Ayətullah Xamenei toyda rəqs edən, naşizə xanımın haqqında hansı fitvanı verib?
-Sual: Ərli bir qadın toy mərasimlərində ərinin xəbəri olmadan naməhrəmlərin qarşısında rəqs еdir. O, bu əməli bir nеçə dəfə təkrar еtmişdir, ərinin ona еtdiyi əmr bе məruf və nəhy əz münkərin də təsiri yoxdur. Onun vəzifəsi nədir?
-Hökm: Qadının naməhrəm kişi qarşısında rəqs еtməsi mütləq şəkildə haramdır. Ərinin icazəsi olmadan еvdən çıxması da öz-özlüyündə haramdır və bu iş onun naşizəliyinə (ərinə tabе olmayan və onun şəriətdə müəyyən olunmuş itaətindən boyun qaçıran qadına dеyilir) və nəfəqə haqqından məhrum olmasına səbəb olur. Leader.ir /
Həzrət Peyğəmbər (s) hansı beş peşəyə yiyələnməyi tövsiyə etmir?
Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Ya Rəsuləllah, mən bu oğluma yazı yazmaq öyrətmişəm, indi onu hansı peşəyə qoyum?” Həzrət buyurdu: “Allah sənin atana xeyir versin! Hansı işə istəyirsən qoy, beş işdən başqa;
1. Kəfən satan. Çünki, kəfən satan həmişə camaatın ölməyini arzulayar,
2. Zərgərlik. Zərgər müamilə zamanı hiylə və fırıldaq işlədər.
3. Qəssablıq. Qəssab daşqəlbli olar.
4. Buğda satan. Buğda satan möhtəkir (baha satmaqdan ötrü mal alıb yığan adam) olar.
5. Qul satan. Qul alveri ilə məşğul olan adama gəldikdə isə Cəbrail (ə) mənə xəbər verdi ki, insanların ən pisi Allahın qullarını satanlardır”.
\"Nəhc əl-bəlağə\"nin İslam cəmiyyətində hansı faydalı ola bilər?
\"Nəhc əl-bəlağə\"nin İslam cəmiyyətində rolu: Tam xoşbəxt insan həyatını, bütün tərəfləri ilə, bütün xüsusiyyətləri ilə \"Nəhc əl-bəlağə\"dən öyrənmək olar.
Təəssüflər olsun ki, biz cəmiyyət olaraq əsrlər boyu şərif, nurani \"Nəhc əl-bəlağə\" kitabından məhrum olmuşuq. Tam xoşbəxt insan həyatını, bütün tərəfləri ilə, bütün xüsusiyyətləri ilə \"Nəhc əl-bəlağə\"dən öyrənmək olar. Əgər özümüzü tərbiyə etmək, insana layiq cəmiyyət qurmaq istəsək, şəxsi əxlaqa, xarakterə, yaxşı əqidəyə, şənliyə, ümidə, uzaqgörənliyə, özünütərbiyəyə nail olmaq, vəzifəmizə əməl etmək, başdan-ayağa zəka və haqqın hakim kəsildiyi cəmiyyətimiz olmasını, ümidlə, qələbə ilə, uğurla çalışmaq, alimcəsinə və doğru fəlsəfə əsasında hərəkət etmək istəyiriksə, bütün bu dərsləri \"Nəhc əl-bəlağə\"dən öyrənməliyik...
Allah-Taala (c.c) hansı imanlı insanları sevər?
Allah şərəfli və gözəl işləri sevir...
-Allah işləyib çalışan mömini sevir.
-Allah hər bir qəmgin qəlbi sevir (o halda ki, qəlbi mənasız və günah iş üçün qəmgin olmasın).
-Allah şərəfli və gözəl işləri sevir, dəyərsiz və alçaq işlərdən xoşlanmır.
-Allah Onun haramlarından çəkinməyi sevdiyi kimi halallarından da istifadə etməyi sevir.
-Allah şəhvətin tüğyan etdiyi vaxt iti görən gözü, şübhənin irəli gəldiyi vaxt kamil və dəqiq əqli, həmçinin bir neçə xurma qədərində də olsa bəxşişi və bir ilan öldürmək qədər olsa da şücaəti sevir.
Yersiz təəssübkeşlik haqqında məsumlar nə buyurmuşlar?
1-Allahın Peyğəmbəri (s): «Hər kimin qəlbində xardal dənəsi boyda olsa belə təəssüb olarsa, Allah qiyamət günündə onu cahiyyət dövrünün ərəbləri ilə birgə dirildər.»
2-İmam Əli (ə) (İblisi pisləyərkən):–«Öz yaradılma səbəbinə (oddan olduğuna) görə Adəmə öyündü və əslinə, gövhərinə xatir, ona qarşı təəssübə qapandı. Bu, Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin və özünü böyük görənlərin başçısıdır. O, həm təəssübün bünövrəsini qoydu və həm də qüdrət, böyüklük üstündə Allahla çəkişməyə qalxdı, əyninə izzət paltarı geyinib təvazökarlıq nigabını uzağa atdı.»
3-İmam Səccad (ə) (Təəssübkeşliyə aid suala cavabından): «Sahibi ona görə günaha batan təəssübkeşlik budur ki, insan öz qövmünün pisliklərini başqa qövmün yaxşılıqlarından üstün saysın. Kimsənin öz qövmünü və camaatını sevməsi, təəssübdən deyil. Təəssüb odur ki, zülmdə öz qövmünə kömək edəsən.»...
İslamda günlərin yuxu yozumu haqda nə deyilir?
Yuxu yozumu və həqiqəti haqda bir neçə məsələ:
1 - gün görülən yuxu doğru deyil.
2 - 3 - günün yuxusunun əksini (yuxudan sonra) görəcəksən.
4 - 5 - günün yuxuları bir neçə gün və ya bir neçə ay təxirə düşəcək.
6 – 7 – 8 - 9 - günün yuxuları doğru və olduğu kimi özünü doğruldacaq. Əgər bunu bilməsən də tezliklə anlayacaqsan.
10 - günün yuxusu batildir.
11 – 12 – 13 - 14 - günün yuxularının şəri səndən uzaqdır.
15 - günün yuxusu doğrudur.
16 - 17 - günün yuxuları düzdür, bir neçə gün, bəlkə də bir neçə il təxirə düşəcək...
Axirəz-zaman haqqında Cabirin gördüyü 7 yuxunu Həzrət Peyğəmbər (s) necə mənalandırdı?
Cənnətül-Aliyyə kitabında Həzrət Əli (ə)-dan rəvayət olunub ki, bir gün Peyğəmbər (s) öz səhabələrinin arasında oturub ağlıyırdı. Səhabələr o həzrətdən (s) Ya Rəsulallah! Nə üçün ağlayırsan?! Həzrət buyurdu: Bu saat Cabir ibn Abdullah Ənsari gələcək və gördüyü yeddi yuxunun yozumunu məndən soruşacaq. Cabirin yuxuları məni ağlatdı. Elə bu söhbət əsnasında Cabir gəlib çıxdı. Həzrət (s) buyurdu: “Ya Cabir! Gördüyün yuxuları deyirsən? Yoxsa mən bəyan edim?”
1-Cabir ərz etdi: Canım sənə fəda olsun Ya Rəsullallah! Siz bəyan edin. Həzrət (s) buyurdu: “Ya Cabir! Birinci yuxuda gördün ki, Zərdli bütlər gümüşdən düzəldilmiş taxtlarda oturublar.” Ərz etdi: Elədi ki var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur: Axirəz-zamanda kafirlər müsəlmanlara qalib gələrlər.
2-İkinci yuxuda gördün ki, kök inəylər otlayırlar, lakin heçnə ifraz etmirlər. Cabir ərz etdi: Elədir ki, var Ya Rəsullallah! Həzrət (s) buyurdu: “Yozumu budur ki, mənim ümmətim üçün bir zaman gələr zalım padişah onların mal-dövlətini zülm ilə mənimsiyər və xeyir işlərdə xərcləməz...
Peyğəmbərlərinin ilk və son vəsiyyəti nələr oldu?
Təqva peyğəmbərlərin ilk və son vəsiyyətidir. Quranın müxtəlif surələrində oxuyursunuz ki, ilahi peyğəmbərlərin camaata ilk sözü təqvaya çağırış olmuşdur. Əgər təqva olsa, ilahi hidayət də var. Əgər təqva olsa, ilahi hidayət də tam olaraq fərd və cəmiyyətə nəsib olacaq. Bu oruc təqvanın müqəddiməsidir.
Allah-Taala “Hədid” surəsində buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (sirat körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!” (“Hədid”, 28). Təqva Allah tərəfindən sizin qəlbinizə, həyatınıza, yolunuza bir nur saçmasına səbəb olur. Siz o nurun işığında hərəkət edə, həyat yolunuzu tapa bilərsiniz. Bəşər çaşqınlıqla hərəkət edə bilməz. İnsan, məqsədi tanımadan hərəkət edə bilməz. Bizə mənzil başını, məqsədi göstərə biləcək nur təqvadan pəhrizkarlıqdan irəli gəlir
(Böyük Allah ayı Ali Dini Lider həzrət Ayətullah Xameneinin nitqində) / Tәrcümә еdәn: M. Əzizoğlu
İlahi peyğəmbərlər tərəfindən lənətlənmiş 7 destə insanlar hansı əməllərinə görədir?
Rəsuli-əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər. Onlar bunlardır:
1. Allahın kitabına bir şey artıran kəslər.
2. Qəza-qədəri təkzib edənlər.
3. Mənim sünnə və dinimə müxalif olanlar.
4. Əhli-beytimə (ə) qarşı düşmən münasibətdə olanlar.
5. Alalhın dostlarını zəlil, düşmənlərini isə əziz etmək məqsədi ilə hakimiyyəti zorla ələ alanlar.
6. Camaatın ümumi malını öz çənginə keçirən qəddar hakim.
7. Allahın halallarını haram, haramlarını isə halal bilənlər
Ücb (özündən razılıq) əxlaqı haqqında İslamın baxışı necədir?
Ücb (Özündən razılıq) əxlaqı hədislər baxımından: Özünə güvənmək, öz əməlindən razı qalmaq çox çirkin günahdır. İnsan Allahın mülküdür, onun həyat və ölümü Allahın əlindədir. Ruzi, ibadət və istənilən hər hansı bir başqa xeyir iş yalnız Allahın iradəsi ilə mümkün olur. Əgər insan müstəqil halda heç bir iş bacarmırsa, hansı əsasla başını dik tutmalıdır?!
-İslam Peyğəmbəri (s) buyurur: «Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar»...