Hacətini üç nəfərdən qeyrisinə söyləmə?! İmam Hüseynin (ə) tapşırığı


Mədinəli olan bir nəfər İmam Hüseynə (ə) məktub yazaraq ərz edir: “Ey Hüseyn! Filankəsə 500 dinar borcluyam. Məndən borcumu verməsini istəyir. Onunla söhbət et ki, pulum olana qədər səbir etsin”. İmam Hüseyn (ə) bu məktubu oxuyan kimi evinə gedir və içərisində min dinar olan pul kisəsini götürür və onu həmin kişiyə verir və buyurur: “500 dinar ilə borcunu qaytar və qalan 500 dinar ilə həyatını sahmana sal. Hacətini üç nəfərdən qeyrisinə demə: 1. Dindar. 2. Səxavətli. 3. Ailə nəcibliyinə malik olan. Çünki dindar insanı dini qoruyar (Dini qoymaz ki, sənin abırını aparsın). Səxavətli insan səxavətinə görə həya edər. O kəsin ki, ailə nəcibliyi olar, ehtiyacına görə sənin abırını aparmaz. Sənin şəxsiyyətini qoruyar. Hacətini yerinə yetirməyincə, səni rədd etməz”.


Niyə İmam Hüseyn (ə) İmam Həsəndən (ə) 1 dinar az ehsan etdi?


İbni Qətiyyə nəql edir: “Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və Həzrətdən (ə) yardım istəyir. Həzrət (ə) buyurur: “(Verməli olduğum yardım) Məgər ağır borc, ya xar edən yoxsulluq və ya əda etməli olduğun diyədir ki, rüsvaylığa səbəb olar?”. Həmin şəxs deyir: “Onlardan biri üçün sizin xidmətinizə gəlmişəm”. İmam (ə) əmr edir ki, ona yüz dinar pul versinlər. Həmin şəxs sonra İmam Hüseynin (ə) xidmətinə gedir və yardım istəyir. İmam (ə) da qardaşının dediyi sözləri təkrar edir, həmin cavabı eşidir. İmamHüseyn (ə) həmin şəxsdən soruşur: “Qardaşım sənə nə qədər (pul) vermişdir?”.
Həmin şəxs deyir: “Yüz dinar”. İmam Hüseyn (ə) əmr edir ki, ona 99 dinar versinlər. Çünki ehtiram qoymaq baxımından, qardaşıilə bərabərlik etmək istəmirdi”./Deyerler.


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?


Əsləm ibn Əmr İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra xidmətə götürdüyü insandır. İmam Hüseyn (ə) onu İmam Səccada (ə) bağışladı. (Erfan)
Əsləmin peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edən zaman o, da İmamın (ə) onun bayrağı altında olan ənsarlardan idi. Sonra da İmamla (ə) bir yerdə Kərbəlaya gəlir. O, Aşura günü şəhid olur.
Bu vəfadar qul döyüşə getmək icazəsini almaq üçün İmamın (ə) yanına gəlir. Həzrət (ə) buyurur: “Oğlum Səccaddan (ə) izn istə”. O, İmam Səccaddan (ə) izn alır və hərəm əhli ilə vidalaşır. Sonra döyüş meydanına tələsir və 70 nəfəri cəhənnəmə göndərir.


Niyə İmam Hüseyn (ə) Mədinədə qiyam etmədi?


O ki, qaldı məkan mövzusuna, Mədinə qiyam etmək üçün münasib yer deyildi. Baxmayaraq ki, Mədinədə ənsarlar yaşayırdılar və onlar Əhli-Beytə (ə) yaxın olan səhabələr idilər, ancaq bu qiyamda canlarını qurban verməyə hazır deyildilər. O zaman ki, İmam Əli (ə) Müaviyyənin (lən) ordusu ilə üzləşir, Mədinədə olan ənsarlardan yardım istəyir. Ancaq onlar yardımdan imtina edirlər. Nəticədə isə İmam Əli (ə) bir neçə yüz nəfərlə sayca xeyli çox ordusu olan Müaviyyə (lən) ilə vuruşmağa məcbur olur.
Mədinə əvvəlki Mədinə deyildi. Burada Həzrət Peyğəmbərin (s) vəfatından sonra siyasi vəziyyət tamamilə qəsbkar hakimiyyətə tabe olmuşdu. Bundan başqa, Mərvan və onun kimilərin nüfuzu artmışdı. Hər kəs onlardan qorxur və çəkinirdi. Bu səbəbdən İmama (ə) yardım etmək mövzusu tamamilə sual altına düşmüşdü.
Mədinə başqa şəhərlərlə müqayisədə artıq kiçik bir yer idi, Şam və Bəsrə kimi böyük deyildi. Ona görə cəmiyyəti də azlıq təşkil edirdi. Tarix də onu göstərir ki, Mədinə qiyam üçün münasib məkan deyildir. Tarixdə oxuyuruq ki, 63-cü ildə Yezidə (lən) qarşı olan qiyam rahatlıqla yatızdırılmışdı. 145-ci ildə Ələvilərin etdiyi qiyam da onun kimi süquta uğramışdı...


Həzrət Zəkəriyyə (ə) Aşura hadisəsi ilə necə tanış olur?


Həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, Ali-Əbanın adlarını ona təlim versin. Cəbrayil (ə) bu adları öyrətmək üçün nazil olur.
Zəkəriyyə (ə) nə zaman Həzrət Muhəmmədin (s), Həzrət Əlinin (ə), Həzrət Fatimənin (s.ə), Həzrət Həsənin (ə) adlarını çəkərdi, qəm və qüssəsi aradan gedərdi. Ancaq nə zaman İmam Hüseynin (ə) adını çəkərdi, qəhər onu basardı. Bir gün Zəkəriyyə (ə) bununla bağlı Allaha buyurur: “Allahım! Nə üçün mən o dörd nəfərin adını çəkən zaman qəm və qüssəm aradan gedir, ancaq o zaman ki, İmam Hüseynin (ə) adını çəkirəm, gözlərim yaşla dolur?”. Allah Təala da İmam Hüseynin (ə) başına gələcəklərini ona şərh edir. Uca Allah buyurur ki, K – yəni, İmam Hüseynin (ə) Kərbəlası. H – yəni, həlakət. Y – yəni, Yezid (lən). Ə – yəni, İmam Hüseynin (ə) ətşi (susuzluğu). S – yəni, səbir mənasındadır.
Bu macəradan sonra Həzrət Zəkəriyyə (ə) çox təsirlənir. Üç gün məsciddən çıxmır və o günləri heç kimə icazə vermir ki, məscidə daxil olsun. Ağlamaq və nalə çəkməklə məşğul olur.


Tövbənin qəbul olub olmamasını necə hiss edək?


Hər bir tövbə edən şəxs tövbəsinin təsirli olmasını bilmək istəyirsə bu 4 hissiyyatı dərk etməlidir:
1. Tövbə etdikdən sonra xüsusi hüzur və rahatlıq hiss etmək.
2. İnsan hər nə qədər çox günahına görə peşman olarsa və ağlayaraq tövbə edərsə, Allah tövbəsini o qədər rahat qəbul edər.
3. Allahın Təvvab olduğuna inanaraq, tövbə etmək. Yəni, İlahi vədəyə iman bəsləyərək tövbə edilərsə, bu tövbə qəbul olar.
4. Tövbənin təsirini əməllər və rəftarlarımızda görə bilərik. Əgər günaha rəğbətimiz azalarsa və İlahi itaətdə daha mətanətli olarıqsa, tövbəmizin qəbul olduğunu göstərər.\\Deyerler


Xəta edəndə, 7 saat ərzində bu zikri deyənə günah yazılmaz!


Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, tövbə edər, ancaq pis dostlarını dəyişdirməz – tövbə etməmiş olar”. İmam Əli (ə) buyurur: “O kəs ki, tövbə edər, gərək cismi itaətin çətinliyini dadsın, necə ki, bu cisim günahın şirinliyini dadmışdır”. İmam Sadiq (ə) buyurur: “Tövbənin şəraiti budur ki, tərk etdiyin vacibatın qəzasını yerinə yetirirsən”.
İmam Əli (ə) buyurur: استغفر و الله ربي و اتوب اليه \"Əstəğfirullahə Rabbi və ətubu iləyh\" zikri ilə batininizi xoş ətirli edin ki, günahın pis iyi sizi rüsvay etməsin”.
İmam Sadiq (ə) buyurur: “Hər kim günah edər, gündüzdən 7 saat ona möhlət verilər ki, (tövbə etsin). Əgər 3 dəfə desə: استغفر الله الذي لا اله الا هو الحي القيوم \"Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qayyum\"


Cümə günündə qılınan xüsusi hacət namazı necə qılınır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə gününün fəzilətini daha yaxşı dərk etmək istəyirsə, zöhrdən əvvəl dörd rükətli namaz qılsın. Hər rükətdə 1 “Həmd” və 14 dəfə “Tövhid” (“İxlas”) surəsini oxusun. Namazdan ayrılandan sonra tövbə etsin və 70 dəfə istiğfar zikrini söyləsin (“Əstəğfirullahə Rabbi və ətubu iləyh”).
Sonra 50 dəfə təhlili söyləsin (“Lə iləhə illəllah”). 50 dəfə bu zikri desin: “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu”. 50 dəfə bu salavatı desin: “Salləllahu alə nəbiyyil-ummi və Alihi”.
Bu namaz bitəndən sonra Allah həmin bəndəni cəhənnəm atəşindən azad edər və namazına görə onu bağışlayar...


Allahla əlaqənin zəifləməsinə səbəb nədir?


Aqibətin xeyirli olması yəni, insan ömrünün sonuncu səhifəsinin gözəl şəkildə tamamlanması. Çoxları gözəl şəkildə başladılar, lakin sonları xeyir olmadı və pis tamamlandı. Lakin bunların müqabilində bəziləri də pis başladı, lakin sonda xeyirə çatdılar. Bu kimi şəxslərin aqibətlərinin bu cür olacağına heç kim inanmırdı. Qəbrə qədər narahat olacağımız məsələ aqibətimizin necə olacağıdır. Niyə ilk günlərdə Allahla əlaqəmiz sıx və səmimi olur, lakin getdikcə bu aradan gedir ya da inkişaf etmir? Çünki ilk günlərdə heç nəyimiz yox idi və Allahdan kömək diləyirdik. Lakin vaxt keçdikcə təkəbbürlü olduq. İlk günlər sübh namazına durmaq üçün ondan yardım istəyirdik, lakin indi “özümüz oyanacağıq” deyirik. Höccətül-islam Darsetani


Həzrəti Əlidən (ə) tövsiyə: \" Sizi dünyadan çəkindirirəm, çünki...\"


Sizi dünyadan çəkindirirəm, çünki dünya sabit yer deyil. Ora su və bitki istəyəcəyiniz eniləsi yer deyil. Özünü aldadıcı şeylərlə bəzəmiş və öz bəzək-düzəyi ilə (camaatı) aldatmışdır. Allahının yanında xar və alçaq bir saraydır. Onun halalını haramla, yaxşısını pislə, həyatını ölümlə və şirinini acı ilə qarışdırdı. Allah-təala onu dostları üçün saf və sağlam yaratmamış və onu düşmənlərinə verməyə xəsislik etməmişdir. Xeyri və yaxşılığı az, şəri və pisliyi hazırdır. Başına toplaşanlar fani və məhv, abadlığı xarab olar, dövləti əldən çıxar. Uçuq-sökük bina kimi dağılacaq sarayda nə xeyir və yaxşılıq olar? Bəs o sarayda azuqəsi yeyilib qurtaran kimi başa çatan ömürdən necə? Bəs yolun keçilməsitək sonu yetişən müddətdən necə? Allahın sizə vacib qıldığını öz istəklərinizə çevirin. Sizdən istədiyini yerinə yetirmək üçün Ondan kömək və yardım istəyin. Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin. Zahid insanlar bu dünyada (zahirdə) gülsələr də, ürəkləri (Allah xofundan) ağlayar, (nəzərlərdə) şad görünsələr də (ilahi əzabdan) kədər və hüznləri ağırdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter