Dünya 3 hədəf üçün istənilir?! Məsumlardan hədislər


Bəs dünya və mal hansı hədəflər üçündür? İmam Əli (ə) buyurur: “Dünya və onun malı üç hədəf üçün istənilir: ehtiyacsızlıq, izzət və şövkət, rahat olmaq üçün.
Hər kim zahid olar – izzətli və şəxsiyyətlidir.
Hər kim qane olar – ehtiyacsız və zəngin olar.
Hər kim özünü az zəhmətə salar – həmişə asudə və rahatdır”.


Müntəzir bu 4 mövzuya diqqət etsə, İmam Məhdi (ə.f) ondan razı olar!


Müntəzirlər vilayət mövzusuna olan inanclarını möhkəmləndirməklə günahdan uzaq qalıb, İmam Zaman ağanı (ə.f) özlərindən razı sala bilərlər. Bəs bu inanclar hansılardır?
1. Qeybdə olan İmamın (ə.f) varlığı inancı. Hər kim İmam Zaman ağanın (ə.f) İmam Həsən Əsgərinin (ə) övladı olduğuna əmin olar və İmamın (ə.f) hələ sağ olması barədə düzgün əqidədə olar və onun zühur etməsinin intizarını çəkər – çalışar ki, özünü hər bir rəzil sifətlərdən pak saxlasın.
Həzrət Peyğəmbər (s) buyurur: “Axırəz-zamanın insanları – ən üstün insanlardırlar. Çünki Peyğəmbərlərini (s) görməmişdirlər və İmamları (ə) qaib olar. Buna baxmayaraq, ağın üzərində olan qaraya iman gətirərlər”.
2. İmamın (ə.f) zühur edəcəyi inancı. Hər kim İmamın (ə.f) zühur edəcəyi inancında olarsa, çalışar ki, İmamı (ə.f) sevindirən əməlləri yerinə yetirsin və o Həzrəti (ə.f) narahat edən əməllərdən çəkinsin. İmam Zaman ağa (ə.f) buyurur: “Sizlərdən hər biriniz gərək bizim razılığımız olan şeyləri yerinə yetirsin. O şey ki, bizi qəzəbləndirər – ondan uzaq olsun. Çünki bizim zühur hadisəmiz anidən olacaqdır”...


Valideyn gərək övladını 3 cəhətdən tərbiyə etsin!


İmam Sadiq (ə) buyurur: “Övladının (sənin üzərində) haqqı budur ki, biləsən ki, səndəndir və bu dünyada yaxşı və pisi səndən asılıdır”.
O zaman ki, körpə dünyaya gələr, valideyn saleh hesab etdiyi insandan istəyir ki, qulağına azan və iqamə oxusun. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Nə zaman qız və ya oğlan sahibi oldun, sağ qulağına azan və sol qulağına iqamə oxu ki, şeytan ona ziyan vurmasın”.
Bəs yalnız azan və iqamə oxumaq bir valideyn üçün kifayət edərmi? Əlbəttə də ki, yox. Valideynin ən mühüm vəzifəsi – övladlarını yaxşı tərbiyə etməkdir. Valideyn gərək övladını üç cəhətdən tərbiyə etsin: dini, ictimai və müdafiə cəhətdən. Əgər bu tərbiyələrdən birində səhlənkarlıq edilərsə, övladını hidayət yolundan azdırmış olar...


Körpənin qulağına azan və iqamə oxunmasının nə faydası vardır?


Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Nə zaman oğlun və ya qızın olsa, sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu halda şeytan ona heç bir zaman ziyan vurmaz”.
İmam Sadiq (ə) Əbu Yəhyada soruşur: “Övladlarınız dünyaya gələn zaman onlarla nə edirsiniz?”. Deyir: “Bilmirik nə edək”.
Buyurur: “Bir mərci boyda inək südündən götür və onu suda həll et. Sonra ondan iki damcısını (övladın) burnunun sağ deşiyinə və bir damcısını sol deşiyinə tök.
Sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu işi körpənin doğum bağı kəsilməmişdən əvvəl yerinə yetir. Çünki belə olan zaman heç bir vaxt pərişanlıq görməz, cin vurmağa düçar olmaz”. -Deyerler.


Göz dəyməməsi üçün nə etmək olar? Məsumlardan tapşırıqlar


-Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi haqdır. Hər kim qardaşı barəsində hansısa bir şeydən heyrətə gələrsə, gərək o zaman Allahı yada salsın.
Şübhəsiz əgər Allahı yada salarsa, göz dəyməsi ona (qarşı tərəfə) ziyan vurmaz”.
-İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Göz dəyməsi – haqdır, əmin deyilsən ki, sənin gözün özünə və ya başqalarına təsir edər. Əgər gözün təsirindən qorxursansa, 3 dəfə de: “Məşəallah lə quvvətə illə billəhil aliyyil-azim””.
- Başqa bir hədisdə oxuyuruq ki, əgər sizlərdən birinizin nədənsə xoşunuz gəlsə, göz dəyməmək üçün deyin: “Aməntu billəh və salləllahu alə Muhəmmədin və Alihi (Ali-Muhəmməd)”. Bu zaman gözün mənfi təsiri olmaz.


Ölənlərimizə ilk gecədə göndərə biləcəyimiz 11 hədiyyə hansılardır?!


Biz hamımız hansısa əzizlərimizi əldən vermişik və onun qəmini çəkmişik. Onu yada salaraq, dua edərək özümüzdən razı salmağa çalışmışıq. Bu əlaqədə hədislərimiz buyurur ki, əgər ölünü ilk gecədə sevindirmək istəyirsənsə, 11 əməli yerinə yetir. Onlar bu əməllərdir:
1. Həmin şəxsin qəbri üstündə onun günahlarına görə tövbə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Ölüyə göndərilən hədiyyələr içərisində ən üstünü – istiğfar və bağışlanma istəməkdir. Əgər övladı vardırsa onun istiğfarı başqalarından daha üstündür”.
2. Meyit üçün sədəqə vermək. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, insan öz ölüsünün niyyətilə sədəqə verər, Allah Cəbrayilə (ə) əmr edər ki, 70 min mələk həmin sədəqəni qəbrinə daşısınlar. Hər mələyin əlində bir qab olar ki, qəbrə daşıyarlar. Deyərlər: “Salam olsun sənə! Bu hədiyyə filankəs tərəfindən sənə verilmişdir”. Sonra qəbri nurani olar”...


Xurafatla necə mübarizə aparmaq olar?


Xurafat və xurafatı yayanlar hələ qədim zamanlardan indiyə qədər mövcuddur. Ancaq onun yayılması müxtəlif cəmiyyətlərdə müxtəlif cürdür. O cəmiyyət ki, elmi kənara qoyub, cəhalət ardınca gedir – əlbəttə ki, həmin cəmiyyətdə xurafat da çox yayılar və insanları yolundan azdırar. Ancaq əksinə – tərəqqi etmiş və elmli ölkələrdə xurafatın kökləri kəsilər və yayılması üçün lazımlı şərait olmaz. Bəs xurafatın kökünü tamamilə necə kəsə bilərik?
1. Elmin səviyyəsini yüksəltməklə. Xurafatın əsil mənşəyi – cəhalət və nadanlıqdır. Ona görə də elmin səviyyəsini yuxarı qaldırmaqla, xurafatın köklərini kəsə bilərik. Çünki insan o zaman xurafata inanır ki, onunla bağlı olan hadisələrin səbəblərini bilmir və elmsizlikdən çarəsiz onu qəbul etməyə məcbur olur.
2. Dini rəhbərlərin ardıcılı olmaq. İmam Əli (ə) dini rəhbərlərin əhəmiyyəti barəsində buyurur: “Yer üzü heç bir zaman hüccət və dəlillə qiyam edənlərdən – istər aşkar olsun, istərsə də gizli – boş qalmayacaqdır ki, Allahın aşkar dəlilləri zay olmasın və unudulmasın”.


Günahı məhv etməyin 15 vasitəsi hansılardır?!


Məsumların hədislərinə əsasən günahları bağışladan və təsirlərini məhv edənlər bunlardır:
1. Düzgün etiqad. Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Kəsə ki, məni insanları hidayət etmək üçün məbus etmişdir! Allah, Onun yeganə olmasına inanan şəxsi cəhənnəmdə daima saxlamaz, məgər onları şəfaət edər”.
2. İsitğfar. Həzrət Peyğəmbər (s) buyurur: “Tövbə edən Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günahı etməmişdir”.
3. Zikr. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir dəstə yoxdur ki, (Allahı yada salar), məgər o halda ki, Allah Təala tərəfindən onlara nida çatar: “Qalxın! Allah pisliklərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahlarınızı bağışladı””.
4. Gecə namazı. “Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114)...


Pulla olmayan sədəqənin 7 növü hansı əməllərlədir?!


Hər birimiz hər gün elə xeyir işlər yerinə yetiririk dinimizin nəzərinə görə onlar da sədəqə hesab olunur. O cümlədən:
1-Hər bir xeyir iş. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş – sədəqədir. O kəs ki, xeyir işə yol göstərər, o kəs kimi olar ki, onu yerinə yetirər. Allah çarəsizlərin çətiliklərini aradan qaldırmaq üçün yardım etməyi sevir”.
2. Şəri tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Pisliyi və şəri yerinə yetirməmək – sədəqədir”.
3. Özün üçün sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Dilini saxla, çünki dili büdrəmədən qorumaq – sədəqədir ki, onu öz salamatlığın üçün yerinə yetirirsən”.
4. Gözəl danışıq. Həzrət Peyğəmbər (s) buyurur: “Pakizə söz – sədəqədir və həmçinin namazı yerinə yetirmək üçün atdığınız hər addım – sədəqədir”...


Sədəqənin savabı aradan getsə, necə geri qaytarmaq olar?


Bir nəfər İmam Cavadın (ə) xidmətinə gəlir. Onun sevinci üzündən oxunurdu. Həzrət (ə) ona buyurur: “Səni şad görürəm. Səbəbi nədir?”. Deyir: “Sizin atanızdan eşitmişəm ki, buyurub: “İnsanın şad olması üçün ən layiqli gün – o gündür ki, ona Allah tərəfindən din qardaşlarına sədəqə vermək və yaxşılıq etmək tövfiqi nəsib olar”. Bu gün din qardaşlarımdan on nəfər mənim yanıma gəlmişdi. Onlara qulluq etdim və hər birinə bir qədər yardım etdim. Ona görə də sevincliyəm”.
İmam (ə) buyurur: “Öz canıma and olsun ki, bu sevincə malik olmağa layiqsən bir şərtlə ki, o əməli məhv etməmiş olasan. Ya da bundan sonra məhv etməyəsən”.
Həmin şəxs deyir: “Necə məhv ola bilər ki? Mən sizin xalis davamçılarınızdanam”. Buyurur: “Elə indi qardaşlarına etdiyin yaxşılığı məhv etdin”. Soruşur: “Necə məhv etdim?”...



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter