. Onların həyatına yardım etmək – onların behiştə çatması üçün olan yoldur. O kəslər ki, belə yardım edərlər, İlahi dərgahın xüsusi (bəndə)lərindəndir.
Həzrət Peyğəmbər (s) bu haqda bir söz demişdir ki, əgər ona yaxşı diqqət edilərsə və əməl olunarsa, layiq olmaz ki, kimsə özünü İlahi feyzdən məhrum etsin.
Həzrət Peyğəmbərə (s) deyirlər: “Filankəs həlak olmuşdur, çünki belə bir günahlar etmişdir”. Həzrət (s) buyurur: “Bəlkə o, nicat tapdı. Allah əməllərini yaxşılıqla sona çatdırdı. Allah günahlarını pakladı və həsənələrə çevirdi. Çünki o, bəzən elə yoldan keçir və möminləri görür ki, bədəninin bəzi hissəsi (ki, örtülməlidir) aşkar olmuşdur və özü bilmir ki, örtsün, və ona bir şey demir ki, o, məbada xəcalət çəkməsin”...


“İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin...”?


“İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin...”? -Hüseyn ibni Abdullah nəql edir: “Atam İmam Rzaya (ə) məktub yazır ki, mətni belə idi: “Qurban olum! Yaşım artmışdır və gücsüz olmuşam. Gördüyüm bir çox işlərdən qalmışam. İstəyirəm ki, mənə elə bir söz öyrədəsiniz ki, onunla Allaha yaxınlaşam. Elm və dərkimi də artırasınız.
-İmam (ə) cavabında yazır: “Sənə bir məktub göndərmişəm ki, onu oxu və zərrə-zərrə dərk et. Çünki onda əgər Allah şəfasına iradə edərsə, şəfa vardır və o kəsin ki, hidayətini Allah iradə edərsə, hidayət vardır. Ona görə də bu zikri çoxlu de: (“Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”).
İsmayil ibni Səhl nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin ki, nə zaman onu oxusam, dünya və axirətdə onunla birlikdə olum.
-İmam (ə) buyurur: “Qədr” surəsini çoxlu oxu və dodaqlarını istiğfar ilə təravətli saxla”. Hüseyn ibni Səyid nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə bir dua öyrətsin. İmam (ə) buyurdu: Bu cür de: Ondan sonra Allahdan nə istəyirsənsə, dilinə gətir”...


Qiyamət günü Allahın qəzəbinə düçar olan 10 dəstə kimlərdir?


Qiyamət günü Allahın qəzəbinə düçar olan 10 dəstə kimlərdir? Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil olar! Qiyamət günündə mənim ümmətimdən olan on dəstə Allahın qəzəbinə düçar olar və Cəhənnəmə vasil olar.
Həmin insanlar bunlardır: Zinakar qoca, yolunu azmış rəhbər, şərabxor, ata-anası ilə bədrəftar olan, günahsız qadına haqsız töhmət vuran, söz gəzdirən, yalançıya şahidlik edən, zəkata mane olan, zalım və namazı tərk edən.
Bilin ki, Qiyamət günü namazı tərk edənin əzabı ikiqatdır. Məhşərə gələn zaman əlləri boynuna qandallanmış halda olar və bu vəziyyətdə olduğu halda əzab mələkləri odlu gürzlərlə onun alnına və yanaqlarına vurarlar. Behişt ona deyər: “Nə sən məndənsən, nə də mən səndən”. Cəhənnnəm isə ona deyər: “Yaxın gəl, sənə dəhşətli işgəncə verəcəyəm!” Həmin an Cəhənnəm fəryad çəkib həmin bədbəxti öz içinə alar və o, Qarunun yanına gedər. (Bu məsələdə yalnız o kəslər istisnadır ki, tövbə edərək namaza başlayıb və keçmişdə əldən verdiyi vacib namazlarının da qəzasını yerinə yetirir.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter