\"Əldə etdiylərimi bu iki şeyə borcluyam” – Qazi Təbatəbai nələri nəzərdə tutur?!


Əllamə bir çox əsərlərin müəllifi, görkəmli alimlərin müəllimi olmuşdur. O cümlədən Seyyid Məhəmməd Hüsey Təbatəbai, Məhəmməd Behcət, Ayətullah Kəşmiri və bu kimi böyük şəxsiyyətlər bu alimin şagirdi olmuş, ondan bəhrələnmişlər. Seyyid Qazi əldə etdiyi elm və bütün mənəvi məqamları iki şeyə borclu olduğunu yazır. Əllamə Təbatəbai ustadı Seyyid Qazini barədə xatirələrində deyir: “Seyyid Əli Qazi Təbatəbai deyir: Əgər mən bir yerə yetişdimsə, Quran və Seyyiduş-şühədaya (İmam Hüseyn.ə) təvəssül etməklə yetişdim.” - Qurani Kərim Allahın elm və mənəviyat qaynağı, İmam Hüseyn (ə) isə Allahın insanlar üçün təyin etdiyi uca məqamlı İmamdır. Bunlar hər ikisi Allaha yaxınlaşmaq üçün ən yaxşı vəsilədir: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə-35)


Əhli-Beyt (ə) davamçıları mütləq behiştdə olacaq hədisi nə məna daşıyır?


Həqiqi Əhli-Beyt (ə) davamçısıdır hədisin məqsədi! Bu cürə ki, Məsumları (ə) sevmək və onlara rəğbət bəsləmək hələ insanı Əhli-Beyt (ə) davamçısı etməz. Çünki bu adı qazanmaq zəhmət istəyir. Onların yolunu davam etdirən insan və onların həyat tərzini təkrar edən, onların əmrlərindən çıxmayan insan – Əhli-Beyt (ə) davamçısı ola bilər. Ona görə də şəfaət mövzusu da məhz həqiqi Əhli-Beyt (ə) davamçılarına şamil olur. Yəni, hər kim həqiqi Əhli-beyt (ə) davamçısı olar və onun şərtlərini yerinə yetirər – o insanlar üçün behiştdə yer vardır. (İslami saytlara istinadən) Məsumlar (ə) onun nicat tapması üçün şəfaətçi olarlar. Budur hədisin demək istədiyi məqsəd.


Əxlaqi terminlərdə işlənilən ÖVLİYAULLAHIN MƏNASI NƏDİR?


Övliyaullahın mənasına diqqət edirək. Birincisi: Əhli-beyt (ə) Qurani-Kərimin həqiqi təfsirçiləridirlər. Quran itrətsiz və itrət də Quransız mümkün deyildir. Hər 2 məzhəb kitablarında nəql olunan “Səqəleyn” hədisində, Peyğəmbəri-Əkrəm (s) Əhli-beytlə (ə) Allah kitabının səqəleyn – 2 qiymətli əmanət olmasına işarə etmişdir. Bundan sonra hədislər necə sənəd sayılmaya bilər? İslam fiqhi, icma, ağıl və mütəvatir hədislərin və Quranın əsasındadır ki, onların sənədində heç bir çatışmamazlıq yoxdur. Necə mümkündür, o kəs ki, hədisdən və hədis tanımadan heç bir məlumatı yoxdur, hədisləri rədd etsin və ya onları natamam hesab etsin?!
İkincisi: İlahi övliyalar həmin o insanlardır ki, Quran və Əhli-beytin (ə) tərbiyəsini almışdırlar və həyatlarını dinin çəkdiyi xətt üzrə təşkil etmişdirlər. Təqva və əməli salehliklə elə bir məqama çatmışdılar ki, Quran onları “Övliyaullah” adlandırır.


İmam Əlinin (ə) cənnət və cəhənnəmi bölən olması hədisi necə başa düşülür?


Belə bir hədis var ki, İmam Əli (ə) cənnət və cəhənnəmi böləndir. Bəzi insanlar bu hədisiə etiraz edib deyə bilərlər ki, cənnət və cəhənnəmi bölən Allahdır. Təbii ki, bu, belədir. Lakin bu hədisə aydınlıq gətirildikdən sonra, hədisin tam mənası başa düşüləcək və etirazlar yersiz olacaq.
Əhli-sünnənin hədis alimi olan Müslüm öz “Səhih”inin “İman” bölməsində belə bir hədis nəql edir: “İmam Əli (ə) buyurub: \"And olsun toxumu yaran və canı yaradan Allaha ki, Peyğəmbər (s) mənə söz vermişdir ki, məni yalnız mömin sevəcək və mənə yalnız münafiq nifrət (düşmənçilik) edəcək\". Hədisdən göründüyü kimi, Uca Allah Öz Peyğəmbəri (s) vasitəsilə İmam Əliyə (ə) məhəbbət və ya nifrəti cənnət və ya cəhənnəmə getmək üçün meyar qoymuşdur.


Hədis Elmində Əshabi icma kimlərdirlər?


Əshabi icma İmamiyə elmində müəyyən dərəcəyə malik olan hədis nəql edənlərə deyilir. Bu insanların sayının 18 nəfər olduğunu bəyan edirlər. İmam Baqirin (ə) səhabələrindən tutmuş, İmam Rzanın (ə) səhabələrinə qədər. Bütün Əhli-Beyt (ə) alimləri onları güvənilən insanlar kimi tanıyırlar. Əlbəttə, onlara etimad etmək dərəcəsi fərqlidir. Lakin əksər alimlər onları inanılmış insanlar hesab edir və nəql etdikləri hədisləri səhih hədis kimi qəbul edirlər. O hədis ki, sənəd baxımından bu 18 nəfərə gəlib çatarsa, deməli səhih hədisdir. Bu insanlar Məsum İmamlar (ə) tərəfindən tərbiyə edilmiş və onların elm bulağından su içmişdilər. İslam dinində Quran ayələrindən sonra ən güclü maarif mənbəyi – hədis elmidir. Hədis – Məsum İmamların (ə) dilindən bəyan olunmuş kəlamların və onların etdikləri əməllərin nəql edilməsidir...


Dostu necə seçmək? – İmam Həsən Müctəbanın (ə) mübarək tövsiyələri


İmam Həsən Müctəba (ə) beş Ali-Əbadan biri olaraq, öz davamçılarından bəzi əməlləri yerinə yetirməsini istəyir. Bu əməllər ilə tanış olaq.
1. Allahı sevmək. Bütün İlahi peyğəmbərlərin (ə) və vəsilərin Allah bəndələrindən istəkləri əməl – Allaha pərəstiş edib, Ona iman gətirməkləridir. İmam Həsən (ə) də öz davamçılarından istəyir ki, Allaha ibadət edib, Onu sevsinlər. Belə ki, İmam Həsən (ə) buyurur: “Hər kim Allahın razılığını insanların qəzəbinə baxmayaraq istəyər, Allah onu insanlardan ehtiyacsız edər. Hər kim Allahı qəzəbləndirərək insanların razılığı ardınca olar, Allah onu insanlara tapşırar”. (Yəni, özbaşına buraxar).
2. Elm öyrənmək. İmam Həsən (ə) buyurur: “Öz elmini insanlara öyrət və başqalarının elmini öyrən”. Həzrət (ə) başqa yerdə buyurur: “Həqiqətən, ayıq göz odur ki, xeyirə nüfuz edər, ən eşidən qulaq odur ki, təzəkkürləri eşidər və onlardan bəhrələnər. Ən sağlam qəlb odur ki, şəkk və şübhədən pak olar”...


İmamlar (ə) hədis buyurarkən, niyə mənbə göstərməyiblər?


Məsum İmamlar (ə) Peyğəmbərdən hədis nəql edərkən, hər dəfə hədisin sənədində “ata və babalarımdan belə eşitdim və onlar da Peyğəmbərdən (s) belə eşitdilər” kimi ibarələr işlətməyə lüzum görməyiblər. Çünki, onların ardıcılı olan və onları sevən şəxslər bilirlər ki, İmamlar (ə) hədisləri ata və babalarından, onlar da bilavasitə Həzrət Peyğəmbərdən (s) nəql ediblər. İndi isə keçək bu barədə İmamların (ə) hədislərdə öz buyuruşlarına. İmam Baqir (ə) buyurmuşdur: \"Ey Cabir, Allaha and olsun, əgər biz (Əhli-Beyt) camaatla öz rəyimizə əsasən danışıb hədis söyləsəydik, mütləq həlak olardıq. Biz (Əhli-Beyt) onlara Peyğəmbərdən (s) bizə qalan, camaat qızıl və gümüşü yığıb-topladıqları kimi, bizim də böyüklərimizin (ata və babalarımızın) miras apararaq yığıb-topladıqları rəvayətlərə əsasən hədis danışırıq\". İmam Sadiq (ə) buyurmuşdur: \"Əgər biz (Əhli-Beyt) camaata öz rəyimizlə və həvayi-nəfsimizdən fətva versəydik, mütləq həlak olardıq. Lakin bunlar (söylədiklərimiz) Peyğəmbərdən (s) olan rəvayətlər və elmin köküdür ki, böyüklər böyüklərdən (atamız babalarımızdan) miras aparır.


İnsanın bədən üzvləri qiyamətdə ona şahidlik edəcəkmi? – Bu necə olacaq?


İnsan qiyamətdə etdiyi hər bir əməlinin hesabını verəcək. Hətta ona bəzi şahidlər də gətiriləcək. Amma insanın ən yaxın şahidi onun özü olacaq. Özü-özünə şahidlik edəcək, heç xüsusda yalana yol verilməyəcək. Qurana əsasən insanın bəzi bədən üzvləri belə “dilə” gəlib şahidlik edəcək: Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.(Fussilət-20) Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər. (Yasin-65) Bu kimi ayələr əzaların belə şahidlik edəcəyini təsdiq edir. Amma bunu necə baş verəcəyi barədə isə müxtəlif fikirlər mövcuddur. İslam alimlərinin müxtəlif yanaşmaları vardır. Bir qism alimlər bunun hissi olacağını, bir növ insanın bunu hiss edəcəyini deyiblər və bunu insanın dünya həyatındakı bəzi hallarına bənzədiblər.


Quranda bir surə nə üçün “bismillah” kəlməsi ilə başlamır?


Məcməul-bəyan təfsirində Fəxr Razidən nəql olunan bir hədisdə İmam Əli (ə)-ın bu barədə belə buyurduğu qeyd olunur: “Tövbə surəsinin əvvəlində “Bismillahir-rəhmanir-rəhim” ayəsi zikr olunmayıb. Çünki “Bismillah” aman və ilahi rəhmətdir. Tövbə surəsi isə kafirlərin amanını qılınca pozmaq üçün nazil olub. (Yəni əhdi sındıran kafirləri cəzalandırmaq üçün). – (Məcməul-Bəyan c-2. Səh-5) Hənçin Tövbə surəsinin özündən öncəki Ənfal surəsinin davamı olduğunu deyən təfsirçilər də vardır və onlar hesab edir ki, Tövbə surəsindəki əhdlə bağlı ayələr Ənfal surəsindəki ayələrin davamıdır. Həmçinin İmam Sadiq (ə)-dan nəql olunan hədis də bunu təsdiqləyir. Hədisdə buyrulur: “Tövbə və Ənfal birlikdə tək surədir.” (Məcməul-Bəyan c-5. Səh-1) Qeyd edilən iki hədisin bir-biri ilə ziddiyyəti yoxdur. Çünki Tövbə surəsi Ənfal surəsinin davamı olsa belə İmam Əli (ə)-ın bu haqda buyurduğu mətləbi həmin hissəyə də aid etmək olar.


İlahi rəhmətə ümidin həddi nə qədər olmalıdır?


İmam Əli (ə) Allah qorxusunun təsirini üzündə hiss edən kişiyə nəzər salır və buyurur: “Sənə nə olmuşdur?”. Deyir: “Allahdan qorxuram”. Buyurur: “Ey Allah bəndəsi! Günahlarından qorx və İlahi ədalətə görə qorxun olsun. Allah bəndələrinin boynunda olan hüququna görə düşün. Özünü onlardan azad et. Həmçinin Allahın səni vəzifələndirdiyi və sənin itaət etmədiyin və sənə qadağan etdiklərinə görə etdiyin itaətsizlikdən qorx. Əgər belə etməmisənsə, Allahdan qorxma ki, sən vəzifənə əməl etmisən. O, heç kəsə zülm etməz. Layiq olmayana əzab verməz. Əgər istəyirsənsə ki, Allah sənə pis aqibətdən aman versin, bil ki, üz çevirdiyin hər bir yaxşı iş Allah tərəfindən olan fəzlə görədir. Əl atdığın hər bir pis işə görə cəzalanmasan, o səbəbə görədir ki, Allah sənə möhlət verər və cəzanı təxirə salar ki, özünə gələsən. Tövbə edəsən ki, nəhayət İlahi əfvə nail olasan”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter