Qiyamət günü Allah yanında hansı əməl sahibi uca məqama çatacaq?!


Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir:
İmam Baqir (ə) buyurur: “Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız – başqa qardaşlarınızın da xeyirini istəməlisiniz”.
İmam Sadiq (ə) buyurur: “Möminlərə vacibdir ki, davamlı olaraq bir-birlərinin xeyirxahı və nəsihət verəni olsunlar”.
Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, eybini sənə göstərər – şübhəsiz ki, onun sənə ürəyi yanır və sənin xeyirini istəyir”.
İmam Əli (ə) buyurur: “İnsan üçün heç bir mehriban dost, xeyirxah dost kimi deyildir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Mənim bəndəmin Mənə ibadət etdiyi ən yaxşı şey – Mənim üçün xeyirxahlıqdır\".


Özünü öymək xəstəliyindən qurtulmaq üçün hansı beş məsələyə diqqət etmək lazımdır?!


Öyünmək günahı - ən böyük günahlardandır. Qürur və öyünməkdən xilas olmağın bir çox yolu vardır və bu xəstəliyin dərmanları bunlardır:
1. Öz çatışmazlıqlarını tanımaq. Əmirəl-möminin (ə) buyurur: “Möhtac Adəm övladının ölümü örtülüdür və xəstəliyi gizli, əməlləri yazılmışdır. Ağcaqanad ona əziyyət verər və təri - onun üçün pis iy amilidir”.
2. Dünyanın keçici və fani olmasına diqqət etmək. Təkəbbürü müalicə etməyin yollarından biri də dünyanın fani olmasını yadda saxlamaqdır. Əgər insan dərk etsə ki, bu dünyada əbədi olaraq qalmayacaqdır və bu dünya o biri dünyaya keçid körpüsüdür, yükünü ağır etməz. Ən azı ehtiyacı olan şeyləri özünə yükləyər. Çünki bu körpüdən keçmək - çox məşəqqətlidir və yol da uzundur. İnsan gərək müsafir olduğunu unutmasın.


Allahı tnımaq üçün Qurani Kərimdə əsas hansı üç dəstə ayəyə diqqət etmək lazımdır?!


Allahı və məadı dərk etməsi üçün üç dəstə ayələrə diqqət etməsi zəruridir.
1. O ayələr ki, həqiqi Məbdə və Xaliqin Allah olduğunu bildirir. İnsanın Allahla rabitəsinin qət olmaması üçün gərək daima Allahı və Onun nemətlərini xatırlasın. (“Bəqərə” 231).
2. O ayələr ki, seyr və suluk yolunun Allaha tərəf olduğunu vurğulayar. Quranın nəzərinə görə, insanlar dünya və axirətdə aydın qəlbli və kor qəlbli olurlar.
3. O ayələr ki, bizə daima Allahı xatırlamağı öyrədir və yol göstərir. “Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz”. (“Bəqərə” 198).


Bu cəza – Allah bəndəsinə verilən ən şiddətli cəzadır?!


İmam Baqir (ə) buyurur: “Allahın (günah qarşısında) ruh və cismə cəzaları vardır: ruzi çətinliyi, ibadətdə süstlük. Ancaq Allah heç bir bəndəsini daş ürəklilik kimi şiddətli cəza ilə cəzalandırmamışdır”. Həqiqətdə Allahın cəzası insanın öz pis əməlinin məhsuludur. Bu cəza bəzən özünü maddi həyatda göstərir və insan ruzi çətinliyi çəkir. Bəzən də ibadətə qarşı süstləşir və Allahla münacat etməyin ləzzətini itirir.
Ancaq bütün bunların ən təhlükəlisi odur ki, insanın günahlarının cəzası qəlb qəsavəti şəklində təzahür etsin. O zaman ki, qəlb qəsavət bağlayar və daş parçasına çevrilər, hər cür insani hisslərdən və həmdərd olmaqdan uzaqlaşar – insan öz insanlığını əldən verər.


Niyə bəzi uşaqlar dünyaya naqis gəlirlər?


Bəzən də valideynlər Allahın buyurduqları vacibatlara əməl etdikləri halda, övladları yenə naqis dünyaya gəlir. Allahın ədaləti belədir ki, əgər bir uşaq naqis dünyaya gələrsə, onun bu naqisliyini həm dünyada və həm də axirətdə nəzərə alar. Bu uşaq dünyanı dərk etdiyi qədər hesaba çəkilər. Əlbəttə, psixi xəstələr şəri hökmlərdən azaddırlar. Lakin əgər bu uşaqlar dünyadan ləzzət ala bilirsə və onu az da olsa dərk edə bilirsə, ona uyğun olaraq Allah dərgahında hesaba çəkiləcəkdir. Aydın olan budur ki, Allah ədalətlidir və hər bir yerdə Öz ədalətini bərqərar etməyə qadirdir. Ancaq o insanlar ki, bir-birini aldadır və fırıldaq gəlirlər və həyat fürsətlərini əldən veriblər – məgər bu insanlar günahkar deyildirmi? Allah Təala Quranda açıq şəkildə buyurmuşdur: “Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir”. (“Ənfal” 51).


Allah Təala Quranda 91 vədə vermişdir. Bu vədələr nə ilə bağlıdır?


Bunu nəzərə almaq lazımdır ki, ancaq Allahın vədəsinə inanmaq olar, çünki ancaq bu vədələr haqdır. “Bilin ki, Allahın vədi mütləq haqdır və lakin onların çoxu bilmirlər”. (“Yunus” 55). Allahın verdiyi bəzi vədələrə nəzər salaq.
- Bağışlanma və əcr vədəsi. Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (Maidə- 9).
- Məad və Qiyamət vədəsi. Allahın Quranda insana ən çox verdiyi vədələr Qiyamət və məadla bağlıdır. “Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir”. (“Yunus” 4).
- Behişt vədəsi. Quranda gözə dəyən vədələrdən biri də behişt vədəsidir. Allah möminləri behiştlə müjdələyir. “İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!”. (“Nisa” 122).


Vədə nədir, vəid nədir? Vəid nə vaxt işə salınmır?


Vədə - lüğətdə əhd mənasını verən kəlmədir. Yəni, bir işi görmək üçün üzərinə öhdəlik götürürsən. Bu iş xeyir də ola bilər, şər də.
Vəid – deyildikdə, vədədən götürülmüş xəbər nəzərdə tutulur ki, ancaq mənfi səciyyəli vədələr barəsində istifadə olunur.
Bu iki kəlmə arasındakı əsas fərq – onların istifadəsindədir. Vədə sözü həm xeyir və həm də şər işlərdə istifadə olunur, vəid isə ancaq mənfi işlərində istifadə olunur. Vədə ilə vəid sözünün başqa bir fərqi isə budur ki, Allah verdiyi hər bir vədəsinə əməl edəndir və elə olmamışdır ki, vədə versin və ona əməl etməsin. Ancaq vəidə əməl etməmək bəzən bəyənilən hesab olunur, yəni cəza və əzab verməmək. Allah bu yolla öz kərəmini izhar edər.


Gündəlik məsələlərdə diqqət etmədiyimiz haqqun-nas günahlar!


Bizə kiçik görünən, amma haqqun-nasa aid olan gündəlik məsələlər! Əgər müasir həyata nəzər salsaq, görərik ki, başdan-başa ifrat və təfritlə doludur. Bəzi insanlar pak olmaq və nəcisdən uzaq olmaqlarına bəzən o qədər çox diqqət edirlər ki, haqqun-nasa qarşı bu diqqətin az hissəsi dıə olmur. Halbuki, İslam dini buyurur ki, özünüzü pak və nəcis mövzularında çətinliyə salmayın. Ancaq haqqun-nasa çox diqqət edin.
Haqqun-nas hesab olunan və insanların diqqətinə gəlməyən bəzi əməllər ilə tanış olaq:
- Maşını elə yerdə saxlamaq ki, insanların get-gəlinə mane olsun.
- Maşınların qarşısında saxlamaq və onların çıxmasına mane olmaq.
- Üzrsüz səbəbə uzun-uzadı siqnal vermək.
- Piyadanın qırmızı işıqda maşınların önündən keçməsi...


Həzrəti Peyğəmbərdən (s) yol göstərən tapşırıqlar!


Məcaşə adlı bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, “Allaha mərifət yolu haradadır?”. Həzrət (s) buyurur: “Özünü tanımaqda”.
Soruşur: “Allaha gedən yol hansıdır?”. Həzrət (s) buyurur: “Nəfsinlə müxalifətlik etməkdə”.
Soruşur: “Allahın razılığını əldə etməyin yolu hansıdır?”. Həzrət (s) buyurur: “Nəfsi qəzəbləndirməkdə”.
Soruşur: “Həqiqətə çatmaq yolu hansıdır?”. Həzrət (s) buyurur: ““Mən”indən hicrət etməkdə”.
Soruşur: “Allah itaətini əldə etməyin yolu hansıdır?”.Buyurur: “Nəfsə itaətsizlik etməkdə”...


Hz Əli (ə)-ın hədisinə əsasən Həqiqi yetim kimdir?


“Əmirəl-möminin (ə) buyurur ki, yetim o kəs deyildir ki, atası ölmüş və getmişdir. Yetim – elm və ədəb yetimi olandır. O kəsin ki, kamalı olmaz, mərifəti və təqva əldə etməz – o, həqiqi yetim olar. İnsanlar həqiqətən də yetimdirlər. Daş daşdan, torpaq torpaqdan rəng alar və təsirlənər. Bir budaq başqa budağa calaq edilər. Ey cavanlar! Dinimiz nəzarət, hesab vermək və diqqət etmək mövzularına çox əhəmiyyət verir. İnsanın kiminlə dost olması mövzusu da dinimizin nəzərində çox mühümdür. İnsana təsir edən amillər çoxdur: ailə mühiti, valideynlərin tərbiyəsi və əxlaqı, dostları, müəllimləri, hətta yaşadığı məhəlləsi belə. Hz Peyğəmbər (s) buyururdu ki, övladlarınızı dayəyə verən zaman o dayənin əxlaqına və adət-ənənələrinə diqqət edin. Çünki onun bütün bu sifətləri süd vasitəsilə övladınıza keçəcəkdir.
Övladınıza təhsil verən müəllimlər də o cürdür. Müəllimlərin əxlaqı və elmi, ədəbi – çox mühüm mövzulardandır ki, valideyn bunlara diqqət etməlidir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter