Yoxsula sədəqəni necə vermək lazımdır? Qurani Kərimin tapşırığı


Qurani-Kərim yoxsullara yardım etməyin əhəmiyyətli bir iş olduğunu bir çox ayələrində bəyan etmiş və onun ədəb qaydalarını bizə tanıtmışdır. Buyurmuşdur ki, hər kim yoxsula yardım etmək istəsə, riyadan uzaq olmalı və etdiyi yardımla həmin şəxsə minnət qoymamalıdır. “Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi şeytan olan kəs (bilsin ki,) o, çox pis bir həmdəmdir”. (“Nisa” 38).
Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizin üçün ən çox qorxduğum şey – kiçik şirkdir”. Soruşurlar ki, kiçik şirk nədir?
Həzrət (s) buyurur: “Riya. Allah Təala Qiyamət günü bəndələrinin mükafatını verən zaman riyakarlara buyuracaqdır: “Siz o kəslərin yanına gedin ki, onlara riya etmisiniz. Baxın görün mükafatınız onların yanındadır?””.


Ölülərin ruhları ailələrini ziyarətə gəlirmi?


Cümə axşamının dinimizdə özünəməxsus yeri vardır. Bu özünəxsusluğun bir nişanəsi də hədis və rəvayətlərə əsasən dünyasını dəyişmiş insanların evlərini ziyarət etmələri ilə əlaqədardır. Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin ruhları hər cümə dünya səmasında evlərinin bərabərinə gəlib hər biri qəmli səslə ağlayaraq belə deyəcəklər: “Ey mənin ailəm, övladlarım, ey atam, ey anam, ey əqrabalarım, bir dirhəm pul ilə (onu sədəqə verib savabını bizə hədiyyə etməklə), yaxud bir geyimlə də olsa (onu bir fəqirə verib savabını bizə hədiyyə etməklə) bizə acıyın ki, Allah da sizə Cənnət geyimlərindən geydirsin.” Sonra Allah Rəsulu (s) ağladı, onunla olanlar da ağladılar.
Daha sonra Peyğəmbər (s) belə davam etdi: “Onlar sizin din qardaşlarınızdırlar. Öz hallarına fəryad edib ağlayırlar və belə deyirlər: “Əgər əlimizdə olanları Allahın itaəti və rizası üçün xərcləsəydik, o zaman sizə möhtac olmazdıq.” Sonra evlərindən geri qayıdarlar. Qayıdarkən: “Ölülər üçün sədəqə verməkdə tələsin” deyə səslənərlər.” (“Müstədrək”, c. 2, səh. 485; “Səfinətul-Bihar”, c. 2, səh. 554-555)


“And olsun əsrə!” – Qurani Kərim hansı zamanı nəzərdə tutur? /Mürtaza Mütəhhəri/


Mərhum alim Murtəza Mutəhhəri də buna işarə edərək “Əsr” surəsinin təfsirində and içilən, xüsusi qeyd vurulan əsrin hansı zamanla əlaqəli olması barədə nəzərini bildirmişdir: Quranda zamana and içilməsinə çox rast gəlirik. Bəzən gecəyə, bəzən gündüzə, bəzən də zühaya (günortaya qədər) and içilir. Bu zamanların adlarının çəkilməsinin hər birinin özünə məxsus hikmət və fəlsəfəsi vardır ki, and içilərək insana xatırladılır. Qeyd olunan zamanların hər birinin insan üçün xüsusi qiyməti vardır. Qeyd olunan “Əsr” kəlməsində də xüsusi qəsd vardır. Elə isə bu kəlimədə hansı əsr (zaman) qəsd olunur?
Bu barədə əsas iki fikir vardır. Bunlardan birincisi gün ərzində olan zaman kəsiyidir. Bəziləri bunu günoradan sonra, bəziləri isə gündüzün son dörddə biri hesab edir.


Dil zikr edəndə, insana nə kimi bərəkətlər gətirir?


Allahın insana əta etdiyi ən böyük nemətlərdən biri – dildir. Əgər bu dil Allahı zikr edərsə, öz vəzifəsini yerinə yetirmiş olar. Zikr edən dil, öz sahibinə çox sayda faydalar və bərəkətlər gətirər. Dil – qəlbin aynasıdır. Zikr o zaman dəyərli olar ki, qəlbdən gələr. Maddi bərəkətlər:
1. Bəsirət. O kəsin ki, zikr edən dili olar, Allah onun qəlbini nurani edər. Ona bəsirət əta edər. O, Allah nuru ilə doğru yola hidayət olar.
2. Halal ruzi qazanar. Dünya nemətləri insanın ehtiyaclarını təmin etmək üçün zəruri olsa da, onunla çox məşğul olmaq insanı qəflətə sala bilər. Allah o insanları sevir ki, hər bir halda Allahı yada salarlar, hətta ruzi qazanan zaman belə. Yəni, bütün səyləri ruzinin halal qazanılması yönündə olar. İmam Əli (ə) buyurur: “O zaman ki, bazara daxil olursunuz, Allahı çoxlu yada salın”.


Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır?


Dünya və axirət – bir-birinə təzad təşkil edən aləmlərdirlər. Onlar tərəzinin iki gözü kimidirlər. Birinin yuxarı qalxması ilə o birisi aşağı düşər.
İmam Əli (ə) buyurur: “Dünyanın acı olması – axirətin şirin olması deməkdir. Dünyanın şirin olması isə axirətin acı olması deməkdir”.
İmam Səccad (ə) buyurur: “Allaha and olsun ki, dünya və axirət – tərəzinin iki gözü kimidir. O göz ki, yuxarı qalxar, o birisi aşağı düşər”.
Ona görə də dünyada Allaha görə hüznlü olmaq – axirətdə sevincə səbəb olar. Dünyada Allahdan qeyrisi üçün sevinmək – axirət qəmini ardınca gətirər. O kəslər ki, qəflət və cahillik üzündən dünyada gülərlər – axirətdə ağlayacaqlar.


İslam Peyğəmbəri (s) dualarında Allah-Taaladan (c.c) ən çox nələri diləyərdi?!


Hədislərimizdə bu dua “Ğəriq duası” adı ilə məşhurdur. Abdullah ibn Sinan nəql edir: “İmam (ə) buyurmuşdur: “Tezliklə şübhəyə düşəcəksiniz ki, ondan xilas ola bilməyəcəksiniz, məgər o kəsdən başqa ki, “Ğəriq” duasını oxuyar””. Bu dua belədir:Ya Allahu, ya Rəhmanu, ya Rahim يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ
Ya muqallibəl-qulub يَا مُقَلِّبَ ٱلْقُلُوبِEy, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. Sabbit qalbi alə dinikə ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ qəlbimi Sənin dinində möhkəm et.
Həmçinin, Həzrət Peyğəmbərin (s) ən çox oxuduğu dualardan biri də məhz bu dua olmuşdur. Peyğəmbərin (s) həyat yoldaşı Ümmi Sələmədən soruşurlar ki, Həzrətin (s) ən çox oxuduğu dua hansı olmuşdur? O, demişdir ki, “Ğəriq duası”.


Küsən insanın namazı qəbul olarmı?


...Küsmək namazın şəri cəhətini pozmaz! Amma İki müsəlmanın küslülüyü namaz və ibadətlərini təsirini aradan aparar!
Həzrət Peyğəmbərin (s) Əbuzərə etdiyi nəsihətdə oxuyuruq: “Allah hər bazar ertəsi və cümə axşamları günü möminlərin əməl dəftərinə nəzər salar.
Məgər o iki nəfərin əməl dəftərindən başqa ki, aralarında küdurət və küsülülük vardır. Məmurlarına əmr verər ki, onların əməl dəftərlərini kənara qoysunlar o zamana qədər ki, bir-biri ilə barışarlar”.
Bu səbəbdən deyə bilərik ki, küsülülük insanlar arasında kinə səbəb olar və lənətlik şeytanın silahlarını işə salar. İnsanları bir-birindən ayırar və aralarına nifaq toxumu səpər. Bu səbəbdən Allah küsməyi sevmir və buyurur ki, o müsəlman ki, başqa din qardaşından küsər – dini naqis olar və kamilləşə bilməz. Bu səbəbdən gərək rəftarlarımıza diqqət edək.


QEYBƏTƏ QULAQ ASMAQ VƏ ONUN HÖKMÜ haqda məsumlar nə buyurmuşlar?!


“Qeybət küfrdür, ona qulaq asan və ondan xoşlanan adam isə müşrikdir.”
Küfr iki növdür: 1. etiqadi küfr; 2. əməli küfr. Allahı inkar edən əqidəsiz şəxslərin küfrü etiqadi küfrdür. İlahi əmrlərə qarşı səhlənkarlıq edib laqeydlik gəstərilərsə, bu əməli küfr adlanar. Əlbəttə, əməli küfr davam edərsə, etiqadi küfrlə nəticələnə bilər. Məsələn, dinin sütunu olan namaz kimi bir vəzifə bilərəkdən və qəsdən tərk olunarsa, insanın imanına xələl gətirər. Necə ki, Peyğəmbəri-Əkrəm (ə) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs kafirdir.” (“Əvailul-ləali”, İbn Əbu Cümhur, 2-ci cild, səh.224, 36-cı hədis.)
İmam Sadiqin (ə) nəzərincə, qeybət belə məna kəsb edir: “Qeybət, Allah-Taalanın gizlətdiyi nöqsanları açıb deməkdir.” (“Kafi”, Şeyx Kuleyni, 2-ci cild, səh.358, 7-ci hədis.)


Hz Peyğəmbərin (s) hədisinə əsasən Qeybət etməyin kəffarəsini nə ilə ödəmək olar?!


Peyğəmbəri-Əkrəmdən belə bir sual olundu: “Qeybətin kəffarəsi nədir?” Həzrət buyurdu: “Qeybətini etdiyi şəxs nə zaman yadına düşərsə, onun üçün Allahdan bağışlanmaq diləsin.” (“Kafi”, Şeyx Kuleyni, c.2, səh.358, hədis 4.) Həmçinin o həzrətdən belə nəql olunur: “Bir nəfərin haqqını tapdalayan adam həmin şəxsi xatırladığı hər zaman Allah-Taaladan onun üçün bağışlanmaq diləməlidir. Bu onun günahının kəffarəsidir.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, c.12, səh.103, hədis 13637.)
Bir sözlə, qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, qeybət edən insan tövbə etməklə və Allah-Taaladan bağışlanmasını diləməklə yanaşı, haqqında qeybət etdiyi şəxsdən də halallıq almalıdır. Lakin halallıq almaq fitnə-fəsada səbəb olarsa, təkcə Allah-Taala dərgahından bağışlanmaq diləmək yetərlidir. Həmçinin əgər halallıq üçün heç bir yol qalmayıbsa və yaxud qeybət olunanın abır-heysiyyətinə bir zərər toxunmayıbsa, istiğfar və tövbə ilə kifayətlənməyi mümkün saymaq olar. Bunlara rəğmən, qeybət etdiyi adamı öz duaları və ibadətlərinə şərik edərsə, daha təsirli ola bilər.


İMAM HƏSƏNİN (Ə) GÖZƏL ƏXLAQINDAN NÜMUNƏLƏR


İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik: O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə gözoxşayan bir gözəllik vermişdir. O həzrətin özü buyurmuşdur: “Allahın evinə piyada getmədiyim zaman Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, İmam Həsənin 20-25 dəfə Mədinədən Məkkəyə – həccə piyada getmişdir.
O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: “Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirir. İmam “ehtiyacını yazıb gətir” – deyə buyurur. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı salır.
Başqa bir rəvayətdə də: “İmam Həsən (ə) həyatda olduğu müddətdə iki dəfə bütün var-dövlətini başqalarına infaq etmiş və bağışlamışdır.” – deyə nəql edilir. (“Tarixi-xuləfa”, Süyuti, s.73.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter