Təsbihati-ərbəənin sirri və mənası nədir?


İmam Həsən Müctəba (ə) buyurur: “Bir neçə yəhudi Peyğəmbərin (s) xidmətinə gəlir və onların ən alim olanı Həzrətə (s) deyir: “Təsbihati ərbəənin təfsiri nədir?”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala bilir ki, bəni-Adəm Allaha yalan deyir, ona görə də buyurur: “Subhənallah”. Yəni, Allah insanların dediklərindən münəzzəh və pakdır.
Allah Təala bilir ki, bəndələri nemətinin şükrünü yerinə yetirmirlər, ona görə də bəndələrinin Onu həmd etməsindən əvvəl O, özünü mədh etmişdir. “Əlhəmdulillah”. Bu İlahi həmd və sitayiş – ilk kəlamdır ki, əgər olmasaydı, Allah heç bir zaman heç kəsə nemət verməzdi.
“Lə iləhə illəllah”, yəni Allahın vahid olmasına şəhadət verməkdir. Bəndələrin əməlləri qəbul olmaz, məgər onunla. Bu, təqva kəlməsidir ki, Qiyamət günü əməl tərəzisi onunla ağır olacaqdır...


Şeytan (lən) hansı günahları birinci varlıq olaraq etmişdir?!


- Şeytan Allah dərgahında ilk təkəbbür edən varlıq olmuş və Xaliqin əmrinə əməl etməmişdir.
- Allaha ilk günah edən kəs olmuşdur və aşkar şəkildə Onunla müxalifətlik etmişdir.
- Allaha etiaz edən ilk kəs olmuşdur.
- İlk yalan danışan kəs olmuşdu və demişdi: “Allah bu ağacdan yeməməyinizi ona görə demişdi ki, bu ağac cavidanlıq ağacıdır və əgər kimsə ondan yesə, əbədi sağ qalacaqdır və Allaha şərik olacaqdır”.
- Yalandan and içən ilk kəs olmuşdur və demişdir: “Mən sizə nəsihət verirəm”.
- Namaz qılan ilk kəs olmuşdur ki, bir rükəti 4 min il vaxt çəkmişdir...


Əxlaqın gözəl olması Axirət hesabına nə belə təsiri vardır?!


“Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159). Axirət bərəkətləri:
- Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Əxlaqını gözəl et ki, Allah hesabını asan etsin”.
- Günahları bağışlanar. İmam Sadiq (ə) buyurur: “Həqiqətən gözəl əxlaq büdrəmələri əridər, necə ki, günəş buzu əridər”.
- Behiştə daxil olar. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin behiştə getmək üçün ən çox imtiyazı - İlahi təqva və gözəl əxlaqdır”.


İmam Sadiqin (ə) hədisində xoş və bəd əxlaqın təsirləri nələrdir?!


İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:
1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq ruzinin artmasına səbəb olar”.
2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: “Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur”.
3. Günahları pak olar. İmam (ə) buyurur: “Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər”.
4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: “Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir”.
5. Mücahid kimi savab əldə edər. İmam Sadiq (ə) buyurur: “Allah bəndənin yaxşı əxlaqına görə o savabı əta edər ki, hansını hər səhər və axşam Onun yolunda vuruşan mücahidə əta edər”.


Nə baş verir ki, şeytan (lən) insana hakim olur? İmam Əlinin (ə) izahı


Əmirəl-Möminin Həzrət Əli (ə) “Nəhcul-bəlağə”də bu suala belə cavab vermişdir: “Bir çoxları şeytanı öz rəhbərləri qərar veriblər. O, da onlara tələ düzəltmişdir. Sinələrində yer tutmuş və yanlarında böyümüşdür. Ona görə də o şeyi ki, görürsünüz – şeytan onlara təlqin etmişdir. O şeyi ki, deyirlər – şeytanın sözüdür”.
Ayətullah Cavadi Amuli İmam Əlinin (ə) bu kəlamının mənasında buyurmuşdur: “Şeytan əvvəl insanı aldadır, yavaş-yavaş qəlb hərəminə daxil olur. O zaman ki, insan qəlbini şeytan üçün açar, bu zaman şeytanın ona əhatəsi əmələ gələr. Bu yolla şeytan insan qəlbinə toxumlarını qoyar. Sonra bu toxumlardan şeytan cücələri çıxar. Bu şeytan cücələri insanların qəlbində böyüməyə başlayar. Bu halda olan insan yolunu doğru tərəfə çevirmək istəsə də, bacarmayacaqdır. Çünki şeytan gəlmiş və yuva qurmuşdur. Toxumlarını səpmiş və cücələrini çıxardıb böyütmüşdür. Bu cücələr bizim etdiyimiz günahlarla qidalanar. Nəhayət, insanın üzərində hakimiyyəti əlinə alar və bədən sahibini əsir edər.


İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?


Həzrət Peyğəmbər (s) buyurur: “Allah Davuda (ə) buyurur: “Məni sev və Məni xəlqimin məhbubu et”.
Davud (ə) deyir: “Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?”.
Buyurur: “Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər””.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah sevgisinin nişanəsi – Allahı yada salmağı sevməklədir. Allahla düşmən olmağın əlaməti – Allahı yada salmağı düşmən bilməklədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “İman kamil olmaz, məgər biz Əhli-Beytin (ə) sevgisi ilə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, hər kimin dostluğu Allah və düşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa – Allahın seçilmişlərindəndir”.


İslam maarifinə əsasən ən üstün nemət nədir?!


Həzrəti Peyğəmbərin (s) hədisinə əsasən Allah Taala (c.c) ən böyük nemət olara bəşəriyyətə əqli verdi! Bəs ağıldan sonra ən üstün nemətlər hansılardır?
1. Sağlam qəlb. İmam Əli (ə) buyurur: “Malın çoxluğu – nemətdəndir, ondan da üstünü – bədən sağlamlığıdır. Bədən sağlamlığından mühüm olanı – qəlbin təqvasıdır”.
2. Qəlbi Allaha təslim etmək. İmam Sadiq (ə) buyurur: “Allah Təala bəndəsinə, onun qəlbində Allahdan qeyrisinin yer tutmaması kimisı üstün nemət verməmişdir”.
3. Nübuvvət neməti. İmam Əli (ə) buyurur: “Sübhan Allahın göndərdikləri haqqın nümayəndələri – Allahla insanlar arasında xəbər gətirənlərdir”.
4. Vilayət neməti. İmam Sadiq (ə) buyurur: “Biz – hər bir yaxşılığın kökləriyik”.


Allah Taala (c.c) Şeytanı nə üçün xəlq etdi?!


Gərək bu sualın cavabında deyək ki, Allah Təala şeytanı, şeytan olaraq xəlq etməmişdir. Əslində Uca Xaliq cinləri xəlq etmişdir. Bu, cindir ki, dönüb şeytan olmuşdur.
Eləcə də Allah Fironu, Firon olaraq xəlq etməmişdir, onu insan olaraq xəlq etmişdir. Bu, həmin insandır ki, Firona çevrilmişdir. Həmin şeytan Allaha 6 min il ibadət edir, hətta mələklərin müəllimi belə olur. Həm abid idi və həm də alim. Şeytanı, şeytan edən şey – təkəbbürü oldu və o məlun, Həzrət Adəm (ə) qarşısında səcdə etmədi.
Allah Təala şeytan barəsində buyurur: “Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir”. (“Kəhf” 50).


Nə üçün Allah-Taala (c.c) şeytanı məhv etməyir?!


Allah Qadirdir və istəsə, İblisi məhv edə bilər. Lakin Allah ona müəyyən günə qədər möhlət vermişdir, bəs niyə?
1. Şeytan Allahpərəst olmuşdur və abidlərdən idi. Allah ona görə ona möhlət verir ki, bəşər də onun kimi üsyan edən zaman, ondan fərqli olaraq tövbə etməyi bacarsın. Yəni, etdiyi pis işləri tövbə və istiğfarın vasitəsilə aradan qaldırmağı öyrənsin.
2. Şeytan öz vəsvəsələri ilə insanın tərəqqi etməsinə səbəb olar. İnsan azadlıq kimi bir nemətdən bəhrələnir. İxtiyar sahibi olmaq o zaman mümkün olur ki, həm xeyir olsun, həm də şər. İnsan hər an iki yol ayrıcında qərar tutar: dünya və axirət, din və imansızlıq kimi. Peyğəmbərlər (ə) insanlara düz yolu göstərmişdir və insan da öz iradəsi ilə öz yolunu seçər. Belə ki, əgər insan saleh əməlləri ilə dünya tarlasını becərərsə, ürəyi hər cür ələf və otdan pak olar. Niyyəti xalis olar və kamala tərəf can atar. Ancaq əgər Allaha pənah aparmazsa, şeytanın ardınca gedərsə, onun tələsinə düşər. Nəticədə vəsvəsələrinin əsiri olar və bu insanın gələcəyi yoxdur.


Əmirəl-mömininin (ə) təsbihatı necə əməl olunur?!


Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq.
Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra: 10 dəfə “Subhənallah”. 10 dəfə “Əlhəmdulilləh”. 10 dəfə “Allahu Əkbər”.
10 dəfə “Lə iləhə iləllah” demək. Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: “Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”.
Bəra deyir: “Bəli”. Həzrət Əli (ə) də ona yuxarıdakı təsbihi öyrədir və sonra buyurur: “Hər kim hər namazdan sonra bu təsbihi edərsə, Allah ondan min dünya bəlasını uzaq edər ki, onların ən asan olanı – dindən qayıtmaqdır. Axirətdə onun üçün min mənzil hazır edər ki, o mənzillərdən biri – Peyğəmbərin (s) qonşuluğundadır”. (Beytutə saytı)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter