İMAN NƏ VAXT NİCATVERİCİDİR?


İnsan son nəfəsədək imanını qoruya bilsə nicatverici qüvvəyə malik olan iman onu xilas edə bilər!
Maraqlıdır ki, iman necə əldə olunur? Bəziləri belə hesab edirlər ki, iman yalnız inanmaqdan ibarətdir. Guya Allaha inanan insan bütün günahlara batsa belə, behiştə gedəsidir. Bu fikirdə olanlar Mürciə adı ilə məşhurdur. Xəvaric adlanan digər bir qrup isə bu fikirdədir ki, böyük günaha yol verən mömin kafir olur. Əli (ə) məşhur həkəmiyyət məsələsini qəbul etdiyi üçün xəvaric o Həzrəti (ə) və onun tərəfdarlarının qətli barədə hökm çıxarmışdılar. Amma Əhli-beyt İmamlarının nəzərincə bu baxışların heç biri düzgün deyil. Yəni insan nə təkcə qəlbindəki imanla behiştə gedə bilər, nə də bir böyük günaha yol verməklə imandan xaric olar. Bəli, ömrünün son nəfəsinədək imanını qorumuş şəxs qiyamət səhnəsində günahlarının cəzasını aldıqdan sonra şəfaətə nail olarsa behiştə gedə bilər...


Qədiri Xumda çölündə İmam Əlinin (ə) xilfatini inkar edənə nə oldu?!


Əllamə Kalbisi adlı alim \"Ğərirul-Quran\" təfsirinə əsasən belə nəql edir: \"Peyğəmbər (s) Qədir-Xum günü İmam Əlinin (ə) haqqını (vilayət və İmamət) çatdırdıqdan
sonra Cabir ibni Nəzər adlı birisi Peyğəmbərin (s) yanına gələrək belə dedi: \"Ya Muhəmməd! Allahın birliyini və sənin də onun Rəsulu olmağını, namaz qılmağı, oruc tutmağı, həccə getməyi, zəkat verməyi bizə əmr etdin və biz də qəbul etdik. Bütün bunlardan razı deyilmisən ki, əmin oğlun Əlini bizdən (Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır deyərək) üstün tutursan? Bu əmr sənin özündəndirmi, yoxsa Allahdandırmı? Peyğəmbər (s) buyurdu: \"And olsun ki, Allahdandır.\" Cabir (narazı halda) gedərək belə dedi: \"İlahi! Əgər Muhəmməd düz deyirsə göydən başımıza daş yağdır, ya da bizə ağrı verici bir əzab endir.\" Cabir öz camaatına yetişmədən Uca Allah göydən bir daş endirərək onu öldürdü.


İmam Cavadın (ə) uydurulmuş 7 hədisə cavabı nə oldu?!


Yəhya ibn Əqsəm, İmam Cəvad (əs)-a belə sual etdi: “Rəvayət edildiyinə görə bir gün Cəbrail (ə.s) Peyğəmbərin (s) hüzuruna gələrək belə buyurur: “Ey Muhəmməd! Allah sənə salam göndərir və belə buyurur: “Mən Əbu Bəkrdən razıyam, görəsən o da məndən razıdırmı? Bu rəvayət haqqındakı görüşünüz nədir?”
İmam Cəvad (ə.s) buyurur ki: “Bu xəbəri rəvayət edən kəs, Peyğəmbərin (s) vida həccindəki bu sözünü də xatırlamaq məcburiyyətindədir: “Mənim adımdan yalan söyləyənlər olduqca çoxalmışdır, məndən sonra da çox olacaqdır. Hər kəs mənim adımdan bilərəkdən yalan söyləyərsə yeri cəhənnəm atəşi olacaqdır.” İmam Cəvad (ə.s) sözünə belə davam etdi: “(Əbu Bəkr haqqındakı) bu rəvayət Allahın kitabı ilə uyğun gəlməməkdədir. Çünki Allah (Qurani-Kərimdə) belə buyurur: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” [Qaf surəsi. 16]. Görəsən Əbu Bəkrin (Allahdan) razı olub olmadığı Allaha gizliydimi ki bunu Peyğəmbərindən soruşur?! Bu əqlən mümkünsüzdür...”



ZƏMANƏ İMAMINA ƏLİMİZ ÇATMAYANDA NƏ ETMƏLİYİK?‎


Mənsur İmam Sadiqdən (ə) soruşdu: \"Əgər heç bir İmamı görə bilməsəm və ya tabe olmaq üçün heç bir İmam olmasa, bu zaman nə edim? İmam (ə) buyurdu: \"Sevdiyini sev və düşmən kəsildiyin insanla düşmənçilik et. O zamana qədər ki, Allah İmamı sənə aşkara çıxartsın\".
Qeyd: Sevdiyini sev sözündə məqsəd Əhli-beyt və onların şiələrini sevmək nəzərdə tutulur. Düşmən kəsildiyinə düşmən ol isə Əhli-beyt düşmənlərilə və şiələrin düşmənlərilə düşmənçilik etmək nəzərdə tutulur. [Üsuli-Kafi.cild.1.səh.342]


Hz Nuhun (ə) Nuh adlanmasının səbəbi nədir?!


Bir neçə hədislə suala cavab verək: 1. İmam Sadiqdən (əleyhissəlam) belə nəql olunmuşdur: “Nuhun (əleyhissəlam) adı “Əbdül-Ğəffar” olmuşdur. O, öz halına (çoxlu ağlamış və) növhə söylədiyinə görə “Nuh” adlandırılmışdır.
2. Həmçinin İmam Sadiqin (əleyhissəlam) belə buyurduğu nəql olunmuşdur: “Nuhun adı “Əbdül-Məlik” idi. O, beş yüz il ağladığına görə “Nuh” adlandırılıb”.
3. İmam Sadiqin (əleyhissəlam) belə dediyi rəvayət olunmuşdur: “Nuhun adı “Əbdül-Əla” olmuşdur. Ona beş yüz il ağladığına görə “Nuh” deyilib”.


Dünyada axirəti xatırladan nümunələr vardırmı?!


Baharı gördükdə Qiyaməti çox yad edin! \"Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir.\" (Rum, 50).
İzah: Quran məadı inkar edənlərin onun mümkünsüzlüyü ilə bağlı ortaya atdığı şübhələri rədd etmək üçün bu dünyada məadın nümunələrini onlara xatırladır ki, həm məadın, ölümdən sonrakı həyatın mümkünlüyünə nümunə olsun, həm də bu dünyada “Rəcət”ə (qayıdışa) sübut olsun. Bu nümunələrdən bəzisi bunlardır: Bəni-İsraildən qətlə yetirilmiş birinin dirilməsi (Bəqərə, 72), Üzeyr peyğəmbərin (ə) dirilməsi (Bəqərə, 259)...


Rəcəb ayında yüz ilin oruc savabına bərabər iki rikət namaz necə qılınmalıdır?!


... Hz.Əli(ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı, Ramazan ayı isə ALLAH-taalanın ayıdır”.
Əziz islam peyğımbəri Həzrəti Məhəmməd (s) dən nəql olunur: “Hər kim mübarək Rəcəb ayının bir gecəsində iki rikət namaz qılsa və namazın iki rikətində “Həmd” surəsindən sonra yüz dəfə “İxlas” surəsini (hər rikətdə 50 dəfə) desə – Yüz il oruc savabı verilər.Bu namaza görə, ALLAH təala ona cənnətdə yüz ədəd hər biri bir peyğəmbərin kənarında olan saray əta edər.” Qeyd edək ki,bu namazın qılınma vaxtı məğrib və işa namazlarından sonradır. Mənbə: Şeyx Abbas Qummi “Məfatihul-Cinan”(“Rəcəb ayı” bölməsi)


İslam maarifində qeyd olunan İnsanın Bərzəx gözü necə olur?


Bərzəx gözü deyildikdə, bəsirət nəzərdə tutulur. Bəli, insan elə bir məqama çata bilər ki, bəsirət gözü açılsın və qeyb aləminin həqiqətlərini batini gözü ilə görə bilsin. İlahi nuru müşahidə etsin. Ancaq bərzəx gözünə malik olmaq – asan bir iş deyildir. Bunun üçün insan öz nəfsi üzərində işləməli və nəfsini islah etməlidir. Dünyaya olan məhəbbətini azaltmalı, Allaha diqqətini artırmalıdır. Hər an Allah zikri ilə məşğul olmalı və Onu yaddan çıxartmamalıdır. Bəsirət gözünə malik olmaq istəyən insan qəzəbinə hakim olmalıdır.
Qəzəb onu alovlandıran zaman, onu yatızdırmağı bacarmalı və başqalarına ziyan vurmamalıdır. Bu cür insan şəhvətini kontrol etməli və haram baxışlardan çəkinməlidir. Qulağına da nəzarət etməli və hər sözü eşitməyi sevməməlidir.


Qiyamət günü Peyğəmbərə (s) ən yaxın olanlar kimdir?!


Qiyamət günü Peyğəmbərə (s) ən yaxın olanlar kimdir? Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü sizlərin mənə ən yaxın olanı o kəsdir ki, danışığında doğruçu, əmanətdarlıqda möhkəm, əhdində vəfalı, əxlaqında gözəl, insanlara qarşı daha yaxın və xidmət edən olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Ən abid insan o kəsdir ki, insanlara qarşı başqalarından daha çox xeyirxah olar. Bütün müsəlmanlara qarşı sağlam qəlbli və səfalı olar”.
Ona görə də hər kim başqalarına xidmət edərsə, əmin olsun ki, Allaha ibadət etməklə məşğuldur. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanlar bir-biri ilə qardaşdırlar. Qanlarının qanının dəyəri də bir-biri ilə bərabərdir. Onların ən kiçik fərdinin belə verdiyi aman və öhdəçilik – hamısı üçün möhtərəmdir. …”. Ona görə də bir müsəlman başqa müsəlmanın narahatlığına qarşı laqeyd olmamalıdır. Əksinə, əlindən gələn qədər ona xidmət etməli və ehtiyacını aradan qaldırmalıdır.


Peyğəmbərin (s) oğlu İbrahim dünyasını dəyişəndə, hansı 3 şəri hökm bəlli oldu?!


İmam Musa Kazım (ə) buyurub: “Peyğəmbərin (s) oğlu İbrahim 17 aylığında dünyasını dəyişən zaman, müsəlmanlar üçün 3 sünnət müəyyən oldu. İbrahim ruhunu tapşıran zaman günəş tutulması olmuşdu. İnsanlar deyirlər ki, günəş tutulması Peyğəmbərin (s) oğlunun vəfatı ilə bağlıdır. Peyğəmbər (s) bu sözləri eşidib, minbərə çıxdı və buyurdu: “Ay və günəş tutlması iki İlahi nişanədir ki, Allah Təalanın əmri ilə həyata keçər. Heç kimin həyatı və ölümü ilə əlaqədar deyildir. Nə zaman belə hadisə baş versə, ayət namazı qılın”. Minbərdən aşağı düşür və insanlarla bir yerdə ayət namazı qılır. Sonra İmam Əliyə (ə) buyurur: “Oğlum İbrahimə qüsl ver və kəfənlə ki, dəfnə hazır olsun”. İbrahimi dəfn etmək istəyəndə insanlar deyir: “Allahın Peyğəmbəri (s) qəm və qüssəyə görə meyit namazını qılmağı unutdu”. İnsanların səsi Həzrətə (s) çatan zaman yerindən qalxır və buyurur: “Cəbrayil (ə) məni sizin sözlərinizdən agah edir. Allah sizə beş namazı beş vaxtda vacib etmişdir. Hər bir namazın yerinə də ölülər üçün bir təkbir deyilməsini buyurmuşdur. O ölülər ki, onlara namaz vacibdir - həddi-büluğa çatan insanlardır”...




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter