Ən çətin anlarda belə müşriklərə nifrin etməyən peyğəmbərin (s) hədəfini necə başa düşmək olar?


Ən çətin anlarda belə müşriklərə nifrin etməyən peyğəmbərin (s) hədəfini necə başa düşmək olar?Uhud döyüşü haqqında məlumatımız vardır. Bu döyüş peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra müşriklərlə baş vermiş ikinci döyüşdür. Bu döyüş sayca çox az olan müsəlmanların məğlubiyyəti ilə bitir. Hz. Həmzə şəhid olur, Peyğəmbər (s) və Hz. Əli (ə) yaralanırlar. Bir gənc Peyğəmbərə (s) yaxınlaşıb deyir : “Ya Rəsuləllah (s) nə üçün nifrin etmirsən? Bunlara nifrin eylə!”. Peyğəmbər (s) səbrlə əlini qaldırıb dedi: İlahi qövmümü hidayət eylə! Onlar nə etdiklərini bilmirlər.” Qeyd etiyimiz Quran ayəsi (Ənbiya/107) və bu kimi hədislər Peyğəmbərin (s) böyük ruhiyyəsindən, mərhəmət dolu qəlbindən xəbər verir. Təbii ki, Peyğəmbər (s) nifrin etsə nifrin olunmuşlar böyük bəlalara düçar olar, məhv olardılar. Necəki Quran buna “Mübəhilə” ayəsində diqqət çəkir (Ali-İmran-61). Amma Allah Rəsulu (s) heç bir yerdə keç kimə nifrin etmir.


Nəcasətə bulaşmış paltarı yumadan günün qabağında saxlayıb qurutmaqla pak olarmı?


Nəcasətə bulaşmış paltarı yumadan günün qabağında saxlayıb qurutmaqla pak olarmı?Cavab: Nəcasəti pak edən vasitələrdən biri həqiqətən Günəşdir. Amma bu, bəzi şərtlər daxilində baş verməlidir. Günəş şüası hər şeyi pak etməz. Risalələrdə bunun şərtləri ətraflı izah edilib. Qısaca bunu qeyd edək ki, divar, yer səthi kimi iri və hərəkətsiz obyektlər Günəş şüası ilə nəcasətdən pak ola bilər. Hətta bunun da bəzi incə şərtləri vardır ki, əgər o şərtlər həyata keçməsə, divar və yer səthi pak sayılmaz. Paltar, qab və sairə bu kimi kiçik, hərəkət etdirilə bilən əşyaları Günəş şüası ilə pak etmək olmaz. Paltar su ilə təmiz yuyulandan sonra iki dəfə suya çəkilməklə və hər dəfə sıxılıb suyu alınmaqla pak olar.


Bir insan özü üçün sağlığında kəfən alıb qoyursa, bunun günahı varmı?


Bir insan özü üçün sağlığında kəfən alıb qoyursa, bunun günahı varmı?Cavab: Dinimizdə çox təkid edilən əməllərdən biri də ölümü tez-tez yad etməkdir. Buna görə dəfn mərasimlərinə qatılmaq, məzarları tez-tez ziyarət etmək müstəhəb sayılır. Ölümü xatırlamaq insanın məsuliyyətini artırır, onu günahdan uzaqlaşdırır. İnsanın sağlığında özü üçün kəfən alıb hazır qoyması nəinki günah deyil, hətta müstəhəbdir. Bu kəfəni halal qazancdan almaq lazımdır. Öz qəbrini sağlığında qazdırmağa gəlincə, bunun da heç bir qəbahəti yoxdur. İslam tarixində bir çox övliyalar öz qəbirlərini qazdırmış, hətta gündə bir neçə dəqiqə həmin qəbrin içində uzanaraq Quran oxumuş, ölümü göz önünə gətirmişlər. Bu cür əməlləri “düşər-düşməzi olar” deyə rədd etməyin heç bir əsası yoxdur.


Qadın heyvanın başını kəsə bilərmi? Qadının kəsdiyi heyvanı yemək olarmı?


Qadın heyvanın başını kəsə bilərmi? Qadının kəsdiyi heyvanı yemək olarmı?Cavab: Dinimizdə heyvanı və ya ev quşunu kəsən şəxsin cinsi barədə qəti hökm yoxdur. Yəni heyvanı kəsən şəxsin mütləq kişi olması şərt deyil. Onun müsəlman olması, yetkinlik yaşına çatması və heyvanı kəsmək qaydalarını bilməsi, buna riayət etməsi kifayətdir. Bu şərtlər daxilində qadının da kəsdiyi heyvanın ətini yemək olar. Lakin bütün hökmlərdə olduğu kimi, burada da nüanslar var. İslam dini qadına zərif, qayğıya ehtiyaclı varlıq kimi baxır. Hətta qadının cihadda iştirak etməsi də tələb olunmur. Çünki qadın qan-qadadan uzaq, sakit həyata alışmış varlıqdır...


Sual: Xalq içində belə bir fikir var ki, namaz qılan adamı valideyni çağırsa, namazı kəsib cavab verməlidir. Bu fikir düzündürmü?


Sual: Xalq içində belə bir fikir var ki, namaz qılan adamı valideyni çağırsa, namazı kəsib cavab verməlidir. Bu fikir düzündürmü?Cavab: Dini mətnlərimizdə bununla bağlı Peyğəmbərdən (s) və İmam Kazimdən (ə) iki hədisə rast gəlmişik. Hədislərin birində buyurulur ki, əgər namaz qılan adamı atası çağırsa, təsbih desin (Allahı zikr edib, “sübhanalah” söyləsin), anası çağırsa, cavab versin. Bu hədisdə namazın növü haqqında bir söz deyilməsə də, ikinci hədisdə buyurulur ki, müstəhəb namaz qılan adamı atası çağırsa, namazı kəsə bilməz, amma anası çağırsa, gərək namazı kəsib cavab versin. Müctəhidlərimizin bu mövzu barədə hökmü budur ki, vacib namazı qılan adam heç kimin çağırışı ilə namazı kəsə bilməz...


Sual: Dərman və ya parfümeriya satışı ilə məşğul olan şirkətlərdə kənar adamı şirkətə cəlb etmək üçün mükafat verilir. Bu halaldırmı?


Cavab: Hər hansı halal məmulatın satışı sahəsində işləmək qadağan deyil. Bu gün halal məmulatların satışı ilə məşğul olan şirkətlərdə işə düzəlmək və satışdan faiz qazanmaq da icazəlidir; bir şərtlə ki, satış zamanı alıcı aldadılmasın, ona ziyanlı, xarab məhsul satılmasın. Bəzən şirkət öz üzvünə təklif edir ki, əgər başqa bir adamı da şirkətə işə cəlb etsə, ona mükafat verəcək. Yalan və fırıldaqçılıq olmamaq şərti ilə başqasını şirkətə işə cəlb etmək və bunun əvəzində pul yaxud mal formasında birdəfəlik mükafat almaq, yaxud hər hansı üstünlük qazanmaq günah deyil.


Mələklər haradan bilirdilər ki, insan qan tökən varlıqdır?


Bu sualın cavabını vermək üçün üç ehtimal mövcuddur:
1. Birinci ehtimala görə, Allah Təala insanı xəlq etməzdən əvvəl mələklərə onun haqqında qısa də olsa məlumat vermişdi.
2. Bəzilərinin nəzərinə görə, mələklər bu mətləbi “fil-ərz” sözündən başa düşmüşdülər. Belə ki, insanın torpaqdan yaradıldığını bilirdilər və maddə tərkib baxımından məhdud olduğu üçün dava və fəsad mərkəzi olur.
3. Üçüncü ehtimal belədir ki, mələklərin uzaqgörənliyi ona görə idi ki, Adəm (ə) yer üzərində olan ilk insan olmamışdır...


Alverdə and içməyin hansı təsirləri vardır? İmam Əli (ə)


İmam Baqir (ə) buyurub: “Yer üzünün ən pis yerləri bazarlardır. Şeytan öz övladlarına deyər: “Sizin atanız (iblis) hələ sağ olduğu bir halda atası (Həzrəti Adəm) ölmüş kişini aldatmağı sizə tövsiyyə edirəm.” İblis bazara girən birinci şəxslə daxil olar və bazarı tərk edən axırıncı şəxs ilə oradan çıxar.” İmam Əlinin(ə) bazar əhlinə nəsihəti Əbu Səid nəql edir: “Hz Əli (ə) bazara daxil olub buyurardı: “Ey bazar əhli! Allahdan qorxun və and içməkdən çəkinin. Çünki and içmək alveri canlandırar, amma bərəkəti aparar. Həqiqətən, qazanc əldə edən və tacir öz ticarətində haqqa riayət etməyincə günahkardır. Vəssəlam!” Sonra gedər və bir neçə gündən sonra yenidən gəlib belə sözlər buyurardı.”


Hansı üç məsələyə diqqət etməklə sonrakı narahatçılıqdan amanda qalmaq olar?


Bu 3 şeyə riayət edən, peşman olmaz
İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kimdə olarsa, peşman olmaz:
1. Tələsməkdən çəkinmək.
2. İşlərində məsləhət etmək.
3. Bir işi görmək üçün qərar verən zaman Allaha təvəkkül etmək”.


Halal Ruzini çoxaltmaq üçün hansı məsələyə diqqət yetirmək lazımdır?


İmam Əli (ə): “Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin” Həzrət Məhəmməd (s) buyurub: “Çox sədəqə verin ki, ruziniz artsın.” İmam Əli (ə) buyurub: “Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.”
İmam Əli (ə) yenə buyurub: “Kasıb vaxtınızda sədəqə (malı) ilə Allahla sövdələşin (ticarət edin).”
İmam Sadiq (ə) yenə buyurub: “Sədəqə vermək borcu ödəyər və bərəkət gətirər.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter