İslam şəriətinə görə Həccin vacib olmasının 3 əsas şərti nələrdir?!


Həccin lüğətdəki mənası – hansısa bir şeyə qərar vermək və niyyət etməkdir. İslam dinində isə həcc xüsusi vacib ibadətdir ki, müəyyən zaman və məkanda yerinə yetirilər.
Həcc – Allah evini ziyarət etmək, həccə aid əməlləri yerinə yetirmək və paklanmaqdır. Boynuna həcc düşən insanlar, bu xüsusiyyətə malik olanlardır:
1. Həddi-büluğa çatanlar. 2. Aqil və azad olanlar. 3. Maddi imkana malik olanlar. Bu bəndin özünün də şərtləri vardır.
O cümlədən:
a). Səfərə çıxmaq üçün miniyinin, ərzağının və maddi imkanının olması.
b) Məkkəyə getmək üçün kifayət qədər sağlamlığa malik olması...


Valideynlər öz övladlarının günahlarına şərikdirlərmi?


Dinimizdə belə qanun da vardır ki, əgər bir insan başqa insanın günah etməsində hansısa rola malikdirsə, onunla həmin günahda şərik olar.
“Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!”. (“Nəhl” 25).
İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurmuşdur: “Allah bəndələrindən hər kim özündən sonra yaxşı sünnət qoyub gedərsə, savabı bu sünnətə əməl edənin savabı ilə bərabər olar. Allah bəndələrindən hər kim özündən sonra bəyənilməyən iş qoyub gedərsə, günahı o bidətə əməl edənlərin günahı qədər olar”.
Bu səbəbdən əgər valideyn övladının günahında ona yardım edər və dəstəkləyərsə, onun etdiyi günaha şərik olar. Həmçinin əgər onun tərbiyəsində səhlənkarlıq etmiş olarsa da, övladının günahında şərik olar.


İlyas peyğəmbərin (ə) şagirdi – o da ölüləri dirildə bilirdi?!


“Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik”. (“Ənam” 86).
Bu ayədən göründüyü kimi, Yəsə adlı peyğəmbərin adı çəkilmişdir. Yəsə, İlyas peyğəmbərin dövründə yaşamış və onun şagirdi olmuşdur. Onun haqqında yəhudilərin müqəddəs kitablarında çox bəhs olunmuşdur.
Bu kitablardan birində oxuyuruq ki, o zaman ki, İlyas Bəni-İsrayildən olan qadının evinə daxil olur, onun Yəsə adlı övladı var idi. Həmin qadın İlyasa evində yer verir və onu düşmənlərindən qoruyur. İlyas da ona təşəkkür etmək üçün ağır xəstə olan Yəsəyə görə Allaha dua edir. Yəsə onun duası sayəsində sağalır. Buna görə ona iman gətirir və ona xidmət edir...


İmam Həsən (ə) və İmam Səccaddan (ə) iki hədis !


İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.
2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar.
4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”.


Əhli Beyt (ə) həccə getməyin savabı haqda nə buyurmuşlar?!


İmam Baqirdən (ə) soruşurlar ki, niyə Allah evinin ziyarətini həcc adlandırıblar? Əziz İmam (ə) buyurur: “Filankəs həcci yerinə yetirdi, yəni nicat tapanlardan oldu”.
İmam Səccad (ə) buyurur: “Həcc və ümrəni yerinə yetirin ki, bədəniniz salamat olsun. Ruziniz çoxalsın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dünya və axirət istəyir – Allah evinə getsin”.
İmam Səccad (ə) buyurur: “Beytullahın zəvvarı bağışlanar və behişt ona vacib olar. Əməllərinə əvvəldən başlayar və malı qorunmuş olar”.
İmam Sadiqdən (ə) soruşurlar ki, çoxlu borcumuz vardır və həccə getməyə imkanımız yoxdur. Ona görə də bizə dua öyrədin. İmam (ə) buyurur: “Hər vacib namazdan sonra bu duanı oxuyun: “Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və mənim dünya və axirət dinimi əda et!”.


Allah-Taalanın (c.c) xüsusi bəndələrinin 7 əlamətləri hansılardır?!


Əgər Qurana nəzər salsaq görərik ki, Allahın xüsusi bəndələri olanlar o kəslərdir ki, qələbə çalır və nicat tapırlar. İlahi qürb məqamına çatmaq – onların tək arzusudur. Onlar xüsusi möminlərdir ki, niyyətiləri ancaq Allahdır. Nə behişt nemətlərində gözləri vardır və nə də Allahı behiştə çatmaq üçün istəyərlər. Onların tək hədəfi – İlahi rizanı qazanmaqdır. Həyatlarının hər bir anında və hər hansı yerdə olursa-olsun, tək səyləri bunun üçün olar. Onlara bu yolda bəzi amillər yardım edir. O cümlədən:
1. İman onların qəlblərində yəqinlik məqamına çatmışdır. “Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir”. (“Mücadilə” 22).
2. İlahi ruhları tərəqqi etmişdir. Yəni, Allah bu cür möminlərə xüsusi mənəvi həyat bəxş edər ki, imanlarının güclənməsinə səbəb olar. Onlar Allahın xüsusi feyzindən faydalanarlar.
3. Həm onlar Allahdan razıdırlar və həm də Allah onlardan razıdır...


Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?


Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Qiyamət bərpa olana qədər ruhların dünya ilə əlaqəsi mövcuddur. Bəzi ruhlar Allahın izni ilə dünyaya gələr və öz yaxınlarını görməyə çalışar, onların halından xəbər tutarlar. Ancaq bu dünyada avara qalıb insanlara ziyan vuran ruhlar barəsində heç bir məlumat verilmir. Nə hədislərimizdə, nə də Quranda. Ona görə də açıq şəkildə deyə bilərik ki, ruhların insanlara ziyan vurması və bu dünyada avara qalması nəzəri – yanlış nəzərdir. Çünki Allah hər bir insanın ruhunu qəbz edəndən sonra onu bərzəx aləminə aparar. Bu dünyaya gələn ruhlar isə ancaq Allahın izni ilə gələrlər. Bu dünyaya Allahın izni ilə gələn ruhların isə başqalarına ziyan vurması mümkünsüzdür. Çünki ruhlar mücərrəd, insanlar isə maddidirlər. Uca Allahın xüsusi icazəsi olmadan, bu rabitələr baş tuta bilməz. Yəni, ruh özbaşına qalıb, kimisə narahat edə bilmir. Hər bir halda deyə bilərik ki, bu işə ruhlar qadir deyildir. Onların ancaq müşahidə etmək haqları vardır.


Həzrəti Nuh (ə) öz vəsiyyətində nəyi qeyd edir?


İmam Sadiq (ə) nəql edir: “Həzrət Nuh (ə) gəmidən enəndən sonra 50 il ömür sürür. Ömrünün sonunda Cəbrayil (ə) ona nazil olur və Allahın əmrini ona deyir: “Ey Nuh! Öz nübuvvətini sona çatdırmısan və ömrün sona çatmışdır. Sənin yanında olan nübuvvət elmini və böyük adı oğlun Sama tapşır. Çünki Mən yer üzünü hüccətsiz qoymuram. Mənim sünnətim belədir ki, hər qövm üçün yolgöstərən və hidayət edən seçirəm ki, xoşbəxtləri haqqa tərəf hidayət etsinlər. Bədbəxtlər üçün isə hüccəti kamil edənlər olsunlar”...


Quran məntiqində həyanın 3 növü hansılardır?!


Əxlaq nəzəriyyəsinə görə, həyanın müxtəlif növləri və dərəcələri vardır. Onlarla tanış olaq:
1. Göz həyası. Quran əxlaqının nəzərinə görə, həyalı kişi və qadın o insandır ki, öz gözünə nəzarət etməyi bacarır. Layiqli olmayan şeylərə baxmır. Siffeyn döyüşündə məhz Əmr ibni As (lən) İmam Əlinin (ə) həyasından xəbərdar olduğu üçün paltarını soyunmağa başlayır və İmam (ə) da həyasını qoruyub, gözlərini yumur və ondan əl çəkir.
2. Bədən və geyim həyası. Allah Təala insanları məxluqların ən şəfərlisi olaraq xəlq etmişdir. Ona görə də insanın, heyvanlar kimi əndamlarını aşkarda qoymasını bəyənmir. “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa, bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar...”. (“Nur” 31).


Həsəd aparan insanın 3 əlaməti hansılardır?!


İmam Sadiq (ə) buyurur: “Həsəd aparan insanın üç əlaməti olar:
1. İnsanın arxasınca qeybət edər.
2. Qarşılaşan zaman yaltaqlanar.
3. Bəla və müsibət zamanı insanı məzxərə edər”.
Allahın Peyğəmbəri (s) buyurub: “Allah Təala Musa ibn İmrana (ə) buyurmuşdur: «Həqiqətən, paxıl olan şəxs Mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə etiraz edəndir»”. -Deyerler.



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter