Kobud insanlarla necə rəftar edək?


Əbu Əli Sina səfərə çıxmışdı. Şəhərlərin birindən keçəndə qəhvəxanaya dönür. Atını bir ağaca bağlayır, qarşısına bir az saman və yonca tökür. Özü isə qəhvəxanada bir yerdə oturub yemək yeməyə başlayır. Bu zaman uzunqulağa minmiş bir nəfər də oraya gəlir. O ulağını Əbu Əli Sinanın atının yanında bağlayır ki, onun atının yemindən yesin. Özü də gəlib tanımadığı məşhur alim Əbu Əli Sinanın yanında oturur. Əbu Əli Sina ona deyir: - Ulağını mənim atımın yanında bağlama. İndi ulağ onun yoncasından yeyəcək və at da təpik atıb sənin ulağının vurub qıçını sındıracaq. Ulağ sahibi onun sözlərini eşitməməzliyə vurur və əhəmiyyət vermədən yemək yeməyə məşğul olur. Birdən at təpik atıb uzunqulağın qıçını sındırır. Uzunqulağın sahibi Əbu Əli Sinaya deyir: - Sənin atın mənim ulağımın qıçını sındırdı. Bunun xəsarətini ödəməlisən...
Əbu Əli Sina orada sonradan dillərə düşmüş bu məşhur kəlamı deyir: “Əbləhlərin cavabı susmaqdır”.


Həzrət Adəm qadağan olunmuş meyvəni ixtiyari şəkildə yedi, yoxsa qeyri-ixtiyari?


Cavab: Bizim əqidəmizə görə bütün peyğəmbərlər, eləcə də, həzrət Adəm (ə) bir işi görüb-görməməkdə azad olmuşlar. Həzrət Adəm azad olmasaydı, ya Allah ona əmr etməz, ya da o bu əmrdən çıxmazdı. Adəm bu əmri azad şəkildə pozduğu üçün cəzalandırılır və tövbə edir.
Hər hansı bir işə məcbur edilən insan bu işin məsuliyyətini daşımır. Məcburi işə görə tövbə də zəruri deyil.


Fəsad nədir?


Fəsad nədir? Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Quranda bu mövzuya toxunulur: «Yer üzündə fəsad törədər və islah olmazlar». (Şüəra/152)
Müxtəlif ayələrdə fəsad törətmək Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli hər cür azğınlıqa aid edilir. Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur. Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən olmuşdun». (Yunis/91.)


Mömin şəxs əsasən gərək hansı məsələni unutmasın?


İmam Sadiq (ə) öz hədislərinin birində buyurur: İslam Peyğəmbəri (s) öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər (s) öz səhabələrindən çör-çöp yığmaqlarını istədi. «Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə (s) xitab etdilər. Peyğəmbər (s) buyurdu: Gedin və bacardığınız qədər yığın. Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin (s) hüzuruna gətirdilər. Peyğəmbər (s) bu səhnəni gördükdə buyurdu: «Günahlar da bu cür bir-birinin üstünə cəmləşir». Sonra o həzrət buyurdu: «Kiçik günahlardan qorunun. Çünki onların hamısı yazılıb saxlanılır». Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən.


Hz. Əli (ə) şəhadət yatağında olarkən Hz. Peyğəmbər (s) ona nə buyurdu?


Hәzrәt Әli (ә) yаrаlı hаldа yаtаğа düşdüyü zаmаn övlаdlаrı dedilər: Аtаcаn, sәni bu hаldа görmәyimiz bizi yаmаn üzür. Kаş, indi аnаmız sаğ оlаydı vә bizә tәsәlli vеrәydi. Kаş, indi Mәdinәdә bаbаmız Pеyğәmbәrin (s) qәbri kәnаrındа оlаydıq vә dәrdimizi оnа dеyәydik. Аh, qürbәt әlindәn, аh yеtimlik әlindәn...
Оnlаrın dәrdli şivәnini kim еşidirdisә, iхtiyаrsız аğlаyırdı. İmam Әli (ә) isә оnlаrı bir-bir qucаqlаyıb dеyirdi: Sәbirli оlun. Mәn sizin bаbаnız Mәhәmmәd (s) vә аnаnız Fаtimәnin (әh.) yаnınа gеdirәm. Kеçәn gеcәlәrin birindә yuхudа Pеyğәmbәrin (s) köynәyi ilә üzümün tоzunu sildiyimi gördüm. О, mәnә buyurdu: “Еy Әli, sәn vәzifәni yеrinә yеtirdin.” Bu yuхu ölümә dәlаlәt еdir.


İmam Zamanı (ə.c) görmək və ya onun yolu ilə addımlamaq dəyərlidir?


İmam Zamanı (ə.c) görmək və ya onun yolu ilə addımlamaq dəyərlidir? Mərhum Şeyx Məhəmmədtəqi Bəhluldan İmam Zamanı (ə.c) görmək üçün nə etmək lazım olduğunu soruşdular. Şeyx bunun cavabında dedi: “İmam Zamanı (ə.c) görmək şərt deyil. Unutmamalıyıq ki, o (İmam) daim bizi görür. Bir çoxları həzrət Əmirəlmöminin Əlini (ə) görmüşdü, ancaq ona düşmən kəsildi. Elə işlər görməliyik ki, onların diqqətini özümüzə cəlb edək. Bax, bunun dəyəri var!”


Nə üçün insanlar fərqli doğulur?


Nə üçün insanlar fərqli doğulur? Cavab: İnsanların fərqli doğulmasının bir səbəbi, ictimai və fərdi çatışmamazlıqlarıdır. Məsələn, var-dövlətli insanların övladları fəqirlərin övladlarına nisbətən sağlam, gözəl və istedadlı olurlar. Cəmiyyəti varlı və kasıba bölən isə, Allah deyildir. Amma insanlar arasındakı fərqlərin bir hissəsi yaranış qanunlarından doğur. Əgər insanlar fərqləndirilməsəydilər, bir zavodun istehsal etdiyi məhsul kimi bir-birlərinə oxşayar və həyat maraqsız olardı. Dünyada iki tam eyni insanın olmaması gözəllik deyilmi?! Bir şeyi də qeyd edək ki, cəmiyyət də insan orqanizmi kimi müxtəlif əzalara ehtiyaclıdır. Kamil insanın gözə, qulağa, dilə ehtiyacı olduğu kimi, kamil cəmiyyət də müxtəlif sahələrdə zövqlü və istedadlı insanlara ehtiyaclıdır. Amma bu o demək deyil ki, bəstəkar yaxşı yaşamalı, fəhlə isə, kasıbçılıqla ömür sürməlidir...


Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi?


Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi? Cavab: Şübhəsiz ki, İmam Əsgəriyə (ə) qarşı siyasi təzyiqlər çox güclü idi. Həzrət Mehdini (ə) ciddi təhlükə gözlədiyindən İmam öz şiələri və səhabələrinə tapşırdı ki, ona aşkar salam da verməsinlər. (“Bihar”c-50, s. 369.) Bütün siyasi sıxıntılara rəğmən həzrət vəkalət qurumu müəyyənləşdirmişdi. O bu yolla həm xalqın problemlərini həll edir, həm də görüşlə bağlı çətinlikləri aradan qaldırırdı.
Belə bir həssas vaxtda həzrət Mehdi (ə) dünyaya gəldi. O, İmam Əsgəridən sonra Allahın yer üzündə höccəti idi. Həzrət Peyğəmbər (s) onun gəlişini və yer üzündə ədaləti bərpa edəcəyini vəd etmişdi. Həzrət Mehdi (ə), böyük qiyamın rəhbəri dövrünün xəlifələrindən kimsəyə beyət etməmişdi. Belə bir İmamın xalqın və zalım hakimlərin gözündən qeybə çəkilməsi təbii deyilmi?! Bununla belə, o xalq arasındadır, onlarla yanaşı yaşayır.


Allah varlıq aləmini mərhəməti səbəbindən yaratmışsa, cəhənnəm nə üçündür?


Allah varlıq aləmini mərhəməti səbəbindən yaratmışsa, cəhənnəm nə üçündür? Cavab: Yaranışda məqsəd behişt və cəhənnəm yox, Allaha doğru hərəkətdir. Allahın həm rəhmət, həm də qəzəb sifətləri var. Behişt Allahın rəhmət sifəti, cəhənnəm isə Onun qəzəb sifətinə doğru hərəkətin mənzilidir. İtaət edən insan Allahın mərhəməti, tüğyan qoparan insan isə Onun qəzəbi ilə qarşılaşır. Demək, behişt və ya cəhənnəmi seçən insan özüdür. Əgər bir şəxs günəşin nurundan gizlənib, özünü zülmətə salırsa günəşi qınamamalıdır.


Nə üçün öz fitrətimi tanımağa maraqsızam?


Nə üçün öz fitrətimi tanımağa maraqsızam? Cavab: Əsasən, dörd səbəb göstərə bilərik:
1. Unutqanlıq, qəflət (nisyan). “Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.” (“Həşr”,19.)
2. Dünyaya vurğunluq. “Ənkəbut/65” “Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.”
3. Rifah və asayiş. ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.” (Ənam/40-41)
4. Şeytanla dostluq. “Nisa/119\" “Şeytan dedi: “Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter