İmam Sadiqin (ə) öz qohumlarına son vəsiyyəti nə oldu?
Əbu Bəsir deyir: Mən Ummu Həmidənin yanına gedib Cəfər Sadiqin (ə) dünyadan getməsini ona baş sağlığı verdim. O ağladı, mən də onun ağlamğına baxıb ağladım. Sonra dedi: Ey Əba Məhəmməd, əgər İmam (ə) can verərkən görsəydin, qəribə şeylər hiss edərdin. O, son anlarda gözlərinin açıb buyurdu: Mənimlə qohum olan bütün şəxsləri bir yerə yığın. Hamı bir yerə toplandıqdan sonra Həzrət onlara baxıb buyurdu: \"Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz\".
Görәsәn insаn hәyаtı nеçә mәrhәlәdәn ibаrәtdir?
Qurаni-kәrimin аyәlәrinә әsаsәn insаn hәyаtı üç mәrhәlәdәn ibаrәtdir: dünyа hәyаtı, bәrzәх hәyаtı, qiyаmәt hәyаtı. Bir qrup аlim Qurаni-kәrimin bәzi аyәlәrini әsаs götürәrәk bеlә düşünürlәr ki, bәrzәх hәyаtı dünyа hәyаtının аrdıncа qiyаmәtәdәk dаvаm еdәsidir. Uyğun fikirә dәlil оlаrаq “nеçә il yеrdә dаyаndınız” аyәsi göstәrilir. (“Muminun”, 112.) Qiyаmәt günü bu suаl birbаşa bәrzәхdәn qiyаmәtә аdlаyаnlаrа ünvаnlаnаcаq. Qurаni-kәrimin bаşqа bir аyәsinә әsаsәn insаn hәyаtı üç mәrhәlәdәn ibаrәtdir. Şәrif аyәyә әsаsәn Аllаh-tәаlа insаnı birinci dünyа hәyаtındа öldürdü, sоnrа оnu bәrzәх hәyаtınа аpаrdı vә nәhаyәt, qiyаmәtdә оnu hәmnövlәri ilә bir yеrә tоplаdı. İmаm Rizаdаn (ә) nәql оlunmuş bir rәvаyәtdә dеyilir ki, bәşәr hәyаtı üç mühüm günlә mәrhәlәlәrә аyrılır: insаnın dоğulub dünyа hәyаtınа аddım аtdığı gün; dünyаdаn gеtdiyi gün; mәhşәrdә dirildiyi gün...
Hz. Zəhra (ə) qiyamət günü Allahdan nəyi istəyəcək?
Dəyərli bir rəvayətdə nəql olunur ki, İslam Peyğəmbəri (s) buyurdu: “Qiyamətdə Allah-təala tərəfindən xanım Fatiməyə (s.ə.) xitab olunur: “Ey Fatimə! Məndən istə, sənə əta edim, məndən istə səni razı salım.” Xanım Fatimə (s.ə) deyər: “Səndən istəyim budur ki, mənim və ailəmin dostlarını əzab oduna salmayasan.” Allah-təala buyurar: “Ey Fatimə! And olsun izzət və cəlalıma, mən göylərin və yerin yaranışından iki min il qabaq and içmişəm ki, sənin və ailənin dostlarına əzab odunu daddırmayım.” (“Təvilul-ayatul-zahirə”, 484; “Biharul-ənvar”, 28-139, bab 4, hədis144)
Kim Allahı sevindirə bilər?
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs mömini sevindirərsə, məni sevindirmişdir, hər kim məni sevindirər, Allahı sevindirmiş olar”.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah mömini qəbirdən çıxardar, misali bədən də onunla bir yerdə qəbirdən çıxar. O zaman ki, mömin Qiyamətin dəhşətli səhnələrini görər, həmin misal ona deyər: “Qorxma, sənə Allah tərəfindən müjdə vardır ki, seviniləsi və kəramətlidir”. Mömin ona deyər: “Allah sənə rəhmət etsin. Necə gözəl yoldaşsan, qəbirdən mənimlə bir yerdə çıxdın və daima Allah tərəfindən olan kəraməti mənə müjdə verirsən. Sən kimsən?”. Həmin misal deyər: “Mən həmin o sevincəm ki, mömin qardaşına etmişdin, Allah məni (həmin sevincdən) yaratmışdır ki, sənə müjdə verim””...
Xoşbəxt ailəyə sahib olmağın sadə 10 yollar hansılardır?
Xoşbəxt ailəyə sahib olmaq üçün sadə yollardır bunlar:
1. Hisslərini bəyan edin, Siz həyat yolaşınızı sevirsiniz və o, da bilir. Lakin bu o demək deyildir ki, onu eşitməyə ehtiyacı yoxdur.
2. Məsuliyyətli olmaq. Məsuliyyət olmazsa, ailə dağılar. Müştərək həyat məsuliyyət hissi ilə başlayar, onunla da davam edər.
3. Ona dəyər verdiyinizi hiss etdirmək. O zaman ki, onunla iftixar edirsiniz, bunu ona hiss etdirin. Etdiyi işin nə qədər əhəmiyyətli olduğunu vurğulayın.
4. Hörmətlə danışın və rəftar edin. O kəslər ki, bir-birinə hörmət etmirlər, daha çox düşmən olarlar, nəinki həyat yoldaşı.
5. Həyat yolaşınıza diqqət edin. O zaman ki, siz bir iş görürsünüz və başqası sizə diqqət edir, siz daha yaxşı hisslər keçirirsiniz.
6. Təşəkkür edin. Əgər həyat yoldaşınız sizdən razıdırsa və bunu söz və ya əməllə bəyan edirsə, o zaman qarşı tərəf də razı qalar...
Namaza etinasız olan şəxsi məsumlar hansı əzablarla qorxudurlar?
Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq!
Namaza qiymət vermək Allaha iman nişanəsidir. Namaza etinasızlıq isə mənəviyyata məhəbbətin zəif olması dəlilidir. Həzrət Əli (ə) buyurur: “Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.” (“Bihar”, 84-cü cild, səh.242.) “Namaza yüngül yanaşanlar uşaq salmış qadın kimidir. Onları nə hamilə, nə də ana adlandırmaq olur.” “Namaza yüngül yanaşanlar, onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.” (“Vəsail”, 3-cü cild, səh.19.)
İslam Peyğəmbəri (s) buyurdu: “Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxslərə...” Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyiri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.” “Namaza yüngül yanaşan şəxs mənim ümmətimdən deyil.” (“Vəsail”, 3/15.)
Sirat körpüsü və cəhənnəmin əzabından amanda qalacaq insanlar kimlərdir?
Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir, o həzrət buyurdu: Allah qiyamət günü mənim ümmətimdən bir dəstəyə qanad verər. Onlar həmin qanadlarla qəbirlərindən cənnətə doğru uçarlar və ürəkləri istəyən cənnət nemətlərindən faydalanarlar. Mələklər onlardan soruşar: Siz hesab-kitab üçün saxlandınızmı? Onlar deyər: Bizdən hesab sormadılar. Mələklər yenə soruşar: Sirat körpüsündə cəzalandınızmı? Deyərlər: Biz sirat görmədik. Soruşarlar: Cəhənnəmi gördünüzmü? Deyərlər: Biz cəhənnəm görmədik. Mələklər yenə soruşar: Kimin ümmətindənsiniz? Deyərlər: Məhəmmədin (s) ümmətindənik. Mələklər onlara and verib soruşarlar ki, siz dünyada nə iş görmüsünüz, ürəyinizdə nə olub ki, bu cür şərəfə layiq görülmüşsünüz? Deyərlər: Bizim iki xislətimiz olub. Allah bu iki xislətə görə, Öz fəzli və rəhməti ilə bizi bu dərəcəyə çatdırıb: 1. Xəlvətdə olduğumuzda Allahdan utanıb günah iş tutmamışıq. 2. Allahın bizə nəsib etdiyi şeyə razı olmuşuq.
Borc alıb qurban kəsmək olarmı?
“Yaxşı olardı ki, qurban əti daha çox fəqirlərə paylanılsın. Lakin bəzi vaxtlar qurban kəsilərkən ət verilən şəxslərin maddi imkanları nəzər alınmır ki, doğrudan da onların maddi imkanları aşağıdır yoxsa yox. Əksəriyyəti elə paylayaraq tez başından eləmək istəyir. Yaxşı olardı ki, maddi cəhətdən özlərini zəhmətə salanlar, bir qədər də zəhmət çəkib öz yaşadığı məntəqəni gəzsinlər daha ehtiyaclı insanları tapsınlar.”
Borc alıb qurban kəsmək məsələsinə də aydınlıq gətirən ilahiyyatçı alim bildirdi ki, belə bir iş görmək istəyən şəxs borcunun qaytara biləcəyi ilə bağlı əmin olsa və onun borca girməsi ilə əlaqədar özü və ailəsi zəhmətə düşməyəcəksə borc alıb qurban kəsə bilər: “Deyilənləri nəzərə alaraq əlində pul olmadığı üçün savab əməldən geridə qalmaq istəməyən şəxs, borc edib qurban kəsə bilər.”...
Hansı dörd nəfərin duası müstəcab olmaz?
İmam Sadiq (ə) buyurub: Dörd nəfərin duası müstəcab olmaz:
1. Evdə oturub Allahdan ruzi istəyən kişinin. O, dua edərkən belə cavab gələr: “Məgər Mən kəsb etməkdən ötrü çalışmaq göstərişi verməmişəm?!”
2. Öz arvadına nifrin edən kişinin. Ona da cavab verilər ki, talaqın ixtiyarı sənin əlində deyilmi?! (Bu o hala aiddir ki, onunla yaşamaq istəmir, talaq vermək əvəzinə ona nifrin edir.)
3. Öz mal-dövlətini aradan aparıb, sonra Allahdan ona ruzi verməsini istəyən kişinin. Onun da cavabında belə deyilər: “Məgər Mən sənə israfa yol verməməyini və malını islah etməyi bildirməmişdimmi?!”
4. Öz malını heç bir şahid olmadan borc verib şahidinin də onu inkar edənin. Ona da cavab verilər ki, məgər Mən şahid tutmaq göstərişi vermədimmi?!
İsmayıl qurbanında nə heyvani kəsilməlidi?
İsmayıl qurbanında nə heyvani kəsilməlidi? Birdə ki ismayıl qurbanında kəsilmiş heyvanın pulnan satılması nə dərəcədə doğrudur? Və bunun şəryətlə bir əlaqəsi varmi bu qurbanlıq saylirmı? Xaiş edirəm bu haxda ətraflı məlumat yazın.
Cavab: Bismillahir-rəhmanır-rəhim. Qurban bayramı günü həcdə olanların qurbanlıq kəsmələri vacibdir və həcdə olmayanlar üçün qurbanlıq kəsmələri vacib deyil və bu onlar üçün müstəhəb bir əməldir. Yaxşı olar ki, qurbanlıq kəsərək onu fəqirlər arasında paylasınlar. Kəsilmiş qurbanı satmaq icazəli deyil, onu fəqirlər arasında paylamalıdılar.Qurbanlıq heyvan dəvə, inək, qoyun və keçi ola bilər./ Müctəhid: Ayətullah Xamenei