Hz. Peyğəmbərin (ə) sakkal saxlamaq haqda hədisi varmı?


Hz. Peyğəmbərin (ə) sakkal saxlamaq haqda hədisi varmı? Rəvayətdə gəlmişdir ki, bir gün Hz. Peyğəmbər (s) dövrün sultan və padişahlarına məktub yazaraq öz İlahi risalətini elan etdi... və onlardan iman gətirmələrini istədi. İranın o zamankı padişahı Xosro Pərviz Şahın tərəfindən Peyğəmbərin (s) yanına iki nəfər nümayəndə gəldilər ki, bu məsələ haqqında daha dərindən məlumat əldə etsinlər. Onlar üzlərini qırıxmış və bığ saxlamışdılar. Eləki Hz. Peyğəmbər (s) onları gördü onlara baxmaq onun üçün xoş deyildi... və belə buyurdular: \"Vay olsun sizlərə kim sizə belə etməyi əmr etmişdir?! Atəşpərəst iranlılar dedilər: Bizim böyüklərimizi bizim bu cürə olmamızı əmr etmişlər. Hz. Peyğəmbər (s) buyurdu: Amma mənim Allahım əmr etmişdir ki sakkal saxlayıb bığlarımızı qısaldaq. Hz. Peyğəmbər (s) üzünü səhabələrə tutaraq buyurdu: \"(Ey Müsəlmanlar!) Bığlarınızı qısaldın və sakkallarınızı saxlayın ki, əks halda məcuslara (atəşprəsətlərə) bənzəyərsiniz.


Niyə Allahın qəzəbi günahkarı dərhal tutmur?


Niyə Allahın qəzəbi günahkarı dərhal tutmur? İndi əvvəlki sualımıza qayıdaq. Məgər Allahın qəzəbi günahkarları tutmurmu? Sizdən soruşuruq ki, sizin nəzərinizə görə bu pisdir, yoxsa yaxşı? Bu mövzunu Allahın nemətlərindən biri kimi görmək lazımdır ki, cəza verməkdə tələsmir. Hər bir xata edən üçün fürsət verir ki, səhvini başa düşsün. İndi görək bu neməti kimə görə qazanmışıq.
İmam Sadiqdən (ə) gələn nurani hədisdə oxuyuruq: “O zaman ki, Allah Təala günah edən şəhər sakinlərinə nəzər salar ki, aralarında (ancaq) üç nəfər mömin olar, onlara xitab edərək buyurar: “Ey Mənim günahkar bəndələrim! Əgər sizin aranızda olmasaydı bu möminlər ki, Mənim cəlalımın dostlarıdır, yeri və məscidləri namazları ilə abad edərlər, səhər çağı Mənim qorxumdan istiğfar edərlər - əzabımı mütləq sizə nazil edərdim. Mənim üçün heç bir fərq də etməzdi”.


Hansı dilənçiyə yardım etməliyik?


Hansı dilənçiyə yardım etməliyik? Şəhərdə gəzən zaman dilənçilərə hamımız rast gəlmişik. Ancaq bu insanların həqiqətən də ehtiyac içində olduğunu bilmək çox çətindir. Biri övladının xəstə olduğunu, o birisi nəzir etdiyini, biri əlil olduğunu bəhanə edərək, sizi yumşaltmağa çalışır. Bəs necə bilək ki, bu insanlar düz deyir? İ. Əli (ə) buyurur: “Ey Kumeyl! İstəyəni geri qaytarma, baxmayaraq ki, xurmanın yarısı və ya üzümün yarısı ilə olsa belə”. İ. Sadiq (ə) buyurur: “Əgər dilənçi bilsəydi ki, dilənçilik edərək hansı günah yükünü çiyninə alır, heç kəs başqasına dilənçilik etməzdi. Əgər istədiyi şəxs bilsəydi ki, rədd etmək nə qədər böyük yük gətirər, heç kəsi rədd etməzdi”. Başqa bir tərəfdən isə Quran bizə tövsiyə edir ki, sizə uzanan əli boş qaytarmayın. “Və onların mallarında əl açanlar və məhrumlar üçün bir haqq var idi”. (“Zariyat” 19)...


Allahın məkri nə deməkdir?


Allahın məkri nə deməkdir? İ. Rza (ə) buyurur: “Allah Təala istehza, rişxənd və məkr etməz, aldatmaz. Ancaq Allah onlara cəza verər. Allah zalımların dediklərindən daha üstündür”. Məkr sözünün lüğətdəki mənası tədbir deməkdir, istər yaxşı, istərsə də pis. Quranda buna aydın nümunələr vardır. Belə ki, o zaman ki, məkr xeyir kimi zikr olunur: “Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır”. “Ali-İmran/54\" Bəzən də pis mənanı verir. “(Bu, onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, hiylə yalnız öz əhlini bürüyər”. “Fatir/43\" Quran- o məkkar ki, istəyir dinə ziyan vursun, həmin məkri özünə qayıdar və özü ziyan görər. “Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər”. (Bəqərə/9). Bəli, kafirlər hər nə qədər haqqı aradan qaldırmaq üçün hiylə və məkr etsələr də, faydasızdır. Çünki Allahın onların hiyləsindən xəbəri vardır və bu hiylələrin nəticəsi axirətdə cəza şəklində onlara qayıdacaqdır...


Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi?


Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi? Osmana tutulan mühim iradlardan biri, hz Peyğəmbərin (s) səhabəsi Əbuzərin sürgün olunmasıdır. Hz Peyğəmbər (s) buyurmuşdur: «Əbuzərdən düzgün bir kəsə səma kölgə salmadı, yer onu öz üstündə gəzdirmədi». Osmanla müxalifətçilikdə heç bir şəxs təmənnası olmayan Əbuzər, xəlifənin dövlət xəzinəsini öz yaxın adamlarına israfçılıqla paylaşdırmasından narazı idi. Beytül-maldan ibarət olan dövlət xəzinəsinin xərclənməsində hz Peyğəmbərin (s) üsullarını müdafiə edən Əbuzər, kimsəyə güzəştə getmək fikirində deyildi. Əbuzərin etirazlarından qeyzlənən xəlifə, əvvəlcə onu Şama sürgün etdi. Şamda Müaviyənin özbaşınalıqlarına qarşı çıxan Əbuzər haqqında xəlifə məktub aldı. Müaviyə yazırdı: «Əgər Şama ehtiyacın varsa, Əbuzəri geri qaytar. O burada qalsa, Şam əlindən çıxacaq». Osmanın göstərişi ilə Əbuzər, Mədinəyə çatanda artıq xəstələnmişdi. Xəlifənin son qərarı bu oldu ki, Əbuzər Rəbəzəyə sürgün edilsin. Peyğəmbərin (s) susuz səhraya sürgün edilən sevimli səhabəsi, oradaca dünyasını dəyişdi.


Hər gün torpaq insanı hansı 5 nəsihətlərlə səsləyər?


Hər gün torpaq insanı hansı 5 nəsihətlərlə səsləyər?Hz. Peyğəmbər (s) buyurur: \"Ey insanlar bilin ki torpaq (qəbirlər) insanları hər gün 5 cümlə ilə yad edərək nəsihət edər:
Ey Adəm övladı! 1-Mənim üstümdə addımlayırsan, bir gün gələr mənim qucağımda yerləşdirilərsən! (- Pəs günah etmə.)
Ey Adəm övladı! 2-Mənim üstümdə şadlıq edirsən, bir gün gələr mənim qucağıma yerləşdirilərsən! (Pəs şadlığında tüğyan etmə.)
Ey Adəm övladı! 3-MƏnim üstümdə günah edirsən, bir gün gələr mənim qucağıma əzabını çəkərsən! (Pəs təqvalı ol.)
Ey Adəm övladı! 4-Mənim üstümdə gülürsən, bir gün gələr mənim qucağımda ağlayarsan. (Pəs haqq yeyərək sevinmə.)...


Qəza namazlarını tez qılıb qurtarmaq üçün cəfəri məzhəbinə uyğun namazı ən qısa şəkildə necə qılmaq olar?


Qəza namazlarını tez qılıb qurtarmaq üçün cəfəri məzhəbinə uyğun namazı ən qısa şəkildə necə qılmaq olar?Cavab: Namaz əməllərinin bir qismi vacib, bir qismi də müstəhəbdir. Müstəhəb əməlləri etməmək də olar, buna görə insana günah yazılmaz. Hətta vaxt darlığı üzündən və ya başqa üzürlü səbəbdən müstəhəbbatı tərk etmək daha yaxşıdır. Müstəhəb əməllərsiz namaz bu şəkildə qılına bilər: Niyyət. Təkbirətül-ehram. Fatihə və qısa surə. Rüku (3 dəfə “Sübhanallah” söyləmək kifayətdir). Səcdələr. Yerindən asılı olaraq təşəhhüd və salam (üçüncü salamı söyləmək kifayətdir). Qünut tutmaq, rüku və səcdədə artıq zikrlər və salavat söyləmək, rüku və səcdələrdən qaxandan sonra zikr söyləmək, 3 salam vermək müstəhəbdir. Tələsən və ya çoxlu qəza namazı qılan adam bunları etməsə də olar.


Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı?


Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı?Cavab: Namazda bədəni və başı qiblədən kənara döndərmək namazı batil edər. Bu istər qəsdən olsun, istərsə də bilməyərəkdən, fərqi yoxdur. Başı qiblədən döndərmədən gözləri dolandırmaq və ətrafa nəzər salmaq namazı batil etməz. Amma bu hərəkət məkruhdur, yəni namazın savabını azaldar. Ehtiyac olmadan, sadəcə maraq xatirinə gözləri sağa-sola yönəltmək namaza qarşı hörmətsizlik kimidir. Namaz qılan şəxs bacardıqca diqqətini öz ibadətinə yönəltməli və artıq hərəkətlərdən çəkinməlidir. Əlbəttə, zərurət halında, məsələn hər hansı təhlükəni qiymətləndirmək üçün qiblədən dönmədən kənara baxmaq məkruh sayılmaz.


Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi fərq varmı?


Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi fərq varmı?Cavab: Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi və vacib fərq yoxdur. Mövcud fərqlər də ya müstəhəb xarakter daşıyır, ya da yerli adət-ənənəyə bağlıdır. Məsələn, el adətincə, qadınların qəbrini kişilərə nisbətən daha dərin qazırlar. Bu da qadının naməhrəmlik dərəcəsinin daha çox olması ilə əlaqədardır, yəni hər hansı səbəb (sel sularının torpağı yuması, heyvanların qəbri eşməsi və s.) üzündən qəbrin üst örtüyünün daha gec dağılması üçün belə edirlər. Qadının kəfənlənməsində də bəzi müstəhəb qaydalar vardır; belə ki, qadın cənazəsini kişiyə nisbətən daha çox parçaya bükmək müstəhəbdir. Qadını qəbrə qoyan şəxs də ona məhrəm olanların içindən seçilir. Qadın cənazəsini qəbrə qoyarkən və təlqin oxuyarkən məzarın üstünü parça ilə örtüb kənarlarını torpağa sıxırlar ki, naməhrəmlər cənazəni görməsinlər. Bir daha təkrar edirik ki, bunların hamısı müstəhəb qaydalardır.


Qəbir ziyarəti üçün hər hansı məsləhətli vaxt varmı?


Qəbir ziyarəti üçün hər hansı məsləhətli vaxt varmı?Qəbir ziyarətini ilin və həftənin hər hansı günündə və saatında yerinə yetirmək olar. Bunun üçün xüsusi gün və saat yoxdur. Milli ənənəmizə görə bayram günlərində və sair mübarək tarixlərdə insanlar öz ölülərinin qəbrini ziyarət edir, onların ruhuna dua oxuyurlar. Həftənin günləri içində cümə axşamı və cümə günlərində qəbir ziyarətinə getmək barədə dini mətnlərimizdə daha çox tövsiyələrə rast gəlirik. Günün hansı hissəsində məzarlığıa getmək məsələsinə gələndə isə bunu günün əvvəlində, səhər vaxtı etmək daha yaxşıdır. Ümumiyyətlə, günün işıqlı saatlarında qəbir ziyarətinə getmək məsləhətdir. Hava qaralandan sonra və ya gecə vaxtı məzarlığa getmək bəyənilmir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter