Sübh namazı niyə bəzən qəzaya gedir?


Sübh namazı niyə bəzən qəzaya gedir? İnsan bəzən sübh namazını bilməyərəkdən qəzaya verir. Özü ilə əhd bağlayır ki, bir daha belə olmayacaqdır. Ancaq səhər yuxusu o qədər şirin olur ki, namaz üçün qalxa bilmir. Bəs bunun səbibi nədir? Bunun həm maddi və həm də mənəvi səbəbləri vardır. Maddi amillər:
1. Həyatında proqramsızlıq. Sübh namazını dərk etməyə mane olan amillərdən biri - həyatında proqramsız olmasıdır. Bu cür insan nə yuxusunu və nə də gördüyü işlərini tənzim edə bilməz. Ona görə də sübh namazına qalxmaq onun üçün çətin olar.
2. Gecəni çox yemək yemək. Gecə ağır yatmağa səbəb olan amillərdən biri yatmazdan əvvəl çoxlu yemək yeməkdir...


Ata və ananın günahlarını bağışlayan əməl hansıdır?


Ata və ananın günahlarını bağışlayan əməl hansıdır? İmam Sadiq (ə) buyurur: “Hər kim əsr namazından sonra 70 dəfə istiğfar edərsə, yəni “Əstəğfirullah” deyərsə, Allah onun 70-illik günahlarını bağışlayar.
Əgər bu qədər günahı yoxdursa, ata və anasının günahlarını bağışlayar.
Ayətullah Haqşünas deyir: “Gecənin əvvəlində Quran tilavət edin və gecənin axırında istiğfar edin. O zaman ki, gündüz olar, saleh əməl gətirin. Çalışın ki, günah etməyəsiniz. Çünki ölüm mələyi hər gün əməl dəftərinizə diqqətlə nəzər salar”.


İmam Əlinin (ə) ordusunda vuruşan, Kərbəlada şəhid olan, İmam Zamanın (ə.f) duasında adı çəkilən səhabə kim idi?


İmam Əlinin (ə) ordusunda vuruşan, Kərbəlada şəhid olan, İmam Zamanın (ə.f) duasında adı çəkilən səhabə kim idi? İbni Məsud nəql edir: “Allahın Rəsulu (s) Cunadə ibn Haris üçün bu məzmunda məktub yazmışdı: “Bu yazı peyğəmbər Muhəmməd (s) tərəfindən Cunadə, onun qəbiləsi və onun əlinin altında olanlar üçün məktubdur. Namazı bərpa edin, zəkatı verin, Allaha və Peyğəmbərə (s) itaət edin ki, hər kəs belə edər, Allahın və Rəsulunun (s) amanında olar”. Cunadə o igidlərdən idi ki, Siffeyn döyüşündə Əmirəl-möminin (ə) bayrağı altında döyüşürdü. O, Kufədə Müslimlə beyət edir və Əmr ibni Xalid, Nafəh ibni Həlal, Məcmə ibni Abdullahla bir yerdə İmam Hüseynin (ə) ordusuna qoşulur. Bu dörd dost İmamın (ə) yanına gələn zaman Hürr onları görüb İmama (ə) demişdi ki, mən gərək onları həbs edim, ya da gərək geri qayıtsınlar...


Quranın hansı surəsində İmam Hüseyndən (ə) bəhs olunmuşdur?


Quranın hansı surəsində İmam Hüseyndən (ə) bəhs olunmuşdur? Hədis və təfsir kitablarının nəql etdiyi kimi, İmam Hüseyn (ə) haqqında nazil olan ayələr bunlardır: “Əhzab” 33, “Ali-İmran” 61, “Şura” 23, “İnsan” 8, “Bəqərə” 37 və “Fəcr” surəsinin son ayələri. İmam Sadiq (ə) buyurur: “”Fəcr” surəsini vacib və müstəhəb namazlarınızda oxuyun, çünki bu surə Hüseyn ibn Əlinindir (ə)”. Məclisdə olan bir nəfər soruşur: “Necə ola bilir ki, bu surə İmam Hüseynə (ə) aid edilir?”.
İmam (ə) bu surənin son ayələrini oxuyur: “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol! Və Mənim cənnətimə daxil ol!”. (“Fəcr” 27-30)...


Nəfs dedikdə nə nəzərdə tutulur? Hansı nəfs şər və mənfiliklərə meyillidir?


Nəfs dedikdə nə nəzərdə tutulur? Hansı nəfs şər və mənfiliklərə meyillidir? Bəzən nəfs dedikdə ruh nəzərdə tutulur. Ancaq əxlaqi bəhslərdə nəfs dedikdə onu kontrol etmək, nəfsin istəkləri və xahişləri şərh edilir. İnsan nəfsinin mərtəbələri vardır. Onun ən alçaq dərəcəsi - əmmarə nəfsdir. Bu nəfs insanın nöqsanlı hallarına və daxili ifrati meyllərinə aid edilir. Bu nəfsin şər və pisliklərə meyli vardır və insanı xeyir yolundan azdıra bilir.
Nəfsin ikinci mərtəbəsi kamal və insanın özünü tərbiyə etməsinə aid edilir. Ona ləvvamə nəfs deyirlər. İnsan nəfsin bu mərtəbəsində ən çox xeyir və gözəl əməllərə tərəf meyl edir və insan günah işlədən zaman bu nəfs onu danlayır və məzəmmət edir. Onu xeyirxahlığa tərəf dəvət edir.
Nəfsin üçüncü mərtəbəsi mütməin nəfsdir. İnsan mütməin nəfsə çatarsa kamalı, səadət və həqiqi hüzuru tapar. Raziyyə və mərziyyə nəfsinə sahib olar. Yəni, həm o, Allahdan razıdır və həm də Allah ondan razıdır...


“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”!


“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”! Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub”
Hər il olduğu kimi bu ildə müsəlman Azərbaycan xalqı məhərrəm ayını qeyd etmək ərəfəsindədir. Kimlər evində ehsan bişirərək ehtiyacı olanlara paylayır, kimlərsə isə məscidlərə gedərək əzadarlıq mərasimlərində iştirak edərək bu ayın hörmətini saxlayırlar. Lakin bu ayla bağlı cəmiyyətdə müəyyən fikir ayrılıqları və suallar formalaşıb? Sual edirlər ki, nəyə görə bu ayda toy etmək olmaz? Və ya nəyə görə İmamımızın şəhid olaraq cənnətə getməsini bayram kimi qeyd edib sevinmək əvəzinə kədərlənməliyik?...


İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunmuşdur?


İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunmuşdur? İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması ilə bağlı nəzər ayrılıqları vardır. Bəziləri Kərbəlada, bəziləri Nəcəfdə, bəziləri Mədinədə, bəziləri Dəməşqdə və hətta Qahirədə belə dəfn edildiyini iddia edirlər. Seyyid ibni Tavus “Luhuf”da yazır: “Nəql edilir ki, İmam Hüseynin (ə) başını Kərbəlaya qaytardılar və Kərbəlada mübarək bədəni ilə birlikdə dəfn etdilər. Əhli-Beyt (ə) tayfası da dediyimiz bu mənanı qəbul edir”. Bu kəlamdan belə başa düşmək olur ki, Əhli-Beyt (ə) davamçılarının əqidəsinə görə İmamın (ə) mübarək başı bədəni ilə birlikdə dəfn olunmuşdur. -Bu mənbələrdən belə nəticəyə gəlmək olur ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də Kərbəlaya qaytarılmış və İmamın (ə) mübarək bədəni ilə birlikdə dəfn olunmuşdur...


İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?


İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək? Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin yanında ağlayar, Qiyamət günü Allah ilə iki min həcc, iki min ümrə və iki min cihad ilə görüşər. Hədisi nəql edən İmama (ə) sual verir ki, o kəs ki, başqa şəhərdə və ya başqa ölkədədir və özünü həmin günü ora çatdıra bilmirsə, savabı nədir? Həzrət (ə) buyurur: “Əgər belə olarsa, səhraya və ya evin damına qalxsın, Həzrətin qəbrinə işarə edib, salam versin. Həzrətin qatillərini lənətləməkdə ciddiyyət göstərsin və sonra iki rükət namaz qılsın. Bu işi zöhrdən əvvəl etsin və Həzrətin müsibətinə göz yaşı töksün. Ailəsinə də əmr etsin ki, o Həzrətə ağlasın. Evində müsibət məclisi bərpa etsin. Həzrət Seyyidi-şühəda (ə) müsibətinə görə bir-birinə başsağlığı versin. Mən zaminəm ki, hər kim bu işi görər, Allah bütün bu savabları ona inayət edər”.


Kərbəlanın yeganə qara dərili şəhidi kim idi ?


Bu cazibəyə müsbət reaksiya şəxslərdən biri də Cəun ibn Huvadır. Cəunun Əhli beytə (ə) olan bağlılığı ona İmam Hüseynlə (ə) birgə şəhid olma şərəfini nəsib eylədi.
Deyilir ki, Cəun Aşura günündə döyüşə yollananda İmam əvvəl ona icazə vermədi. Lakin o İmama (ə) dedi: “Allaha and olsun istəyirəm mənim qanın sənin qanınla qarışsın”
Cəun şəhid olanda İmam Hüseyn (ə) onun başı üstünə gəldi. İmam onun cansız cəsədinə baxıb dedi: “İlahi onun üzünü ağ elə! Onun bədənini ətirli elə! Onu yaxşılarla məhşur et!” Rəvayətlərə görə onun cəsədi on gündən sonra tapılanda ondan valehedici ətir iyi gəlirdi.


Rahat yaşamaq üçün nə edək?


Quran buyurur: “Əlinizdən çıxana kədərlənməyin, əlinizə bir şey gələndə şad olmayın.” (“Hədid”, 23.) Doğrudanmı, insan belə ola bilər? Bank işçisi bir gün xalqdan pulu toplayır, səhəri gün isə onu xalqa paylayır. Bu işçi üçün pulu almaqla verməyin heç bir fərqi yoxdur. Çünki, o, sadəcə, əmanətçidir. Traktor üçün asfaltla torpaq yolun fərqi yoxdur. Velosiped üçün isə asfalt yol daha rahatdır. Sərçə qonduğu budağı zədələmədiyi halda, zərif çiçəyi öz oturuşu ilə qırır. Bəli, böyük insanların ruhunu kiçik çətinliklər sındıra bilmir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter