Dində xoşbəxtliyin 6 açarı nələrdir?


Dində xoşbəxtliyin 6 açarı nələrdir? Qurani-Kərim hər birimiz üçün hidayət vasitəsidir. Quran bizlərə xoşbəxt olmağın və saədətin yollarını göstərir və onun açarını bizə təqdim edir. Xoşbəxt olmağın 6 açarına işarə edək: 1. İbadət və müticəsinə qılınan namaz. 2. Yersiz və pis işlərdən uzaq olmaq. 3. Zəkat vermək. 4. İffətli olmaq. 5. Tövbə etmək. 6. İlahi təqvaya riayət etmək.


İslamda ananın yüksək məqamı necə dəyərləndirilir?


İslamda ananın yüksək məqamı necə dəyərləndirilir? Allah Təala valideynə və xüsusilə də analara hörmət edilməsini zəruri əməllərdən hesab etmişdir. Ana sözü deyildikdə hər bir təkəbbürlü və quldur insanın ürəyini riqqətə gətirər. Ana elə bir varlıqdır ki, ətrafında olanlar ona dəli kimi aşiqdirlər. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, qadın hamilə olar, (hamiləlikdən övladına süd verənə qədər) Allah yolunda cihad edən kimi olar. Əgər (bu müddətdə) dünyadan gedərsə şəhidin əcri ona verilər”.


Quranda göz dəyməsinin olduğu təsdiq edilirmi?


Quranda göz dəyməsinin olduğu təsdiq edilirmi? Bəli. Qələm surəsinin 51-ci ayəsində deyilir: “Quran eşidən zaman sənə baxarlar və baxışlarıyla az qalırlar səni vurub yıxalar”. Ayədən göründüyü kimi, burada gözün nəzər deyilən mənfi təsirindən söz açılır. O da anlaşılır ki, təkcə maddi olanlar yox, ruhi üstünlüklər də neqativ təsirli həsədə – göz dəyməsinə səbəb ola bilər.


Əraf əhli kimlərdir?


Əraf əhli kimlərdir? Cənnət və cəhənnəm arasında yerləşən bu məkanda qərar tutanların kim olması barədə müxtəlif fikirlər var. Bir qisim onların mələklər olduğunu, başqaları peyğəmbərlər, şəhidlər və alimlərin qəsd edildiyini söyləyir. Üçüncü qrup fikir tərəfdarları onların nə cənnətə, nə də cəhənnəmə getməyəcək insanlar olduğunu iddia edir. Guya bu kateqoriyaya hər hansı bir peyğəmbərin təbliğini eşitmədən ölənlər, müşriklərin yetkinlik yaşına çatmayan övladları və qanuni nikahdan doğulmayanlar daxildir. Dördüncü və daha çox inandırıcı versiyaya görə, əraf əhli günah və savabı bərabər səviyyədə olanlardır.


Beşlik namazı üç vaxtda qılmaq olarmı?


Beşlik namazı üç vaxtda qılmaq olarmı? Əvvəlcə məsələnin aydın olması üçün fəqihlərin bu barədəki nəzərlərini qeyd edirik:
1-Bütün islam məzhəbləri bu məsələdə yekdil nəzərə malikdirlər ki, Ərəfədə hər iki namazı – zöhr və əsr namazını zöhr vaxtında birlikdə, arada fasilə salınmadan qılmaq olar. Həmçinin Müzdəlifədə də məğrib və işa namazlarının vaxtında qılmaq caizdir.
2-Hənəfilər deyirlər: Zöhr və əsr, məğrib və işa namazını bir vaxtda (arada fasilə salmadan) qılmaq yalnız Ərəfədə və Müzdəlifədə caizdir, sair hallarda isə caiz deyildir.
3-Hənbəlilər, malikilər və şafeilər deyirlər: Zöhrlə əsr, məğriblə işa namazlarını xüsusi bir vaxtda bir yerdə qılmaq qeyd olunan iki yerdən başqa, səfər halında da caizdir. Onlardan bəziləri iki namazı birlikdə qılmağı zərurət halına (məsələn, yağış yağanda, namaz qılan şəxs xəstə olanda, yaxud düşməndən qorxu törənəndə) aid edərək caiz bilmişlər. (1)
4-Şiələr inanırlar ki, zöhr və əsrin, eləcə də məğrib və işa namazının həm xüsusi, həm də müştərək vaxtları vardır:
a) Zöhr namazının xüsusi vaxtı şəri zöhrdən (günəşin şaquli vəziyyətdən qərbə tərəf keçdiyi zamandan) dörd rəkətlik namaz qılına biləcək vaxt keçənə qədərdir. Bu məhdud müddətdə yalnız zöhrü qılmaq olar. ...


İlahi rəhmətə gedən yol 3 nələrdir?


İlahi rəhmətə gedən yol 3 nələrdir? İnsan bilməlidir ki, İlahi rəhmətə gedən yol üç addımladır: 1. Günahdan peşman olmaq və tövbə etmək. 2. İlahi əmrlər qarşısında təslim olmaq. 3. Saleh əməl və Quranın ardınca getmək.


İmanın kamil və günahların bağışlanmasına səbəb olan 4 xüsusiyyət hansılardır?


İmanın kamil və günahların bağışlanmasına səbəb olan 4 xüsusiyyət hansılardır? İnsanlar adətən çoxlu ibadət edən, oruc tutan və az gülən insanları daha çox dindar və nicat tapmış hesab edirlər. Halbuki, İlahi peyğəmbərlərin (ə) zamanının çoxu insanların arasında keçərdi və onları hidayət edərdilər. Onlar insanlarla söhbət edib, hidayət etməyi sükutdan üstün hesab edərdilər. Lakin bəşər elə düşünür ki, əgər cəmiyyətdən uzaq olsa, daha çox dindar ola bilər. Lakin indi ki, müsəlmanıq və cahiliyyət dövrünü geridə qoymuşuq, insanlarla düzgün ünsiyyət və rəftar çox mühümdür. (Tebyan) İmam Səccad (ə) buyurur: “Hər kimdə bu dörd sifət olarsa, imanı kamil və günahları bağışlanar. Allahla ondan razı olan halda görüşər”. ibarətdirlər: 1. İlahi təqva. 2. İnsanlara qarşı sadiq və düzgün olmaq. 3. Həyaya riayət etmək. 4. Xoş rəftar və xoş əxlaqlı olmaq.


Tövbənin dünyəvi nəticələri varmı?


Tövbənin dünyəvi nəticələri varmı?Həzrət Saleh (ə) öz qəbiləsinə deyir: “Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?». (“Nəml” 46). Bu ayədən göründüyü kimi hər kim tövbə edər, İlahi rəhmətə şamil olar. Lakin Salehin (ə) qəbiləsi tövbə emtədiyinə görə Allah onlara İlahi əzab nazil etdi və onları məhv etdi. Bu sualın cavabını bu ayə aydınca buyurur: “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12). Allahın dünya rəhmətini insanlara nazil etməsi insanların dünyada günahlardan peşiman olması ilə sıx bağlıdır.


Əməllərimizin ixlasına nə mane olur?


Əməllərimizin ixlasına nə mane olur?İxlas - hər cür çirkinlikdən uzaq olmaq deməkdir. İxlaslı insan o kəsdir ki, özünü hər cür şirkdən paklayar və icazə verməz ki, hədəfinə və ya niyyətinə Allahdan qeyrisi daxil olsun. İxlaslı insanın seyri Allahdan Allahadır, Allaha təvəssül və təvəkküllədir. Hər bir yerdə qeyrisini Allahla qarışdırmaz. Bu, elə bir sifətdir ki, ancaq Allaha aşiq olanların ürəyində meydana gələr. Ona görə də hər kim bu ali məqama çatmaq istəyirsə, gərək Allahı öz məhbubu qərar versin. Bu yolla Allahın razılığını özünə cəlb etsin. Hər kim Allahın məhbubu olar, bütün varlığı ixlasa bürünər. Sevgi o zaman həqiqi olur ki, ikitərəfli olsun. (Erfan) İnsan çox mürəkkəb bir varlıq olduğu üçün ixlasın meydana gəlməsi asan məsələ deyildir. İnsanın ehtiyacları olduğu üçün maddi dünyaya çox meyl edər və ona görə də maddi həyat insanın ixlaslı olmasına mane olan ilk amildir.


Fitr bayramının əməlləri nələrdir?


Fitr bayramının əməlləri nələrdir? Fitr bayramı İslam bayramlarının ən böyük günlərindən biri kimi qəbul olunur. Dəyərli günlərdə bəzi əməllərin edilməsinə din təlimlərində təkid olunur. O cümlərdən fitr bayramının bir sıra əməlləri vardır. Ibarətdirlər: 1-Bayram qüslü etmək, 2-Təzə paltar geyinmək, 3-ətir vurmaq, 4-İmam Huseynin (ə) ziyarət duasını oxumaq. 5-Namazdan öncə iftar niyyəti ilə süfrə açıq bayram keçirmək, 6-Fitrə zəkatını çıxmaq, namaz qılan öncə, namazı qılmayan zöhr azanına qədər. 7-Fitr bayramının çox fəzilət və savabı olan namazını qılmaq,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter