Qeybətin kəffarəsi nədir?


Hz Peyğəmbər (s) buyurur: “Qeybətin kəffarəsi budur ki, qeybət etdiyin şəxs üçün bağışlanma istəyəsən”.
Yenə də Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, qeybətin kəffarəsi nədir? Həzrət (s) buyurur: “Qeybət etdiyin kəsi nə zaman yada salsan, Allahdan bağışlanma istəyəsən”. Möminin abrını qorumağın mükafatı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminin abrını qoruyar, şübhəsiz ki, behişt ona vacib olar”. Qulağına hakim ol! Qeybətə, yalan, böhtana, digər iyrəncliklərə qulaq asma...


Quranda ən çox ziyan görən kəslər kimi kimlər göstərilib?


“(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?». Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı görmələrini sanan kəslərdir”. (“Kəhf” 103-104).
Bu ayə ilə bağlı İmam Baqir (ə) buyurur: “Xaçpərəstlər, keşişlər, rahiblər, şübhə əhli, nəfsani istəklərinin ardınca gedən müsəlmanlar, xəvaric və hər kim bidət icad edər – bu ayənin nümunələrindən olar”...


Qadınla malına görə, zahirinə görə evlənənin aqibəti nədir?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınla malına görə evlənərsə, Allah onu (qadının) malı ilə özbaşına buraxar.
Hər kim onunla camal və gözəlliyinə görə evlənərsə, onda xoşuna gəlməyən şeyləri görər. Hər kim onunla dininə görə evlənərsə, Allah bütün bu faydaları (mal, gözəllik) onun üçün cəm edər”. Öz xanımına bax. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, gözünüz bir qadına dəydi və heyrətə gəldiniz, öz xanımınızın yanına gedin ki, onda da o qadında gördüyünüz şey mövcuddur”...


Həzrət Zəhranın (ə) mübarək məzarının yeri ilə bağlı 3 nəzər hansılardır?


Hz Zəhra (ə.s) gizli dəfn olunduğuna görə tarix baxımında qəbrinin bilinməsi haqda fərqli düşüncələr vardır ki, 3 baxışda cəmləşdirmək olar:
1. Bəzilərinin dediyinə görə, Peyğəmbərin (s) rövzəsində dəfn olunmuşdur. Rövzə deyildikdə, Peyğəmbərin (s) evi ilə minbəri nəzərdə tutulur. Məclisi Muhəmməd ibni Həmmamdan nəql edir.
2. Məclisi ibni Babaveyhdən nəql edir: “Mənə səhih xəbər gəlib çatıbdır ki, Fatiməni öz (s.ə) evində dəfn ediblər. O zaman ki, Bəni-Üməyyə məcsidi genişləndirdi, Xanımın (s.ə) qəbri məsciddə qərar tutdu”.
3. Sahibi “Kaşəfil-ğəma”da yazır: “Məşhur xəbərə görə, Həzrət Fatiməni (s.ə) Bəqidə dəfn ediblər”.


Məqsədə çatmaq üçün yalan danışmaq olarmı?


Qurani-Kərim Hz Peyğəmbərə (s) əmr verir: “(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. Əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır”. Nəhl/125. Bu ayə buyurur ki, insanları hidayət etmək və doğru yola dəvət etmək üçün yalandan istifadə etməyə və digər bu kimi işlərə icazə verilmir. Bu, o deməkdir ki, əgər bütün insanlar yolunu azsalar və sən də bir yalanla onları hidayət edə bilsən, hətta onda da belə, bu işi görmə. Hz Əli (ə) buyurur: “Mənə tövsiyə edirsiniz ki, qələbə çalmağım üçün hökumət etdiyim insanların haqqında zülm edəm. Allaha and olsun ki, o zamana qədər ki, canım bədənimdədir, gecə və gündüz bərqərardır, səmanın ulduzları bir-birinin ardınca doğur və batır – heç bir zaman bu işi görməyəcəyəm”...


Kişi hansı halda qadına meyit qüslu verə bilər?


... Elə isə kişinin qadına, qadının kişiyə meyit qüslu verməsi icazəlidirmi?
Cavab: 1- Kişinin qadına, qadının kişiyə meyit qüslu verməsi icazəli deyil, qüsul batildir.
2- Yalnız ər öz arvadına, arvad öz ərinə meyit qüslu verə bilər. Lakin ehtiyat müstəhəb budur ki, meyitlə eyni cinsdən olan varsa bu tərk olunsun.
3- Yalnız 3 yaşından aşağı qızlara kişi, yaxud 3 yaşdan aşağı oğlana qadın qüsul verə bilər.
Qeyd: Yalnız zəruri hallarda, eyni cinsin nümayəndəsi tapılmadıqda əks cinsdən olan birisi meyitə qüsl verə bilər. Bu şərtlə ki, parçanın üstündən və əlinə əlcək geyməklə olsun.


Allah yanında mükafatı gizli olan hansı əməldir?


Səcdə surəsi 17- ci ayə “Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”
Digər ayələrdən fərqli olaraq bu ayədə Allah Təala buyurur ki, hətta möminlər etdikləri əməl qarşılığında onları nələr gözlədiyini belə bilmirlər (xəyal etməzlər). Bir nəfər İmam Sadiqdən (ə) soruşur: Hansı əməldir ki, onun mükafatını Allahdan başqa heç kim bilməz?
İmam (ə) buyurdu: “Quranda hər yaxşılığın qarşılığı bəyan edilmişdir. Yalnız gəcə namazından başqa. Bu gecə namazıdır ki, onun əvəzini Allahdan başqası bilməz.” Sonra İmam (ə) bu ayəni tilavət etdi:


Dəyərli ustad Əllamə Təbətəbaidən həyati əhəmiyyətli tövsiyə nə haqdadır?


Bir gün bir nəfər ustada yaxınlaşıb deyir: Ustad! Mən səbirsiz və tələskən biriyəm. Mənə elə bir nəsihət edin ki, bütün maarif və bilikləri əhatə eləsin. Ustad şirin təbəssüm edib buyurur: “Hamı ilə mehriban ol! Çünki Quran bütünlüklə Bismilləhir-Rəhmanir-Rəhimdən ibarətdir. Allahın bütün məxluqi ilə Rəhman, möminlərlə isə Rəhim ol!” Qeyd: Bismilləhir-Rəhmanir-Rəhimin təfsirində və tərcüməsində təfsirçilər qeyd edir ki, Rəhman dünyada dinindən, əqidəsindən, düşüncəsindən aslı olmayaraq hər kəsə rəhm edən mənasındadır. Rəhim isə tərcümədə axirətdə yalnız möminə rəhm edən Allah mənasındadır. Ustad bu dəyərli kəlməsi ilə həm ayəni təfsir edir, həm Quranın hədəfini açıqlayır, həm də insanlığın nicat yolunu bəyan edir.


İxtilafların və ikitirəliyin kökü nədədir? - Həzrət Fatimeyi-Zəhradan (s) hədis


“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi ki, insanlar arasındakı ixtilafları ayırd etmək üçün. O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi… (Bəqərə-213) Həmçinin rəvayət edilmiş bir hədisdə Hz Fatimə (s.ə) Quranın bu mətləbini təsdiq edir, bütün insani ixtilafların səbəbini tək bir şeydə görür: Allahdan qorxmamaqda! Xanım (s.ə) əmisi Hz. Həmzənin (r) məzarı başında ona (s.ə) sual verən bir şəxsə belə cavab verir: “And olsun Allaha əgər insanlar haqqı öz əhlinə qaytarsaydılar və öz peyğəmbərlərinin (s) Əhli-Beytinə tabe olsaydılar, Allah və din barəsində bir nəfər belə digəri ilə ixtilafda olmazdı. Hətta Hüseynin (ə) doqquzuncu övladı Qaimin (ə.f) zühuruna qədər belə” (Kifayətul-əsər 199)


“Vəhşi heyvanların cəm ediləcəyi zaman” – heyvanlar da qiyamətə gətiriləcəkmi?


“Vəhşi heyvanların cəm ediləcəyi zaman” – (Təkvir 5). Demək olar ki, təsfir alimlərinin heyvanların qiyamətdə cəm olması barədə yekdil rəyləri müsbətdir. Lakin bir sual ortaya çıxır. Əməllərinə məsul olmaq üçün heyvanların ağılı varmı?
Əllamə Hüseyn Təbətəbai bu barədə belə qeyd edir: “Mütəal Allah (insanlar üçün) zülm və yaxşı əməl müqabilində olan intiqam və rəhməti ayələrdə çox vəsf edib. Bu iki sifət (zülüm və xeyir) heyvanlarda da mövcuddur. Yəni heyvanların da bir-birinə yaxşılıq etməsini və sitəm (zülm) etməsini müşahidə edirik. Bu səbəbdən (zülüm varsa hesab da var) heyvanlar da məhşərə gətiriləcək. Lakin Allah Təala heyvanların cəza və mükafatı barədə bəyan, açıqlama verməyib.” (Təfsir-əl-Mizan. 7/76)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter