“Ən üstün əməl hansı əməldir?”


“Ən üstün əməl hansı əməldir?” ” Həzrət İmam Hüseyn (ə) bir ərəbdən soruşdu: “Ən üstün əməl hansı əməldir?” Ərəb dedi: “Allaha iman.” Həzrət soruşdu: “Təhlükədən qurtuluş yolu nədir?” Ərəb dedi: “Allaha təvəkkül.” Həzrət buyurdu: “Kişinin zinəti nədir?” Ərəb dedi: “Səbirlə müşayiət olunan bilik.” Həzrət buyurdu: “Bu olmasa?” Ərəb dedi: “Səxavətlə müşayiət olunan sərvət.” Həzrət buyurdu: “Bu olmasa?” Kişi dedi: “Səbirlə müşayiət olunan yoxsulluq.” Həzrət buyurdu: “Əgər bu da olmasa necə?” Ərəb dedi: “Göydən şimşək enib belə bir insanı yandırsın! O bundan başqa şeyə layiq deyil!” İmam gülümsündü və min dinarlıq bir pul kisəsini ona verdi. Barmağındakı iki yüz dirhəmlik üzüyünü ona əta edib buyurdu: “Ey ərəb! Min dinarı borclarına ver, üzüyü dolanışıq xərci üçün sat.” Ərəb verilənləri alıb dedi: “Allah daha yaxşı bilir ki, risaləti kimə verir!”...


Özünə inanmaq üçün 10 TÖVSİYƏ hansılardır?


Özünə inanmaq üçün 10 TÖVSİYƏ hansılardır? Özünə inanmaq üçün tövsiyə olunan 10 yol:
1.Özünüzü olmaq istədiyiniz kimi təsəvvür edin.
2.Özünüz haqqında əminliklə danışın.
3.Hər gün sizi ən çox qorxudan şeylə üzləşməyə çalışın ki, qorxuya qalib gələsiniz
4.Ən qorxulu tənqidçi biz özümüzük. Daxili tənqidi susdurun. Biz özümüzün təsəvvür etdiyimizdən daha yaxşıyıq.
5.Özünüz üçün 100 günlük imtina marafonu təşkil edin. İnsanlardan qəribə şeylər xahiş etsəniz yox cavabı alacaqsınız.
6.Qələbə qazanacağınıza əmin olun.Əvvəl kiçik məqsədlər qoyun qarşınıza...


Ölənlərimizə nə kimi hədiyyələr göndərə bilərik?


Ölənlərimizə nə kimi hədiyyələr göndərə bilərik? Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərində yatan ölülərinizi unutmayın. Ölülərinizin sizin ehsanlarınıza ümidləri vardır. Ölüləriniz zindandadırlar və sizin yaxşı işlərinizə rəğbət bəsləyərlər. Onların iş görməyə qüdrətləri yoxdur, siz sədəqə və duanı onlara hədiyyə edin”.
İmam Rza (ə) buyurur: “Hər kim möminin qəbrini ziyarət edər və onun kənarında yeddi dəfə “Qədr” surəsini oxuyar, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar”.
Ayətullah Cavadi Amuli buyurur: “Quran ayələrini oxumaq, xüsusilə də “Qədr”, “Həmd”, “Tövhid”, “Yasin” və başqa surələr – ölülər üçün faydalıdır. Onlar üçün istiğfar edib dua etmək – savab gətirər. Əlbəttə Quran oxumaq və dua etmək sahibi üçün faydalıdır, qəlbini nurani edər. Bu savablar meyitə də çatar və onun bərzəx aləmində sevinməsinə səbəb olar”. Hədislərin birində oxuyuruq: “Hər kim qəbiristanlıqda “Yasin” surəsini oxuyar, o qəbiristanlığın qəbir əhlinin əzabı azalar. Ölülərin sayı qədər qariyə savab yazılar. Dünya bəlaları və axirət əzabları ondan dəf olar və ona görə də bu surəni “Dafiə” adlandırırlar”.


Həzrət Əbul-fəzl Abbasın (ə) 4 özəl xüsusiyyəti hansılardı?


HəzHəzrət Əbul-fəzl Abbasın (ə) 4 özəl xüsusiyyəti hansılardı? rət Abbasın (ə) 4 seçmə xüsusiyyəti:
1-Rəhbərinin sözünə tabe və təslim olmaq, təsdim etmək, vəfadarlıq və xalislik həzrət Əbul-fəzl Abbasın Aşurada özəl xüsusiyyətləri idi.
2-Möminlərə bəla gələn zaman səbr nümayiş etdirirlər. Həzrət Əbul-fəzl bu məqama nail olmuşdu.
3-Həzrət Əbul-Fəzl Abbas heç vaxt İmamın bir sözünü iki etmədi. Ona etiraz etmədi və qınaq göstərmədi. Tam şəkildə sözlərini təsdiq və əmrlərini yerinə yetirirdi. O, təsdiq məqamına malik idi.
4-Həzrət Əbul-fəzl Abbasın digər bir özəl xüsusiyyəti ixlaslı olması idi. Həzrət Əbul-Fəzlə iki dəfə amannamə gətirildi. Amma o qardaşını tək qoymadı. Baxmayaraq ki, ölümünü görürdü.


Aşura gecəsində baş verən 5 mühüm hadisə nələr olmuşdur?


Aşura gecəsində baş verən 5 mühüm hadisə nələr olmuşdur?Düşmən Tasua günü döyüş elanı etdi. Lakin Əbülfəzl Abbas ağa (ə) onlarla danışıb, bu döyüşü bir gün təxirə saldı. Aşura gecəsinin 5 mühüm hadisəsi.
1. Aşura gecəsi İmam Hüseynin (ə) tərəfdaşlarından biri olan Muhəmməd ibni Bəşir Həzrəmiyə xəbər verirlər ki, oğlun Rey sərhədində əsir düşmüşdür. O, cavabında demişdi: “Onun və özümün müsibət savabını Allah Təaladan istəyirəm. Sevmirəm ki, oğlum əsir olsun və mən sağ qalım”...
2. İmam (ə) Aşura gecəsi öz tərəfdaşlarına xütbə oxudu və onları şəhadətdən agah etdi. Onlara İlahi savabı müjdələdi.
3. İmam Hüseyn (ə) əmr verir ki, xeymələrin arxasında xəndək qazsınlar ki, hərəmi qorumaq mümkün olsun.
4. Aşura gecəsi İmam Hüseynin (ə) əmri ilə Əli Əkbər ağa (ə) 30 nəfərlə bir yerdə Fəratdan su gətirir.
5. İmam (ə) Aşura gecəsində ki, hər kim onunla vuruşmaq istəmirsə və hər kimin borcu varsa, geri qayıtsın.


Ayətullah Kuhistaninin sinəvuranlara hörmətlə yanaşmasının səbəbini necə açıqlayır?


Ayətullah Kuhistaninin sinəvuranlara hörmətlə yanaşmasının səbəbini necə açıqlayır? Müqəddəs insanlardan sayılan böyük alim Ayətullah Kuhistani İmam Hüseyn (ə) matəmində sinəvuran əzadarlara çox hörmətlə yanaşırdı. Onun dostlarından biri deyir: Məhərrəmin yeddinci günü idi. Ayətullah Kuhistani ilə görüşmək üçün hüseyniyyəyə getmişdim. Bu vaxt bir dəstə sinə vura-vura hüseyniyyəyə daxil oldu. Ayətullah əbasını bir tərəfə qoyub əzadarların arasına girdi və dəstənin arasında get-gəl etməyə başladı. Onun bu riyasız əməli bizim çox xoşumuza gəldi. Əzadarlıqdan sonra alim bizə buyurdu: Mən onları tanıyıram. Onlardan bəziləri şəri məsələlərə riayət etmirlər. Ona görə də onlar hər vaxt gəlsəydilər, o qədər də əhəmiyyət vermirdim. Ancaq bir gecə yuxuda gördüm ki, onlar sinə vura-vura hüseyniyyəyə daxil olurlar və qarşılarında bir məşəl vardır. Onun nuru hər yeri işıqlandırmışdı. Mən dünyada belə bir nur görməmişdim. Yuxudan oyandım və öz-özümə fikirləşdim: düzdür ki, onlar şəri qaydalara o qədər də riayət etmirlər, amma indi Əba Əbdillah Hüseynin (ə) qonaqlarıdır. Ona görə də onların hörmətini saxlamaq lazımdır. O gündən sonra hər vaxt sinəvuran dəstələr görsəm, onları çox hörmətlə qarşılayıram və hörmətlə yola salıram...


İmam Hüseynin (ə) əqidəvi-siyasi vəsiyyətnaməsi müsəmanlar üçün hansı göstərişlər deyilmişdir?


İmam Hüseynin (ə) əqidəvi-siyasi vəsiyyətnaməsi müsəmanlar üçün hansı göstərişlər deyilmişdir? İmam Hüseyn (ə) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi, əmr be-məruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (s) və Əli (ə) sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (ə) bu vəsiyyətnamədə özünün tövhid, nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır: «...Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa, nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah, əmr be-məruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O, hakimlərin ən yaxşısıdır.»...


Sual: Мütləq ehtiyacsız olan Allah nə üçün günahkarları cəhənnəмdə oda çəkir?


Sual: Мütləq ehtiyacsız olan Allah nə üçün günahkarları cəhənnəмdə oda çəkir? Cavab: Bir çox ayə və rəvayətlərin bildirdiyi kiмi, qiyaмət gününün мükafat və cəzaları insanların dünyadakı əмəllərinin nəticəsidir. İnsan öz əмəllərinin cəzasını çəkмəyə borcludur. Yaşadığıмız dünyada əмəlləriмizin təbii və zəruri sonluğu var. Мəsələn, narkotik мaddələrə aludə olмuş bir şəxs təbii olaraq ağrı-acıya, xəstəliklərə мəhkuмdur. Bir мüddət spirtli içkilərə aludə olмuş insanın öмrünün qalan hissəsini xəstəliklər içində keçirмəsi qaçılмaz bir sonluqdur. Aммa elə əмəllər də var ki, onların nəticəsi qiyaмət günü ortaya çıxır. Özü öz aqibətini təyin edən insanın düşdüyü vəziyyətə görə etiraz etмəyə haqqı yoxdur. Həyatını düzgün proqraмla yaşayan insan öz xoşbəxtliyini təмin edir. Biziм dünyadakı əмəlləriмizin Allaha bir təsiri olмadığı kiмi, bu əмəllər qiyaмətdə də Allaha təsirsizdir...


On ikinci imama (ə.f) verilən “Müntəqim” ləqəbinin mənası nədir?


On ikinci imama (ə.f) verilən “Müntəqim” ləqəbinin mənası nədir? İslaminSesi – Hədislərdə müsəlmanların qeybdə olan və bir gün zühur edib ədaləti yer üzündə bərpa edəcək İmama aid “Bəqiyyətullah”, “Höccət”, “Məhdi”, “Sahibuz-Zəman”, “Qaim”, “Qaib”, “Sahibul-Əmr”, “Mənsur”, “Vəliyyul-Əsr” kimi ləqəblər deyilib. Bu ləqəblərdən biri də “Müntəqim”dir. Müntəqim intiqam sözündən alınıb. İntiqam alan deməkdir. On ikinci İmama müntəqim ləqəbinin verilməsi İmam Sadiq, İmam Baqir və İmam Hüseyndən gələn hədislərdə də qeyd edilib. Bu hədislərdə qeyd edilir ki İmam Zaman zühur edərək İmam Hüseynin intiqamını və digər İmamların intiqamını alacaq. Qeyd etmək lazımdir ki İmam Hüseynin intiqam addımı təkcə İmamlara görə deyil, bütün məzlumlara görə olacaq. İmamla bağlı nəql edilən “Dünyanın sonuna 1 gün qalsa belə, o zühur edib ədaləti yer üzündə bərpa edəcək” hədisindən anlaşılır ki Sahibəz-Zəman təkcə İmamların deyil, bütün məzlumların intiqamını alacaq.


Əgər imam Hüseyn (ə) aşura qiyamında qələbə çalsaydı indi İslam dünyasının mövqeyi necə olardı?


Əgər imam Hüseyn (ə) aşura qiyamında qələbə çalsaydı indi İslam dünyasının mövqeyi necə olardı? Qısa cavab: İmam Hüseyn (ə)- ın hərəkət və qiyamının əsas səbəbi, dini və yaxşılığa əmr və pislikdən çəkindirməyi İslam hakimi və xəlifəsi kim olursa olsun, hansı cinayət edirsə etsin yenə də Allah xəlifəsi və itaəti vacibdir əqidəsinin müsəlmanlar arasında yayılan bu səhv düşüncəni aradan aparmaq məqsədi ilə zalim hakimlə mübarizə etməyi yaşatmaq idi. Onun qiyamı buna görə qələbə çalıb və nəticəyə çatmışdır. Baxmayaraq ki, İslamın uca hədəflərindən çoxunun baş verməsi, cəmiyyətin yaxşılıq və xeyirlərə yetişməsi və şəriət hökmlərinin çoxunu icra etmək, İslam hökuməti təşkil etməyə bağlıdır ki, o İmam Hüseyn (ə) vasitəsi ilə təşkil olunub və zalım hakimlər kənara qoyulduqda, bu nəticələr əldə olunardı. İslam cəmiyyətinin onun nemətlərindən faydalanmasından əlavə, İslamın əsil siması insanlar üçün nümayiş olunur ki, bunun özü İslamın genişlənməsi üçün ən üstün təbliğ idi ki, təəssüflər olsun ki, baş verməyibdir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter