Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri!


Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”, “Nas”, “Fələq”, “Tövhid” (“İxlas”).
Adətən bu dörd surəni göz dəyməsinin və sehrin qarşısını almaq üçün oxuyurlar. Ancaq bu surələr insanı hər bir bəladan qoruduğu kimi, həm də insana çoxlu bərəkətlər gətirir. Adət üzrə hər bir tacir dükanı açmazdan əvvəl bu dörd surəni oxuyur və Allahdan bərəkət istəyir. “Kafirun” surəsi o surələrdəndir ki, hər kim Peyğəmbəri (s) yuxuda görmək istəsə, o surəni oxuyaraq görə bilər. Belə ki, İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsində yüz dəfə oxuyarsa, Peyğəmbəri (s) yuxuda görər”. \"Tövhid” surəsini “İxlas” da adlandırırlar. Çünki Allahın yeganə olmasından xəbər verir və insanı şirkdən xilas edir. “Fələq” surəsi insana sehr və cadudan nicat verir. “Nas” surəsi daha çox vəsvəsə edənlərin ziyanından qoruyur.


Qadının mirası niyə kişilərinkinin yarısı qədərdir? Möhsin Qiraətinin izahı


Bir günlük işə götürülmüş fəhlənin maaşı daimi işçi olan fəhlənin maaşından çoxdur. Bu ona görə deyildir ki, fəhlənin şəxsiyyəti işçininkindən çoxdur. Bəlkə ona görədir ki, işçi üçün pensiya, məzuniyyət, müdiriyyət haqqı və başqa haqlar nəzərdə tutulmuşdur. Əgər bütün bunlar hesablansalar, onun maaşı fəhləninkindən çox olar.
İslam qadının mirasını kişininkinin yarısı qədər qərarlaşdırmışdır. Onun yerinə gündəlik xərcləri onun çiynindən götürmüşdür. Yemək, geyinmək, qalmaq və müalicə - kişi tərəfindən təmin edilər. Qadın öz miras payını özü üçün saxlayar. Bütün xərclərini ərindən alar. Bundan başqa ondan mehriyyə də alar. Əgər mehriyyəni və gündəlik xərcləri bir yerdə hesablasaq, qadının payı çox olar.


Bu qadınların qəbir əzabı olmaz və onlar Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar?!


Qurani-Kərim buyurur ki, mehriyyəni qadına verməmək zülm hesab olunur: “Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər). Onu necə geri alırsınız, halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!”. (“Nisa” 20-21). İmam Baqir (ə) buyurur: “Evlənən hər iki tərəfin razı olduğu şey – istər çox olsun, istərsə də az – mehriyyədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qadınların üç dəstəsinin qəbir əzabı olmaz və Qiyamət günü Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar.
1. O qadın ki, ərinin yoxsulluğuna uyğunlaşar. 2. O qadın ki, ərinin pis əxlaqına səbir edər. 3. O qadın ki, mehriyyəsini ərinə bağışlayar”.


Həzrəti Peyğəmbəri (s) bir kişiyə salavatı necə qaytardı?!


Bir mömin kişi Məkkədə Kəbəni təvaf edən zaman duaların yerinə salavat göndərirdi. Təvaf namazından sonra da duaların yerinə salavat göndərir. Səfa və Mərvədə səy edən zaman o, salavat deyir, Ərəfat və Minada hamı dua oxuyan zaman o salavat deyir. Ondan soruşurlar ki, səndən salavatdan başqa bir şey eşitməmişik.
Deyir: “Mənim hekayəm vardır. Atam bu ziyarət yolunda xəstələndi və can verdi. Gördüm ki, vəziyyəti çox ağırdır. Əzab çəkdiyi üzündən məlumdur, nalə çəkir və deyir ki, yandım, yandım! Allaha pənah apardım. Dedim ki, Allahım, atam bu halda ölməsin, bu mənim üçün rüsvayçılıq olar. Bir qədər keçdi və gördüm ki, vəziyyəti dəyişdi. Get-gedə üzünün qara rəngi açılmağa başladı. Rahat oldu və bu halda dünyadan getdi. Dedim ki, Allahım, mən onun necə getdiyini bilmək istəyirəm? Yuxuda atamı gördüm ki, rifah içindədir və onun halını soruşdum. Mənə dedi: “Mənim halım əvvəl sən gördüyün kimi idi, ancaq sonda sonuncu Peyğəmbərdən (s) bir nida gəldi: “Ey o kəs ki, ömrü boyu mənə çoxlu salavat göndərib. İndi mənim onun əvəzini vermək vaxtımdır”. Bütün bunlar Həzrət Muhəmmədin (s) salavat qarşılığında verdiyi hədiyyələrdir. O gündən mən qərara aldım ki, salavatdan əl çəkməyim”.


İmam Rza (ə) izahı: Yeddi şey olmadan 7 şeyi arzulamaq ahmaqlıqdır?!


İmamın (ə) apardığı üçüncü islahat cəmiyyətdə olan rabitələr ilə bağlı idi. İmam (ə) buyurur: “7 şey, 7 şey olmadan məsxərə olunasıdır.
1. Hər kim dili ilə istiğfar edər, ancaq qəlbində peşman olmaz.
2. İnsan Allahdan tövfiq istəyər, ancaq səy göstərməz.
3. İnsan ehtiyat istəyində olar, ancaq günah etməkdən qorxmaz.
4. Hər kim Allahdan behişt istəyər, ancaq giriftarlıqlara səbir etməz.
5. O kəs ki, cəhənnəm atəşindən Allaha pənah aparar, ancaq dünya şəhvətini tərk etməz...


Bu məşhur zikr yoxsulluğu aradan aparar, itən şey tapılar, dua və hacətin qəbul olunmasına səbəb olar!


Salavat – ən üstün zikrlərdəndir ki, Məsumlarımız (ə) onu deməyi bizlərə çox tövsiyə ediblər. Hər kim bu zikri hər gün deyərsə və ixlaslı olarsa, dünya və axirət bəhrələrinə çatar. Salavatın dünya bəhrələri ilə tanış olaq.
1. Dua yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Həmişə dua ilə onun yerinə yetməsi arasında pərdə olar. Muhəmmədə (s) salavat göndərilməyənəcən o pərdə aradan qalxmaz”.
2. Hacət yerinə yetər. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin yerinə yetməsinə səbəb olar. Allahı sizdən razı salar və əməllərinizi pak və pakizə edər”...


Kimlərə salam vermək məkruhdur? Nə vaxt salam vermək olmaz?


Salam vermək İslam dininin müstəhəb əməllərindən hesab olunur. Ancaq bəzi hallarda bu əməl müstəhəbliyini əldən verir, məkruh və hətta haram olur. Salam verməyin məkruh olduğu hallar:
1. Naməhrəm kişinin naməhrəm cavan qadına salam verməsi. İmam Əli (ə) də Peyğəmbər (s) kimi cavan qadınlara salam verməkdən çəkinərmiş.
2. Namaz qılana salam vermək. Bəzi fəqihlərin nəzərinə görə, namaz qılan insana salam vermək məkruhdur. Ancaq bəzi fəqihlər belə hesab etmir.
3. Cənazəni müşayiət edənlərə.
4. Cümə namazına tələsən insana. Çünki onu vacibatını yerinə yetirməkdən saxlamış olarsan.
5. Hamamda olan insana. Bu insana salam vermək onun xoşuna gəlməz, çünki hansı halda olduğundan xəbər tutmağın onun xoşuna gəlməz.


Niyə dinimizdə qəssablıq məkruh hesab olunur?


İslam dinində bəzi peşələr vardır ki, məkruh hesab olunur. Onlardan biri də qəssablıqdır. İnsanın ruhuna təsir edən amillərdən biri də onun peşəsidir. Ona görə də dinimiz bəzi peşələri bəyənir, bəzilərini isə məkruh hesab edir. Qəssablıq da bu kimi peşələrdən biridir ki, dinimiz onunla davamlı məşğul olmağı bəyənmir. Ancaq onu da qeyd etmək lazımdır ki, qəssablıq deyildikdə bu gün məşğul olunan qəssablıq nəzərdə tutulmur. Bu gün qəssab o kəsə deyirlər ki, peşəsi heyvan əti satmaq olar. Bu yolla ruzisini qazanar. Hədislərimizin nəzərdə tutduğu qəssab – o kəsdir ki, daima işi heyvan kəsmək olur. Bu peşəyə qəssab deyil, sallaq deyirlər. Əshaq ibni Əmmar nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Allah mənə oğlan övladı vermişdir. Onun hansı peşə sahibi olmasını istəyərdiniz?”. Həzrət (ə) cavabında buyurur: “Oğlunu qəssablıq işinə qoyma. Çünki bu cür insan mehribanlığını əldən verər”...


Allah-Taala (c.c) Həzrət Davuda (ə) hansı beş tövsiyəsi buyurmuşdur?!


“Ey Davud! Mən beş əməli beş əməldə qoyduğum halda, insanlar onları digər beş əməldə axtarırlar, amma tapa bilmirlər:
1. Elmi aclıq və çalışqanlıqda qoyduğum halda, insanlar onu toxluq və rahatlıqda axtarırlar, amma tapa bilmirlər;
2. İzzət və başıucalığı Mənə itaətdə qoyduğum halda, insanlar onu hökmranlara itaətdə axtarırlar, amma tapa bilmirlər;
3. Zəngin və ehtiyacsızlığı qənaətdə qoyduğum halda, onu mal-dövlətin çoxluğunda axtarırlar, amma tapa bilmirlər;...


Hz Peyğəmbər (s): Ya Əli (ə) Behişti bu 7 əməllə qazanmaq mümkündür?!


Peyğəmbəri-Əkrəmin (s) İmam Əliyə (ə) vəsiyyətlərinin birində belə buyurulur:
“Əli can! Yeddi xislətə malik olan hər bir kəs imanın həqiqətini kamilləşdirmişdir və cənnətin qapıları onun üzünə açıqdır:
1. Dəstəmazını kamil alan; مَنْ أَسْبَغَ وُضُوءَهُ
2. Namazını yaxşı qılan; وَ أَحْسَنَ صَلاَتَهُ
3. Malının zəkatını verən; وَ أَدَّى زَكَاةَ مَالِهِ
4. Qəzəbini udan; وَ كَفَّ غَضَبَهُ
5. Dilini (yersiz və nalayiq sözlərdən) qoruyan; وَ سَجَنَ لِسَانَهُ ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter