Sədəqə təkcə pulla olunmur! Bəs hansı əməllərlə sədəq etmək olar?


Sədəqə təkcə pulla olunmur! Bəs hansı əməllərlə sədəq etmək olar?Sədəqə deyəndə yəni əməllə yaxşılıq (xərcləmək) etmək. Amma bu xərcləmək təkcə maddi xərcləməyə aid deyil. Bəlkə neçə şeyləri xərcləməklə sədəqə etmək mümkündür. Sədəqə hesab olunan əməllər: 1. Maddi imkanlardan vermək, 2. Kimisə qurtarmaq üçün abrından xərcləmək, 3. Əqldən sədəqə vermək, yəni düzgün məsələhət verməklə hidayət etmək, 4. Dillə sədəqə, yerində danışmaqla xoşluq yaradan amillərə səbəb olmaq. 5. Elmi sədəqə etmək.


Allah yanında ən hörmətli insan kimdir?


Allah yanında ən hörmətli insan kimdir?Təqvalılar! İlahi haram və halallara qarşı diqqətli olub 3 növ günahlara (haqqun-nəfsə, haqqullaha və həqqun-nasa) səbəb olan günahlardan çəkinirlər. Pərvərdigar qarşısında ən qiymətli şəxs pərhizkar olan şəxslərdir. Quran buyurur: “Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir”. “Maidə” 27- Təqvalı şəxsin qəbrə getdiyi zaman Cəbrayil (ə) qalxar və deyər: “İlahi! Bəndəni tək qoyub, getdilər. Nə etmək istəyirsən? Ərz edər: İcazə ver gedim və onu tənhalıqdan qurtarım?”. Allah buyurar: “İcazə vermirəm”. Deyər: “Baş üstə. Mən sənin əmrinə tabeyəm”. Mikayil (ə) qalxar: “İlahi!”. Allah Təala buyurar: “Nə istəyirsən?”. Deyər: “Bəndən”. Allah Təala buyurar: “İcazə vermirəm”. İsrafil (ə) qalxar. Deyər: “İlahi!”. Xitab gələr: “Hər üçünüz baxın”. Allah həmin qəbrə diqqət yetirər və buyurar: “Mənim bəndəm. Hamı getdi və indi Mənim növbəmdir. Mən səninləyəm, qorxma. Dəhşətə gəlmə”.


İzzətli həyatın 6 amili hansılardır?


İzzətli həyatın 6 amili hansılardır?İmam Əli (ə) buyurur: “O kəsin ki, əziz və şərif nəfsi vardır, onu günahın çirkinliyi ilə xar və zəlil etməz”. İzzətin amilləri: 1. Allaha təvəkkül etmək. 2. Qurani-Kərimlə ünsiyyətdə olmaq, 3. Həzrət Peyğəmbər (s) və Əhli-beytlə (ə) rabitə. 4. Möminlərlə rabitə. 5. Halal ruzi. 6. Layiqli müəllimlər. Bu qeyd olunanların hamısı insanın həqiqi xeyrini istəyərlər və mömindən yaxşılığı qarşısında heç bir şey gözlənitləri olmaz. Nəticədə yaxşılıqlar nümunəsini tapıb və yaxşı yaşamağa layiqli olaq.


Hədislər bulağından iki nümunə dəyərli hədislərdən qeyd edin?


Hədislər bulağından iki nümunə dəyərli hədislərdən qeyd edin?Peyğəmbər (s) kəlamlarından: \"Şeytan üçün Quran oxumaqdan ağır bir şey (əməl) yoxdur\". İmam Əli (ə) kəlamlarından: \"Hamıya etimad etməklə qəzavət edən şəxsin hökmü ədalətli olmaz\".


Mehriban ana olmağın sirrini nədə tapmaq olar?


Mehriban ana olmağın sirrini nədə tapmaq olar?Araşdırmaya əsasən belə nəticəyə gəlirik ki, mehriban ana olmaq üçün körpəmizi qucağımıza aldığımız gündən onu sevgi ilə bəsləməli və onun sevgiyə olan ehtiyacını kifayət qədər təmin etməliyik. Çünki körpəmizin şəxsiyyəti dünyaya gələn ilk gündən forlamalaşır.


Peyğəmbərimiz (s) İmam Hüseynin (ə) zəvvarlarına nə vəd edib?


Peyğəmbərimiz (s) İmam Hüseynin (ə) zəvvarlarına nə vəd edib? Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, öldürüləcəksiniz. İraq torpağında dəfn olunacaqsınız”. İmam (ə) buyurur: “Ya Rəsulullah! Bizim qəbirləri ziyarət etməyin mükafatı nədir?”. Buyurdu:“Ey Əbəl Həsən! Həqiqətən Allah Təala sənin və övladlarının qəbrini behişt meydanlarında qərar vermişdir və Allah seçilmişlərdən qəlbləri sizə tərəf meylli edər, sizə görə əziyyətə dözərlər. Sonra da qəbirlərinizi abad edərlər. Onların Allaha yaxın olmasına görə, Allahın Rəsuluna (s) və Həzrət Əliyə (ə) dostluğuna görə mənim şəfaətimin xüsusi insanlarıdır və onlar sabahısı gün məni behiştdə ziyarət edəcəklər”.


Ziyarət etməyin qaydaları barədə Əhli-beytdən (ə) tövsiyələr hansılardır?


Ziyarət etməyin qaydaları barədə Əhli-beytdən (ə) tövsiyələr hansılardır?Ziyarət etməyin qaydaları barədə Əhli-beytdən (ə) tövsiyələrə diqqət edək: 1. Ziyarət qüslü. 2. Təmiz libas geyinmək. 3. Xoş ətir vurmaq. 4. Vüqarla yol getmək. 5. Hərəmə gedən yolda zikr demək. 6. Daxil olmaq üçün icazə, almaq. 7. Xüsusi ziyarəti oxumaq. 8. İki rükət ziyarət namazı. 9. Dua etmək.


Layiqlilərin və salehlərin sahib olduğu 3 cəhət hasılardır?


Layiqlilərin və salehlərin sahib olduğu 3 cəhət hasılardır?Allah Təala buyurur ki, rəhmətini kimə istəyər, verər. Ancaq Allah kimi istəyir? Layiqliləri və salehləri. Bu insanlar kimdirlər? Onlar haqqında üç nöqtəni qeyd etmək lazımdır. Salehlərin üç həyatlarında sevilən cəhətləri: 1. İbadət. Bu insanlar Allaha elə ibadət edərlər ki, Onun dərgahından qaib olmazlar, Onunla ticarət etməzlər. 2. İnsanlara xidmət etmək. Musanın (ə) qövmu Qaruna deyirlər: “Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz”. 3. Əməldə diqqət. Özünə aid əməlləri yaxşı yerinə yetir və kamil şəkildə yerinə yetir. Əgər başqalarına yaxşılıq edirsənsə minnətsiz et və gizli et.


Ağıllı insan hansı 3 iş üçün addım atmalıdır?


Ağıllı insan hansı 3 iş üçün addım atmalıdır?Quran və Məsumlar (ə) bu cür işlərdən uzaq olmağı tövsiyə etmişdir. İmam Əli (ə) də kəlamlarında bu mövzuya toxunaraq, buyurmuşdur: “O kəs ki, yersiz və hədəfsiz işlərlə məşğul olar, ağlı azdır”. Nəticədə: Ağıllı insan bu 3 iş üçün addım atmalıdır: Məadını islah edən işlər, dolanışığının təmin edilməsi, halal ləzzətlər və gəzinti üçün çalışması.


Hər bir yerdə Allahın adlarını və ya Quran ayələrinin silmək gərəksə necə etməliyik?


Hər bir yerdə Allahın adlarını və ya Quran ayələrinin silmək gərəksə necə etməliyik?Xamenei həzrətlərinin suallara cavab kitabının 165 sualında deyilmişdir: Allah adı və Quran ayələrinin aradan aparılmasının yolları bunlardır: Yerlərdə dəft etmək lazımdır və ya su ilə onu məhv etmək mümkündür. İstisna halı da geniş şərhimizdə gəlmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter