Dualarımızda Allah-Taaladan (c.c) hansı pis xasiyyətlərdən xilas olmağı diləməliyik?


Allahım, bu iki şeyi məndən al... Allahım, bu iki şeyi məndən al: öyünməyi və təkəbbürü. Çünki birincisi malik olduqlarımı məndən alar. İkincisi isə paklığımı aradan aparar.
Allahım! Daxilimdə iki şeyi qüvvətləndir: imanı və səbri. Çünki birincisi malik olduqlarımı çoxaldar, ikincisi isə malik olmadıqlarımı mənə yaxınlaşdırar.
Allahım! Mənə yardım et ki, bu iki şeyə düçar olmayım: unutqanlığa və nüşükürlüyə. Çünki birincisi cismimin paklığını məndən alar. İkincisi isə daxili hüzurumu...


İmam Əli (ə) behiştin təsvir və həqiqətini necə tanıtdırır?!


İmam Əlinin (ə) mübarək dilindən behiştin təsviri: Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə” kitabında bir çox mövzulara toxunmuş və bəzi açılmayan sirləri bizim üçün açmağa çalışmışdır. Bu mövzulardan biri də behiştlə bağlıdır. Həzrət Əli (ə) bu haqda buyurur: “Əgər öz qəlb gözünlə sənə təsvir olan behiştə nəzər salsan, dünyada olan hər şeydən: xahişlərdən, ləzzətlərdən, gözəl mənzərələrdən ürəyini qopardacaqsan. Düşüncələrin heyrətə gələcəkdir. Çünki ağac yarpaqlarının avaz oxuması barəsində düşünərsən, o ağaclar ki, çayların kənarında bitərlər. Nazik budaqlarından mirvari kimi salxımlar asılar. Gülləri arasında cürbəcür meyvələri yer alar. Onları heç bir əziyyət olmadan dərmək olur. Elə ki, hansı asılan meyvəni arzu edər, əlində qərar tutar...


Allah Təala şeytana (lən) niyə möhlət vermişdir?


Bu sualın cavabında Əhli-beytdən (ə) gələn hədisdə buyurulur: “Çünki o, Allaha 6 min il ibadət etmişdi, Allah da 6 min illik ibadətinin əvəzini vermək istəmişdir. Bir duasını qəbul etmişdir”. Yəni, möhlət vermək duasını. Bəzən insanı sağaltmaq üçün bədəninə başqa virusları daxil edirlər ki, həmin xəstəliyə qarşı onda immunitet istehsal olsun. Bu səbəbdəndir ki, körpələr dünyaya gələn zaman onlara müxtəlif xəstəliklərin viruslarını vururlar ki, bədəni o mikroba qarşı qüvvətli olsun. Əgər onunla rastlaşarsa, bu xəstəliyi daha rahat keçirdə bilsin. Allah Təala da şeytana möhlət vermişdir ki, insan ona qarşı immunitet əldə etsin və ona qarşı çıxsın. O zaman ki, şeytan insana hücum edər, insan öz zəif tərəflərini görməyə başlayar və onları aradan qaldırmaq üçün səy göstərər. Bu səbəbdən Quran buyurur: “Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar”. (“Ənam” 42).


İmam Əlinin (ə) hədisinə əsasən Pis əməli necə tanıyaq?


İmam Əlinin (ə) hədisinə əsasən iki qanun ilə pis əməlin nişanələrini tanıyaq:
1. Pis iş odur ki, gizli şəkildə insanların gözündən uzaq halda yerinə yetirilsin. Və əgər aşkarda onu etsəydi, insanların məzəmmətinə səbəb olar və xəcalət çəkərdi.
2. Pis işin ikinci nişanəsi budur ki, onu yerinə yetirənə suallar verilər ki, axı bu işi niyə görmüsən? Ya inkar edərək deyər ki, mən belə bir iş görməmişəm. Ya da həmin işə görə üzr istəyər. Deyər ki, məni bağışlayın, nadanlığım üzündən etmişəm. Ona görə də bir işi görən zaman əgər bu iki nişanədən biri onda olarsa, deməli həmin iş pis iş sayılır. Onu yerinə yetirməkdən çəkinək.


İmam Sadiqin (ə) hədisinə əsasən İnsanların hansı 8 dəstəsindən uzaq olmaq tapşırılır?


Həzrət İmam Sadiqə (ə) sual verirlər: “Siz bütün bu xəlqi insan kimi görürsünüzmü?”. İmam (ə) buyurur: “İnsanların bu bir neçə dəstəsini kənara qoyun.
1. O kəs ki, misvak etməz.
2. O kəs ki, dar yerdə ayaqlarını açıb əyləşər.
3. O kəs ki, ona aid olmayan işə qarışar.
4. O kəs ki, elmi olmayan şeyə görə mübahisə edər.
5. O kəs ki, heç bir xəstəliyi olmadan özünü xəstə göstərər...


Peyğəmbər və Əhli-Beytin (ə) hədisinə əsasən riyakarlığın əlaməti hansılardır?


İnsan bəzən öz ibadətində olan riyanı görmür və əsas etibarilə, etdikləri ibadətləri xalis hesab edər. Bundan əlavə, elə namazqılanlar və ibadət edənlər vardır ki, öz
ibadətləri ilə əslində digər insanların gözünü boyamaqdan başqa məqsədləri yoxdur. Bəs nə edək ki, ibadətlərimizin keyfiyyətini müəyyən edə bilək? Riyanı ixlasdan ayırmaq üçün Məsumlarımız (ə) bizə bəzi tövsiyələr vermişlər. Həzrət Peyğəmbər (s) buyurur: “Riyakarın dörd nişanəsi vardır:
1. Başqalarının yanında özünü itaətə həris kimi göstərər.
2. Tək olan zaman süstlük və tənbəllik edər.
3. Hər işində təriflənmək istəyər.
4. Zahirdə özünü insanların nəzərində yaxşı nişan verməyə səy göstərər”...


Peyğəmbərimiz (s) qonağı necə yola salardı?


Qonağı mənizlin qapısına qədər ötürmək İslam əxlaqındandır. Bu yolla qonağa demək istəyir ki, səni gördüyümə şadam və bir daha gəlmiyini istəyirəm. Həzrət Peyğəmbər (s) buyurur: “Qonağın ev sahibi üzərindəki haqlarından biri budur ki, onunla birlikdə getsin, o zamana qədər ki, mənzilindən xaric olar”.
Peyğəmbər (s) o zaman ki, bir möminlə xudahafizləşər idi, ona buyurardı: “Allah sizə təqva azuqəsi versin, sizi bütün yaxşılıqlara agah etsin, hacətlərinizi yerinə yetirsin, din və dünyanızı sağlam etsin, mənə tərəf salamatlıqla qayıdasınız”. Başqa hədisdə oxuyuruq ki, Peyğəmbər (s) müsafiri yollayan zaman əlindən tutub buyarardı: “Allah yaxşı yoldaşları sənə nəsib etsin, xoşagəlməz hadisələri sənin üçün asan etsin, uzağı sənə yaxın etsin, azuqəni sənin üçün kifayət etsin, din və əmanətini qorusun, əməlini xeyirlə xətmləndirsin, səni bütün yaxşılqlara agah etsin. Allahın bərəkəti ilə hərəkət et”...


Şəfanın müalicədən fərqi nədir?


Quranın sifətlərindən biri – şəfa verən olmasıdır. Şəfanın müalicə ilə fərqi vardır. Müalicə insanı həm sağalda bilər, həm də sağaltmaya bilər. Şəfa isə qəti müalicədir.
Quran bizə deyir ki, kafiri dost tutmayın. Öz sirlərinizi onlara deməyin. O kəs ki, Quranı təbliğ edər, tilavət edər – onun qəlbi zəngin olar. Sırf maddi nemətlərə qarşı etinasız olar. Çünki Quran onun qəlbinin şəfaverənidir və onu hər bir rəzil və çirkin sifətlərdən təmizləmiş və saflaşdırmışdır. Ona görə də Quranın məhz bu sifətinə qarşı diqqətli olaq və bu Müqəddəs Kitabı tilavət etməkdən qafil olmayaq. “Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. (“İsra” 82).


Həzrət Adəmlə (ə) görüşən altı nəfər o həzrətlə hansı məsələlər haqda söhbətləşdilər?!


Bir gün Həzrət Adəm (ə) bir yerdə əyləşmişdi. Anidən altı nəfəri müşahidə edir ki, onlardan üç nəfəri ağ paltarda və üç nəfəri də qara paltarda idilər. Ağ paltar geyinənlər gəlib Adəmin (ə) sağ tərəfində və qara paltar geyinənlər sol tərəfindən əyləşirlər. Həzrət Adəm (ə) üçün bu mənzərə qeyri-adi idi. Onlardan istəyir ki, özlərini tanıtsınlar. Əvvəl sağ tərəfində əyləşənlərə nəzər salır və onlardan birindən soruşur: Sən kimsən? Deyir: Mən ağılam. Adəm: Sənin yerin haradadır? Deyir: Mənim yerim insan beynində və düşüncəsindədir. Həzrət Adəm (ə) o biri ağ paltarlıdan soruşur ki, sən kimsən? Deyir: Mən məhəbbətəm. Adəm: Sənin yerin haradadır? Deyir: Mənim yerim insanların qəlbindədir. Adəm (ə) üçüncüdən soruşur ki, sən kimsən? Deyir: Mən həyayam. Adəm: Sənin yerin haradadır? Deyir: Mənim yerim insanın gözündədir.


14 Məsumdan (ə) hansı 14 moizəyə edir?


-Hz Peyğəmbər (s) buyurur: “Ey Əli! Xoş olsun o simanın halına ki, günah işlətdiyi halda ağlayan zaman Allah onu görər və Allahdan qeyrisinin ondan xəbəri olmaz”.
-Hz Əmirəl-möminin (ə) moizəsi: “Necə də təəccüblüdür bu insanın halı ki, əldən getməyəcək şeyin ona çatmasına görə sevinər, (ancaq) əldə edə bilinməyən şeyə çatmayacağına görə qəmgin olar”.
-Hz Zəhranın (s.ə) moizəsi. O zaman ki, kor insan Xanımın (s.ə) evinə daxil olur, Xanım (s.ə) hicabını taxır və Peyğəmbər (s) qızından soruşur ki, axı o kordur, səni görmür? Niyə özünü örtürsən? Xanım (s.ə) cavab verir: “Əgər o, məni görmürsə, mən ki, onu görə bilirəm. Həmçinin o, (qadın) iyini hiss edə bilər”.
-İmam Həsən Müctəbanın (ə) moizəsi: “Bilin ki, Allah sizi boş yerə xəlq etməmişdir. Öz başınıza buraxmamışdır. Ruzilərinizi aranızda bölmüşdür”.
-İmam Hüseynin (ə) moizəsi: “Mömin elə bir iş görməz ki, ona görə üzr istəsin. Münafiq hər gün günah edər və üzr istəyər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter