Həzrət Əli (ə) ah çəkən Cabir (r) üçün dünya ləzzətlərini necə vəsf etdi?!


Nəql olunur ki, bir gün Həzrət Əli (ə) Cabir ibn Abdullahın dərindən ah çəkdiyini eşitdi. “İslaminSesi” - Həzrət ona buyurdu: Ey Cabir! Nə üçün belə ah çəkirsən?! Dünyaya görədirmi? Cabir dedi: Bəli. Əli (ə) buyurdu: Ey Cabir! Dünya ləzzətləri yeddi növdür: Yeməlilər, içməlilər, libas, evlilik və cinsi yaxınlıq, minik vasitələri, iyləmələr və eşitmələr. Dünyanın ən ləzzətli yeməyi baldır. Bu bir həşarətin ağız suyudur.Ən yaxşı içməlisi sudur. O isə çoxdur və cərəyan edərək yer üzündə insanların ehtiyacını ödəyir. bu da ki, ah və həsrət istəmir. Dünyanın ən yaxşı libası ipəkdir. O isə bir qurdun ağız suyundan ibarətdir...
Cabir deyir: “Allaha and olsun, Əli (ə) dünyanın ləzzətlərini mənim üçün belə təsvir etdikdən sonra bir daha dünya və onun ləzzətləri mənim nəzərimdə cilvələnmədi. Daha dünyanın həsrətini çəkmədim. (\"Biharul-Ənvar\", c. 75 , səh. 11)


Camaat namazında iqtida etmək üçün imamın razılığı şətdirmi?


Gündəlik namazların camaatla qılınması təkidlə tövsiyə olunmuş ibadətlərdəndir. Çunki bu cəm halda edilən ibadətin həm böyük savabı vardır, həm də insanlar arasında yeni münasibətlərin yaranmasında, ünsiyyətlərin qorunmasında çox böyük əhəmiyyətə malikdir. Camaatla qılınan namazlar insanları bir-birinə yaxınlaşdırır. Bu namazın hasil olması üçün bəzi şərtlər vardır ki, bunlardan biri də qarşıda “İmamın” təyin edilməsidir. Namazı cəm halında qılmaq üçün namaz halında olan birinə iqtida etmək üçün icazə şətdirmi? Ona iqtida etmək üçün ondan icazə alınmalıdırmı? Yaxud məmuna iqtida etmək olarmı? Cavab: İqtida etməyin düzgünlüyü üçün İmamın razılığı şərt dеyildir. Camaat namazında məmum olan şəxsə iqtida еtmək düz dеyil.


İmam Həsənin (ə) qatilləri – İmam Hüseyn (ə) niyə qatilə qarşı qisas icra etmədi?


Şeyx Mufid “əl-İrşad” kitabında İmam Həsənin (ə) şəhadəti barədə yazır: İmam Həsən (ə) şəhadətinə yaxın vaxtlarda qardaşı İmam Hüseyni (ə) yanına çağırıb buyurur: “Qardaşım, yaxın günlərdə mən sizin aranızdan ayrılacam. Məni zəhərləyəcəklər, zəhər ciyərimi parçalayacaq. Bunu kimin edəcəyini və kimin sifarişi olduğunu bilirəm. Mən özüm Allahın hüzurunda onlarla hesabımı görəcəm. Səni, üzərində olan haqqıma ad verirəm ki, sən yalnız baş verənləri izlə və Allahın haqqımda olan qəza-qədərini gözlə.” Tarixçilərin bildirdiyinə görə İmamın (ə) şəhadətindən sonra Müaviyyə vəd etdiyi 50min dirhəmi Cudəyə göndərir, lakin Yezidlə evlənməyinə etiraz edərək deyir: Allah rəsulunun (s) övladını zəhərləyən birisini öz övladıma rəva görmürəm.” Bəzi tarixçilər bildirir ki, Cudə İmamın (ə) şəhadətindən sonra uzun müddət yaşayır, iki dəfə ailə həyatı qurur, hətta övladları da olur. Lakin bu qara ləkə onda heç vaxt təmizlənmir. Buna görə həmişə onun övladlarına “ərini zəhərləyənin uşaqları” deyərdilər...


Imam Əlinin (ə) hədisinə əsasən İnsanların ən ağıllısı kimdir?


İnsanların həyatında mühüm olan məsələlərdən biri də həyatın müxtəlif vəziyyətlərində özünü necə aparmağı bacarmaqdır.
Nə zaman əmr-be-məruf edib, nə zaman susmağını biləsən. Nə zaman güzəşt edib, nə zaman hərəkət etməyini biləsən. Nəyin pis olduğunu biləsən və dəyərləndirəsən.
Ona görə də dinimiz müsəlmanları aqil olmağa dəvət edir və buyurur ki, əgər aqil olarsansa, bütün bunların öhdəsindən gələ bilərsən. İmam Əli (ə) buyurur: “Aqil o kəs deyildir ki, yaxşını pisdən ayırar. Əslində aqil o kəsdir ki, pisliklər içərisindən onların ən yaxşısını tanıyar”. Yəni, yaxşını pisdən ayırmaq insan üçün hünər deyildir. Çünki heyvanlar da təbii halda özlərinə qarşı olan ziyanı və faydanı, pisi və yaxşını tanıyırlar. Misal üçün, hündür yerdə olan pişik ki, aşağı düşmək istəyir, əgər məsafə çox olarsa özü üçün düşməyə başqa yollar axtarar. Təhlükədən qaçar...


Cini öldürmək həqiqətdirmi?


... Cinlər insan kimi deyildir və onlar gözdən gizli məxluqlardırlar və bir şəkildən başqasına düşə bilirlər. Ağıl və dərkə malikdirlər. Güc tələb edən işləri görməyə qadirdirlər.
Allah Təala insanları cinlərdən üstün yaratmışdır. Cinlər də insanlar kimi mükəlləfdirlər və onların da içində möminlər və kafirlər vardır. Bu varlıqların bəzisi insanlarla rabitə qura bilir. Bəzi sirləri onlara çatdırırlar. Cinlərin arasında böyük qüdrətə malik olan cinlər vardır. “Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»”. (“Nəml” 39). Avam insanlar bu məxluqlar haqqında çox sayda xurafi şayiələr yaymışdılar. Avam insanlar belə hesab edirlər ki, oddan yaranmış bu varlıqlar çox təhlükəlidirlər, insana əziyyət verir, kinli və pis rəftarlı varlıqlardırlar. Onları öldürmək də bu xurafi şayiələrdən biridir. Bizim anlamda fiziki varlığı olmayan bu varlığı axı necə öldürmək olar ki? Onların ümumi anlamda fiziki cismi yoxdur və atəşdəndirlər. Beləliklə, deyə bilərik ki, Quran və hədislərimiz cinin var olduğunu bəyan edirlər. Ancaq cinlə bağlı deyilən bütün xurafi şayiələr ki, Quran və hədislərdə onlara rast gəlinmir – avam insanların qurmasıdır.


Ölən yaxınlarınızın qəbri üstündə edilən dualar tez qəbul olar!


Duaların qəbul olduğu mühüm məkanlardan biri – Məsumların (ə) və İmamzadələrin hərəmləridir. Bundan əlavə, hədislərimiz bəyan edir ki, möminlərin, ata və ananın, alimlərin, saleh insanların, şəhidlərin qəbirləri yanında edilən dualar da tez qəbul olar.
Fəxr Razi möminlərin qəbri kənarında edilən dualar haqqında yazır ki, nə zaman qədim böyük alimlərdən birinin davamçıları elm sahəsində bir çətinliyə düşsə idilər, onun qəbrinin kənarına gedib, orada bəhslər edərdilər. Sonra da həmin məsələnin həlli kəşf olardı. Necə ki, alim və zahidlərin qəbirləri kənarında edilən dualar kimi...


Bəsirətli insanın hansı üstünlükləri var?


Bəsirət gözünün açıq olması – insanı kamala çatdıran amillərdən biridir. Bəsirətə malik olmaq insana hansı faydaları verir?
1. İnsan bəsirət sayəsində tövhidi dərk edər və Allahın qüdrətini başa düşər. “De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün (Yer kürəsini dayandırmaqla) Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!»”. (“Qəsəs” 72).
2. Bəsirətin nişanələrindən biri – nəsihəti qəbul etmək bacarığıdır. “Korla görən eyni deyildir (möminlər və kafirlər bərabər deyildirlər). Nə zülmətlə nur (cəhalət, küfr, əxlaq və əməl çirkabları ilə elm, iman və fəzilətləri eynidir). Nə də kölgə ilə yandırıcı isti (gözəl mükafatlar və şiddətli cəzalar da eyni olmaz). Və dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən”. (“Fatir” 19-22)...


Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?


Allah Təala elə müqəddəs varlıqdır ki, insanların günah və eyiblərini gizlədər və onların aşkar olmasına imkan verməz. Çünki bunun ağır nəticələrini nəzərə alır. İstəmir ki, bəndəsi eyiblərinin aşkar olmasına görə xar və zəlil olsun. Bu da Allahın sonsuz rəhmət bulağından sirab olmaqdır ki, bütün insanlara şamil edilir.
İmam Səccad (ə) dualarının birində buyurur: “Allahım, Öz pərdələrin ilə günahlarımın üstünü örtmüsən, sanki məni öz halıma buraxmısan və günahımın cəzasından məni kənarlaşdırmısan”. Allah bəndəsi Qiyamət günü məhşərə daxil olar və ağlamağa başlayar. Ona deyərlər: “Niyə ağlayırsan?”. Deyər: “Günahlarımın mələklərin yanında aşkar olmasından qorxuram”. Xitab gələr: “O zaman ki, sən günah edirdin və gülürdün – səni rüsvay etmədik. İndi ki, günah etmirsən və ağlayırsan – niyə belə edək ki?”...


Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?


Qurani-Kərimdə buyurulur: “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik)qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları(hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257). Yəni, əgər insan dünyada vilayəti tanıyıb, onu qəbul edib və əməl edibdirsə, Allah onu nura tərəf aparar. Yox əgər, vilayətə qarşı çıxanlardan olubdursa – bu şəxs zülmətə tərəf gedər. Quranın başqa ayəsində buyurulur: “Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə(onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!»...


İmam Hüseynin (ə) yoxsul insana 3 sualı nə haqda idi?!


İmam (ə) buyurdu: “Ey ərəb qardaş! Mən sənə üç sual verəcəyəm. Əgər birincisinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisini həll etsən, üçdə ikisini verəcəyəm. Əgər sualın üçünə də cavab versən, bütün məbləği almağa layiq olacaqsan”. Həmin şəxs dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Sizin kimi aqil bir insan mənim kimi nadana sual verəcək? Siz elm və şərafət nəslindənsiniz”. İmam Hüseyn (ə) buyurdu: “Mən cəddimdən eşitmişəm ki, buyurub: “İnsanlara yaxşılıq, onların mərifət və tanıma həddinə görədir””. Həmin şəxs dedi: “Onda, nə istəyirsinizsə soruşun. Əgər bələd olsam, cavab verəcəyəm. Əks halda sizdən istifadə edəcəyəm”. İmam (ə) soruşur: “Hansı əməlin fəziləti daha çoxdur?”. Deyir: “Allaha imanın”. İmam (ə): “Giriftarlıqdan çıxış yolu nədir?”. Deyir: “Allaha etimad etmək”. İmam (ə): “Bir kişinin həqiqi gözəlliyi nədədir?”. Deyir: “Mülayimlik və səbirlə birlikdə olan elm”. İmam (ə): “Əgər o, olmasa?”. Deyir: “İnsafla olan sərvət”. İmam (ə): “Əgər o, olmasa?”. Deyir: “Səbirlə birlikdə olan yoxsulluq”. İmam (ə): “Əgər o, olmasa?”.Deyir: “Bu halda yaxşıdır ki, səmadan bəla nazil olsun və bu cür insanı məhv etsin. O, buna layiqdir”...




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter