İslam maarifinə əsasən Bəyənilməyən qeyrət necə olur?


İslam dini təfrit və ifratı sevməz. Hər bir şeyin təfrit və ifratı olduğu kimi, hətta qeyrət kimi gözəl xüsusiyyətin də ifratı vardır. Qeyrətin bəyənilməyən növləri:
1. Bədgümanlığa görə qeyrət. Bədgüman olan halda qeyrət sifətini büruzə vermək – sui-zəndən irəli gələn əməldir ki, insanın ailə tərbiyəsinə qayıdır. Ola bilsin ki, başqa səbəbləri də olsun. Ancaq mühüm olan nöqtə budur ki, bu cür qeyrət ailə mühitini viran edər və dağıdar...
2. Müraqibə əhlinin bəzən etdiyi qeyrət. O kəslər ki, müraqibə əhlidirlər, bəzən qeyrət sifətinə ifrat dərəcədə riayət edirlər ki, dinimiz bu cürqeyrəti də bəyənmir. Kişinin öz xanımına və ailəsinə görə qeyrət bəsləməsi – fitri və zəruri məsuliyyətlərindəndir. Ancaq bir şərtlə ki, ifrat həddinə çatmasın...


Niyə bəzən dindar ailələrdən dinsiz uşaqlar çıxar?


Dindar olan ailədə böyüyən uşaqlarn dindən uzaq gəzməsinin səbəblərini əsasən iki məsələdə görmək olur:
1. Məcburiyyət və həddən artıq təzyiq göstərmək. Bildiyimiz kimi, İslam dini mehribanlıq və etidal dinidir. Heç bir zaman ifrat və təfritə getmir. Əksinə, öz davamçılarına buyurur ki, ixtiyar sahibisiniz, özünüz gərək öz yolunuzu ixtiyarınızla seçəsiniz...
2. Vacib olmayan əməlləri yerinə yetirməyə vadar edərlər. Onu istəklə yerinə yetirməsən, heç bir fayda görməzsən. Yəni, bu valideynlər öz vəzifələrində ifrat edərlər və nəticədə də övladlarını hər bir şeydən məhrum etmiş olarlar.
Hədislərimiz buyurur: “Ürəklərin halı olar: üz çevirən və arxa çevirən. Ona görə də ürəklərinizi o zaman işə salın ki, istəyir və işə üz çevirmişdir. Əgər ürək istəməyərəkdən işə vadar edilərsə, kor olar”. Əlbəttə ki, vacibatlar hər bir halda yerinə yetirilməlidir...


Məsumların hədisinə əsasən İlahi rəhməti qazandıran 4 əməl hansılardır?!


Ayətullah Cavidanın tövsiyələrindən: “İmam Əlinin (ə) nəzərinə görə İlahi rəhməti cəlb edən ən üstün əməl – insanların hamısı ilə mehriban olmaqdır.
Əlbəttə də ki, mehribanlıqlar və insanlarla səmimi münasibət həm onların və həm də Allahın sevgisini cəlb edəcəkdir. Ancaq əlbəttə ki, mömin mütləq düzgün təqlidinə, dəstəmazına, qüslünə və qıldığı namazının düzgünlüyünə və əvvəl vaxtda olmasına diqqət etməlidir.
1. İmam Baqir (ə) tövsiyə edir ki, Allaha sidq ürəklə dua etmək və müraciət etmək – Allah bəndəsini İlahi rəhmət bulağından sirab edər. Xüsusilə də gecə dua və münacatlarının faydalı olduğunu bəyan etmişdir. Çünki gecə ibadətləri bəndəni İlahi qürbə çatdıran əməllərdən hesab olunur.
2. İlahi rəhməti cəlb etməyin ikinci amili – insanlarla mehriban olmaqdır. Əgər insanlar bir-biri ilə həmdərd olsalar, o zaman cəmiyyətin özü İlahi rəhmətdən bəhrələnmiş olacaqdır.


Məsumların hədislərinə əsasən Təvəkkülün insan həyatında 6 faydası nələrdir?!


Təvəkkül, yəni Allah Təalaya qəlbən etimad etmək, Ona söykənməkdir. Allaha təvəkkül edən insan Onu həyatında olan tək Qüdrət Sahibi hesab edir. Əgər bu etiqadı möhkəm imanla birlikdə həyatında əmələ çevirə bilərsə, çətinliklər insana asan görünər.
1. Təvəkkül nicat mənbəyidir. İmam Əli (ə) buyurur: “Allaha təvəkkül etmək - hər bir pislikdən nicat tapma və hər bir düşməndən amanda qalma mənbəyidir”. İnsan həyatın hər bir sahəsində büdrəyə bilər. Bizə bu zaman nicat verə biləcək qüvvə - Allaha təvəkkül etməkdir. İnsan Allaha etimad edərək, bu büdrəmələrdən amanda qalar.
2. Çətinliklərdən nicat tapar.İmam Əli (ə) buyurur: “Hər kim Allaha təvəkkül edərsə, çətinliklər onun üçün asan olar”. İnsan həyatda çox sayda çətinliklərlə üzləşər və buna görə də çarə düşünər. O kəs ki, daxilində Allaha etimad edər, bu çətinliklərə səbir edərsə, Allah bu çətinliklərin həll yolunu ona göstərər və bunun üçün vasitələr hazır edər...



İmam Sadiqin (ə) hədisi: Pisliklərin qarşısında qərar tutan yaxşılıqlar ordusu hansılardır?!


İmam Sadiq (ə) öz nurani hədisində bizə həm yaxşılıqların və həm də pisliklərin ordusunu tanıtmışdır ki, onlarla tanış olaq: Yaxşılıq ağlın vəziridir – pislik cəhalətin vəziridir. İman – küfr. Təsdiq – inkar. Ümidvarlıq – naümidlik. Ədalət – zülm. Razılıq – küsmək və qəzəblənmək. Təşəkkür etmək – naşükürlük etmək. İlahi rəhmətə göz dikmək – rəhmətindən ümidsiz olmaq. Allaha təvəkkül və etimad etmək – hərislik etmək. Yumşaq qəlb – sərtləşmiş qəlb. Mehribanlıq – kinlilik. Bilik və dərk – nadanlıq. Şüur – axmaqlıq. İffət – rüsvaylıq. Təqva – dünyapərəstlik. Xoşüzlü olmaq – pis rəftar etmək. Təvazökarlıq – lovğalıq. Aramlıq – tələsmək. Aqil olmaq – ağılsızlıq. Sükut – çox danışmaq. Haqqa təslim olmaq – şübhələrdə olmaq. Səbir – taqətsizlik. Güzəştli olmaq – intiqam almaq. Ehtiyacsızlıq – ehtiyaclılıq. Yadda saxlamaq – unutmaq. Mehribanlıq – inzivaya çəkilmək...


Allah-Taala (c.c) kafirlərə möhlət verməsinin hikməti nədir?!


\"Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir\" \"Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır .\"(Ali-İmran, 178).
İzah: Ötən mətləbdə kafirlərin dünya rifahından daha çox faydalanmasının dəlillərindən biri olaraq tədricilik ənənəsindən söhbət açdıq. Bu sahədə Allahın digər ənənəsi isə möhlət verməkdir. Belə ki, Allah bütün insanlara, o cümlədən kafirlərə möhlət verir ki, bəlkə yanlış yoldan dönər, tövbə edər və ya günahını artırar və daha çox azğınlığa qərq olar. Bu, Allahın rəhmət nümunələrindəndir...


Allah-Taala (c.c) İmam Zamanı (ə.c) qeybdə hansı hikmətə görə saxlayır?


İmam Zaman (ə) ilahi ehtiyatdır: Allah-Taala (c.c) onu bəşəriyyətin hidayəti üçün saxlamışdır! \"Əgər möminsinizsə, (bilin ki,) Allahın saxladığı sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm.\" (Rum, 30).
İzah: Həzrət Mehdinin (ə) məşhur ləqəblərindən biri “بَقِيَّتُ اللَّهِ” (Bəqiyyətullahdır). Bu ləqəb yuxarıdakı ayədən götürülmüşdür. Bu ayə həzrət Şüeybə (ə) ümmətinin baha satanları ilə bağlı xəbərdarlıq edilməsinə işarə edir. Bu ayədə “Bəqiyyətullah” dedikdə halal və Allahın bəyəndiyi bir sərmayədən insana qalan gəlir və mənfəət nəzərdə tutulur. Bu ifadə bir çox rəvayətdə həzrət Mehdinin (ə) mübarək vücuduna uyğunlaşdırılmışdır. Çünki Allah onu bəşəriyyətin hidayəti üçün saxlamışdır...


Əməllərin qəbul olunması üçün hansı mühüm məsələyə diqqət yetirmək lazımdır?!


İxlas: Əməli qeyri-ilahi niyyətlərdən təmizləmək çox önəmlidir! \"De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”\" (Kəhf, 110).
İzah: Hər bir əməlin dəyəri – onun icrasının keyfiyyətindən – daha çox onun niyyətindən asılıdır. Buna görə də əməli qeyri-ilahi niyyətlərdən təmizləmək çox önəmlidir. Rəvayətlərdə ixlasın ən mühüm nəticələri kimi ilahi yardım, müvəffəqiyyət, hikmətin qəlbə və dilə axması və xalq yanında sevimli olmaq qeyd olunmuşdur. İxlasın əksi riya və özünü göstərməkdir ki, daxili zəiflik və həqarətdən mənşə alır...


Allah-Taala (c.c)-nın çətin tutduğu məsələlərin məsləhəti nədədir?!


Bəzi çətinliklər bəndələrin xeyrinədir! Məlumdur ki, insanın kainatın sirləri və onların öz taleyinə təsiri haqqında məlumatı çox azdır.
\"Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.\" (Bəqərə, 216).
Hədis: İmam Əli (ə): “Allah Öz ərşindən səsləyir: “Ey bəndələrim! Dediyim hər şeyə əməl edin. Öz məsləhətlərinizi mənə deməyin. Mən Özüm sizin məsləhətinizdən xəbərdaram və onu sizdən əsirgəmərəm.” (İmam Həsən Əsgəriyə (ə) isnad olunan təfsir, səh. 327, hədis: 176).


Hz Musanın (ə) dövründə Bu kasıba niyə ruzi verilmirdi?


Həzrət Musa (ə) bir yoxsulu görür ki, kasıblığın şiddətindən paltarsız halda səhra qumunun üzərində yatmışdı. Yaxınlaşan zaman həmin şəxs dedi: “Ey Musa! Dua et ki, Allah mənə bir az ruzi versin ki, taqətsizlikdən canım boğazıma gəlmişdir”. Hz Musa (ə) onun üçün dua edir və oradan gedir. Bir neçə gün sonra Musa (ə) həmin yoldan geri qayıdır və görür ki, həmin yoxsulu həbs edirlər. Çox sayda camaat onun başına toplaşmışdır. Soruşur ki, nə baş veribdir? Deyirlər: “İndiyə qədər onun pulu olmamışdır. İndi ki, bir qədər pul əldə edibdir – şərab içmiş və bir nəfəri öldürmüşdür. İndi onu həbs edirlər ki, qisas alıb edam etsinlər”. Odur ki, Allah Təala Quranda buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27). Hz Musa (ə) İlahi hikməti təsdiq edir və xahişinə görə istiğfar edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter