İmam Zamanın (ə.c) anası Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?


Tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur. Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.
1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.
2. Bəzilərinin dediyinə görə, Nərcis xanım o dövrün xəlifəsi olan Mötəməd Abbasi tərəfindən zindana atılmış və orada vəfat etmişdir...


İşin ən yaxşı başlanğıcı və sonu nədədir?


Əziz Rəsuli-Əkrəmdən (s) nəql edilən hədisdə isə şin ən yaxşı başlanğıcı və sonuna işarə edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli iş, o işdir ki, davamlılığı çox olar – baxmayaraq ki, az olsa belə”.
İşin əvvəlinin və sonunun ən yaxşı əməlləri barədə İmam Zeynəl-abidin (ə) də bizlərə yol göstərmişdir. Belə ki, İmam Səccad (ə) buyurur: “İşin ən yaxşı başlanğıcı – sədaqət və düz danışmaqdır. Ən yaxşı sonu isə vəfadır”.


Allah-Taala (c.c) bəndəsini sevərsə ona hansı üç köməyi edər?!


İmam Sadiq (ə) buyurur: “Üç şey Allahın xüsusi inayətindəndir: namaz və gecə ibadəti, oruc tutanın orucunu açması, qardaşların görüşməsi.
Gecə namazı gündüzün günahlarını aradan aparar”.
Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) buyurur: “Mənə nəsihət ver!”. Cəbrayil (ə) deyir: “Ya Muhəmməd (s)! Hər nə qədər istəsən ömür sür – nəhayət öləcəksən.
Hər nəyə istəsən ürək bağla – ancaq bil ki, ondan ayrılacaqsan. Hər əməli istəsən yerinə yetir – ancaq bil ki, əməlini görəcəksən. Bil ki, möminin üstünlüyü – gecə namazı qılmaqda və izzəti – insanların abrını aparmaqdan özünü saxlamaqdadır”.


Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?


Əslində mələklər Həzrət Adəmə (ə) nə üçün səcdə etdiklərinin səbəbini yaxşı başa düşürdülər. Onların niyyəti Adəmi (ə) böyük hesab edib, ona səcdə etmək deyildi, sadəcə Allahın əmrinə itaət etmək idi. Çünki Allah onlara bu əmri vermişdir və onlar da yaxşı bilirdilər ki, Allah heç bir əmri səbəb olmadan verməz.
Beləliklə deyə bilərik ki, mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri – ibadət deyil, itaət məqsədini daşıyırdı ki, İblis bu yolda təkəbbürə düçar olur və günah işlədir. Əslində həm Adəmə (ə) və həm də Yusifə (ə) edilən səcdələr Allaha şamil olmuşdur,


Cismani və ruhani səcdənin fərqi nədədir?


Səcdə – bəndənin Allah qarşısında özünü kiçik və aciz hesab edərək, müti halda əyilməsi və alnını torpağa qoymasıdır. Namazda məhz səcdə əməli insanın nə qədər müti olduğunu sübut edər. Səcdə edən insan, öz şüur və iradəsi ilə Allahı əzəmətli hesab edərək, özünü zəlil və xar görərək, Onun qarşısında əyilər və torpağa düşər. “(Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!”. (“Ələq” 19).
Məsumlarımız (ə) buyurur ki, səcdə iki cür olur: cismani və ruhani. Hər kim ruhani səcdəni yerinə yetirə bilsə, o zaman mənəvi dərəcəsi yüksələr və kamala doğru hərəkətdə olar. Belə ki, İmam Əli (ə) bu haqda buyurur: “Cismani səcdə odur ki, bədənin yeddi üzvünü ixlas və hüzur ilə torpağa qoyasan. Ancaq nəfsani (ruhani) səcdə – qəlbin fani işlərdən uzaqlaşıb, qalıcı işlərə üz döndərmək üçün hümmət göstərməsi, təkəbbür libasını cırması, dünya əlaqələrini qət edib, özünü nəbəvi əxlaqı ilə bəzəməsidir”.


Bütün seyyidlər behiştə gedəcəklər?


Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edirlər ki, buyurur: “Fatimənin (s.ə) ətəyinin pak olduğu üçün Allah onun zürrəsini cəhənnəm atəşinə haram etmişdir”.
İmam Rzadan (ə) nəql edilir ki, Zeydə xitab edərək buyurur: “Bu, nə sözdür ki, sən deyirsən? Əgər sənin dediklərin doğru olsaydı vəPeyğəmbər (s) övladları istisna vəziyyətdə olsaydılar, Allah pis əməl sahiblərini cəzalandırmaz və etmədikləri əmələ görə onlara mükafatverərdi. O zaman sən Allah yanında atan Musa ibni Cəfərdən (ə) daha əziz olardın. Çünki o, Allaha bəndəlik etmişdir ki, qürb məqamına nailolsun. Sən isə belə düşünürsən ki, Allaha bəndəlik etmədən Musa ibni Cəfərin (ə) dərəcəsində qərar tuta bilərsən”.
Nəticədə Qeyd olunan hədis İmam Həsən (ə) və İmam Hüseynə (ə) və Fatimənin (ə.s) övladlaırna aiddir ki, əməlləri ilə o məqama çatmışlar ki cəhənnəm getməsinlər.


Görəsən Allah insandan sonra başqa bir varlıq xəlq edəcəkdirmi?


Əbu Xalid nəql edir ki, İmam Sadiqə (ə) dedim: “O zaman ki, behişt əhli behiştə və cəhənnəm əhli cəhənnəmə daxil olacaqdır, sonra nə olacaqdır?”.Həzrət (ə) buyurur: “Əgər Allah istəsə məxluqlar yaradar və onlar üçün dünya icad edər. Bu işi görəcəkdir”.
Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqir (ə) buyurur: “Allah o gün ki, yer üzündə xəlqin yaradılışının bünövrəsini qoydu, yeddi aləm xəlq etmişdir ki, onlar Adəm övladı hesab olunmurdular. Bir-birinin ardınca orada sakin olmuşdular. Nəhayət məhv olmuşdular. (Allah) Adəmi (ə) yaradır və övladlarını onun nəslindən xəlq edir.


İmam Zaman ağanın (ə.f) anamız Zəhraya (s.ə) bənzərliyi nədədir?!


Hədislərdə oxuyuruq ki, xilqətin üç şaxəsi olmuşdur. Peyğəmbər (s) – risalət şaxəsidir. İmam Əli (ə) – vilayət şaxəsidir. Həzrət Zəhra (s.ə) – isə qoruma şaxəsidir. O zaman ki, İmam Əlinin (ə) vilayətini sındırırlar, Xanım (s.ə) onu ayaqda saxlamaq üçün əlindən gələni edir və vilayəti qoruyur.
Hədislərimiz bizə buyurur ki, İmam Zaman ağa (ə.f) – yerin nurudur. Bu hədisi isə bu ayəyə istinad edirlər. “(Həmin gün) yer (üzü)öz Rəbbinin nuru (həmin gün üçün yaradılmış xüsusi nur) ilə işıqlanacaq (Məhşər əhlinin əməllərinin də dərc edildiyi böyük) kitab(Lövhi-Məhfuz bir tərəfə) qoyulacaq. Və bütün peyğəmbərlər və (əməllərin Məsumlar, mələklər və təqvalılardan ibarət) şahidlər(i) gətiriləcək, onların (Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılacaq və onlara zülm edilməyəcək, haqları kəsilməyəcək”. (“Zumər” 69).


Hz Peyğəmbərin (s) hədisinə əsasən İmam Əlinin (ə) ümmət üzərində əsas haqqı nədir?!


Həzrət Zəhra (s.ə) buyurur: “Həqiqətən də kamil və həqiqi xoşbəxt o kəsdir ki, İmam Əlini (ə) həyatda olan dövrdə və öləndən sonra sevər”.
Ata haqqı kimi olan haqq. Həzrət Peyğəmbər (s) buyurur: “Əlinin (ə) bu ümmət üzərində olan haqqı, atanın övladı üzərində olan haqqı kimidir”.
İmam Əli (ə) – hidayət qapısıdır. İmam Kazım (ə) buyurur: “Əli (ə) – hər an hidayət qapısıdır. Ona görə də hər kim bu qapıdan daxil olarsa, mömindir. Hər kim ondan çıxarsa, kafirdir. Hər kim ona daxil olmaz və xaric olmazsa – o təbəqədən olar ki, işi Allahladır”.


Müsəlmanın başqa müsəlman üzərində olan əsas haqqı nədir?!


İmam Sadiq (ə) buyurur: “Müsəlmanın başqa müsəlman qardaşının boynundakı haqqı budur ki, görüşən zaman ona salam versin. Xəstə olan zaman onu ziyarət etsin. O, olmayan zaman onun xeyirxahlığını etsin. Nə zaman asqırsa, onun üçün dua etsin”.
Bəs möminin üzərində olan ən mühüm haqq hansıdır? İmam Sadiq (ə) buyurur: “Möminin başqa möminin boynunda 7 haqqı vardır. Onların ən vacibi budur ki, insan ancaq haqqı desin, baxmayaraq ki, özünün, ata və anasının əksinə olsa belə. Onlara xatir haqdan yayınmasın”.
Mənbələrimizdə bir əlamətdar məqama da toxunulur. Bildirilir ki, tərifləmək yerinə, mömin barədə qəlbində niyyətə diqqət edin.
İmam Hadi (ə) buyurur: “Nə zaman qardaşına etimad etdin, (zahirdə onu) mədh və tərifləmək yerinə (batinində) niyyətini yaxşı et”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter