İmam Həsəndən və İmam Hüseyndən (ə) əvvəl bu adları daşıyan şəxs olmayıb?


İmam Həsəndən və İmam Hüseyndən (ə) əvvəl bu adları daşıyan şəxs olmayıb? Doğrudurmu ki, İmam Həsəndən və İmam Hüseyndən (ə) əvvəl bu adları daşıyan şəxs olmayıb?
Həqiqətən, İmam Həsənlə İmam Hüseyndən (ə) əvvəlki ərəb tarixində bu adlara rast gəlmirik. Rəvayətlər də bunu təsdiq edir ki, ilk dəfə Həzrət Mühəmməd Peyğəmbər (s) öz nəvələrinə bu adları qoymuşdur. Bu adlar Harun Peyğəmbərin (ə) oğulları Şəbər və Şübeyrin adlarının ərəbləşdirilmiş variantlarıdır. Həzrət Harun (ə) Musa Peyğəmbərin (s) qardaşı və canişini idi. Həzrət Mühəmməd Peyğəmbər (s) də Həsənlə Hüseynin (ə) atası İmam Əliyə buyurmuşdu ki, sənin mənə nisbətdə məqamın Harunun (ə) Musaya (ə) nisbətdə məqamı kimidir./islam.az


Çox danışmaq necə cəhənnəmə aparır? hədisin şərhi.


Çox danışmaq necə cəhənnəmə aparır? hədisin şərhi. İmam Əli (ə) buyurur: \"Hər kim çox danışar - səhvləri də çoxalar. Hər kimin səhvi çoxalar - həyası azalar. Hər kimin həyası azalar - təqvası azalar. Hər kimin təqvası azalar - qəlbi ölər. Hər kimin qəlbi ölər - cəhənnəmə daxil olar\".
Hədisin şərhi: İmam (ə) çox danışmağın ziyanlarına işarə edərək buyurur ki, hər kim çox və yersiz danışar, istər-istəməz səhvləri və xataları da çox olar. Dediyi sözlərin artıq mənasına və məntiqinə diqqət etmədiyinə görə, çoxlu səhvlər edər. Bu səhvlər sayəsində insanların qarşısındakı etibarı zədələnər. Nəticədə həyası azalar. Həyası o qədər azalar ki, etdiyi səhvlərin nə qədər utandırıcı olduğuna diqqət etməz.
Həya insanı bir çox səhv və günahdan saxlayar. Əgər həya azalarsa, insan daha çox günah etməyə meyl edər. Həya azalarsa deməli təqva da azalar. İnsanı günahdan saxlayan təqva get-gedə zəifləyər...


İnsanı mütləq behiştə aparacaq 4 əməl hansılardır?


İnsanı mütləq behiştə aparacaq 4 əməl hansılardır? Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Hər kimdə bu dörd əməl cəm olar, Allah behiştdə onun üçün ev inşa edər:
1. O kəs ki, yetimə pənah verər. İmam Sadiq (ə) buyurur: “Hər kim Allahın rəhmətinə şamil olmaq istəyir və behiştə daxil olmaq istəyir – gərək yetimlərə qarşı ürəkyanan və mehriban olsun”.
2. Çarəsizə və zəifə rəhm edər. Hədislərin birində oxuyuruq: “Siz rəhm edin ki, Allah da sizə rəhm etsin”.
3. Ata və anasına qarşı mehriban olar. “Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!”. (“İsra” 24).
4. Qul və ya əlinin altında olanlarla mehriban rəftar edər. Həzrət Peyğəmbər (s) buyurur: “Mən məkarim əxlaq üçün məbus olunmuşam”.


Tapilan pulun hokumu nədir?


Tapilan pulun hokumu nədir? Bismillahir-rəhmanır-rəhim. Əgər tapdığınız pulda onunla sahibini tapa biləcək, bir nişanı olsa (hərçənd bilsəniz ki, onun sahibi malı möhtərəm olan kafirdir), o halda gərək tapdığınız gündən bir ilə kimi camaatın yığıldığı yerlərdə elan edəsiniz. Əgər belə bir pulu elan verməklə onun sahibinin tapılmayacağı məlum olan bir yerdə taparsa, onu birinci gün sahibləri tərəfindən fəqirlərə şəriət hakiminin izniylə, vacib ehtiyata əsasən sədəqə verə bilər və il tamam olana qədər səbr etməməlidir. Habelə, pul sahibini tapmaqdan ümidini itirsə, həmin vaxtdan onu sahibi tərəfindən fəqirə sədəqə verməlidir.


Sahibi bilinməyən uzun illər telefon ustası yanında qalan telefonlardan istifadə etmək olarmı?


Sahibi bilinməyən uzun illər telefon ustası yanında qalan telefonlardan istifadə etmək olarmı? Salam. Sizə iki sualım var: 1) Mən telefon ustasıyam. Elə olur ki, müştəri telefonunu təmirə gətirib verdikdən sonra gəlib çıxmırş Hətta 1 ildən çoxdur ki, yiyəsini tapa bilmirəm və telefonu da cavab vermir. 2) Özümün telefon zapçastları il müştərilərin telefon zapçastları qarışıb və ayıra bilmirəm. Onları işlədə və yaxud sata bilərəmmi?
\"Muctəhid: Ayətullah Xamenei\": Bismillahir-rəhmanır-rəhim
1. Əgər sahibləri öz telefonundan imtina etsə və onu geri götürmək qəsdləri də olmasa, ondan istifadə etməyinizin hər bir halda maneəsi yoxdur. Lakin sahibinin ondan imtina etməsinə yəqinliyiniz yoxdursa, bu halda sahiblərini tapmaqdan ümidsiz olduğunuzu fərz etsək, sahibi tərəfindən onları fəqirlərə sədəqə verin.
2. Sahibinin razılığı ilə iradı yoxdur. Əgər sahibini tapa bilməsəniz, onu satıb sahibi tərəfindən fəqirə sədəqə verə bilərsiniz.


Din nə üçündür və hansı bölümləri vardır?


Din nə üçündür və hansı bölümləri vardır? Din bəşəriyyətə səadət yolunu göstərmək üçün Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə göndərilmiş həyat proqramıdır. Xoşbəxt olmaq istəyən insan bu proqrama əməl etməlidir. Dini əqidə insanın qəlbində yerləşmiş gizli nəzarətçi kimidir. O, insanı çirkin işlərdən çəkindirir, gözəl sifətlərə vadar edir.
İslam təlimləri üç hissədən ibarətdir:
1. Etiqadlar (üsuli-din: tövhid, ədl, nübüvvət, İmamət, məad).
2. Əxlaq
3. Əməllər (fürui – din: namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla, təbərra)...


Аllаh nеcә “sәttаr”dır?


Аllаh nеcә “sәttаr”dır? Tәәccüb еdirәm о kәsә ki, istiğfаr еtmә mümkün оlduğu hаldа Аllаhın rәhmәtindәn nаümiddir.
-İmаm Sаdiq (ә) buyurub: “Bir bәndә хаlis tövbә еdәn zаmаn Аllаh оnu sеvir vә günаhlаrını örtür.” Rаvi sоruşdu: Аllаh nеcә “sәttаr”dır? Buyurdu: “İnsаnın әmәllәrini yаzаn mәlәklәr tövbә еdәnin günаhlаrını unudur. Аllаh günаhkаrın bәdәninә, günаh еtdiyi yеrә әmr еdir ki, оnun günаhını gizlәtsin. Аllаhın hüzurunа gеdәndә оnun günаh еtmәsinә hеç bir şаhid оlmаsın.” (“Üsuli-kаfi”, c. 2, sәh. 436.)...
-Pеyğәmbәr (s) buyurub: \"Еy Әli! Hәr kәs hәr sәhәr, yахud hәr gеcә mәnә sаlаvаt göndәrsә, mәnim şәfаәtim оnа vаcib оlаr, hәttа böyük günаhlаrın sаhibi оlsа dа (şәfаәtin şәrti tövbә еdib, günаhı tәrk еtmәkdir).” (“Müstәdrәkül-vәsаil”, c. 5, sәh. 334.)...


Donuz ətini yemək niyə haramdır?


Donuz ətini yemək niyə haramdır? Donuz ətində neçə növ mikrobun tapılmasını, bir növ Qurani-kərimin möcüzəsi hesab etmək olar.
“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir...” (\"Bəqərə\", 173.)
Donuz əti yemək İslam dinində haram sayılan əməllərdən biridir. Əsrlərdən sonra bu heyvan (donuz) barəsində alimlərin araşdırmaları və donuz ətində neçə növ mikrobun tapılmasını, bir növ Qurani-kərimin möcüzəsi hesab etmək olar.
CİSMİ ZƏRƏRLƏRİ
Donuz ətinin cismi zərərləri xeyli sayda olsa da, biz onun iki əsas növünü qeyd etməklə kifayətlənirik. Aşağıda izahı gələcək bu iki ziyan, trixin və solityordan ibarətdir...


Hansı üç dəstəni cəhənnəm atəşi yandırmaz?


Hansı üç dəstəni cəhənnəm atəşi yandırmaz? Pеyğәmbәr (s) bu bаrәdә buyurmuşdur: Cәhәnnәm оdu üç nәfәri yаndırmаz:
1. Ərinә itаәt еdәn qаdını; 2. Ərinin çәtin vахtlаrındа sәbir еdәn qаdını; 3. Atа-аnаsınа yахşılıq еdәn övlаdı. (“Nәsаyih”, sәh. 111.)
Аllаhın qәzәbi: Pеyğәmbәr (s) buyurub: “Әrindәn icаzәsiz еvdәn çıхаn qаdın әrini rаzı еdәnә vә еvә qаyıdаnа qәdәr Аllаhın qәzәbinә düçаr оlаr.” “Sәbәbsiz әrindәn bоşаnmаq istәyәn qаdınа cәnnәtin iyi hаrаmdır. Әri rаzı оlаn qаdın cәnnәtlikdir.”
İmаm Sаdiq (ә) buyurub: “Аllаh yеddi gün әrinә хidmәt еdәn qаdının üzünә cәhәnnәmin bütün qаpılаrını (yеddi qаpı) bаğlаyаr vә cәnnәtin bütün qаpılаrını (sәkkiz qаpı) аçаr.” (“Rаhе sәаdәt”, sәh. 15.)


Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı?


Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı? Sual: Əgər ayələrin mənasını başa düşmürüksə, Quran tilavət etməyin bir təsiri və faydası varmı?
Cavab: Əgər Quran tilavət etməyin əhəmiyyət və fəzilətini bilsək, Quranın Allah kəlamı olduğunu başa düşsək, Quranla ünsiyyət bağlayıb, onu tilavət etməkdən ləzzət ala bilsək, heç vaxt özümüzlə Quran arasında fasilə salmağa razı olmarıq, bu böyük feyzi əldən vermərik, ən azından gündə 50 ayə tilavət etməkdən özümüzü məhrum etmərik.
Hətta bəzi surə və ayələrin mənası sizə aydın olmasa da “başa düşmədən oxumağın nə təsiri olacaq” deyərək, Quran tilavət etməkdən uzaq düşməyin. Çünki Quran Allahın kəlamıdır, əgər bir kəs onun mənasını da bilmədən oxusa, səmərəsiz deyil. Üstəlik, Quran ilahi bir nurdur və onu qiraət etmək özü təklikdə bir ibadətdir. Hətta, onun mənasını bilməsəniz də. Nuru başa düşmək mümkün olmasa da nur öz işığını göstərir. Zikrin mənasını bilməsəniz də öz təsirini qoyur. Dərmanın tərkibini, necə hazırlanmasını bilməsəniz də dərmandan istifadə etdikdə, mütləq öz təsirini qoyur. Quran nurdur, zikrdir, şəfadır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter