İslamın gözəlliklərini hansı əməllə qazanmaq olar?!


İslamın gözəlliklərini hansı əməllə qazanmaq olar?! -İ. Əli (ə) buyurur: “Həya – bütün yaxşılıqların xəmir mayasıdır”. “Həya, bütün yaxşılıqların açarıdır”. “Dünyanın ən gözəl libası – həya libasıdır”. -İmam. Sadiq (ə): “İmanı yoxdur o kəsin ki, həyası yoxdur”. -Hz Peyğəmbər (s) buyurur: “Dinin bütün yaxşılıqları – həyadadır”.
Ona görə də o kəs ki, həya libasını əynindən çıxardar, əql və imandan uzaq olar. Hər nə qədər insanın ağlı və kamalı çox olarsa, həyası da çox olar. Allahdan, insanlardan, özündən həya edər. Valideyn gərək övlad tərbiyəsində həya mövzusuna diqqət göstərsin və övladının bu fəzilətli sifətə yiyələnməsinə yardım etsin. Çünki o qız və oğlan ki, həyanı öyrənməz, hicabı öyrənməz, özünü kontrol etməyi öyrənməz, güzəşti, məhəbbəti, ehtiramı öyrənməz – insan olmağı öyrənməz. Bu da insanlığın ölməsi deməkdir.


Hz Nuhun (ə) zamanında uşaq və günahsızlar suda qərq olmuşdurlarmı?


Hz Nuhun (ə) zamanında uşaq və günahsızlar suda qərq olmuşdurlarmı? Əbdulsəlam ibni Saleh Hərəvi nəql edir: “İmam Rzadan (ə) soruşdum: “Niyə Allah Nuhun (ə) zamanında bütün dünyanı suya qərq etdi, halbuki insanların içində uşaqlar və günahsızlar da vardı?”. Həzrət (s) buyurdu: “Qərq olanların arasında nə uşaq vardı və nə də günahsızlar.
Uşaqlar ona görə yox idi ki, Allah Təala qərq olmazdan 40 il əvvəl Nuh qövmünü sonsuz etmişdi, ona görə də qərq olan zaman uşaq yox idi.
Günahsız yox idi ona görə ki, Allah Təala heç bir günahsızı əzabı ilə həlak etməmişdir...


Bu əmələ diqqət etməklə Allahdan istə nə arzu etsən?!


Bu əmələ diqqət etməklə Allahdan istə nə arzu etsən?! Başqalarına yardım etmək insanı elə bir ali məqama çatdırar ki, heç özü də onun intizarını çəkməmişdir. Bu bayram günlərində hər kəsin evində bir qazan qaynayır. Ancaq bəzi insanlar vardır ki, iqtisadi ağır zaman onlara daha çox təsir qoyduğu üçün bayram süfrələri boşdur və uşaqlarının yanında xəcalətlidirlər. Bu insanların ehtiyaclarına diqqət göstərsək və onlara maddi yardım etsək, necə də gözəl iş görmüş olarıq. Bu gözəl əməlin bərəkətləri ilə tanış olaq:
1. Behiştdə cavidan qalmaq. “Beləliklə, Allah bu sözlərinin müqabilində onları altından çaylar axan cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar... (“Maidə” 85).
2. Şirin həyat. “Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!... (“Mursəlat” 43-44).
3. Hər nə istəsələr. “Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!”. (“Zumər” 34).
Ona görə də bu bayram günlərində ətrafımıza diqqət edək və ehtiyacı olanlara yardım etməyə çalışaq. Çünki bu əməl bizi insanlığın ən ali dərəcəsinə çatdıracaqdır./Deyerler.


Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı necə açıqlamaq olar?


Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı necə açıqlamaq olar? Bahar fəsli təbiətin oyanması, canlanmasıdır ki, bütün canlılara yeni təravət bəxş edər. Bu fəslin Qiyamət gününə bənzər bir çox xüsusiyyətləri vardır ki, onlarla tanış olaq:
1. Necə ki, təbiət uzun zaman yatandan sonra ayılmağa və cuşa gəlməyə başlayır, insanlar da bir dövr həyat sürdükdən sonar cavanlıqlarını yaşayar və sonra üzü payıza doğru hərəkət edərlər. Yaşlanar və dünyanı tərk edərlər. Necə ki, Allah bahar fəslində ölmüş torpağı yenidən dirildir, Qiyamət günü də ölən bütün canlıları bir-birinin ardınca dirildəcəkdir.
2. Bahar – bitkilərin ölmüş torpaqdan baş qaldırmasıdır. Torpaq kənara çəkilər və aylar əvvəl torpaqda gizlənmiş toxumlar başqa bir şəkildə üzə çıxmağa başlayarlar. Bu cür səhnə Qiyamətdə də təkrar olacaqdır. Ölülər ki, uzun zaman torpaqda dəfn olunmuşdular, Qiyamət günü diriləcəklər...


Məsum imamlar adi insanlardan nə ilə seçilir?


Məsum imamlar adi insanlardan nə ilə seçilir? Məsumlar özlərini “insanlardan üstün yox, insanların üstünü” kimi tanıtdırmışlar. Böyük peyğəmbərlər müxtəlif məqamlarda buyururlar: “Biz də sizin kimi bir bəşərik.” (“İbrahim” 11.) Onlar başqaları kimi zəhmət çəkmiş, ruzi qazanmış, yorularkən istirahət etmiş, acı hadisələrdən qəmlənmişlər. Məsumluq (günahsızlıq) insanın öz ixtiyarındadır. Əgər bu xüsusiyyət vergi olsaydı hansı əsasla İmamlar ideal seçilməlidilər?! Quran: “Əgər yer üzündə gəzib dolaşanlar mələklər olsaydı, şəksiz, onlara mələk peyğəmbər göndərərdik.” (“İsra\\95.) Ayədən məlum olur ki, yer üzündə yaşayan insanlara onların özləri kimi peyğəmbər göndərilmişdir. Allah peyğəmbər və İmamların başqalarından üstünlüyünü əvvəlcədən bildiyi üçün onlara öz elmindən verərək başqaları üçün nümunə etmişdir. (Biharul-ənvar, c\\10,s.170.) Biz şiələr məsum bildiyimiz on dörd nəfəri (Hz Məhəmməd (s), hz Fatimə (ə) və on iki İmam.) yalnız günahdan yox, həm də ən kiçik nöqsanlardan pak bilirik. Günahdan uzaqlıq isə bütün çalışanların çata biləcəyi bir məqamdır.


İmam Səccad (ə) xəlifənin dünya barədə təklifinə nə cavab verdi?


İmam Səccad (ə) xəlifənin dünya barədə təklifinə nə cavab verdi? İmam Baqir (ə) buyurur: “Əbdülməlik Mərvan Allahın evini təvaf edirdi. Atam da onun qarşısında təvaf edirdi. Mərvan soruşur: “Bu kimdir ki, məndən qabağa düşmüşdür?”. Dedilər: “İmam Zeynəlabidin Əli ibni Hüseyndir (ə)”. Deyir: “Onu qaytarın”. İmamı (ə) qaytarırlar və Mərvan deyir:” Ey Əli ibni Hüseyn! Mən sənin atanı öldürən kəs deyiləm. Bəs sənə nə mane olur ki, mənim yanıma gələsən?”. İmam (ə) buyurur: “Həqiqətən də atamı öldürən etdiyi əmələ görə dünyasını özü üçün məhv etdi və atam da axirəti onun üçün məhv etdi. Əgər istəyirsənsə, onun kimi ol”. Mərvan deyir: “İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən”. İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: “Allahım! Yaxın dostlarının hörmətini ona göstər!”. Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur. İmam (ə) buyurur: “O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?”...


Nəcəf diyarı öz adını nədən götürüb?


Nəcəf diyarı öz adını nədən götürüb?İbni Nəim İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Nəcəf həmin dağdır ki, Nuhun (ə) oğlu demişdi: “(Oğlu) dedi:«Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam». (“Hud” 43). Yer üzündə bu dağdan daha ucası yox idi. Allah Təala bu dağa xitab edir: “Ey dağ! Məndən sənə pənah aparmaq olarmı?”. Bu zaman dağ parça-parça oldu və Şam diyarına tərəf töküldü. Kiçik daşlara çevrildi. Ondan sonra böyük bir dənizə çevrildi və adı Ney oldu. Sonra qurudu və ona Ney Cəff dedilər. Ondan sonra insanlar bu diyara Nəcəf deməyə başladılar. Çünki bu cür adlandırmaq daha asan idi”.


Aristotel, Platon və Sokrat peyğəmbər idilərmi?


Aristotel, Platon və Sokrat peyğəmbər idilərmi? İddia edilir ki Ayətullah Cavadi Amilidən bu haqda nəzər irəli sürülüb. İddia edilir ki ayətullah Cavadi Amilinin fikrinə görə, Kuroş, Pifaqor, Aristotel, Platon və Sokrat peyğəmbər olmuşdur. Amma bu fərdlərin peyğəmbər olmasına dair Ayətullah Cavadi Amilinin dilindən gələn konkret bir münasibət yoxdur.Həqiqətdə bu beş nəfər peyğəmbər idilərmi? Başqa bir riyaziyatçı və ya tanınmış filosofların peyğəmbər olması fikri doğrudurmu? Ümumi cavab: Quran, Peyğəmbər və Əhli-Beytdən nəql olunan hədislərdə bu şəxslərin peyğəmbər olmasına dair bir dəlil yoxdur. Ancaq bəzi mütəfəkkirlər bu şəxsiyyətlər tərəfindən irəli sürülmüş ilahi təlimlərə diqqət göstərməklə, ehtimal baxımından (qəti surətdə yox) onların peyğəmbər olmasının mümkün ola bilməsini müzakirə etmişlər.Bu barədə din mütəfəkkirlərindən birindən nəql olunur ki, Orta Şərq tarixi göstərir ki, Aristotel, Sokrat və s. kəslər həzrət İbrahimin şagirdlərindən olmuşdur. Çünki o zamana qədər Orta Şərq camaatı ya inkarçı, ya da müşrik olmuşlar.


Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu?


Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu? Peyğəmbərin (s) yanına gələn dəyərli səhabə Həzrətdən (ə) soruşdu: – Ey mənim ağam, istəyirəm, mənə Hz-Zəhra (s.ə)-nın qiyamətdəki fəzilətindən xəbər verəsən.
Peyğəmbər (s): – Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər ərsəsindən gəlib keçər. Onun mübarək başı Allah qorxusundan bir görüntü, gözləri isə Tanrı nurundandır. Məhşər səhnəsində Allah-təaladan nida gələr: «Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, İmamınız Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır». Sonra başında iki ağ çadır sirat körpüsündən keçər. Ondan sonra Allah-təala Fatimə (s.ə)-yə vəhy edər: \"Ey Fatimə, istədiyini məndən dilə ki, sənə əta edib sevindirim». Fatimə (s.ə) ərz edər: «İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən». Allah-təala ona cavab verər: «Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim»...


İçki ilə bağlı olan idarələrdə (məsələn, mağaza, restoran və s.) işləmək olarmı?


İçki ilə bağlı olan idarələrdə (məsələn, mağaza, restoran və s.) işləmək olarmı? Cavab: Alkoqollu içkilər İslamda qəti qadağandır. İçki o qədər mənfur şeydir ki, onunla bağlı olan hər bir əməl günah sayılır. İçki hazırlamaq məqsədilə üzüm əkmək, o üzümü becərmək, yığmaq, şirəsini sıxmaq, şərab hazırlamaq, qablara doldurmaq, daşımaq, satmaq, satdırmaq, almaq, içmək – bütnü bu işlər haramdır və lənətə layiqdir. İçki ilə bağlı idarələrə gəlincə, əgər bir idarənin işi yalnız alkoqollu içki üzərində qurulubsa, orda işləmək olmaz (məsələn, şərab zavodu, şərab mağazası kimi yerlərdə). Bir idarənin işi yalnız içki üzərində qurulmayıbsa, amma işinin bir sahəsi içki ilə bağlıdırsa, içki ilə bilavasitə bağlı olmayan sahələrdə işləmək günah deyil. Yəni məsələn, mağazanın bir şöbəsində içki satılırsa, başqa şöbədə işləmək icazəlidir. Amma əlbəttə ki, daha yaxşı olar, imkan daxilində dindar şəxs bu cür idarələrdən bütünlükdə uzaq olsun və özünə halal bir iş yeri tapsın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter