Həzrət Əli(ə)-ın suallarına İmam Həsənin(ə) verdiyi cavablar!


Bir gün Həzrət Əli (ə), övladının düşüncə və anlayışını yoxlamaq üçün onu yanına çağırdı. Onların arasında baş verən sual-cavabları Əbu Nuaymın əl-Hılyə» adlı əsərindən tərcümə edərək oxuyaq:
- Doğru əməl nədir? -Pis əməli yaxşı əməllə aradan qaldırmaq.
- Şərəf nədir? -Ailə və qəbiləni yaxşı əməllərə sövq etmək, bu səbəbdən yaranan kədərli hadisələrə dözməkdir.
- Mərdlik və insanlıq nədir? - İffətli (günah və haramlardan uzaq olmaq) olmaq, maddi vəziyyətini yaxşılaşdırmaq.
- Rəfət (qoruma və halına acıma) nədir? - Aza baxıb qane olmaq, insanı alçaldan əlamətlərin qarşısını almaq və beləliklə həm özünü, həm də ətrafını pisə əməllərdən qorumaqdır.
- Alçaqlıq, xəsislik və insanlıqdan uzaq olmaq nədir? - Nəfsin əsiri olmaq, yalnız onun üçün çalışmaq və malı bu yolda xərcləməkdir.


ALLAH ÖVLİYALARININ MÖVLUD BAYRAMLARINI QEYD ETMƏK ŞİRK VƏ BİDƏTDİRMİ?


Cavab: Allahın ləyaqətli bəndələrinin anadan olma günlərini bayram edib onların xatirələrini hörmətlə yad etmək düşüncəli şəxslərin nəzərində aydın bir məsələ olmasına baxmayaraq, bu zəmində olan hər cür şübhələri aradan aparmaq üçün onun şəriət nöqteyi-nəzərindən isbatını sizin nəzərinizə çatdırırıq.
1. Mərasimləri bərpa etmək onlara qarşı olan məhəbbəti bildirməkdir Qurani-Kərim müsəlmanları Peyğəmbərə və onun Əhli-beytinə məhəbbət bəsləməyə dəvət edir: «Ya Peyğəmbər! de ki: Mən sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm». «Şura» surəsi, 23-cü ayə. Şübhəsiz ki, Allah övliyalarının doğum günlərini keçirmək, camaatın onlara qarşı eşq-məhəbbətlərinin aşkar olmasıdır ki, bu da Qurana əsasən düzgün və qəbul olunmuş bir əməldir...


Ölülər cümə günü azad edilirmi?


Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir. İshaq ibn Əmmar İmam Kazimdən (ə) “möminin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: “Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Möminlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən də möminin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.”


Həzrət Fatiməni (s) bir bu qədər ucaltmağa nə əsas var?


Cavab: Nəzərdən qaçırmayın ki, Allahın övliyalarına, ilk növbədə isə məsumlara məhəbbətin əsası Allaha məhəbbətdir. Çünki dərin mərifət sahibi olan bu insanlar yalnız və yalnız Allahı sevmiş və Onun razılığı üçün yaşamışlar. Əgər məsumların dualarına nəzər salsanız, Allah sevgisindən başqa bir istək tapmazsınız. İmam Səccad (ə) “Muhibbin” münacatında deyir: “Pərvərdigara, Səndən məhəbbətini istəyirəm”. İmam Hüseyn (ə) “Ərəfə” duasında deyir: “Öz dostlarının qəlbindən əğyarı çıxarıb məhv edən Sənsən.” “Kumeyl” duasında həzrət Əli (ə) deyir: “Pərvərdigara! Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə dözüm?”...


İmam Hüseyn (ə), Müslimin şəhadət xəbərini eşidən zaman nə dedi?


İmamın (ə) karvanı Zəbalə adlı məkana gəlib çatan zaman Müslimin şəhadət xəbəri İmama (ə) çatdırılır. İmam (ə) bu xəbəri öz səhabələrinə çatdırır.
O kəslər ki, dünyapərəst idilər, bu xəbəri eşidən zaman İmamın (ə) ətrafından dağılmağa başladılar. Karvanda İmamın (ə) ailəsi və ən yaxın səhabələri qaldı. Hədisi nəql edən yazır: “O zaman ki, Müslimin şəhadət xəbəri gəlib çatır, ağlamaq səsləri səhranı bürüyür. Sonra İmam (ə), Allahın dəvət etdiyi məqsidinə tərəf hərəkət etməyə başlayır.
Fərzəd adlı şair İmamın (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Niyə Kufə əhlinə etimad edirsən? Onlar sənin əmin oğlu Müslimi və yoldaşlarını öldürüblər”.
Bu zaman İmamın (ə) gözlərindən yaş axmağa başladı. Həzrət (ə) buyurdu: “Allah Müslimə rəhmət etsin. O, Allahın behişt və rizvanına çatdı. Müslim öhdəsində olan vəzifəsini yerinə yetirdi. İndi bizim növbəmizdir ki, bizim boynumuzda olana əməl edək”.


İşin ən yaxşı başlanğıcı və sonu nədədir? İmam Huseynin (ə) izahı


Həzrət İmam Hüseynə (ə) sual verirlər ki, insanın fəzilət və kəraməti nədədir?
Həzrət (ə) buyurur: “Dili nəzarətdə və ixtiyarda saxlamaqda və səxavətə malik olmaqda”.
Sual verirlər ki, bəs insanın naqisliyi nədədir?
Buyurur: “Özünü faydalı olmayan şeyə məcbur etməkdə”.
Özünü lazımsız yerə əziyyətə salmamaq barədə Həzrət Mövladan (ə.f) da buyuruş var. Belə ki, İmam Zaman ağa (ə.f) buyurur:“Sizdən istənilməyən şeyləri öyrənməyə görə özünüzü əziyyətə salmayın”...


İmamların (ə) hərəmləri (qəbirləri) yanında dəfn olunmaq insana nə vəd edir?


Muhəqqiq Behbani nəql edir: “Yuxuda İmam Hüseyni (ə) gördüm. Həzrətə (ə) dedim: “Ey, mənim Mövlam! O kəs ki, sizin ətrafınızda dəfn olunar, ondan sual olunarmı?”. Buyurdu: “Hansı mələkdir ki, buna cürəti çatsın?”.
“Həbəlil-mətin” kitabında oxuyuruq ki, İmam Rza (ə) hərəminin xadimlərindən biri yuxusunu nəql edir və deyir: “Yuxuda gördüm ki, bu müqəddəs məkandayam və dəstəmazımı təzələmək üçün bayıra çıxmışam. Çox sayda insan gördüm ki, müqəddəs hərəmə daxil olurlar. Onların qarşısında nurani bir şəxsiyyət vardır və onun arxasında olan insanların əlində isə bel gördüm. Elə ki, müqəddəs salonun ortasına çatdılar, qarşılarında olan nurani şəxs dedi: “Bu qəbri qazın və bu xəbisi bayıra çıxardın”. Sonra qəbri qazmağa başladı. Bir nəfərdən soruşdum ki, bu şəxs kimdir? Dedi: “Əmirəl-möminindir (ə)”. Bu zaman gördüm ki, İmam Rza (ə) mübarək rövzədən bayıra çıxdı və İmam Əlinin (ə) xidmətinə getdi. Həzrətə (ə) salam verdi və o da cavabını aldı.


Həzrət Peyğəmbəri (s) niyə öz evində dəfn etdilər?


Həzrət Peyğəmbər (s) vəfat edəndən sonra müsəlmanlar onu harada dəfn etməklə bağlı müxtəlif təkliflər verdilər. Bəziləri dedi ki, məsciddə dəfn olunsun, bəziləri dedi ki, səhabələri ilə birgə dəfn olunsun... Nəhayət Əmirəl-möminin (ə) buyurur: “Allah Peyğəmbəri (s) ən pak yerdə qəbzi-ruh etmişdir, ona görə də yaxşı olar ki, vəfat etdiyi otaqda da dəfn olunsun”. Müsəlmanlar İmam Əlinin (ə) bu sözünü qəbul etdilər. Ona görə də Peyğəmbəri (s) o yerdə dəfn etdiər ki, orada Allaha pərəstiş edir və Onu yada salırdı.


İmam Huseynin vəfalı qardaşı Həzrət Abbasa (ə) niyə səqqa dedilər?


Xarəzmi nəql edir: “Suzuzuq İmam Hüseyn (ə) və səhabələrini əldən salan zaman qardaşı Abbası 30 atlı, 20 piyada və 20 tuluq ilə su dalınca göndərdi. Suya yaxınlaşan zaman Ömər ibni Həccac dedi: “Kimsiniz?”. Nafə ibni Həlal dedi: “Mən sənin əmin oğlunam və İmam Hüseynin (ə) yaxınlarındanam. Gəlmişəm bu sudan içəm”. Dedi: “İç”. Nafə dedi: “Mən necə su içim ki, Hüseyn (ə) və yoldaşları susuzluqdan ölürlər?”. Dedi: “Düz deyirsən, ancaq biz məmur edilmişik və vəzifəmizi yerinə yetirməkdən başqa çarəmiz yoxdur”. Nafə yanındakıları çağırdı və Fərata daxil oldular. Ömər də əsgərləri çağırdı ki, onlara mane olsunlar. Hər iki dəstə arasında dava oldu və İmam Hüseynin (ə) səhabələrindən bir dəstə vuruşur və bir dəstə isə tuluqları doldururdular. Tuluqların hamısı doldu və düşmən tərəfdən bir neçə nəfər öldürüldü, ancaq İmamın (ə) ordusundan heç kəs öldürülmədi. Bu insanlar tuluqları götürüb ordugaha qayıtdılar. İmam Hüseyn (ə) və yoldaşları su içdilər və Abbası səqqa (su ilə təmin edən) adlandırdılar”.


İmam Huseynin (ə) kəsilmiş başı Aşura gunu Qurandan hansı ayəni oxudu?!


Zeyid ibni Ərqəm nəql edir: “O gün ki, şəhidlərin başını küçələrdə gəzdirirdilər, mən bir evin qarşısında əyləşmişdim. İmam Hüseynin (ə) mübarək başını mənim yanımdan aparanda, gördüm ki, İmam Hüseynin (ə) kəsilmiş başı bu ayəni tilavət edirdi: “Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən?”. (“Kəhf” 9).
Mən bu ayəni eşidən zaman dedim: “Allaha and olsun ki, ey Peyğəmbər (s) övladı! Sizin kəsilmiş başınız Kəhf səhabələrinin başına gələndən daha heyrətləndiricidir”.
Məhrum Şeyx Cəfər Şuştəri bu hadisə ilə bağlı buyurur: “Belə görünür ki, bu kərim ayənin tilavətində inayət vardır və bu pak baş ona görə də həmin ayəni qiraət edirmiş”.
İmam (ə) bu ayəni tilavət edərək istəyirdi ki, özünün və tərəfdaşlarının əməllərini yada salsın və həmin ayənin aydın nümunələri olduğunu bəyan etsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter