İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?


Şəbəs ibni Rəbiə o kəslərdən olmuşdur ki, dövrünün çox insanı ona etimad etmişdir. Adını daşıyan məscidi var idi. Təqvalı və imanlı insan kimi tanınmışdı. O, İmam Əlidən (ə) əvvəl xəlifə olan şəxslərin yanında etibara malik idi. Düzdür, Peyğəmbərin (s) vəfatından dərhal sonra mürtəd olmuşdur. Ancaq birinci xəlifə taxta əyləşən zaman rəngini tez dəyişib, zahirən İslama qayıtmışdır. O zaman ki, İmam Əli (ə) xəlifə olur, Şəbəs İmama (ə) beyət edir. Kufə əhli kimi Siffeyn döyüşünə gedir. Ancaq döyüş zaman Quranları nizə üstündə görən zaman İmam Əliyə (ə) təzyiq göstərən ilk kəslərdən olmuşdur ki, döyüşə son versin. Sonralar İmama (ə) qarşı çıxır və Nəhrəvan döyüşündə xəvariclərə rəhbərlik edir. Ancaq döyüş zamanı yoxa çıxır və Kufəyə qayıdır. İmam Əli (ə) onun bu hərəkətinə görə müsəlmanlara “Şəbəs” məscidində namaz qılmağı qadağan edir. Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.


Aşura faciəsini yaradanlar hansı iki şeytani hiyləyə aldanmışdılar?!


Aşura faciəsinin yaranmasına səbəb olan amillər hansılardır? Bunlara nəzər salaq.
1. Dünyanın əsiri olmaq. İmam Hüseyn (ə) Kərbəlaya daxil olduğu ikinci gündə buyurmuşdu: “İnsanlar dünyanın bəndələridir. Dini bir yemək kimi bilirlər ki, nə zaman dadı yaxşı olsa, ona nəzər salarlar. Ancaq o zaman ki, imtahan olarlar, dindarlarının sayı az olar”.
2. Haramxorluq. İnsanların İmama (ə) qarşı çıxmasına səbəb olan amillərdən biri də haramxorluq olmuşdur. Haramxorluq ancaq beytul-malı yemək deyildir, əslində haram yolla qazanılan hər bir ruzidir. İmam Hüseyn (ə) Aşura günü üzünü düşmən ordusuna çevirib buyurur: “Vay olsun sizə! Niyə sakit olmursunuz və mənimlə vuruşmaq üçün hay-küy salırsınız? Qulaq asın ki, mən sizi kamala dəvət edirəm. Hər kim mənim sözlərimə qulaq asmaz, həlak olar. Sizin ruziniz haram yolla əldə olunmuşdur. Əldə etdikləriniz haram yolladır. Qarınlarınız haram tikə ilə doludur”.


İmam Səccadın (ə) Kərbəladan sonra hansı iki hədəfi nəzərdə tutmuşdu?!


İmam Səccadın (ə) Kərbəladan sonra iki mühüm hədəfi:
- İmamın (ə) birinci hədəfi barəsində demək olar ki, İmam (ə) əziz bibisi Həzrət Zeynəb (s.ə) ilə birlikdə həm Kufədə, həm də Şamda insanları qəflətdən ayıltmağa çalışmışdı. Onların dediyi xütbələr bu qiyamın təsirini bir neçə qat artırmışdır. Onlar bu xütbələri ilə İslam ümmətini həqiqi düşmənlərini tanıtmış və insanları sünnətə qayıtmağa dəvət etmişdilər.
-İmam Səccad (ə) ömrünün sonuna qədər Kərbəla hadisəsini diri saxlamağa cəhd etmişdir. Nə zaman qurban edilən heyvan görərdi, ağlayardı. Su içən zaman ağlayardı. Məhərrəm ayında əza məclisləri təşkil edərdi. Onun bu əməlləri sayəsində Kərbəla hadisəsi indiyə qədər diri qalmaqdadır.


İmam Səccad (ə) xəlifənin dünya barədə təklifinə nə cavab verdi?


... Mərvan deyir: “İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən”.
İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: “Allahım! Yaxın dostlarının hörmətini ona göstər!”.
Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur.
İmam (ə) buyurur: “O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?”. Sonra dua edir: “Allahım, geri al ki, mənim ona hacətim yoxdur”. Həmin nurlu qapılar yoxa çıxır”.


İmam Səccadın (ə) Kərbəladakı xəstəliyi nə qədər çəkmişdir?


Muhəmməd ibni Səd “Təbəqati kubra” kitabında yazır: “O gün ki, (Aşura günü) Əli ibni Hüseyn (ə) atası ilə birlikdə idi, 23 və ya 24 yaşı var idi. O, həmin günü xəstə idi və ona görə də öldürülmədi”.
“Bəlağəti nisa” kitabında oxuyuruq: “Hizam Əsədi nəql edir: “Hüseyn (ə) şəhid olan ildə Kufəyə daxil oldum. O zaman Kufə qadınlarını gördüm ki, üzlərinə və başlarına vururdular. Gördüm ki, İmam Səccad (ə) ahəstə səslə və xəstəlikdən əziyyət çəkən halda buyurur: “Ey kufəlilər! Siz bizə ağlayırsınız? Bəs bizi sizdən savayı kim öldürdü?””.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, qadınları Kərbəladan Kufəyə gətirdilər, İmam Səccadın (ə) bədəni arıqlamış və xəstəlikdən əziyyət çəkmiş halda idi”.


Hz Zeynəb (ə) İmam Hüseynə (ə) aşura müsibəti haqda hansı sualları verdi?!


Həzrət Zeynəbin (s.ə) qardaşı İmam Hüseynin (ə) müsibəti barədə sualları!
-Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibətiniz Həzrət İbrahimin (ə) müsibəti ilə müqayisədə necədir?”.
İmam (ə) buyurur: “Bacı! Atəş İbrahim (ə) üçün gülüstana çevrildi, ancaq mənim döyüş atəşim yandıracaqdır”.
-Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibət böyükdür, yoxsa Həzrət Zəkəriyyənin (ə) müsibəti?”.
İmam (ə) buyurur: “Bacı! Zəkəriyyəni (ə) dəfn etdilər, ancaq mənim bədənimi atların ayaqları altında qərar verəcəklər”...


Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir?


Abdullah ibni Fəzl Haşimi adlı bir nəfər bu sualı İmam Sadiqə (ə) bu şəkildə vermişdi: “Ey Peyğəmbər övladı! Necə olur ki, Aşura günü müsibət, qəm və göz yaşı tökmək günüdür, ancaq Peyğəmbərin (s) vəfat günü, xanım Fatimənin (s.ə), Əmirəl-möminin (ə), İmam Həsənin (ə) şəhadət günü belə deyildir?”.
Həzrət Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) (şəhid) olduğu gün başqa günlərdən daha böyük müsibətdir. Ona görə belədir ki, Allah Təala məqamında ən əziz olan Kəsa səhabələri beş nəfər idilər. O zaman ki, Peyğəmbər (s) onların arasından getdi, Əmirəl-möminin (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) sağ idilər. Nə zaman insanlar onlardan birinə nəzər salırdı, Peyğəmbərlə (s) olan vəziyyətini yada salırdı. Allahın Peyğəmbərinin (s) onunla danışığını və onun haqqında dediklərini xatırlayardı. O zaman ki, onların hamısı dünyasını dəyişdi, Allah dərgahının əzizlərini görməyi əldən verdilər, onların hər birini əldən vermək onların hamısını əldən vermək sayılmazdı, məgər İmam Hüseyni (ə) əldən verməkdən başqa. Çünki, o, onların ən axırıncı nəfəri idi. Ona görə də (onun öldürüldüyü) gün - ən böyük matəm günüdür”.


İmam Hüseyn (ə) səhabələrini fərqləndirən 6 xüsusiyyət hansılardır?


İmam Hüseynlə (ə) çiyin-çiyinə vuruşan səhabələrin sayı az olsa da, onların malik olduğu sifətlər hər kəsdə tapılmaz. Bu, elə sifətlərdir ki, onların adını tarixə həkk etmiş və başqa şəhidlərdən üstün etmişdir.
1. Ən yaxşı dost idilər. O zaman ki, Tasua gecəsi gəlib çatır, İmam (ə) əmr edir ki, çıraqları söndürsünlər və hər kim ki, bu döyüşdə iştirak etmək istəmir – çıxıb getsin. İşıqları yandıran zaman İmamın (ə) ancaq ən yaxın dostları yanında qalır. Ona görə də İmam (ə) buyurur: “Mən öz dostlarımdan daha yaxşı olanının sorağını almamışam”.
2. Yəqinlik qalasına qalxanlar. İmamın (ə) bu yaxın səhabələri kor-koranə deyil, məhz elm və agahlıq üzərindən İmama (ə) etiqad bəsləyir və onun ardınca gedirdilər. Çünki onlar yəqinlik dərəcəsinə çatmış insanlar idilər. Onlar öləcəklərini bilsələr də, bu yolda tərəddüd etmir və irəli gedirdilər ...


İmam Hüseyn (ə) qiyamının təqvimini (tarixi gedişatını) yazın?


İmam Hüseyn (ə) qiyamının təqvimini yazın:
1-Mədinə hakimi Vəlid tərəfindən beyət istənilməsi -Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 27- si, Cümə
2-İmam Hüseyn və Vəlid arasında ikinci görüş - Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Şənbə
3-İmamın mədinədən çıxması - Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Bazar gecəsi
4-Məkkəyə giriş - Hicri Qəmərinin 60- cı ili, Şəban ayının 3- ü, Cümə gecəsi
5-Məkkədə qalmaq - Hicri Qəmərinin 60- cı ili, Şəban, Ramazan, Şəvval, Zilədə və Zilhəccənin səkkizinci gününədək. Yəni Dörd ay və beş gün...


Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?


İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi. İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mənəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar. Mənbələrdə oxuyuruq: \\\"İslam mütəfəkkirlərinə məlumdur ki, Bəni-üməyyə fəsad mənbəyi olmuş, təbiətən bütün mərasimləri və boyaları ilə cahiliyyət əsrini diriltmişlər.\\\" (Sümuvvəl-məna\\\" səh.28)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter