Ayətullah Sistaninin internetdə Kişi-Qadın Münasibətlərinə nəzərini yazın?


Ayətullah Sistaninin internetdə Kişi-Qadın Münasibətlərinə nəzərini yazın? Ayətullah Seyid Əli Sistani qadının naməhrəmlə internetdə əlaqə saxlaması barədə suala öz fikirini bildirib. Sual-cavab:
1- Qızın və ya qadının vəlisinin icazəsi olmadan naməhrəm oğlanla danışması necədir?
2- Qızın və qadının naməhrəmlə danışmasına yaxınları müdaxilə edə bilərmi?
3- Qız və qadın əgər naməhrəmlə gizli danışsa ər, ata və qardaşın vəzifəsi nədir?
CAVAB-lar: Ayətullah Sistaninin cavabı və tövsiyələri: \"Qadın və kişinin bir-birinə yazılı və ya danışıqla mesaj göndərməsi realda bu əlaqələrin icazə verildiyi miqdarı istisna olmaqla, caiz deyildir. -Qadının ərində şübhə yaradacaq hərəkətləri etməsi düzgün deyil, həmçinin bu hökm uşaqların ata və anasına qarşı da keçərlidir. Bu iş bəzi hallarda haramdır...


Kimlər İmam Zaman ağa (ə.f) ilə rabitədədir?


Kimlər İmam Zaman ağa (ə.f) ilə rabitədədir? Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, elə insanlar vardır ki, onlar İmamla (ə.f) daima rabitədədir, ancaq bu insanlar başqa insanlar üçün həmişə tanınmaz qalırlar.
İmam Baqir (ə) buyurur: “Bu Əmrin Sahibi (ə) çarəsiz uzaqlaşmalıdır. O, uzaqlaşma zamanında çarəsiz gücə və qüdrətə malik olmalıdır. Birlikdə olduğu 30 nəfərlə tənhalıqdan çıxar və heç bir qorxusu olmaz”.
Başqa hədislərimiz deyir ki, o zaman ki, bu insanlardan biri ölər, bir başqası onun yerini alar. Bəzi hədislərimiz isə buyurur ki, İmamla (ə.f) daima rabitədə olan insanlar içərisində Həzrət İsa (ə), Xızr (ə), İlyas (ə) və İdris (ə) də vardır ki, İmamın (ə.f) ən yaxın insanları hesab olunurlar...


Həzrət Fatimə (s.ə) təsbihinin fəzilət və bərəkəti nələrdir?


Həzrət Fatimə (s.ə) təsbihinin fəzilət və bərəkəti nələrdir? ibni Əmmar deyir: “İ. Sadiqdən (ə) soruşdum ki, Allahın Quranda buyurduğu çoxlu zikrin həddi və qədəri nə qədərdir? Buyurdu: “Allahın Rəsulu (s) Həzrət Fatiməyə (s.ə) 34 dəfə təkbir, 33 dəfə təsbih və 33 dəfə həmd deməyini öyrətmişdir. Əgər sən bir dəfə gündüz və bir dəfə də gecə bu işi görsən, həqiqətdə Allahı çoxlu zikrlə yada salmış olarsan”.
Xanım Zəhra (s.ə) təsbihinin fəzilələtləri: 1. İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, o gündən bəri ki, Allahın Rəsulu (s) bu zikrləri mənə öyrətmişdir, onları heç bir zaman tərk etməmişəm”. Bir nəfər soruşur: “Hətta Siffeyn döyüşü gecələrində də tərk etməmisiniz?” Buyurur: “Bəli. Hətta Siffeyn döyüşünün gecələrində də tərk etməmişəm”. 2. İ. Baqir (ə) buyurur: “Allahı həmd və zikr etmək cəhətindən H. Zəhra (s.ə) təsbihindən yaxşısı yoxdur. Əgər olsaydı, Peyğəmbər (s) onu Zəhraya (s.ə) əta edərdi”...


Hansı 5 günahdır ki dünyada əzabı tez verilər?


Hansı 5 günahdır ki dünyada əzabı tez verilər? İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Beş şey vardır ki, əgər onunla rastlaşsanız, ondan Allaha pənah aparın:
1. İnsanlarda zina peyda olarsa, onu aşkar edərlər ki, taun və keçmişdəkilərin görmədikləri dərdlər meydana gələr.
2. Tərəzidə az qoyarlarsa, ailə xərclərində çətinliyə və sultanın zülmünə düçar olarlar.
3. Zəkatdan boyun qaçırdarlarsa, yağış yağması onlara qadağan olunar.
4. Allah və Peyğəmbərin (s) əhdini pozarlarsa, düşmənləri onlara hakim olar və əllərində olan şeyləri alarlar.
5. Allahın nazil etmədiyinə hökm versələr, Əziz və Cəlal olan Allah onların arasında çətinliyi və şiddəti qərar verər”.


Dostluq haqqında 32 qızıl sözlər ...


Dostluq haqqında 32 qızıl sözlər ... Dostluq barədə səsləndirilən və günümüzə qədər aktuallığını qoruyan bir çox kəlamlar var ki, onlardan bir qismini təqdim edirik:
1. Üç sədaqətli dost var: qoca arvad, qoca it və nağd pul. Bencamin Franklin
2. Dost sənin xoşlamadığın adamları xoşlamayandır. Atalar sözü
3. Dost hamı çıxıb gedəndə gələn adamdır.Naməlum mənbə
4. Dost seçərkən sizdən daha yaxşı olanı seçin. Dünyada çox tanışınız ola bilər, amma həqiqi dostlar çox azdır.Çin atalar sözü
5. Mən dostlarımı tapmadım. Mərhəmətli Allah verdi mənə onları.Ralf Valdo Emerson
6. “ Dost nədir?” sualının cavabı belədir: “ İki bədəndə yaşayan bir ruh”.Aristotel
7. Dost o adamdır ki, mən onunla tam səmimiyəm., onun yanında hündürdən danışa bilərəm.Ralf Valdo Emerson
8. Dostum üçün edəcəyim ən yaxşı əməl, sadəcə, onun dostu olmaqdır.Henri David Toreau ...


Günümüzdə Peyğəmbərimizi (s) rahatsız edən beş əməl nələrdir?


Günümüzdə Peyğəmbərimizi (s) rahatsız edən beş əməl nələrdir? Qum Elm hövzəsinin dəyərli alim və ustadlarından olan Doktor Nasir Məhəmmədi Rəfii cənabları:
-Dinin yalnız peyğəmbərin dönəminə aid olmadığını deyən ruhani əlavə edib: Məhəmməd peyğəmbər axır - zamanda baş verəcək bir sıra ictimai durumla bağlı öz nigarançılığını səhabə və ətrafındakılarına söyləyərdi. Bunlar günümüzdə də diqqət mərkəzində saxlanılmalı və ondan çəkinməliyik.

-Allahın Elçisi (s) buyurardı: Mən axır – zamanda 5 şeylə bağlı nigaranam: Din yüngül sayılar, hökm və sərəncamlar satılar, rüşvət alınar, qohum - əqrəba ilə əlaqələr kəsilər, Quranı qina ilə oxuyarlar, bir də layiq olmayan insanları qabağa çəkərlər.


Nə üçün insanın ən pis düşməni onun nəfisidir?


Nə üçün insanın ən pis düşməni onun nəfisidir? Nəfisin ən pis düşmən olması barədə çoxlu sayda dəlillər var:
1- Nəfis elə bir düşməndir ki, insan onu tanımır və məxfi şəkildə bizim daxilimizdədir.
2- Nəfis hiyləgər bir düşməndir; o bizi görür və biz isə onu görmürük
3- Nəfisin düşmənçiliyi müvəqqəti deyil daimidir.
4- Ən qiymətli bir şeyi yəni iman və ağlımızı əlimizdən alır mal və evimizi yox.
5- O bütün digər düşmənlər ilə fərqlənir, bizim xaricdəki düşmənlərimiz ilan, əqrəb, it, canavar kimi heyvanlardır və ya insandır.Əgər insan canavar, ilan və ya it kimi düşməninə heç olmasa bir şey verərsə azı müəyyən bir müddət rahatlığa çıxır və əgər Hitler və ya Səddam kimi düşməninə azı müəyyən qədər torpaq, neft və... verərsə neçə gün özünü onların şərrindən qorumuş olur; amma batini düşmənə isə hətta bir şey versən də belə yenə də o aramlaşmır. Əgər onun meylinə əməl edib istədiklərini versək bir o qədər hücum edib irəli gələcəkdir.


Pis əməllərin qiyamətdə bilinməməsi üçün Peyğəmbər (s) hansı duanı oxumağı tövsiyə edir?


Pis əməllərin qiyamətdə bilinməməsi üçün Peyğəmbər (s) hansı duanı oxumağı tövsiyə edir? Səni Öz mərhəmətinə and verirəm, ey mərhəmətlilərin ən mərhəmətlisi!
Şeyx Abbas Qumu “Məfatuhul-cinan” kitabında yazır: Şeyx Şəhiddən nəql olub ki, Rəsulullah (s) buyurub: “Hər kəs Qiyamət günü Allahın onun pis əməllərini hamıdan örtərək, hətta onun özünə də göstərməməsini və əməl divanını açmamasını istəyirsə, hər namazdan sonra bu duanı oxusun:
-Allahummə innə məğfirətəkə ərca min aməli və innə rahmətəkə əvsəu min zənbi. Allahummə in kanə zənbi indəkə əzimən, fəəfvukə əzəmu min zənbi. Allahummə in ləm əkun əhlən ən əbluğə rəhmətəkə fərəhmətukə əhlun ən təbluğəni və təsəəni, liənnəha vəsiət kullə şəy. Birahmətikə ya ərhəmər-rahimin\".
Tərcüməsi: \"Allahım, Sənin məğfirətin mənim əməllərimdən daha ümüdvericidir, Sənin rəhmətin günahlarımdan daha genişdir. Allahım, əgər mənim günahlarım böyükdürsə, Sənin bağışlanman ondan daha böyükdür. Allahım, əgər mən Sənin rəhmətinə çatmağa layiq deyilsəm də Sənin rəhmətin mənə çatmağa və mənə də şamil olmağa layiqdir, çünkü Sənin rəhmətin hər şeyi əhatə etmişdir. Səni Öz mərhəmətinə and verirəm, ey mərhəmətlilərin ən mərhəmətlisi!\"


Behiştin 8 qapısının üstündə yazılan nəsihətlər nələr haqqındadır?


Behiştin 8 qapısının üstündə yazılan nəsihətlər nələr haqqındadır? Həzrət Peyğəmbərin (s) bu haqda buyurduqlarına nəzər salmaq üçün hədislərin sorağına gedək. Belə ki, Həzrət (s) nəql edir: “Merac gecəsində məni səmaya aparan zaman mən behişti gördüm ki, 8 qapısı var idi. Hər bir qapısının üstündə dörd kəlmə yazılmışdı ki, hər bir kəlməni bilib əməl edən üçün bütün dünya və onda olanlardan daha yaxşıdır.
1-ci qapı: Rahatlığa çatmağın yolu - dörd sifətdir: qənaət, haqq toxumu səpmək, kini tərk etmək, xeyir əhli ilə yoldaş olmaq”.
2-ci qapı: Axirət sevincinə çatmağın yolu - dörd sifətdir: yetimlərin başına əl çəkmək, dul qadınlara sevgi göstərmək, möminin ehtiyacını aradan qaldırmaq üçün çalışmaq, yoxsulları və miskinləri ziyarət etmək”.
3-cü qapı: Hər bir şeyin yolu və çarəsi vardır. Dünyada salamatlığa çatmağın yolu - dörd sifətdir: az danışmaq, az yatmaq, az yol getmək, az yemək”.
4-Ürəyin ağlığı və aydınlığı dörd sifətdədir: xəstəni ziyarət etmək, cənazəni müşayiət etmək, özün üçün kəfən almaq, borcunu qaytarmaq”...


İmam Əli (ə)-nin hədisində hansı insanların istəyi yerinə yetirilməz?


İmam Əli (ə)-nin hədisində hansı insanların istəyi yerinə yetirilməz? Bir nəfər İmam Əliyə (ə) deyir ki, mənim duam niyə yerinə yetmir? Həzrət (ə) cavabında buyurur: “Peyğəmbərdən (s) gələn hədisdə belə nəql edilir ki, ümmətimin bir neçə dəstəsinin duası yerinə yetməz:
1. O insan ki, ata və anası üçün pislik istəyər.
2. (Borc alan insan,) borc verən insanın bədbəxt olması üçün dua edər ki, onun yanına hansısa malı qoymuşdur. Nə ondan sənəd almış və nə də şahid tutmuşdur.
3. O kişi ki, xanımının ziyanına dua edər, halbuki Allah həyat yoldaşının xilas olmasını onun əlində qərar vermişdir.
4. O kişi ki, evində əyləşər və deyər: “Pərvərdigara! Mənə ruzi ver!”. Özü bayıra getməz və ruzi axtarmaz.
5. O kişi ki, Allah ona çoxlu mal verər və o, hamısını infaq edib deyər: “Pərvərdigara! Mənə ruzi ver!”.
6. O kişi ki, qohumluq əlaqəsini kəsmək üçün dua edər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter