Möminin gülməyi yaxşıdır, yoxsa ağlamağı?


Gülmək və ağlamaq – insana məxsus olan iki sifətdir. Məsumlarımız (ə) bizə verdikləri tövsiyələrdə günahlarımıza və Allah qorxusuna görə ağlamağımızı xüsusi vurğulamışdılar.
Dinimiz hər şeydə etidala əməl etməyi tövsiyə etdiyi kimi, gülmək və ağlamaq mövzusunda da etidala riayət etməyi göstəriş vermişdir.
İmam Sadiq (ə) buyurur: “Əgər ağlamağın gəlməsə, özünü ağlamağa vur ki, əgər gözlərindən milçəyin başı qədər yaş çıxarsa, səadətinə əhsən olsun”.
Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim qardaşının üzünə təbəssüm edərsə, o təbəssüm onun üçün yaxşılıq olar”.
Nəql edilir ki, Peyğəmbərimiz (s) gülərüz insan idi. Danışan zaman təbəssüm edərdi.
Ağlamaq və gülmək – əgər yerində istifadə olunarsa, bəyənilən hesab olunar. Ancaq bu iki sifətdə nə ifrat etmək lazımdır, nə də təfrit. Həzrət Peyğəmbər (s) buyurur: “Çox gülməkdən çəkinin ki, qəlbi öldürər”.


İslamın nəzərinə görə məscid sadə olmalıdır, yoxsa zinətli?


İslam dini kamil din olaraq buyurur ki, məscidlər sadə olmalıdır və hər bir təmtəraqdan çəkinmək lazımdır.
Dinimiz buyurur ki, məscidlərinizi yəhudilər və xristianlar kimi bəzəməyin ki, zinət məkanına çevrilməsin. Peyğəmbərimiz (s) bu haqda buyurur: “Məscidlərinizi zinətləndirməyin, necə ki, yəhudilər və xristianlar öz ibadət yerlərini zinətləndiriblər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O zaman ki, bir dəstənin əməli pis olar – məscidlərini zinətləndirərlər”.
Dinimiz buyurur ki, məscid – ibadət və bəndəlik məkanı olmalıdır və insanı dünya zinətlərindən ayırmalıdır. Onu həddən artıq bəzəmək dünyaya bağlılıq gətirər.
İmam Sadiq (ə) buyurur: “Üç şey Allah yanında şikayət edərlər: namazqılanı olmayan xarab məscid, nadanlar arasında yaşayan alim, qiraət olmayan Quran”.


Əxlaqi xüsusiyyətlərdən olan Səbir, alicənablıq, kəramət nədir?


Həzrət İmam Həsən Müctəbaya (ə) sual verirlər ki, səbir nədir? Həzrət (ə) buyurur: “Səbir – yəni qəzəbini yatızdırasan və özünə hakim olasan”.
Sual verirlər ki, bəs alicənablıq nədir? Həzrət (ə) buyurur: “Qəbilənə ehsan etmək və xəsarətlərə dözmək”.
Soruşurlar ki, bəs kəramət nədir? Buyurur: “Xahiş olunandan (istəniləndən) çoxunu bağışlamaq və qəhətlik zamanı yemək verməkdir”.


Quran oxunan evdə nə baş verər?


Qurani-Kərim – nurdur və hər kim onunla təmasda olar, həmin nur ona da təsir edər. İnsan əgər Quranı evində oxuyarsa, bu nur evə və onun sakinlərinə də təsir edər. Bütün ev əhli xeyirli aqibətdə olar. Həzrət Peyğəmbər (s) buyurur: “Evlərinizi Quran oxuyaraq nurani edin. Onu yəhudilər və xaçpərəstlər kimi qəbiristana çevirməyin. Nə zaman evdə çoxlu Quran oxunarsa, xeyir və bərəkəti artar və ev əhli bir müddət ondan ləzzət alacaqdır. Necə ki, ulduzlar yer əhli üçün parlayır, (Bu ev də) səma əhli üçün parlayar”.
Əmirəl-möminin (ə) buyurur: “O evdə ki, Quran oxunar və Allah Təala zikr olunar – bərəkəti artar və mələklər ora gələrlər. Şeytanlar ondan uzaq olarlar”.
Quranın evdə oxunması ailə üzvlərinə də təsir edər. O ailədə ki, ata və ana Quran oxuyar, uşaqları da Quran oxumağa meyil edərlər. Hətta qonşuları belə, bəzən bu əməldən təsirlənər və Quran oxumağa əlaqə əldə edərlər.


Əgər Allah hər yerdədirsə, bəs namaz və ... əməllərdə qibləyə nə ehtiyac vardır?


Dinimizin nəzərinə görə, qiblə olaraq təyin edilən məkan – Kəbə evi – ən müqəddəs məkandır ki, tövhidin ən qədim mərkəzi hesab olunur. Belə sual yaranır ki, əgər Allah hər yerdədirsə, bəs qibləyə nə ehtiyac vardır? Qurani-Kərim buyurur: “Şərq və qərb (Yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki,(bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Bəqərə”, 115).
İbni Abbas yazır: “Bu ayə qiblənin dəyişməsinə aid olan ayədir. O zaman ki, müsəlmanların qibləsi Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişir, müsəlmanlara irad tuturdular ki, məgər qibləni dəyişdirmək olarmı? Bu ayə nazil olur və onlara cavab verir ki, dünyanın şərqi də, qəbri də Allaha məxsusdur”.
Hədislərimiz buyurur ki, bu ayə müstəhəb əməllərə aiddir. Nə zaman insan ata minər, hansı tərəfə gedərək namaz qılarsa – həmin namaz doğru namaz olar.


İnsanın zahiri batinindən xəbər verərmi?


İnsanların əksər hissəsinin zahiri batinlərinə təsir qoyar, eyni zamanda batinləri də zahirlərində əks olunar. İnsan adətən geyimi ilə tanınar. Çünki geyim tərzi onun daxilindən qaynaqlanar. O şeyi ki, gözəl bilər – onu geyinər. Alimlərin buyurduğu kimi, düşündüyü kimi yaşayar. Yəqin siz də yaxşı bilirsiniz ki, hər insan özünəməxsus geyimlər geyinər. Belə ki, nəyi gözəl hesab edərsə, onu da geyinər. Yəni, zahirindən batinini az da olsa, görmək olar. Ancaq bu amil insan batinini aşkar etmək üçün kifayət deyildir. Çünki çox sayda insanlar vardır ki, batinlərini gizlətməyə çalışırlar. Özlərini başqalarına bənzədib, onların üslubunda geyinərlər. Halbuki, bu geyim öz düşüncələrinin seçimi olmamışdır.
Əmirəl-möminin (ə) buyurur: “İnsan heç bir zaman batinini gizlədə bilməz, əslində ağzından çıxan sözlər, qiyafəsində olanlar onu aşkar edər”.
Quran münafiqlər haqqında buyurur: “Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir”. (“Muhəmməd (s)”, 30)...


Qadın ailə qurarkən yoldaşına qarşı hansı 10 məsələyə daha çox diqqət yetirməlidir?!


Kişilər həmişə öz xanımlarından hansısa gözləntidə olarlar. Onu dillərinə gətirməsələr də, həmişə bu şeyləri xanımlarında görmək istəyərlər. Bəs bu gözləntilər hansılardır?
1. Əgər ailədə qadının əmək haqqı kişinin qazancından çoxdursa, kişi daima bu haqda düşünər. Çünki ailənin maddi təminatı onun boynundadır. Bu əməl istər-istəməz onların rabitələrinə mənfi təsir qoyar. Ona görə də qadın kişinin bu hisslərini başa düşməli və onunla bu haqda danışmalıdır. Bu ağır maddi çətinliklər dünyasında ona dəstək olmalıdır.
Eyni zamanda, qazanclarını birləşdirə bilərlər ki, bu amil gözə çarpmasın
2. Məhəbbət göstərmək. Kişilər daima qarşı tərəfdən diqqət gözləyərlər. Əlbəttə, bu əməl hər iki tərəfə aiddir. Ancaq kişilər qadınlardan daha çox sevgiyə ehtiyac duyarlar. Ona sevgi dolu bir söz demək, ya hansısa diğər formada məhəbbəti büruzə vermək - vacibdir...


İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi?


İnsanlar üç gün dalbadal namaz qılmaq üçün namaz yerinə getdilər. Əllərini dua üçün açdılar, ancaq yağış yağmadı. Dördüncü günü xristianların böyük yepiskopu Casliq xristianlarla bir yerdə səhraya gedir. Keşişlərdən biri nə zaman əlini göyə qaldırsa, iri damçılı yağış yağardı.
Bu dəfə də bu cür oldu. Onun etdiyi dua nətincəsində çoxlu yağış yağdı. Bu mövzu müsəlmanların şəkkə düşməsinə səbəb oldu. Hətta bəziləri xristian olmağa meyl etdilər.
Bu mövzunu eşidən xəlifə, İmam Həsən Əsgərinin (ə) sorağına getdi. İmam (ə) zindanda idi. Olanları İmama (ə) danışdı. İmam buyurdu: “Sabah gələcəyəm və Allaha ümid edərək insanların bu şəkkini aradan qaldıracağam”. Sabah olan zaman insanlar gəldilər və həmin keşiş də gəldi. Əllərini qaldırıb dua edən zaman İmam (ə) xidmətçilərdən birinə buyurdu: “Keşişin sağ əlindən tut və bax gör barmaqlarının arasında nə var?”. Onun əlindən qara bir sümük aldılar.
İmam (ə) keşişə xitab edib buyurdu: “İndi dua et və Allahdan yağış istə”. Səma yağış yağmağa hazır olan zaman onun duası ilə açılır və yağışdan xəbər olmur...!!!


Əmr-be-məruf ilə eyib tutmağın nə fərqi var?


Bəz insanlar deyir ki, irad tutma ki, başın ağrımasın. Əlbəttə insan dərk etməlidir ki, əmr-be-məruf və nəhy-əz-munkər – dinin vacibatlarındandır ki, onu irad tutmaqla bərabər hesab etmək olmaz. Hədislərimiz buyurur ki, insanlara irad tutmaqdan çəkinin. Ancaq demir ki, nəhydən uzaqlaşdırmayın. Əksinə, dinimiz əmr-be-məruf və nəhy-əz-munkəri müsəlmanın vacib vəzifələrindən sayır. Əmr-be-məruf və nəhy-əz-munkərin qaydaları vardır ki, ona riayət olunaraq yerinə yetirilməlidir. Həzrət Peyğəmbər (s) buyurur:“O kəs ki, din qardaşını tövbə etdiyi günaha görə danlayarsa – ölməz o zamana qədər ki, özü də həmin günahı edər. )
İmam Sadiq (ə) buyurur: “Hər kim mömini günahına görə danlayarsa, ölməz o zamana qədər ki, özü həmin günahı edər”. Bu hədislərdən belə nəticə çıxartmaq olur ki:
1. Burada söhbət mömindən gedir – nə kafirdən, nə də münafiqdən. 2. Danlayan, bu işi insanların arasında görər. Nəinki mömini kənara çəkib, ona məsləhət verər....


Məzlumun, zalımın arxasınca danışmasına icazə verilirmi?


Başqalarının arxasınca danışmaq – dinimiz tərəfindən məzəmmət olunan əməllərdəndir. Allah Təala Qurani-Kərimdə müsəlmanları bu işdən çəkindirmişdir. Ancaq Quranın bir ayəsində məzluma icazə verir ki, zalımın arxasınca danışsın: “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir”. (“Nisa” 148). Allah Təala bu ayədə buyurur ki, zalımın zülmünü aşkar etmək üçün, onun arxasınca danışmaq olar. Eyni zamanda məzluma da xatırladır ki, Allah hər şeyi eşidən və biləndir. Yəni, məzlum da gərək həddi aşmasın.
Dinimiz buyurur ki, müsəlman gərək qarşı tərəfi narahat edən sözlərdən çəkinsin və qeybətini etməsin. Töhmət etməsin ki, onun əziyyət çəkməsinə səbəb olmasın. Çünki bu əməl Allahın qəzəbinə səbəb olar. Allah möminin canını və abırını qoruyur. Heç kəsə icazə vermir ki, onun haqqında pis sözlər desin. “Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 18). Beləliklə deyə bilərik ki, başqalarının arxasınca danışmaq – bəyənilməyən əməllərdən olsa da, bəzi yerlərdə istisna olunur. Belə ki, Allah Təala Quranda məzluma icazə verir ki, zalımın zülmünü aşkar etsin və onu məzəmmət etsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter