Hər bəndədə bu 4 xüsusiyyət olsa Allah ona nə vədə vermişdir?


HƏR BƏNDƏDƏ DÖRD XÜSUSİYYƏT OLSA: Allah-təala İslam Peyğəmbərinə (s) xitabən buyurur: “Ya Əhməd, and olsun izzət və cəlalıma, hər bəndədə dörd xüsusiyyət olsa, onu behiştə daxil edərəm: dilini zəruri və faydalı olmayan bəyanlardan qorusun; qəlbini vəsvəsələrdən hifz etsin və şeytani şübhələrə yol verməsin; bütün əməl və işlərini gördüyümü unutmasın; gözünün nurlu olmasında aclığı səbəb bilsin.”
Hədisin davamında Allah-təala Öz peyğəmbərinə buyurur: “Ey Əhməd, kaş aclığın və sükutun nə qədər şirin və təsirli olduğunu biləydin.” Həzrət ərz etdi: “Pərvərdigara, aclıq və sükutun təsiri nədir?” Allah-təala həzrətin cavabında həmin təsirləri bu ardıcıllıqla sadalayır:...


Kərbəla cinayəti fərdi məsələdir, yoxsa ictimai?


Cavab: Bu suala oxuduğunuz cavablar arasında vaxt aşırı cavab verildiyinə baxmayaraq ayrıca olaraq cavab veririk.
Atası Müaviyənin qəsb etdiyi xilafət taxtına oturan Yezidin törətdiyi bu cinayət heç də Həzrət İmam Hüseynin(ə) şəxsiyyətinə qarşı yönəlməmişdi. Bu ilahi şəxsiyyət Yezid ibn Müaviyənin oturduğu taxt-taca və onun zülmkar və fasiq hökuməti üçün bilavasitə təhlükəli idi. Yezidin Mədinə valisinə məktub yazaraq “Hüseyn ibn Əlinin ya bey’ətini, ya da başını mənə göndər” deməsi və ətrafındakıların ona hoqqabaz və hiyləgər atası Müaviyyənin oğlunun ağılsızlığını bilərək “Hüseyn ibn Əli ilə müharibə etmə, səltənəti əldən verərsən” deməsini xatırladarkən əli ilə oturduğu taxta işarə edərək onlara: “Ya Hüseyn, ya bu taxt-tac” deməsi buna açıq-aşkar dəlildir. Yezid ibn Müaviyə ibn Əbu Süfyan İmam Hüseyni (ə) cəmiyyətdən uzaqlaşdırmaqla həmin cəmiyyətin üzərində öz cinayətkar hökumətini möhkəmləndirmək niyyətində idi.


Həqiqi ilahi alimlər qiyamətdə hansı məqama sahib olacaqlar?


Həqiqi ilahi alimlər qiyamətdə hansı məqama sahib olacaqlar? -İmаm Rzа (ә) buyurub: “Qiyаmәt günü аbidә dеyilәr: Sәn yахşı insаn idin, ibаdәt vә kаmаlа yеtişmәyin üçün çаlışdın. Аmmа fәqih vә аlimә dеyilәr: Еy аli Mәhәmmәdin (s) yеtimlәrinin himаyәdаrı! Sәn оnlаrı hidаyәt еtdin, zәiflәrә mәhәbbәt göstәrdin. İndi öyrәtdiyin şәхslәrә şәfаәt еt. О, оnlаrа şәfаәt еdәr vә bәzi şаgirdlәrini isә cәnnәtә аpаrаr. Bunа görә dә аlimlә аbid аrаsındа fәrq vаr.” (“Müstәdrәkül-vәsаil”, c. 17, sәh. 32.) -İmam. Әli (ә) buyurub: “Bir sааt аlimlә оturmаq Аllаh yаnındа min ibаdәtdәn dаhа sеvimlidir. Аlimlә cаmә mәscidindә nаmаz qılmаq yüz min rәkәtә bәrаbәrdir. Qеyri-cümә mәscidindә isә min rәkәt sаvаbı vаr.”


İnsan üçün təsəvvür oluna biləcək ən böyük çətinlik nədir?


İnsan üçün təsəvvür oluna biləcək ən böyük çətinlik nədir? Ən böyük çətinlik insanın oxuduqlarına, eşitdiklərinə biganə qalmasıdır. İnsan unutmamalıdır ki, elm əməl deyil! İnsan elm yox, elmə əsaslanan əməl xilas edə bilər. Təsəvvür edin ki, xəstə insan axtarışlar aparır, kitablar oxuyur, nəhayət, xəstəliyini və bu xəstəliyin müalicə yollarını öyrənir. Bunula iş bitirmi? Xəstəliyin diaqnozunu və müalicə yollarını bilməklə sağalmaq olarmı? Cavab bir mənalıdır: Xeyir! Bəs necə ola bilər ki, Allaha yaxınlaşmaq, kamilləşmə yollarını öyrənmiş insan heç bir iş görmədən, başqa sözlə, bildiyinə əməl etmədən Allaha yaxınlaşa, kamilləşə?! Xəstə dərmasız, müalicəsiz sağalmadığı kimi, dini elmləri oxumuş insan da oxuduğuna əməl etmədən iman qazana bilməz...


İmam Əlinin (ə) kitabı olan Nəhcül Bəlağənin dəyərini necə anlamaq olar?


İmam Əlinin (ə) kitabı olan Nəhcül Bəlağənin dəyərini necə anlamaq olar? \"Nəhc əl-bəlağə\"ni canlandırmaq yalnız biz şiələrin vəzifəsi deyil. Bu, bütün müsəlmanların vəzifəsidir. Yəni İmam Əlini (ə) qəbul edən, müsəlman olan hər bir insanın borcudur. – Çünki İslamda bu böyük insanı qəbul etməyən kimsə yoxdur. – \"Nəhc əl-bəlağə\"ni bənzərsiz İslam irsi olaraq yaşatmaq, canlandırmaq lazımdır. Bu canlandırmada məqsəd çapı çoxaltmaq deyil. Lazımınca çox çap olmuşdur. Məqsəd \"Nəhc əl-bəlağə\" ilə bağlı tədqiqat aparmaq, işləməkdir. Quran sahəsində çoxlu iş aparıldığı, çoxlu təfsirlər yazıldığı kimi \"Nəhc əl-bəlağə\" haqqında da bu işlər görülməlidir. Quran oxunduğu kimi \"Nəhc əl-bəlağə\" də oxunmalıdır. Çünki Quranın ardı, davamıdır. Müsəlmanlar Quranla üns bağladıqları kimi, Quranı bilməməyi özləri üçün nöqsan hesab etdikləri kimi \"Nəhc əl-bəlağə\"ni də bilməməyi özləri üçün nöqsan hesab etməlidirlər./ Ayətullah Seyid Əli Xamenei


Quranda ixlas məqamı dedikdə nə başa düşülür?


Quranda ixlas məqamı dedikdə nə başa düşülür? İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, “ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır. (“Loqman- 32.) Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur. (“Bəyyinə- 7-8.) Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır...


Günah savabla əvəz oluna bilərmi?


Günah savabla əvəz oluna bilərmi? «Fürqan- 70-ci ayədə oxuyuruq: «(Günahkarlar əzaba düçar olarlar) Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər». Sevimli səhabə Əbuzər Peyğəmbərdən (s) belə nəql edir: «Qiyamət günü Allah-təala bəzi insanların böyük günahlarının üstünün açılmaması barədə göstəriş verər. Kiçik günahları haqqında sorğuya çəkilən bu insanlar həmin günahları etiraf edərkən, öz böyük günahları haqqında düşünüb, qorxarlar. Bu zaman Allah-təala istədiyi bəndələrin hər bir günahı əvəzində bir savab verilməsini buyurar. İnsan heyrət içində böyük günahlarını axtara-axtara qalar». («Nurus-səqəleyn», 4-cü cild, səh. 33.)...


Davakür insan qiyamətdə hansı ilahi nemətdən məhrum qalacaq?


Davakür insan qiyamətdə hansı ilahi nemətdən məhrum qalacaq? Peyğəmbər səhabəsi olan, Əbi Dərda nəql edir: “Bir gün Peyğəmbər (s) bizim yanımıza gəldi və bu zaman biz dini bir mövzu ilə bağlı mübahisə edirdik. Həzrət Peyğəmbər (s) əsəbiləşdi və onu bu cür qəzəbli görməmişdik. Buyurdu: Sizdən əvvəlki millətlər mübahisə və dava etdiklərinə görə məhv olmağa giriftar olmuşlar. Bu əməldən əl çəkin. Çünki dava edən ziyankardır. Davanı kənara qoyun. Çünki mən Qiyamət günü dava edənə şəfaət etməyəcəyəm. O kəsə ki, baxmayaraq haqq olunladır, amma davadan əl çəkər – mən behiştdə üç evi zəmanət edirəm. Davadan əl çəkin. Çünki Allahın bütpərəstlikdən sonra mənə qadağan etdiyi ilk iş – insanlarla dava etməməyimlə bağlı olmuşdur”.


Peyğəmbər (s) islam ümmətin gələcəyi haqda hansı 5 xəbəri vermişdir


Peyğəmbər (s) islam ümmətin gələcəyi haqda hansı 5 xəbəri vermişdir Peyğəmbəri-əkrəm (s) buyurur: Bir zaman gələr ki, ümmətim beş şeyi sevər və beş şeyi yaddan çıxarar…
1. Dünyanı sevər, axirəti yaddan çıxararlar;
2. Mal-sərvətə məftun olar, hesab verməyi yaddan çıxararlar;
3. Qadınları sevər, huriləri unudarlar;
4. Qəsrləri sevər, qəbirləri yaddan çıxararlar;
5. Özlərini sevər, Rəbblərini yaddan çıxararlar. Onlar məndən, mən də onlardan uzağam./İsna-əşəriyyə /202.


Hansı əməl Yüz şәhidin sаvаbının əvəzi hesab olunar?


Hansı əməl Yüz şәhidin sаvаbının əvəzi hesab olunar? Pеyğәmbәr (s) buyurmuşdur: “Hәr kim qоhumlаrını görmәk yа mаl vеrmәk üçün оnlаrа gеtsә, Аllаh оnа yüz şәhidin sаvаbını vеrәr vә hәr аddımınа görә әmәl dәftәrinә qırх min sаvаb yаzılаr vә qırх min günаh pоzulаr. Аllаh cәnnәtdә оnа qırх min dәrәcә vеrәr. О, yüz il хаlis ibаdәt еdәn şәхs kimidir.” (“Bihаrul-әnvаr”, c. 71, sәh. 91.) “Hәr kim qоhumluq hаqqınа riаyәt еtsә, Аllаh cәnnәtdә оnа min dәrәcә vеrәr ki, hәr dәrәcәsinin sаyı yüz illik yоldur. Dәrәcәlәr gümüşdәn, qızıldаn, mirvаridәn, müşkdәn, хrizоlitdәn (qızılаçаlаr yаşılımtıl-sаrı rәngli qiymәtli dаş), kаfurdаn vә sаir şеylәrdәn tәşkil оlunmuşdur ki, cәnnәt оnlаrlа tikilmişdir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter