Həzrət Əli (ə) hansı səbəbə görə şeytanı öldürmədi?


Həzrət Əli (ə) hansı səbəbə görə şeytanı öldürmədi? Cabir ibni Abdullah Ənsari nəql edir: “Biz Peyğəmbərlə (s) birlikdə Minada idik. Bir kişini gördük ki, səcdə və qunut edir, ağlayırdı. Dedim: “Ey Allahın Rəsulu! Necə də gözəl namaz qılır”. Həzrət (s) buyurdu: “Bu kişi o şəxsdir ki, atanızı (Həzrət Adəmi) behiştdən xaric etmişdir”. İ. Əli (ə) çəkinmədən ona tərəf getdi və onu silkələdi. Belə ki, sağ dişləri sola və sol dişləri də sağa getdi. Həzrət buyurdu: “Əgər Allah istəsə, səni öldürəcəyəm”. Şeytan dedi: “Allahın müəyyən etdiyi zamana qədər sən bu işə qadir deyilsən. Əgər məni öldürmək istəsən, Allaha and olsun ki, heç kəs səni düşmən bilməz, məgər o halda ki, mən düşmənlərinin mal və övladlarında müştərək olaram. Necə ki, Allah Təala buyurmuşdur: “Və onların mallarına və övladlarına şərik ol”. (İsra/64). Peyğəmbər (s) buyurdu: “Ey Əli! O, düz deyir. Qureyşdən bir nəfərin sənə kini yoxdur, məgər haramzadə olsun. Ənsardan yoxdur, məgər yəhudi olsun. Ərəbdən yoxdur, məgər nəslinə görə ittiham olunsun”...


Qurani-Kərimdən hansı surəni oxumaq mələklərin duasını qazandırar?


Qurani-Kərimdən hansı surəni oxumaq mələklərin duasını qazandırar? Hz Peyğəmbər (s) buyurur: “Hər kim “Duxan” surəsini cümə gününün gecəsi və gündüzü oxuyarsa, Allah behiştdə onun üçün evlər tikər”. Həzrət (s) başqa yerdə buyurur: “Hər kim “Duxan” surəsini gecə oxuyar, səhəri elə edər ki, 70 min mələk onun üçün istiğfar edərlər”. İmam Baqir (ə) buyurur: “Hər kim “Duxan” surəsini vacib və nafilə namazlarında oxuyarsa, Allah onu o kəslərin zümrəsindən məbus edər ki, Qiyamət günü təhlükəsiz halda gəzərlər. Ərşinin kölgəsində qərar verər, hesabı ona asan edər və əməl dəftərini sağ əlinə verər”. Bu surədə yeddi mövzuya işarə edilmişdir:
1. Quranın əzəməti bəyan edilmişdir və Qədr gecəsinə işarə edilmişdir.
2. Allahın tövhidindən, yeganəliyindən və varlıq aləmindəki bəzi nişanələrindən söz açılmışdır...


Cəhənnəm atəşinin şöləsini duyan gəncin tövbəsi necə baş vermişdir?


Cəhənnəm atəşinin şöləsini duyan gəncin tövbəsi necə baş vermişdir? Hz Peyğəmbərin (s) zamanında baş verən müharibələrdən birində adət üzrə bir neçə mömin cavan mücahidlərin ailələrinə göz-qulaq olmaq üçün Mədinədə saxlanılırdı.
Bu cavanlardan biri hamı cəbhəyə gedəndən sonra evlərdən birinin qapısının önünə gəlir və şeytan (lən) onu təhrik edir. O da qapını döymədən evə daxil olur və cavan bir qadını görür. Əli həmin qadının cisminə toxunur. Bu zaman qadın fəryad çəkməyə başlayır: “Atəş! Atəş!”. Bu söz cavanın qəlbini elə yandırır ki, bütün varlığı ilə atəş deməyə başlayır. Bədəni elə titrəyir ki, Mədinədə qalmağa xəcalət çəkir və vəzifəsini başqa birisinə tapşıraraq, oranı tərk edir. Ağlayaraq səhraya gəlir və tövbə edir. Bu cavanın imanı – qəlb imanı idi və Qiyamətə, axirətə inanan bir insan idi. Nəhayət müharibə sona çatır və Hz Peyğəmbər (s) Mədinəyə qayıdır. O, buyurur: “Həmin cavanın tövbəsi qəbul olunmuşdur, onu Mədinəyə qaytarın”...


Ruhun bәdәnlә rаbitәsi kәsilә bilәrmi?


Ruhun bәdәnlә rаbitәsi kәsilә bilәrmi? Nәzәrdәn qаçırılmаmаlıdır ki, insаn bir tаm оlаrаq tәkcә ruhdаn ibаrәt dеyil. Hәr bir tаm vаrlıqdа ruh cisimlә birlikdәdir. İnsаnın mаhiyyәti ruh ilә bәdәnin vәhdәtindәn ibаrәtdir. Yаddа sахlаmаq lаzımdır ki, bu birlik dünyа hәyаtınа аiddir. Bәrzәх vә qiyаmәt аlәmindә isә insаnın vаrlığı hәmin аlәmlәrin qаnunlаrınа münаsibdir.
Әlbәttә, insаnın ruhu ilә cismini iki әsil hәqiqәt kimi qәbul еtmәk оlmаz. İnsаn vаhid bir hәqiqәtdәn ibаrәtdir vә hәmin hәqiqәt ruhdur. Cisim isә ruh аdlı hәqiqәtә tаbеdir. Bir növ ruh kök, cisim isә budаqdır. Ölüm аnındа әsil hәqiqәt, yәni, ruh cismi tәrk еdir, bаşqа sözlә, ruhun cisimlә әlаqәsi kәsilir. Ruhlа әlаqәsi kәsilmiş cisim tәdricәn zәiflәyib fәnа оlur.


Cəhənnəm nə üçündür?


Cəhənnəm nə üçündür? Əgər Allah varlıq aləmini mərhəməti səbəbindən yaratmışsa, cəhənnəm nə üçündür?
Cavab: Yaranışda məqsəd behişt və cəhənnəm yox, Allaha doğru hərəkətdir. Allahın həm rəhmət, həm də qəzəb sifətləri var. Behişt Allahın rəhmət sifəti, cəhənnəm isə Onun qəzəb sifətinə doğru hərəkətin mənzilidir. İtaət edən insan Allahın mərhəməti, tüğyan qoparan insan isə Onun qəzəbi ilə qarşılaşır. Demək, behişt və ya cəhənnəmi seçən insan özüdür. Əgər bir şəxs günəşin nurundan gizlənib, özünü zülmətə salırsa günəşi qınamamalıdır.


Düşünmədən sizlərə pislik edən adamla necə rəftar etməlisiniz?


Düşünmədən sizlərə pislik edən adamla necə rəftar etməlisiniz? İbn Sina Şəhərlərin birindən keçəndə qəhvəxanaya dönür. Atını bir ağaca bağlayır, qarşısına bir az saman və yonca tökür. Özü isə qəhvəxanada bir yerdə oturub yemək yeməyə başlayır. Bu zaman uzunqulağa minmiş bir nəfər də oraya gəlir. O ulağını Əbu Əli Sinanın atının yanında bağlayır ki, onun atının yemindən yesin. Özü də gəlib tanımadığı məşhur alim Əbu Əli Sinanın yanında oturur. Əbu Əli Sina ona deyir: - Ulağını mənim atımın yanında bağlama. İndi ulağ onun yoncasından yeyəcək və at da təpik atıb sənin ulağının vurub qıçını sındıracaq. Ulağ sahibi onun sözlərini eşitməməzliyə vurur və əhəmiyyət vermədən yemək yeməyə məşğul olur. Birdən at təpik atıb uzunqulağın qıçını sındırır... Əbu Əli Sina orada sonradan dillərə düşmüş bu məşhur kəlamı deyir: “Əbləhlərin cavabı susmaqdır”.


Tavus Yəmani İmam Səccaddan (ə) hansı duanı öyrəndi?


Tavus Yəmani İmam Səccaddan (ə)  hansı duanı öyrəndi? Tavus Yəmani deyir: \"Bir gecə Kəbənin kənarından keçirdim, gördüm ki, İmam Səccad (ə) Hz. İsmail (ə) məqamına daxil olaraq səcdə etdi. Fikirləşdim ki, bu şəxs Risalət ailəsindəndir. Yaxşı fürsətdir ki, onun sözlərinə qulaq asaraq bilim ki, o həzrət səcdədə hansı duanı oxuyur! İmam Səccad (ə) səcdədə bu duanı edirdi: \"Sənin zəif bəndən evinə üz tutub, çarəsiz bəndən Sənə üz tutubdur! Sənin əli boş bəndən səni çağırır\".
Tavus deyir: İmamın bu səcdə duasını öyrənib hər zaman ki çətinlik, çıxılmaz vəziyyət və ya qəm mənə üz verərdi bu duanı oxuyar və xoşluqlar əldə edərdim. Mənbə: Kəşful Ğümmə, cild: 2, səh: 273


Məsum imamların dövründə xəlifələr növruz bayramını qeyd edirdilərmi?


Xəlifələrin həyatında Novruz bayramı: Əllamə Seyyid Murtəza Cəfəri özünün Əl-Məvasim vəl-Mərasim kitabının 98-99-cu səhifəsində yazır: “Əhli sünnət Novruzu möhtərəm bilir və bir-birlərinə hədiyyələr göndərirdilər. Xəlifə Mütəvəkkil Abbasi Novruz zamanı bəzi xüsusi şirin şeylər bişitdirər və camaat arasında paylayardı.” (Əd-Diyarat səh. 57)
Muqtədir Abbasinin anası da bu günü əziz bilirdi. (Nuşvarul-Muhazerat c 1, səh. 293) Kitabın yazdığına görə Mənsur Dəvaniqi də Novruzu qeyd etmişdir. Bəzi mənbələr Mənsur Dəvaniqiyə nisbət verərək saxta hədis düzəltmişlər. O, hədisin saxtalığına bu kifayət edər ki, həmin ravini heç bir hədis alimi tanımır və adını qeyd etməyib. Həccac bin Yusif Səqəfi də Novruz təntənə ilə qeyd edənlərdən olmuşdur. (Əl-əvail c 2, səh. 34) Bütün bu hadisələr baş verdikdə isə heç bir İslam alimi onlara bu işi irad tutmurdu. (Əl-Məvasim vəl-Mərasim kitabı 98-99) Araşdırdı - Mahir Şəkərov


İnsan Allah yolunda dost və düşmənçiliyini necə bilsin?


İnsan Allah yolunda dost və düşmənçiliyini necə bilsin? İmam Həsən Əsgəri (ə) cəddi barəsində nəql edərək buyurur: “Peyğəmbər (s) səhabəsinə buyurur: «Ey Allah bəndəsi! Allah yolunda sev və nifrətə malik ol, Allah üçün məhəbbət və düşmənçilik et. Allah Təalanın vilayətinə çatmazsan, məgər onunla». Həmin şəxs Həzrətə (s) deyir: “Allah yolunda dostluq və düşmənçiliyimi necə bilim? Allahın vəlisi kimdir ki, (onu) sevim. Allahın düşməni kimdir ki, düşmən biləm?” Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edərək buyurur: “Onu görürsən?”. Həmin şəxs deyir: “Bəli”. Həzrət (s) buyurur: “Bu, Allahın vəlisidir, ona görə də onu sev. Düşməni – Allahın düşmənidir, ona görə də onu düşmən bil. Dostunu sev, hətta əgər atanın və övladının qatili olsa belə. Düşmənini düşmən bil, baxmayaraq ki, atan və övladın olsa belə”.


Həzrət Əlinin (ə) 12 açıq-aydın fəziləti (qısa kəlamda) necə bəyan etmək olar?


Həzrət Əlinin (ə) 12 açıq-aydın fəziləti (qısa kəlamda) necə bəyan etmək olar?Hz. Əlinin (ə) hədis və tarixi faktlarla üstünlükləri:
1. Həzrət Əli (ə) iştirak etdiyi bütün döyüşlərdən qələbə ilə qayıtmışdır. (1)
2. Peyğəmbər (ə): “Əli insanların ən şücaətlisidir”. (2)
3. Döyüşdə rəqibini bir zərbə ilə öldürürdü. Hədis: “Onun (Əlinin) qılınc zərbəsi həmişə bir zərbə olurdu”. (3)
4. Peyğəmbər (s) buyururdu: “Əli Allahın düşmənlərinə qarşı çəklilən Allahın qılıncıdır”. (4)
5. Hz Əli (ə) daha çox piyada döyüşürdü. Ata minsəydi də onun üçün o qədər önəmli deyildi.
Həzrətdən ata minməməsinin səbəbini soruşdurqda buyurdu: “At ya düşməni təqib etmək üçündür, ya da döyüş meydanından qaçmaq üçün. Mən nə düşmənə arxa çevirib qaçıram, nə də qaçanı təqib edirəm. Bəs at mənim nəyimə lazımdır?!”. (5)...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter