Reqs etmeyin (toyda ve s.), xalq mahnilarini dinlemeyin hokmu nedir?


Reqs etmeyin (toyda ve s.), xalq mahnilarini dinlemeyin hokmu nedir? Bismillahir-rəhmanır-rəhim:
1. Əgər rəqs şəhvətin təhrik olunmasına səbəb olsa, yaxud öz ardınca haram bir iş gətirsə, yaxud fəsada səbəb olsa, icazəli dеyil. Rəqs məclislərində iştirak еtmək də əgər başqalarının haram işini təsdiqləmək hеsab еdilsə, yaxud haram bir işlə nəticələnsə, icazəli dеyil. Bundan qеyri hallarda еybi yoxdur.
2. Camaatın nəzərində ləhv (puç, faydasız, oynadıcı, batil), еyş-işrət və kеf məclisləri ilə münasib olan hər bir musiqi haramdır, istər xalq musiqisi olsun, istərsə də qеyrisi. Əgər musiqi bеlə olmazsa, öz-özlüyündə haram dеyil. Mövzunun ayırd еdilməsi mükəlləfin ürfi nəzərinə həvalə еdilir. / Müctəhid: Ayətullah Xamenei


Rövzə oxunan zaman kiminsə üzünə sillə vurması, üzünü yaralaması, hətta nəticədə üzün göyərməsi icazəlidirmi?


Rövzə oxunan zaman kiminsə üzünə sillə vurması, üzünü yaralaması, hətta nəticədə üzün göyərməsi icazəlidirmi? Rövzə oxunan zaman kiminsə üzünə sillə vurması, üzünü yaralaması, hətta nəticədə üzün göyərməsi icazəlidirmi? Cavab:Bismillahir-rəhmanır-rəhim
Sinə vurmaqla zəncir vurmaqla bədən göyərdikdə bunun ciddi zərəri olmazsa, eybi yoxdur. Amma bu həddi aşdıqda, məsələn üz və bədən yaralandıqda düşmən bundan istifadə edə bilər. Baş yarmaq, od üstündən keçmək kimi əməllərin heç bir elmi əsası yoxdur. Hazırda düşmən bu məsələlərdən əhli-beyt (ə) məktəbinə qarşı istifadə edir. Amma sui-istifadəyə səbəb olmayan şəkildə zəncir vurulsa, bədən qızarsa, bədənə zərərli olmadıqda eybi yoxdur. /Müctəhid: Ayətullah Xamenei


Heyat yoldasini hicab baglamaga mecbur etmek olarmı?


Heyat yoldasini hicab baglamaga mecbur etmek olarmı? Cavab: Bismillahir-rəhmanır-rəhim. Kişi öz həyat yoldaşını hicab barədə əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət edib, pis işdən çəkindirmək) edə bilər, amma onu bu hicaba riayət etməyə məcbur edə bilməz. Lakin öz haqlarından istifadə edərək ona hicabsız çölə çıxmamağa icazə verməyə bilər. Çünki qadının haqqı yoxdur ki, kişinin icazəsi olmadan evdən çölə çıxsın. Kişi onun evdən çölə çıxmasına (hətta hicabla da olsa) mane ola bilər. Deməli, onunla belə şərt edə bilər ki, əgər hicaba riayət etsə, çölə getməyə icazəsi vardır. / Müctəhid: Ayətullah Sistani


Uşaq sahibi olmaq üçün qadına süni mayalanma etmək olarmı?


Uşaq sahibi olmaq üçün qadına süni mayalanma etmək olarmı? Qadının öz ərinin mənisi ilə mayalandırılması icazəlidir. Əlbəttə əgər bu iş baxışı haram olan yerlərə baxmağı, ləms etməyin haram olduğu yerlərinə ləms etməyi lazım tutursa, bu işin yerinə yetirilməsi ərindən başqasına icazəli deyildir. Amma zərurət halı istisna olunur, məsələn (təbii yolla) uşaq sahibi olmaq onun üçün çox çətin olsa, hətta başqalarının danlanması cəhətindən olsa və hamilə olmağı üçün də bundan başqa yol olmasa bu cür mayalandırılmadan dünyaya gələn övlad da heç bir fərqi olmadan onların sair övladları kimidir.
Qadını, ərindən başqasının mənisi ilə mayalandırmaq icazəli deyildir, istər ərli olsun istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə /Müctəhid. Ayətullah Sistani.


Başı məsh edərkən əl üzə dəyərsə, dəstəmaz və qılınan namaz batildirmi?


Başı məsh edərkən əl üzə dəyərsə, dəstəmaz və qılınan namaz batildirmi? Mən dəstamaz alanda uzumu əlimi yudum başima mesh cəkəndə bilmədən əlimin ici alnima dəydi işgali yoxduki? Əgər işkallıdırsa mən həmin dəstəmazla qıldığım namazı təzədən qılmalıyammı?
Cavab:Bismillahir-rəhmanır-rəhim Ayaqlara, əlin içində qalan dəstəmaz suyu ilə məsh çəkilməlidir. Buna əsasən, ayağın məshində ehtiyac duyulan yaşlıq, üzdə olan yaşlıqla qarışmasın deyə, başa məsh çəkilən vaxt əl, alının yuxarısına və üzün rütubətinə dəyməməlidir. Deməli, əgər üzün yaşlığına toxunmayan hissə ilə ayağa məsh çəkilibsə, dəstəmaz və qılınan namaz səhihdir. Həmçinin, əgər ona yəqinliyi olmazsa, dəstəmaz və namazın səhihliyinə heç bir xələl gəlməz. / Müctəhid: Ayətullah Xamenei


Kenqurunun ətindən kalbasada olur, yemək olarmı?


Kenqurunun ətindən kalbasada olur, yemək olarmı? Son zamanlar olkemize terkibinde kenquru eti olan kolbasalar getirilir ve bu askar olaraq kolbasanin uzerinde yazilmisdir. biz de kenquru etinin yeyilmesini halal olub olmamasini bilmirik. ona gore de sizden xahis edirik ki, kenqurunun etinin halal olub olmamasi barede butun muctehidlerin fetvasini yazin. onceden tesekkur edirik
Bismillahir-rəhmanır-rəhim. Kenqurunun ətinin halal, yaxud haram olması barədə təqlid mərcələrinin fətvaları aşağıdakı kimidir:
-Ayətullah əl-üzma Xamenei: Kenquru ətinin yeyilməsi icazəli deyil.
-Ayətullah əl-üzma Sistani: Vacib ehtiyata görə icazəli deyil.
-Ayətullah əl-üzma Həmədani: Kenquru, əti haram olan heyvanlardandır.
-Ayətullah əl-üzma Safi: Kenquru ətinin yeyilməsi haramdır.
-Ayətullah əl-üzma Məkarim: Kenquru, əti halal olan heyvanlardandır. Əgər şəri qaydalarla zibh olunsa, onu yeməyin eybi yoxdur.


Yatmaq üçün uzandığın halda Quran tilavət etmək olarmı?


Yatmaq üçün uzandığın halda Quran tilavət etmək olarmı? Quran tilavət etmək hər bir halda bəyənilmiş əməldir –istər yol gedən halda, istər yatanda, istər oturanda, istər ayaq üstə. Bu barədə rəvayətlərimiz mövcuddur. Hətta, yatmağın ədəblərinə aid rəvayətdən belə görünür ki, yatmaq istəyəndə, təharətli olub, günahlarından tövbə etməlisən, yatan vaxtı gecə namazını qılmaq üçün yerindən qalxmagı niyyət edirsən. Çünki, gecə namazı dünya və axirətdə möminin fəxri və zinətidir. Yatanda, Qulhuvəllahu əhəd, Əlhakumut-təkasur və Ayətəl-kursini oxuyasan. Habelə, “Kəhf” surəsinin axrıncı ayəsini oxuyasan.
Ayətullah əl-üzma Xamenei həzrətləri bu sualın cavabında buyurur: Quranın hörmətini saxlamaq lazımdır və Quran tilavət etməyin ədəb və qaydaları haqqında deyiblər ki, təhatətli olmaq, üzü qibləyə olmaq, ədəb və aramlıqla, onun mənasında təfəkkür etməklə yanaşı olsun. Əlbəttə, yatmaq vaxtı (uzanılı halda) əzbərdən Quran oxmağın iradı yoxdur...


Hansı yerlərdə danışmaq bəyənilmir?


Hansı yerlərdə danışmaq bəyənilmir? Rəsuli-əkrəm (s) buyurub: Yeddi yerdə danışmaq məkruhdur:
1. Dəfn mərasimində (cənazəni müşayiət edərkən).
2. Qəbristanlıqda.
3. Xəstənin başı üstündə.
4. Elm məclisində.
5. Məsciddə.
6. Cinsi yaxınlıq edən zaman.
7. Bəla və müsibət üz verən zaman (çünki bəla və müsibətin müddəti gərək ibrət almağa sərf olunsun).


Əgər izdivacdan sonra kişi zövcəsinin mehriyyəsini verməyibsə, ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı?


Əgər izdivacdan sonra kişi zövcəsinin mehriyyəsini verməyibsə, ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı? Cavab: Bismillahir-rəhmanır-rəhim.
Əgər ər həyatda olarkən mehriyyəni ödəməyibsə, qadın da mehriyyəsindən keçməyibsə, ər öldükdən sonra varisləri əvvəl onun borclarını, o cümlədən arvadının mehriyyəsi ödənilməlidir. Bundan sonra qalan irsi bölə bölməlidirlər.


İnsan surətində görünməyən 8 dəstə kimlərdir?


İnsan surətində görünməyən 8 dəstə kimlərdir? Belə kəslər barədə Allah-təala buyurur: “Onlar heyvan kimidirlər, bəlkə ondan da aşağıdırlar”. (“Əraf” surəsi, ayə 179.)
Bir nəfər həzrət İmam Sadiqə (ə) dedi: Siz bütün insanları adam surətində görürsünüzmü? Həzrət (ə) cavab buyurdu: Səkkiz dəstə insanı kənara at. Həmin kəslər bunlardır:
1. Dişlərini yumayan.
2. Dar yerdə bardaş qurub oturan.
3. Lazımsız və heç bir faydası olmayan işlərə girişən.
4. Heç bir məlumatı olmadan mübahisə edən.
5. Heç bir ağrısı olmayıb nalə edən.
6. Heç bir bəla üz verməmiş pərişan olan...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter