Fərqli mübarizə metodlarından istifadə edən məsum imamların arasında məqsəd fərqi varmı?


Bütün İmamların məqsədi insanların təkamülüdür!
Bütün İmamların məqsədi tövhiddir və bu məsələdə şübhəyə yer yoxdur. Amma hər bir İmamın hərəkəti mövcud şəraitə görə fərqlənmişdir. Qayçının iki ağzı bir-birinə zidd hərəkət etsə də əslində eyni bir işi görür. Komanda oyunlarında hər oyunçu öz mövqeyinə uyğun hərəkət etsə də, ümumi məqsəd komandanın qələbəsidir. Bəli, bütün İmamların məqsədi insanların təkamülüdür. Amma bu məqsədə çatmaq üçün bəzən vuruşmaq, bəzən elmlə məşğul olmaq, bəzən hicrət etmək, bəzən də susmaq lazım gəlir.


İmam Hüseynin (ə) Kərbəla faciəsinə nə səbəb oldu?


Sözü gedən qrup İmam Hüseyni (ə) qiyamçı kimi tanıtdırmaqda uğur qazandı. Zalım hökumətin ürəyi nə istəyir deyir. Bəs xalq nə üçün inanmalıdır, xalq nə üçün sakit qalmalıdır? Məni nigaran edən məsələ hadisənin bu yeridir. Deyirəm necə oldu ki, vəziyyət bu həddə çatdı? Necə oldu ki, İslam hökmlərinin və Quran ayələrinin xırdalığına varan İslam ümməti belə bir aydın hadisədə bu formada qəflətə və səhlənkarlığa düçar oldu, birdən-birə belə bir faciə baş verdi? Belə hadisələr insanı nigaran edir. Məgər biz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) dövrünün cəmiyyətindən daha möhkəmik? Belə olmamaq üçün nə etməliyik? Dediyimiz “belə olmasına səbəb nə idi?” sualına kimsə hərtərəfli cavab verməmişdir. Bəzi məsələlər irəli sürülüb, amma yetərli deyil. Bu səbəbdən bu gün qısa və konkret şəkildə hadisənin özü barəsində bir qədər söhbət etmək istəyirəm. Sonra məsələnin ipucunu sizin öhdənizə buraxacağam ki, özünüz bu barədə fikirləşəsiziniz. Araşdırma və düşüncə adamı olanlar bunun ardınca tədqiqat aparsınlar, mütaliə etsinlər. İş və əməl adamı olanlar düşünsünlər ki, belə hadisələrin təkrar olunmasının qarşısını almaq üçün hansı hazırlıqlar lazımdır. Əgər bu gün mən və siz hadisənin qarşısını almasaq, 50 ildən, 10 ildən, yaxud 5 ildən sonra bizim İslam cəmiyyətimizin İmam Hüseynin (ə) dövründəki vəziyyətə düşməsi mümkündür...


Həzrət Nuhun (ə) dünyadan köçməsi necə olmuşdur?


... Həzrət Nuh (ə) bu əmrə əməl edir və Samı öz vəsisi elan edir. Həmçinin övladlarını Hud (ə) adlı peyğəmbərin gələcəyi ilə müjdələdi. Vəsiyyət etdi ki, nə zaman Hud (ə) zühur etsə, onun ardıcılı olsunlar. Həmçinin vəsiyyət etdi ki, hər il vəsiyyətnaməni oxusunlar və həmin günü bayram keçirtsinlər. O zaman ki, Əzrayil (ə) Nuhun (ə) canını almaq üçün gəlir, Nuh (ə) günəşin nuru altında idi. Əzrayil (ə) ona salam verdi və o da salamın cavabını verdi. Soruşdu: “Bura nə üçün gəlmisən?”. Əzrayil (ə) dedi: “Gəlmişəm ki, sənin ruhunu qəbz edəm”. Nuh (ə) dedi: “İcazə ver, günəşin nurundan kölgəyə tərəf gedəm”. Əzrayil (ə) icazə verdi və sonra Nuh (ə) Əzrayilə (ə) dedi: “Ey ölüm mələyi! Dünyada yaşadığım bu müddət (o qədər qısa göründü ki) günəş şüasından kölgəyə gəlməyim qədər oldu. İndi mənim ruhumu qəbz et!”. Əzrayil (ə) də onun ruhunu qəbz edir”. Halbuki, Həzrət Nuh (ə) ən uzun ömür sürmüş peyğəmbərlərdən (ə) olmuşdur…/Deyerler.


Heyvanların ruhunu da Əzrayil (ə) alır?


Bu mövzu ilə bağlı iki nəzər vardır: 1. Heyvanların ruhu Əzrayil (ə) tərəfindən alınar. 2. Məmur edilmiş başqa dörd mələk bu işlə məşğuldurlar.
Əllamə Məclisi bu haqda buyurur: “Hədislərimiz içində bu iki nəzəri isbat edən heç bir dəlilə rast gəlinməmişdir. Ona görə də bu haqda nəzər verən zaman ehtiyata riayət etmək lazımdır”.
Əzrayil (ə) haqqında belə bir hədis nəql edilir ki, mələk buyurur: “Mən heç bir şeyə, hətta ağcaqanadın ruhunu qəbz etməyə belə Mənnan Allahın izni olmadan qadir deyiləm”. Bu səbəbdən heyvanların ruhunun qəbzi Əzrayilə (ə) nisbət verilmişdir. Seyyid Nemətullah Cəzairi də bu nəzəri təsdiq etmişdir.


Həzrət Zəhranın (s.ə) bu dünyada xüsusən sevdiyi 3 əməl hansılardır?


Həzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar. Xanım (s.ə) buyurur: “Sizin dünyanızdan üç şeyin məhəbbəti qəlbimə düşmüşdür: Quran tilavəti, Allah Peyğəmbərinin (s) üzünə baxmaq, Allah yolunda infaq etmək”. Quran tilavəti.
Biz müsəlmanların çox təəssüf ki, ən az diqqət etdiyimiz dəyərli əməllərdən biri Quran tilavətidir. Bu əziz kitabı alırıq və evimizin ən yuxarı yerinə qoyuruq, ancaq çox vaxt onu vərəqləyib oxumuruq. Halbuki, Allah Təala Quranda buyurmuşdur:“Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 57-58).


Ailə həyatını çətinləşdirən 8 adətə qalib gəlmək!


Ailə - kiçik bir cəmiyyətdir ki, orada baş verən mənfi və müsbət hallar cəmiyyətə də sirayət edir. Ona görə də ailə quran hər bir insan ailəsinə və cəmiyyətə görə məsuliyyət hiss etməlidir. Üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bəzən elə adətlərə sahib oluruq ki, müştərək ailə həyatımızı çətinləşdirir. Əgər onlardan əl çəkə bilsək, ailə həyatımız daha səfalı və mehriban olar. Bunlara nəzər salaq:
1. Qarşı tərəfin zati adətlərini dəyişdirməyə səy göstərmək. Bəzən cütlər bir-birinin bəyənmədiyi adətlərini dəyişdirməyə səy göstərərlər. Ancaq insan qəbul etməlidir ki, heç kəs ideal və kamil deyildir. O, özü olmaq istəyir və deməli, özü qərar verməlidir ki, hansı adətlərini dəyişdirə bilər.
2. Ailədə problem axtarmaq. Əgər qarşı tərəfin ailəsində və ya ailə üzvlərində hansısa səhvləri üzünə vurmaq istəsəniz, o zaman bu, sizə ancaq problemlər yaradacaqdır, ailə həyatınızın hüzurunu pozacaqdır...


Hansı dörd xüsusiyyət insanın behişt əhli olmasına kömək edər?


Şeyx Mufid “Əmali”də İmam Kazımdan (ə) nəql edir ki, buyurur: “Peyğəmbər (s) buyurmuşdur: \"Dörd sifət vardır ki, hər kimdə olarsa, Allah onu behişt əhlindən qərar verər:
1. O kəsin ki, pənah yeri – Allahın yeganə olmasını və mənim risalətimi etiraf etməsi olar.
2. O kəsə ki, Allahın ənamı olarsa, o, deyər: “Əlhəmdulillah”.
3. O kəs ki, günaha düçar olan zaman deyər: “Əstəğirullah”.
4. O kəs ki, müsibətə düçar olan zaman deyər: \"İnna lillah və inna ileyhi raciun”.


Mömin öz duasından hansı 3 nəticə əldə edər?!


Mübarək hədislərimizə əsasən, möminə xas bəzi mühüm xüsusiyyətlərlə tanış olaq. İmam Səccad (ə) buyurur: “Mömin, duasından üç nəticə alar:
1. Ya onun üçün ehtiyat kimi saxlanılar. 2. Ya dünyada həyata keçər. 3. Ya da ona çatmalı olan bəla geri qayıdar”.
Mömin qardaşında bu 3 sifəti görsən, ondan ümidvar ol! Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman (din) qardaşında bu üç sifəti görsən, ona ümidvar ol: həya, əmanətdarlıq və doğru danışmaq”.



İslamda maarifinə əsasən yaşamağın hədəfi nədir?


Bu suala Əllamə Cəfəri belə cavab vermişdir: “İslamda yaşamağın hədəfi – rübubiyyətə doğru hərəkətdir. İnsan gərək mənliyini tanısın. Allah Təala, Allahlıq inayəti ilə bəndələri üçün o miqdarda elmi inayət etmişdir ki, əgər həmin qədər hərəkət etsələr, Ona çatarlar. Mövləvi, Həzrət Musanın (ə) münacatı barəsində buyurur: “Bunlar dərin münacatlardır ki, əgər bir gün İlahi əzəmət kəşf olunarsa yəqin ki, deyərlər: “Rübubiyyət məqamının o qədər əzəməti vardır ki, İbni Sina o qədər əzəmətinə baxmayaraq, rübubiyyət qarşısında bir qul kimi idi. Ancaq ali məqama malik olan qul kimi””. Allahım, sən özün bizə bu yolda yardım et! Sənin rübubuyyət məqamını kəfş etməyi bizə də nəsib et!


Həzrət Adəmin (ə) üstün olmasını bəyan edən ayənin verdiyi 6 dərs hansılardır?


Quran buyurur: “Və o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi. (Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla, bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam)»”. (“İsra” 61-62).
Bu ayələrdən bir neçə dəyərli nəticələr çıxartmaq olar. O cümlədən: 1. İrqçilik İblisin qovulmasına və lənətlənməsinə səbəb olur. 2. İblis özü daxilində qəbul edir ki, Allah ondan üstün varlıq xəlq etmişdir. Ancaq təkəbbürü üzündən bunu dildə deyə bilmir. 3. İnsan həqiqətdə mələklərdən də üstün varlıqdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter