Həqiqəti demək vacibdirmi?


Həqiqəti gizlətmək haramdır. Amma həqiqəti deməyin də şərtləri var. Münasib şərait olmadan deyilən həqiqət fəsad yaradır.Əksər insanlar həqiqəti birbaşa qəbul etmək iqtidarında deyillər. Hamamda başına vedrə ilə su tökən adamın başına küçədə bir stəkan su töksəniz, sözsüz ki, cırnayar.
Müsəlmanların alimlərə hörməti, xüms və zəkat ödəməsi onların bu dəyərlərə dərin inamına əsaslanır. Əziyyətli yollar keçib mə`sumların ziyarətinə gedənlər küçədə rastlaşdıqları hər adama salam verməyi zəruri hesab etmirlər. Çünki hər hansı bir münasibət üçün tanışlıq və münasib şəraitə ehtiyac var.


Əhli-Beyt (ə) davamçılarının 5 nişanənsi hansılardır? İmam Əsgəri (ə)


Əhli-Beyt (ə) davamçılarının 5 nişanənsi hansılardır? İmam Əsgəri (ə) İmam Həsən Əsgəri (ə) buyurur: \"Mömin şəxsin nişanə və əlmətləri beşdir:
1=Gecə-gündüz 51 rəkət namaz qılması, (17 rəkət vacib namazlar və 34 rəkət nafilə namazları)
2=İmam Hüseynin (ə) ərbəin (qırx) günündə Kərbəla ziyarətinə getmək,
3=Sağ ələ üzük taxmaq, (çox faydalı var o cümlədən duaların qəbul olmasına təsirlidir)
4=Alını torpağa qoymaq (səcdə etməkdə torpağa baş qoymaq məqsəddir)...


Əhli-Beyt (ə) davaçısının 4 əsas ehtiyacı nələrdir? İmam Kazimin (ə) hədisi.


Əhli-Beyt (ə) davaçısının 4 əsas ehtiyacı nələrdir? İmam Kazimin (ə) hədisi. İmam Kazim (ə) buyurur: \"Bizim məktəbin davamçılarının 4 şeyə ehtiyacı var:
1=Namaz qılacağı səccadəyə,
2=Barmağında (gümüş) üzük taxmasına,
3=Dişlərini təmizləmək üçün misvaka (diş şötkusuna),
4=İmam Hüseyn (ə) torpağından zikr üçün təsbihə...


Kərbəla şəhidləri nə zaman və kimlər tərəfindən dəfn olundu?


Kərbəla şəhidləri nə zaman və kimlər tərəfindən dəfn olundu? Bəzi hədislərə görə İmam Hüseyn burada bir sıra məkanları Aşurada şəhid olacaq şəxslərin dəfni üçün əvvəldən almışdı. Bəni-Əsəd qəbiləsinin üzvləri cənazələri bir-bir dəfn etdilər. Onlar İmamı həmin atdan düşdüyü və şəhid edildiyi yerdə də dəfn etdilər. İmamın ayağının aşağı tərəfində isə digər şəhidlər üçün məzar qazdılar. Başların dəfn olunması barəsində isə ixtilaf vardır:
1-Bəziləri şəhidlərin başlarının Şamda dəfn olunduğunu qetd edirlər. Hətta Şam yaxınlığında “Kərbla şəhidlərinin başlarının məqamı” adlı yer də var.
2-Alimlər arasında məşhur nəzər də vardır ki. İmam Səccad (ə) v Xanım Zeynəb (s.ə) Şamdan ger dönəndə şəhidlərin mübarək başlarını da gətirdiblər...


İmam Zaman ağanın (ə.f) tövsiyə etdiyi dualar hansılardır?


İmam Zaman ağanın (ə.f) tövsiyə etdiyi dualar hansılardır? İmam Zaman ağa (ə.f) buyurur: “Nə zaman bizim vasitəmizlə böyük məqamlı Allaha diqqət etmək istəsəniz, bizə tərəf üz tutmaq istəsəniz, Allah Təalanın buyurduğu kimi deyin: Salamun Ali Yasin سلامٌ علی آل یاسین İsfahan ticarətçilərindən biri ki, alimlər tərəfindən etimad edilən şəxs idi, yuxuda görür ki, İmamın (ə.f) xidmətindədir və Həzrətdən (ə.f) soruşur: “Sizin fərəciniz nə zaman gəlib çatacaqdır?”. İmam (ə.f) buyurur: “Yaxındır, bizim davamçılarımıza deyin ki, “Nüdbə” duasını cümə günləri oxusunlar”.
Mərhum Şeyx Təbrisi yazır: “Əbulhəsən Muhəmməd ibni Əhməd öldürülmək qorxusundan İmam Kazımın (ə) və İmam Cavadın (ə) qəbrinə pənah aparır. Yuxuda İmam Zamanı (ə.f) ziyarət edir və İmam (ə.f) ona “Fərəc” duasını təlim verir. O da bu duanı oxumağın bərəkətinə görə öldürülməkdən nicat tapır”.


İmam Sadiq (ə) İmam Hüseynin (ə) ziyarətinə piyada gedən şəxsin savabının dəyəri haqda nə buyurur?


İmam Sadiq (ə) İmam Hüseynin (ə) ziyarətinə piyada gedən şəxsin savabının dəyəri haqda nə buyurur? Nəql olunur: “ibn Əbu Faxitə İmam Sadiqin (ə) ona belə dediyini nəql edir: \"Ey Hüseyn, kim piyada olaraq evindən İmam Hüseynin (ə) qəbrini ziyarət üçün çıxsa, Uca Allah onun hər atdığı addımına bir savab yazar və bir günahını pozar. Gəlib müqəddəs məzara yetişdikdə isə onun adını nicat tapanların və uğur qazananların siyahısına qeyd edər. Orada ibadətlərini başa vurduqda isə adını qələbə çalanların siyahısına yazar. Evinə qayıtmaq istədikdə isə bir mələk gəlib ona deyər: \"Peyğəmbər (s) sənə salam deyir və buyurur: \"Əməllərinə yenidən başla, həqiqətən də sənin keçmiş günahların bağışlandı\". Bəşir Dəhhan İmam Sadiqdən (ə) nəql edir: \"İmam Hüseynin (ə) ziyarəti üçün evindən çıxan şəxsin ilk addımında günahları üçün bağışlanma var...


Kərbəlada cinayət törədənlər: Ömər ibni Səd (lən) kimdir?


Kərbəlada cinayət törədənlər: Ömər ibni Səd (lən) kimdir? Ömər ibni Səd ibni Əbi Vəqqas ibni Malik ibni Vəhib ibni Əbdulmənaf İbni Səd adı ilə məşhurdur. Bəzilərinin nəzərinə görə Peyğəmbərin (s) zamanında doğulmuşdur, bəzilərinin nəzərinə görə isə Ömər ibni Xəttab ölən zaman. O, atası Səd ibni Əbi Vəqqasla bilikdə İraqın fəthində iştirak etmişdir. O zaman ki, Müaviyyə (lən) İmam Əliyə (ə) qarşı müharibə edirdi, İbni Səd da həmin münaqişədə iştirak edirdi. Bu münaqişədən sonra atasının yanına gedib, onu xilafət iddiasında olmağa dəvət edir, ancaq atası imtina edir. Xarzəmi nəql edir: “O zaman ki, İmam Hüseyn (ə) Yezidə (lən) beyət etməkdən çəkinir, Mədinədən Məkkəyə hicrət edir. Həmin zamanda İbn Səd Məkkənin əmiri idi. O zaman ki, hacıların İmamı (ə) necə qarşıladıqlarını görür, Mədinəyə gedib Yezid üçün məktub yazır. Onu İmam Hüseynin (ə) Məkkəyə gəlməyindən xəbərdar edir”...


Həzrət Əlinin (ə) övladlarının qəhrəmanlıqlarının səbəbi, atalarının verdiyi tərbiyə idi!!


Həzrət Əlinin (ə) övladlarının qəhrəmanlıqlarının səbəbi, atalarının verdiyi tərbiyə idi!! Ayətullah Seyid Haşim Gülpayiqani buyurmuşdur: “Əbu Talibin dörd oğlu var idi: Talib, Cəfər, Əqil, Əli (ə). İmam Əlinin (ə) Allah yanında xüsusi məqam və dərəcəsi olur. 14 əsr keçməsinə baxmayaraq, hələ də insanların məhbubu və ehtiram göstərdiyi şəxsiyyətdir. İmam Əlini (ə) qardaşlarından fərqləndirən ən mühüm fərq o idi ki, uşaqlıq dövründən Həzrət Peyğəmbərin (s) evində yaşamışdır.
İmam Əli (ə) hədislərin birində yazır: “Peyğəmbər (s) məni öz ətəyində böyüdüb. Mən uşaq idim və Peyğəmbər (s) məni öz övladı kimi qucağında sıxardı. Öz istirahət yerində mənə yer verərdi. Heç bir zaman mənim yalan danışdığımı görmədi və rəftarımda səhv tapmadı. Mən təzə dünyaya gəlmiş dəvə balası kimi ki, anasının ardınca düşərdi – onun ardınca gedərdim. O, hər gün əxlaqın təzə nöqtələrini mənim üçün aşkar edərdi. Mənə əmr verərdi ki, onun xəttində hərəkət edəm...


Həzrət Abbasın (ə) həyat yoldaşı kim olub?


Həzrət Abbasın (ə) həyat yoldaşı kim olub? Həzrət Əbülfəzil Abbas Ləbabə adlı bir xanımla evlənmişdi. Ləbabə, Peyğəmbərin (s) əmisi oğlu Ubeydullah ibni Abbasın qızı idi. Anasının adı isə Ummi Həkim Cuyirə idi. Hər ikisi həm imanlı və həm fəzilətli insanlar idilər. Ləbabə xanımın özü də həm valideynləri və həm də Abbasın (ə) evində aldığı tərbiyə sayəsində fəzilət əhlindən hesab edilirdi.
Həzrət 20 yaşında ailə qurmuşdur. Bu evlilikdən iki oğlu dünyaya gəlmişdir. Birinin adı Ubeydullah və o birisinin adı isə Fəzl idi. Bəzi tarixi mənbələrdə daha iki oğlu Muhəmməd və Qasimdən də bəhs edilir. Bəzi mənbələrə görə Muhəmməd adlı oğlu Kərbəlada şəhid olmuşdur. Ancaq bəzi mənbələr də onun heç bir oğlunun Kərbəlada iştirak etmədiyini vurğulayır. Həyat yoldaşının da Kərbəlada olmasına dair heç bir mənbə yoxdur. Onun adı Kərbəla əsirləri içində də çəkilməmişdir...


Kərbəlada cinayət törədənlər: İbn Ziyad (lən) kimdir?


Kərbəlada cinayət törədənlər: İbn Ziyad (lən) kimdir? Ubeydullah ibni Ziyad ibni Əbihə, Mərcanə adlı kənizdən dünyaya gəlmişdir. Ona görə də bəziləri onu təhqir etmək üçün İbni Mərcanə adlandırırdılar.
Atası Ziyad ibni Əbihə Əməvi sərkərdələrindən idi ki, üsyanları yatızdıran zaman rəhimsiz insan kimi tanınmışdır. Atasından bixəbər olduğu üçün Müaviyyə (lən) onu öz qardaşı adlandırır və Əbu Süfyanın oğlu olduğunu iddia edirdi. O, çox qəddar və rəhimsiz bir insan idi. Atası Ziyad ibni Əbihə Kufə və Bəsrə əmiri olan zaman hökumət işləri ilə məşğul olmuşdur. Müaviyyə onu Xorasana hakim göndərir. Sonra isə Bəsrəyə əmir təyin edir. Bəsrədə olan qiyamları rəhimsizliklə yatızdırır və çox sayda insanı qətl edir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter