Hz Peyğəmbər (s) yemək yeyən zamanı necə dua edərdi?!
O zaman ki, Peyğəmbərimiz (s) yemək yeyərdi, bu duanı oxuyardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”.
İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) üçün yemək gətirdilər. O Həzrət (s) barmağını yeməyin ortasına salır və qaynar olduğunu görəndə buyurardı: “Qoyun soyusun ki, bərəkəti çox olsun. Allah bizə qaynar yemək verməmişdir”.
İmam Hüseyn (ə) buyurur: “O zaman ki, Allahın Rəsulu (s) yemək yeyərdi, buyuraradı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”. O zaman ki, süd içərdi, buyurardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ruzimiz qərar ver”.
İmam Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) besətdən ömrünün axırına qədər heç bir zaman söykənərək, yemək yeməzdi. Davamlı olaraq, qul kimi yemək yeyərdi və qul kimi əyləşərdi. O, bunu təvazökarlığına görə edərdi”. Həmçinin buyurur: “Peyğəmbəri-Əkrəm (s) sol əli ilə yeməyi, içməyi və nəyisə götürməyi bəyənməzdi”
Rəsuli-Əkrəmin (s) rəftarları necə idi? Həzrətin (s) sünnəsindən nümunələr
İslam Peyğəmbəri (s) hər bir müsəlman üçün bir örnək və nümunəvi insandır ki, həqiqi kamal yolunu qət edib, insanlığın zirvəsinə çatmışdır. Həzrətin (s) əxlaqı və danışığı hər kəsi özünə cəzb edir və məhbubu edirdi. Həzrət Peyğəmbərin (s) həyat tərzi, rəftarı və əxlaqı hər birimiz üçün ibrət dərsləridir. Həzrətin (s) sünnətindən bəzi nümunələr gətirərək, onun ali məqamı ilə tanış olaq.
1. Təvazökar həyatı. Peyğəmbər (s) torpağın üstündə qullar kimi əyləşərdi, dəvət edənin dəvətini qəbul edərdi. Qullar və nökərlərlə eyni süfrədə oturub, yemək yeyərdi.
2. Tərəfdaşları ilə məsləhətləşərdi. Peyğəmbər (s) mühüm hərbi mövzularda tərəfdaşları ilə məsləhətləşər və onların nəzərlərinə qulaq asardı. Bədr və Ühüd döyüşlərində hərbi şura yaradır və müsəlmanların fikirlərindən faydalanır...
11 000 xütbəsi olan bu dahi, Peyğəmbərimizin (s) zamanında bir kəlmə də danışmamışdır?!
Ayətullah Sübhani İslam dini üçün örnək və nümunə olan misilsiz insan – Həzrət Əli (ə) haqqında öz nəzərlərini bildirmişdir ki, onlarla tanış olaq.
Alim buyurur: “Birinci bundan başlamaq olar ki, bötün insanlar Həzrət Əlini (ə) şücaətli və igid bir insan kimi tanıyırlar. Dəlili də Peyğəmbərin (s) onun haqqında Xəndəq döyüşündə buyurduqlarıdır. Həzrət Əli (ə) həm də ən zahid insan idi. Zahid insan isə həm ümumi və həm də xüsusi insanların dilində əzbər olar.
İmam Əlini (ə) fəsahət və bəlağət cəhətdən gözəl tanımaq olar. “Nəhcul-bəlağə” bu dediklərimə nümunədir. Bəzən Həzrət Əlini (ə) gözəl əxlaqına görə tanıyırıq. Onun əxlaqı bütün İlahi saliklər üçün örnəkdir. Tarixdə görməmişik ki, Həzrət (ə) kiməsə müraciət etsin. Ancaq bütün insanlar ona müraciət etmişdilər. Onun elmindən faydalanmışdılar. Əvvəlinci mövzu – Həzrətin (ə) imanı idi. O, Peyğəmbərə (s) ilk dəfə iman gətirən insan olmuşdur.
Həzrət Peyğəmbər (s) öz dostları üçün niyə çoxlu sərvət istəmirdi?
İslam Peyğəmbərinin (s) həyatı o qədər sadə idi ki, o dövrün orta həddə yaşayan insanlarının səviyyəsinə çatırdı. Həzrət (s) o dövrün aşağı təbəqəsinin az gəlirini nəzərə alaraq, özü də buğda çörəyi yeməkdən imtina edərdi. Həyatın sadə yaşayışı hər bir sahədə özünü büruzə verərdi. Paltarın növündən tutmuş, yerə saldığı xalçaya qədər. Bəzən Həzrət (s) həsirin üzərində yatardı. Hər nə halaldan əldə edirdi, onu da qənaətlənib geyinərdi. Həzrət Peyğəmbər (s) Əbuzərə belə buyurardı: “Ey Əbuzər! Mən kobud paltar geyinirəm. Torpağın üzərində əyləşirəm. Yalın dördayaqlıya minirəm. Bunlar mənim sünnətlərimdir. Hər kim mənim sünnətimdən üz döndərər, məndən deyildir”. Həzrət Peyğəmbərdən (s) nəql olunur ki, buyurub: “Geyinin, yeyin və için, ancaq mötədil halda. Mötədil olmaq – nübuvvətin xüsusiyyətlərindəndir”.
Əbuzər deyir: “Soruşdum: “Ya Rəsulallah! Allahı yada salanlar və təvazökarcasına Allahdan qorxanlar başqalarından daha tez behiştə gedərlər?”. Buyurdu: “Xeyr, ancaq ehtiyacı olan müsəlman behiştə daxil olmaq üçün başqlarını qabaqlayarlar. Behişt gözətçiləri onlara deyər: “Səbir edin o zamana qədər ki, sizin hesabınız çəkilər”. Deyərlər: “Nəyin hesabı? Allaha and olsun ki, biz nə bir şeyin malikiyik ki, zülm edək və nə də bir şey bizə tapşırılmışdır ki, çətinlik yaradaq və ya işləri asanlaşdıraq. Amma biz Allahımıza ibadət etmişik, o zamana qədər ki, bizi çağırdı. Biz də onu qəbul etdik”.
Həzrət Peyğəmbərin (s) gündəlik həyatda hamı üçün nümunə olan 10 xüsusiyyəti!
Həzrət Peyğəmbər (s) – həyatımızın hər bir sahəsində örnək götürə biləcəyimiz insandır. Bu dahi insanın hər bir rəftarı, danışığı, əxlaqı bütün müsəlmanlar üçün nümunə olmalıdır. Bəs bu əməllər hansılardır?
1. Danışıq və rəftarda. “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21). Biz Peyğəmbərdən (s) rəftar və danışıqlarımızda örnək götürməliyik. Çünki Həzrət (s) həmişə düz danışar və rəftarları Allah bəyənən olardı.
Bəs biz necə, beləyikmi? Əgər Həzrətdən (s) örnək götürsək, hər bir insan Həzrətin (s) rəftarı kimi rəftara, danışığı kimi danışığa malik ola bilər. Sadəcə səy göstərmək lazımdır.
2. Paklıq və zahiri görünüş. Dinimiz buyurur ki, hər bir müsəlman paklığına və zinətlənməsinə diqqət göstərməlidir. Çünki Allah Təala Öz bəndələrinin gözəl olmasını istəyir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah çirkin olmağı və çirkli olmağı düşmən bilər”...
Düşmənlərin şərrindən amanda qalmaq üçün oxunması tövsiyə olunan surə!
Qurani-Kərimin mübarək “Əraf” surəsi çoxlu fəzilətlərə malikdir. Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “Əraf” surəsini oxuyarsa, Allah onunla İblis arasına pərdə çəkər ki, İblisin şərindən amanda qalsın. O, elə kəslərin zümrəsindən olar ki, Həzrət Adəm (ə) behiştdə onu ziyarət edər və behiştdə yəhudilərin və xristianların sayı qədər ona dərəcə verilər”. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni ayda bir dəfə oxuyarsa, Qiyamət günü o kəslərdən olar ki, heç bir qorxusu və qəmi olmaz.
Hər kim düşmənin şərindən və vəhşi heyvanların hücumundan amanda qalmaq istəyirsə, bu surəni zəfəran və ya gülabla yazsın və özü ilə gəzdirsin. O vaxta qədər ki, bu yazı onunla olar, Allahın izni ilə heç bir düşmən və vəhşi heyvan ona yaxın durmaz...
İslam dininin qeyrətə baxışı məsumların hədisində!
Mömin qadınla kişinin ən bariz sifətlərindən biri – əmanətdarlıq olmalıdır. Əmanətdar insanlar heç bir zaman bir-birinə xəyanət etməzlər. Yaxşı olar ki, kişi qeyrət əhlindən olsun və başqalarını öz hərəmindən uzaqda saxlasın. Kişiyə əmanətdar olmaq vacib olduğu kimi, qadına da vacibdir ki, ərinə heç bir formada xəyanət etməsin.
-İmam Əli (ə) buyurur: “Yersiz qeyrət göstərməkdən çəkinin. Çünki bu iş düzgün qadınları büdrəməyə tərəf çəkər. Ancaq qadınların işinə nəzarət et və nə zaman onlarda bir günah gördün – istər böyük olsun, istərsə də kiçik – narazı olduğunu nümayiş etdirən halda onlarla rəftar et. Cəzalandırmaqdan çəkin”.
-İmam Sadiq (ə) buyurur: “Ata və ananıza yaxşılıq edin ki, övladlarınız sizə yaxşılıq etsin. Başqalarının qadınlarına qarşı pakətəkli olun ki, qadınlarınız da pakətəkli olsun”.
Hədislərə əsasən günahdan qorunmayan insan hansı 6 çətinliklərlə üzləşər?!
Günahın insana vurduğu ziyanlar haqqında çox söz demiş və çox eşitmişik. Ancaq onun ziyanlarını bir daha xatırlasaq və bizə necə bəlalar gətirdiyini bir daha yada salsaq, bəlkə də ondan çəkinər və onu tərk etməyə çalışarıq. Günahın gətirdiyi ziyanlar:
1. Nemətin əldən getməsi. Allah insana çox sayda nemətlər vermişdir, ancaq çox təəssüf ki, insan günah edərək bu nemətləri bir-bir əldən verər. İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, heç bir millət nemətdən məhrum olmaz, məgər düçar olduğu günahlarına görə”. Həzrət Peyğəmbər (s) buyurur: “Günahlar nemətləri dəyişdirər”.
2. Bəlanın nazil olması. Günah insana çoxlu bəlalar gətirər. İmam Əli (ə) buyurur: “Günahlardan çəkinin ki, elə bir bəla və ya qıtlıq yoxdur, məgər günahlara görə olar. Hətta insan bədəninə daxil olan qaşınma, torpağın titrəməsi və sizi udması, ruh və cismə daxil olan müsibətlər belə”...
Hədislərə əsasən haram musiqilərə qulaq asmağın hansı beş ziyanı vardır?!
“İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (“Loğman” 6).
Ğinanın insan həyatına vurduğu ziyanlar ilə tanış olaq:
1. Namusa qarşı etinasızlıq yaradar. İmam Sadiq (ə) buyurur: “O zaman ki, bir evdə müsiqi sayəsində qadınlar və kişilər toplaşar, şeytan, şeytanlıq nəfəsindən onlara üfürər ki, ondan sonra qeyrəti əldən verərlər”.
2. Ani ölüm və duaların qəbul olmaması. İmam Sadiq (ə) buyurur: “O evdə ki, ğina olar, ölüm və ağrılı müsibətdən aman olmaz. Orada dualar yerinə yetməz. Mələklər ora daxil olmaz”...
İmam Əli (ə)-ın hədisinə əsassən dünya və axirət xeyri hansı əməllərdən asılıdır?!
İmam Əli (ə) buyurmuşdur: Dörd şey vardır ki, hər kəsə onlar verilmişdirsə dünya və axirət xeyrinə sahib olmuşdur:
1-Düz danışmaq xasiyyəti,
2-Əmanəti sahibinə geti qaytarmaq,
3-Qarının iffəti (haram yeməklərdən çəkinmək)
4-Gözəl əxlaqla insanlarla rəftar etmək.
Mənbə: Qərərul-hikəm kitabı, cild-2, səh-151 hədis: 2142