Nə üçün İmam Hüseynə “Əbu Abdullah” ləqəbi verilmişdir?


Nə üçün İmam Hüseynə “Əbu Abdullah” ləqəbi verilmişdir? “Əbu Abdullah” künyəsi barədə üç nöqtəni qeyd etmək lazımdır:
1. Ərəbin övladı olduqda körpəyə ad qoymaqdan əlavə ona künyə də təyin edərdilər. Hüseyn ibn Əlinin “Əbu Abdullah” künyəsi hələ azyaşlı olduğu müddətdən təyin olunmuşdur.
2. İmam Hüseynin Abdullah adlı bir övladı olmuşdur və o, Kərbəlada şəhadətə çatmışdır. Sanki Abdullah Kərbəlada dünyaya gəlmiş və anasının adı Rübab idi. O, Əli Əsğərdən başqa bir övlad olmuşdur.
3. İmam Hüseynin qiyamı dinin qalıcılığı və təkallahlılıq uğrunda olmuşdur. Dünyada hər bir təkallahlılın ibadəti Qiyamətədək İmam Hüseynin hərəkat və şəhadətinə borcludur. Bu səbəbdən o, bütün Allah bəndələrinin atasıdır. Yəni “Əbu Abdullah” – Allah bəndəsinin atası.


Qiyamət günü ölülər nəyə peşiman olub, hansı arzunu edəcəklər?


Qiyamət günü ölülər nəyə peşiman olub, hansı arzunu edəcəklər? Quran və hədislərdə ölülərin peşiman olub, arzu etdikləri əməllər: “Nаmаz qıl. Hәqiqәtәn, nаmаz insаnı pisliklәrdәn uzаqlаşdırır.” (“Әnkәbut” 45.)
-“Cәhәnnәm әhlindәn sоruşаrlаr: Hаnsı әmәl sizi cәhәnnәmlik еtdi? Cаvаbındа dеyәrlәr: Biz nаmаz qılаnlаrdаn vә еhsаn еdәnlәrdәn оlmаdıq.” (“Müdәssir” -42-44.)
-İmаm Sаdiq (ә) buyurub: “Nаmаz insаnlаrlа cәhәnnәm оdu аrаsındа bir qаlхаndır vә günаhlаrın kәffаrәsidir.”
-Pеyğәmbәr (s) buyurub: “Hәr gün bir mәlәk qәbiristаn әhlinә хitаb еdir: Sizdәn bir kәsin аrzusu vә yа qibtә еtdiyi vаrmı? Оnlаr cаvаb vеrәrlәr: Biz nаmаz qılаnlаrа vә оruc tutаnlаrа qibtә еdirik ki, nә üçün biz dә оnlаr kimi bu әmәllәri yеrinә yеtirә bilmirik.”


Qurаn neçə hissәyә bölünür?


Qurаn neçə hissәyә bölünür? Quranın batini 4 hissəyə bölünür:
1- -İmаm Hüsеyn (ә) buyurub: “Qurаn dörd hissәyә bölünür: 1. Mәtn. 2. İşаrәlәr. 3. Lütflәr. 4. Hәqiqәtlәr.
Аvаmlаr оnun mәtnindәn, mәхsus insаnlаr işаrәlәrindәn, ilаhi övliyаlаr lütflәrdәn vә pеyğәmbәrlәr hәqiqәtlәrdәn fаydаlаnırlаr.”
2 -Pеyğәmbәr (s) buyurub: “Qurаnа bахmаq ibаdәtdir.”
3 -İmаm Sаdiq (ә) buyurub: “Qurаn охumаq аtа-аnаnın әzаbının аzаlmаsınа sәbәb оlаr. Әgәr kаfir оlsаlаr dа bеlә.”
4 -İmаm Әli (ә) buyurub: “Hәr kim hәr gün Qurаndаn хüzu vә хüşu ilә yüz аyә охusа, Аllаh-tәаlа yеr әhlinә еtdiyi әmәllәrә görә vеrdiyi sаvаbı vеrәr...


İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti nələr haqda idi?


İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti nələr haqda idi? Əmirəl-Möminin İmam Əli (ə) müsəlmanlara 13 əsas tövsiyəsi:
1. Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.
2. Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin.
3. Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün.
4. Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun.
5. Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə!
6. Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur.
7. Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın!...


Ayətullah Xamenei niyə yaralı əlini müalicə eləmir?


Ayətullah Xamenei niyə yaralı əlini müalicə eləmir? Ali Dini Lider Həzrət Ayətullah-Üzma Seyyid Əli Hüseyni Xamenei prezident işlədiyi zaman Çində səfərdə olur. Orada ağaya deyirlər ki, biz sənin sağ əlini (terror edildiyi zaman mikrofona quraşdırılan bomba partlayarkən şikəst olmuşdu) sağalda bilərik və əvvəlki kimi sağlam bir ələ sahib ola, onunla yaza və iş görə bilərsən. Amma bu işin xərci də çoxdur. Ağa deyir: “İranda əli şikəst olan bir tək mən deyiləm. Əgər bu işi İranın bütün şikəstləri üçün görə bilmirəmsə, dövlət büdcəsindən istifadə edərək özüm üçün də belə bir iş görə bilmərəm – (şəxsi imkanım da buna çatmır).”


İmam Sadiq (ə) tacirin ticarətə getməsinə niyə mane oldu?


İmam Sadiq (ə) tacirin ticarətə getməsinə niyə mane oldu? “Bir nəfər İm. Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getmək istədiyini söylədi və məsləhət verməsini istədi. İmam (ə) buyurdu: “Getmə”. Amma sözünə izahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: “Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”. İmam (ə) buyurur: “Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim kimi, getmə”. Dedi: “Niyə, yəbnə Rəsulullah?”. İmam buyurdu: “Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir. Bütün o pul və dünyada olan bütün pulları bu namazın yerinə versən, əvəzini verə bilməzsən”. Quran buy: “Ey insanlar, yer üzündə olan şeylərin halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”.-Bəqərə/168-169


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu? Əsləm ibn Əmr İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra xidmətə götürdüyü insandır. İmam Hüseyn (ə) onu İmam Səccada (ə) bağışladı. Əsləmin peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edən zaman o, da İmamın (ə) onun bayrağı altında olan ənsarlardan idi. Sonra da İmamla (ə) bir yerdə Kərbəlaya gəlir. O, Aşura günü şəhid olur. Bu vəfadar qul döyüşə getmək icazəsini almaq üçün İmamın (ə) yanına gəlir. Həzrət (ə) buyurur: “Oğlum Səccaddan (ə) izn istə”. O, İmam Səccaddan (ə) izn alır və hərəm əhli ilə vidalaşır. Sonra döyüş meydanına tələsir və 70 nəfəri cəhənnəmə göndərir. İmam Səccad (ə) xeymədən onun döyüşməyinə tamaşa edirdi...


Nə edək ki, zikrlərimiz təsir qoysun?


Nə edək ki, zikrlərimiz təsir qoysun? Bəs necə olur ki, zikrlərimiz təsir göstərmir? Bunun səbəblərindən biri budur ki, zikrin şəraitlərinə əməl edilmir. Bu şəraitlərdən bəzisinə işarə edək:
1. Zikrin davamlı olması. Hər bir zikr əgər davamlı olarsa, ürəyə və ruha böyük təsirlər qoyar və insanın qəlbini dirildər.
2. Qəlb hüzuru. Qəlb hüzuru əldə etməyə çalışın və əgər qəlb hüzuru yoxdursa, zikri dildə deyərək hüzuru əldə etməyə səy göstərin.
3. Zaman və məkanına riayət edin. Zikrin zaman və məkanı çox mühümdür. Əgər həmin zikr üçün xüsusi zaman və məkan nəzərdə tutulmayıbsa, sabit zaman və məkana malik olmaq ona təsir etməkdə böyük rola malik olar.


İmam Hüseynin (ə) varisləri kimdir?


İmam Hüseynin (ə) varisləri kimdir? Peyğəmbərin (ə) və övliyaların varisi olmaq üçün bir neçə şərt lazımdır:
1. Elm. İslam dini elmlə görülən işə əhəmiyyət verər. Çünki mümkündür ki, elm olmadan edilən əməl ardınca fəsad gətirsin. İm. Sadiq (ə) buyurur: “Bəsirətsiz və agah olmayan iş görənlər sanki yolunu azmış yolçu kimidirlər və onun sürətlə getməsi yolundan uzaqlaşmaqdan başqa nəticə verməz”.
2. Ubudiyyət. Yəni, İlahi kamala və sifətə bürünmək. Tövhid və vilayət bir sikkənin iki üzü kimidir.
3. İtaət və təqva. İnsan vəhy və İmamı vasitəsilə küfr və zülm tufanını geridə qoyar və bəsirət çırağı insanın canında yanmağa başlayar.
4. Saleh əməl. Saleh əməl Allaha görə edilən əməldir və bu əməldə şirk olmaz.


İmanın nişanələri hansılardır?


İmanlılığın nişanələri: “Аllаhа tәvәkkül еt. Hәqiqәtәn, Аllаh tәvәkkül еdәnlәri sеvir.” (“Аli-İmrаn” surәsi, аyә: 159.)
İmаm Әli (ә) buyurub: “İmаnın dörd sütunu vаr: 1. Аllаhа tәvәkkül еtmәk; 2. Bütün işlәri Аllаhın öhdәsinә qоymаq; 3. Аllаhın әmirlәrinә tаbе оlmаq; 4. Аllаhın qәzа-qәdәrinә rаzı оlmаq.” (“Tühәful-uqul”, sәh. 223.)
Аllаh-tәаlа Pеyğәmbәrə (s) buyurdu: “Еy Әhmәd! Mәnim yаnımdа tәvәkküldәn vә tәqdirә rаzı оlmаqdаn üstün bir şеy yохdur.” (“Müstәdrәkül-vәsаil”, c. 11, sәh. 221.) Pеyğәmbәr (s) buyurub: “Hәr kim (zәruri hаldаn bаşqа) dilәnçilik еtsә, Аllаh yеtmiş еhtiyаc vә kаsıblıq qаpısını оnun üzünә аçаr.” (“Cаmiül-әхbаr”, sәh. 379.)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter