İmam Rza (ə) səhabəsi İbn Şəbibə İmam Hüseynə (ə) əza saxlayarkən hansı məsələləri tapşırdı?!


Nəql edilir ki, məhərrəm ayının birinci günü İmam Rza (ə) ibni Şəbibə buyurur: “Oruc tutmusan? Bu gün – o gündür ki, Zəkəriyyə (ə) oruc tutmuşdu. Allah Yəhyanı (ə) ona əta etdi. Əgər hacətinizin yerinə yetməsini istəyirsinizsə, bu günü oruc tutun. Bunun ardınca İmam Rza (ə) İmam Hüseynə (ə) əza saxlamaqla bağlı İbni Şəbibə 5 göstəriş verir və buyurur:
“1. Şəbibin oğlu! Əgər Seyyidüş-şühədaya ağlasan və göz yaşların yanaqlarından axarsa – Allah etdiyin hər bir günahı bağışlayar.
2. Əgər Allahı günahların olmayan halda görmək istəyirsənsə, Seyyidüş-şühədanı (ə) yaxından və uzaqdan ziyarət et.
3. Əgər behişt otaqlarında şad olmaq və Peyğəmbərin (s) yanında olmaq istəyirsənsə, Seyyidüş-şühədanın (ə) qatillərinə lənət etməyi tərk etmə...


Ayətullah Mərəşi Nəcəfi məhərrəmlikdə sinəf vurmaq haqda nə buyurmuşdu?!


Ayətullah Mərəşi Nəcəfinin ən bariz xüsusiyyətlərindən biri bu idi ki, daima Əhli-Beytə (ə) təvəssül edərdi. Alim buyurur ki, nə zaman yeni paltar alsaydım, onu zərihə sirtməklə təbərrük edir və sonra geyinərdim. Alimin evi, kitabxanası və ofusu inşa edilən zaman ilk əvvəl bünövrəyə İmam Hüseyn (ə) türbətindən səpər və sonra inşa edərdilər.
Alim buyurardı ki, mən bu türbətlə bu yerləri sığortalayıram. İştirak etdiyi məclislərdə nə zaman Məsumların (ə) adı çəkilsəydi, alim özündən asılı olmayaraq göz yaşı tökərdi.
Sağlamlığı yol verən zaman əzadarlıq mərasimlərinə gedir və sinə vurardı. Buyurardı ki, mən bu sinə vurmağımla özümü il ərzində sığorta edirəm. Alim buyururdu ki, nə zaman çətinliyim olsa, Həzrət Məsumənin (s.ə) hərəminə gedir və bir neçə saat orada dua edərdim və həmin çətinliyim həll olardı. Alim özünü Əhli-beyt (ə) xidmətçisi sayardı.


Imam Hüseynin (ə) hərəkatından öyrənə biləcəyimiz dərslər hansılardır?!


Kərbəla bir hadisə deyildir, bu, bir dərs meydanı idi. Bəs biz bu müsibətdən hansı dərsləri almışıq?
1. Bəndəlik yolunda əzm göstərmək. Allah bəndəliyi ilk olaraq onunla başlayır ki, insan Allahın bəyənmədiyi işlərdən qaçsın və bəyəndiyi əməlləri yerinə yetirsin. Misal üçün, günahı tərk etmək üçün tövbə etsin. Hürr kimi xaliscəsinə tövbə. Hürrün tövbəsi həqiqi tövbə idi. O, öz əməllərindən peşman olaraq, İmamın (ə) ayağına gəlir və İmamın (ə) onu bağışlamasını səmimi qəlbdən istəyir. İmam (ə) da onun bu halını görən zaman, onu əfv edir. Allah da onun tövbəsini qəbul edir. Bu hadisədə Hürrün tövbəsi bəndəlik yolunda etdiyi əzmdən xəbər verir...


Allah-Taala (c.c) İmam Hüseynə (ə) 5 xüsusi üstünlük vermişdir!


İmam Hüseynin (ə) müqəddəs varlığı bərəkət və fəzilətlə doludur ki, onlarla tanış olaq:
1. Nicat gəmisidir. İmam Hüseyn (ə) nəql edir: “Peyğəmbərin (s) xidmətinə getmişdim və Əbi ibni Kəəb də orada idi. Həzrət (ə) buyurdu: “Ey Əba Abdullah, sənə mərhaba olsun! Ey yerin və göyün zinəti!”.
Əbi dedi: “Necə ola bilər ki, o, yerin və göyün zinəti olsun, halbuki sizdən başqa insan belə deyildir?”. Peyğəmbər (s) buyurdu: “Ey Əbi! And olsun o Kəsə ki, məni haqq olaraq nəbi məbus etmişdir, Hüseyn ibn Əli (ə) səmada yerdən daha böyükdür. İlahi ərşin sağ tərəfində yazılmışdır ki, o, hidayət çırağı və nicat gəmisidir””.
2. İnsanların qəlbində İmam Hüseyn (ə) sevgisi gizlənmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin qəlbində məhəbbət gizlənmişdir ki, Hüseynə (ə) aiddir”. Elə insan yoxdur ki, İmam Hüseynin (ə) adını eşitsin və qəlbi qəmgin olmasın. İmamın (ə) sevigisi qəlbləri təlatümə salar və insan batininə atəş salar...


Qiyamət günü İmam Hüseynin (ə) zəvvarı 100 nəfərə şəfaət verəcəkdir?!


Həzrət Peyğəmbər (s) buyurur: “İmam Hüseynin (ə) şəhadətinə görə möminlərin qəlbində elə bir hərarət vardır ki, heç bir zaman sönməyəcək və soyumayacaqdır”.
İmam Baqir (ə) buyurur: “Əgər insanlar İmam Hüseynin (ə) hərəmini ziyarət etməkdə nə qədər fəzilət olduğunu bilsəydilər, ziyarətin şövqündən ölərdilər”.
İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) hərəminin torpağı hər dərdin şəfası və hər cür qorxudan amandır”.
İmam Sadiq (ə) yenə buyurur: “Qiyamət günü İmam Hüseynin (ə) zəvvarı cəhənnəm əhlindən və israf edənlərdən yüz nəfərinə şəfaət verəcəkdir”.






Ehtiyaclılara yaxşılıq edən, hansı 6 hədəf və savaba çatar?!


Quranın nəzərinə görə, ehtiyacı olanlara və zəiflərə yardım etmək – insana həm dünyada və həm də axirətdə bərəkətlər və faydalar gətirər. Bu faydalar ilə tanış olaq.
1. Dostluq və səmimiyyət. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə, pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (“Fussilət” 34).
2. Dünya səadəti. “Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 148).
3. İqtisadi balans. “(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).


Günahı fikirləşmək günahdırmı?


Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, günah haqqında çox düşünər, (bu iş) onu günaha tərəf çəkər”. Günah haqqında çox düşünmək insanı günaha dəvət edər. İnsanda günah etmək üçün stimul yaradar. O zamana qədər ki, günah etməmişik, bizə günah yazılmaz. Ancaq insan üçün elə qaranlıq və zülmət gətirər ki, onu günah yoluna çəkər.
Ona görə də insan günah fikirlərini özündən dua, təvəssül və bacardığı hər bir vasitə ilə qovmalıdır. Bu cür fikirlərin qarşısını almaq üçün insan xəlvətdə qalmaqdan çəkinməlidir. Əgər görsək ki, xəlvət edən zaman günah haqqında düşünürük, Allaha təvəkkül edək və başqa yaxşı şeyləri düşünməyə çalışaq. Allahdan aşkarda və xəlvətdə yardım istəyək. Sonra isə hər gün Əhli-Beytə (ə) 100 salavat hədiyyə etməyi unutmayaq.


Hər kimdə bu üç şey olarsa, imanın dadını bilər?!


Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə bu üç şey olmazsa imanının dadını hiss etməz: Allah Təalanın haram buyurduğu şeylərdən onu saxlayan pəhriz, cahilin cəhlini geri qaytaran mülayimlik, xəlq ilə mehriban olmağa səbəb olan gözəl xasiyyət”. Həzrət (s) buyurur ki, hər kimdə bu üç şey olmazsa, imanın dadını hiss etməz. Yəni, bu üç sifət olmazsa, yəqini qüvvətlənməz və imanı zəif olar. Əgər fasiq insan olarsa, insanlara qəzəblənərsə və hər istədiyini edərsə - bu insan imanın dadını hiss edə bilməz. (Həvzəh)
Allah Təala Öz səma Kitabında həqiqi imana malik olanları mədh edərək, buyurmuşdur: “Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət), Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir”. (“Maidə” 54).


Cərcis peyğəmbərin (ə) kafir əmirə (başçıya) cavabı nə oldu?!


Hədislərin birində oxuyuruq ki, Cərcis peyğəmbərin (ə) zamanında kafir bir əmir var idi. Qövmü çox fəsad əhli idi. Allah da ona görə yağışı onlara yağdırmırdı. Ona görə də insanların əksər hissəsi ölmüşdü. O kafir əmir ayağa qalxır və ordusunu toplayır. Ordusu ilə birlikdə Cərcisin qapısına gəlir. Cərcisə xəbər verirlər ki, bəs bu kafir sənin qapına ordu çəkmişdir. O, deyir: “Ey Cəbrayil! Allah Təalanın xəbəri vardırmı ki, bu kafir nə deyir?”. Həzrət Cəbrayil (ə) gedir və qayıdır. Sonra deyir: “Ey Cərcis! Allah buyurur ki, de: “Mən zəif və acizəm, Allah isə qadir və güclü. Allahı incitməyə qüdrətləri çatarmı?””. Cərcis Allahın müraciətini onlara çatdırır, kafir deyir: “Düz deyirsən. Mən aciz və zəifəm və onu incitməyə qüdrətim çatmaz. Ancaq onun dostlarını incidə bilərəm. Birinə şallaq vuraram, birini qılınc altından keçirdərəm, birini suya ataram, birini atəşə ataram. Dostlarını incitsəm, Onu incitmiş olaram”...


İnsan nə zaman qəzəbli halətdə dünyadan gedər?


Ayətullah Şahabadi buyurur: “Əgər dünya məhəbbəti insan qəlbinin surətinə çevrilərsə və onunla əlaqəsi daha çox olarsa, ölən zaman Allah Təala onu məhbubundan ayırar. Onunla məhbubu arasına ayrılıq salar. Ona görə də dünyadan Allaha qəzəblənmiş halda gedər”. Mərhum Ayətullah Şahabadinin buyurduğu kimi, dünya sevgisinin təsirlərindən biri budur ki, dünyapərəst insan ölən zaman Allaha qəzəblənmiş halda bu dünyanı tərk edər. O zaman ki, Əzrayil (ə) onun canını almağa gələr, dünyaya aşiq və məftun olduğu üçün ondan ayrıldığına görə qəzəblənər. Ona görə də hələ ki, fürsət var, dünya sevgisini qəlbimizdən çıxaraq. Xüsusilə də o kəslər ki, öndə gedirlər. Çünki onların əməlləri başqaları üçün örnək və nümunədir. Əgər onlar dünyadan möhkəm yapışsa, ardıcılları da bu cür əməl edəcək və sonda bədbəxt olacaqlar. Dünya malından və təmtəraqdan çəkinmək lazımdır. Məsumlarımız (ə) kimi sadə yaşamağa meyil edək və başqalarına da bunu tövsiyə edək. Çünki dünya heç bir məhbubuna ziyandan başqasını gətirməmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter