Niyə Allah günahkarların əzabını bəzən təxirə salır?


Görəsən niyə Allah bəzi günahkarların əzabını təxirə salır?
1. Hüccəti tamamlamaq. Allah Təala insanı xəlq etmişdir və ona görə də insanın hidayət olması üçün lazım olan şəraiti yaratmalıdır. Bu sayədə bəhanə üçün yer qoymaz. Uca Allah insanın hidayət olması üçün həm batini və həm də xarici peyğəmbərlər qərar vermişdir. Bu ikisi sayəsində hüccətini bəndələrinə tamamlamış olar.
Ancaq bəzən insan hidayət amillərindən qafil olar və diqqət etmədən günah işlədir. Əzabı təxirə salmaq onu qəflətdən oyadar və onu təfəkkür etməyə vadar edər.
2. İnsanın ixtiyarını əlindən almamaq. İnsan etdiyi əməldə ixtiyar sahibidir. O, öz seçimi ilə ya səadəti seçir, ya da bədbəxtliyi. Əgər ixtiyar sahibi olmasaydı, imtahana çəkilməsinin heç bir faydası olmazdı. Allah bəndələrinin əzabını ona görə təxirə salar ki, ixtiyar sahibi olaraq qala bilsin. İnsanı imtahana çəkmək mümkün olsun...


Hədislərə əsasən Həsədin paxıl insana vurduğu 6 ziyan !


Həsəd - o rəzil sifətlərdəndir ki, insanı uçuruma tərəf aparar və hətta dinindən döndərər. Həsəd başqalarına ziyan vurduğu kimi, sahibinə də dəhşətli ziyan vurar. Onlarla tanış olaq:
1. Həsəd imanı aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd imanı məhv edər”. Bu cür insan belə hesab edər ki, Allah (nəuzubillah!) ədalətsizdir və başqalarına verdiklərindən ona verməmişdir. Ona görə də bu əqidədə olan insan imanını itirər.
2. Həsəd bütün yaxşılıqları aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd yaxşılıqları yeyər və aradan aparar, necə ki, atəş odunu yeyər və aradan aparar”.
3. Həsəd insanı cismi və ruhi xəstəliklərə düçar edər. Belə bir insanın hüzuru olmaz. İmam Əli (ə) buyurur: “Həsəd bədəni suya çevirər”. “Həsəd aparan insan davamlı olaraq xəstə olar”.


Namazın salamlarının mənası nədir?


Əmirəl-mömininə (ə) sual verirlər ki, namazın salamlarından olan “Əssəlamu-əleykum”un mənası nədir? Həzrət Əli (ə) buyurur: “O zaman ki, “Əssəlamu-əleykum”u, hamıya xitab edərək deyərsiniz, mənası bu olar ki, hamınız Qiyamət günü Allahın əzabından amandasınız”.
İmam Sadiq (ə) buyurur: “Hər bir namazın sonunda deyilən salamın mənası amanda olmaq deməkdir. Yəni, o kəs ki, Allah Təalanın əmrini yerinə yetirər, müti və təvazökar halda Allahın Peyğəmbərinin (s) sünnətinə əməl edər – o dünya bəlasından və axirət əzabından amanda qalar”.
Bəs bu salamlar kimə aiddir? Birinci salamın müxatəbi – Həzrət Peyğəmbərdir (s). İkinci salamın xitab etdiyi – Allahın bütün saleh və mömin bəndələridir ki, peyğəmbərlərə (ə), möminlərə, cinlərin möminlərinə şamil olar...


Bəni İsraildə Həzrət Yəsə (ə) kim olmuşdur?


Yəsə ibni Əxtub ibni Əcuz – Bəni-İsrayil peyğəmbərlərinin birinin adıdır ki, İlyas peyğəmbərin (ə) canişini və şagirdi olmuşdur. Tövratda onun adı Yəşə kimi qeyd edilmişdir.
Belə nəql edilir ki, İliya, yəni İlyas (ə) peyğəmbər səfər edən zaman Yəsə ilə rastlaşır ki, o, öz tarlasını becərirdi. Onu öz dininə dəvət edir və Yəsə də ata və anasından icazə alaraq, İliyaya qoşulur.Tövratın nəql etdiyinə görə, İliya onu xəlifə təyin edir.
Başqa yerdə nəql edilir ki, İlyas bir qul qadının evində qalırdı ki, əri ölmüşdü və oğlu Yəsə ağır bir xəstəlik tutmuşdu. İlyas ona şəfa verir və Yəsə də onun dininə daxil olur. İlyasdan sonra nəbi olur və Bəni-İsrayil onu qəbul edir. İmam Rza (ə) onun haqqında buyurur: “Yəsə də, İsa (ə) kimi işlər görür. Yəsə də İsa (ə) kimi suyun üzərində yol gedirdi, ölünü dirildirdi. Anadan gəlmə korları və cüzam xəstələrini sağaldırdı”.


Zulkifl peyğəmbərin (ə) adı və xüsusiyyəti nə olmuşdur?!


Mərhum Qətəbələddin, Həzrət Əbdül-Əzimdən nəql edir ki, buyurub: “Bir gün İmam Cavada (ə) məktub yazdım və sual verdim: “Həzrət Zulkifl ki, peyğəmbərlərdən olmuşdur, adı nə idi? O mürsəl peyğəmbərlərdən olmuşdur?”. İmam (ə) yazdığı məktubda belə cavab verir: “Allah, Öz bəndələrini hidayət etmək üçün 124 min peyğəmbər göndərmişdir. Onların 313 nəfəri mürsəl peyğəmbər olmuşdur. Zulkifl peyğəmbər də mursəl peyğəmbərlərdən idi. O, Süleymandan (ə) sonra zühur edir. Həzrət Davud (ə) kimi insanların arasında bürhan olmadan hökm verərdi. Heç bir zaman qəzəblənməmişdir, məgər Allah rizası üçün. Zulkiflin adı Uvidiyə olmuşdur...


Həzrət Peyğəmbərin (s) bir ərəbin həyati suallarına xilasedici cavabı!


Bir gün Allahın Rəsulu (s) məsciddə oturmuşdu. Təsadüfən bir ərəb daxil oldu və Peyğəmbərə (s) salam verdi. Həzrət (s) salama cavab verib, sual etdi: “Haradan gəlirsən, ərəb?”. Ərəb dedi: “Uzaq yoldan gəlirəm və sizə bir neçə sualım var”. Həzrət (s) buyurdu: “Soruş, cavab eşidərsən”.
Ərz etdi: “İstəyirəm xalqın alimi olam”. Həzrət (s) buyurdu: “Allahdan qorx”. “İstəyirəm Allah dərgahına yaxınlardan olam”. Həzrət (s) buyurdu: “Gecə və gündüz Quran oxu”.
“İstəyirəm həmişə ürəyim işıqlı olsun”. Həzrət (s) buyurdu: “Ölümünü yaddan çıxarma”. “İstəyirəm Haqqın rəhmətində olam\" Həzrət (s) buyurdu: “Allahın xəlqinə yaxşılıq et”.
“İstəyirəm düşməndən mənə zərər yetişməsin”. Həzrət (s) buyurdu: “Həmişə Allaha təvəkkül et”. “İstəyirəm xalqın gözündə xar olmayım”. Həzrət (s) buyurdu: “Pəhriz et özünü təmiz saxla”.


Haqqun-nası ancaq tövbə etməklə aradan qaldırmaq olarmı?


Hər bir haqqun-nas əslində Haqqullahdır. Səbəbi də budur ki, o zaman ki, insan qeybət edər, həm başqalarının abırını aradan aparar və həm də İlahi əmrə itaətsizlik etmiş olar.
Ona görə də hər kimin boynunda haqqun-nas olar, deməli həm də Haqqullah vardır. Burada sadəcə tövbə etmək yardım etməz. Günahkar ziyan vurduğu müsəlmandan halallıq almalıdır. Vurduğu ziyanı aradan qaldırmalıdır. Əgər vurduğu ziyan maddi olarsa, onun əvəzini verməyə çalışmalıdır və tövbə etməlidir. Əgər kiminsə abırını aparıbdırsa, onda da sadəcə tövbə etmək kifayət etməz, gərək həmin insandan halallıq alsın.
Bəzən elə olur ki, insan qarşı tərəfdən halallıq almağa qadir olmur. Yəni, həmin şəxsin kim olduğunu bilməz. Əgər kimliyini bilirsə də, harada olduğundan xəbərsiz olar. Bu zaman Allah Öz bəndəsi üçün yol açar və onu bu bəladan xilas edər. Belə ki, əgər kiminsə malını zay edibdirsə, təqlid mərcəsinin icazəsi ilə həmin malı sədəqə verə bilər.
Bəzən insanlardan halallıq almaq fəsada səbəb olur. Misal üçün, əgər kiminsə qeybətini edibdirsə, əgər ondan halallıq alsa, həmin şəxsin kin-küdurətinə düçar olar. Həmin şəxs onunla əlaqəsini kəsər. Dinimiz buyurur ki, əgər halallıq almağınız fəsada səbəb olarsa, onda həmin şəxsə görə də tövbə edin. Allahdan onun üçün bağışlanma istəyin.


Həzrət Peyğəmbərin (s) bərəkətli köynəyi hansı nəticələrlə sonuclandı?!


Həzrət Peyğəmbərin (s) köynəyi çox köhnəlmişdi və 12 dirhəmdən çox pulu yox idi. Bir qədər köhnə köynəyinə nəzər saldı və pulu İmam Əliyə (ə) verib buyurdu: “Ya Əli! Bu on iki dirhəmi al və mənim üçün köynək al”. Həzrət Əli (ə) buyurdu: “Baş üstə”. Bazara gedir və Peyğəmbər (s) üçün gözəl bir köynək alır. Peyğəmbər (s) bu köynəyi görəndə qiymətini başa düşür. Əliyə (ə) buyurur: “Ürəyim istəyirdi ki, daha ucuz köynək alasan. Görəsən satıcı onu geri qaytarar?” Həzrət Əli (ə) buyurdu: “Bilmirəm”. O, bazara gedir və köynəyi qaytarır və pulunu da Peyğəmbərə (s) qaytarır. Peyğəmbər (s) bu dəfə kürəkəni ilə bir yerdə bazara gedir. Birdən yolda bir kəniz görür. Bu kəniz yolun kənarında oturub ağlayırdı və Peyğəmbərin (s) ürəyi sızıldadı. Qabağa gedib, salam verdi və buyurdu: “Qızım niyə ağlayırsan?” Kəniz dedi: “Ey Allahın Rəsulu! Ağam mənə dörd dirhəm vermişdi ki, bazara gedim, ancaq bura çatanda başa düşdüm ki, pul yoxdur. Bilmirəm harada itirmişəm, indi də geri qayıtmağa qorxuram”. Peyğəmbər (s) buyurdu: “Narahat olma”...


Bu xüsusiyyət insana cəmiyyətdə güc əldə etdirər?!


Ədəb həqiqətən də insanı kamala çatdıran amillərdəndir. Belə ki, İmam Əli (ə) buyurur: “Bu, ədəbdir ki, insanı kamala çatdırar”.
Müsəlman gərək başqa insanlarla ədəb və ehtirama riayət edərək, danışsın. Özünə qoyduğu hörməti, başqalarına da qoysun. İmam Əli (ə) buyurur: “Mömin insanın həyatının əsas hissəsi – ağıldır. Doğruluq və düzlük onu yoluna hidayət edər. Ədəbi səbəb olar ki, cəmiyyətdə güc əldə etsin. Əgər İlahi nemətlərin şakiri olarsa, həyatı məntiqli və doğru olar”.
Müsəlman şəxsi təhqir etmək haramdır. Hətta ədəbsiz insanla belə, ədəblə rəftar etmək lazımdır ki, onun üçün örnək olsun.Bəzi insanlar düşünür ki, ədəbsiz insanla gərək onun səviyyəsində rəftar edəsən. Amma mübarək dinimiz buyurur ki, insana güc verən – onun ədəbidir. Qaba və sərt rəftar, insanı güclü edə bilməz – zahirən kiməsə başqa cür görünsə belə.


Həzrəti Peyğəmbər (s) səhabəsinə hansı günahına görə meyyit namazı qılmadı?!


Bir nəfər kişinin cənazəsini gətirirlər ki, Peyğəmbər (s) ona namaz qılsın. Həzrət (s) üzünü səhabələrinə çevirib, buyurur: “Siz ona namaz qılın, mən qılmıram”. Səhabələri deyir: “Ya Rəsulallah! Niyə ona namaz qılmırsınız?”. Həzrət (s) buyurur: “Çünki insanlara borcu vardır”. Əbu Qətadə deyir: “Mən zamin oluram ki, onun borcunu ödəyəcəyəm”.
Həzrət (s) buyurur: “Kamil şəkildə ödəyəcəksən?”. Deyir: “Bəli”. Bundan sonra Həzrət Peyğəmbər (s) həmin cənazəyə namaz qılır. Əbu Qətadə deyir ki, ölən şəxsin borcu 17 dirhəm idi. Yəni, çox az məbləğdə borcunun olmasına baxmayaraq, bu cür şiddətli şəkildə qınanmışdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter