Namaz qılmayan insan kafir olurmu?


Namaz qılmayan insan kafir olurmu?Kafir - o kəsdir ki, Allahın varlığını, ya Qiyamət gününü, ya peyğəmbərlərin (ə) risalətini, ya da dini zərurətlərindən birini inkar edər. Bu cür insan dinin nəzərində xüsusi hökmlərə malikdir. Lakin insan əgər namaz qılmırsa, kafir sayılmaz. O zaman kafir sayılar ki, bilərəkdən və agah şəkildə bu vacibatı inkar edər, onu tərk edər. Lakin o insan ki, cahil və ya tənbəl olduğu üçün namazı qılmaz və ya tərk edər - kafir deyildir. Gərək tövbə edib bu vacibatı yenidən yerinə yetirsin. Belə ki, Ayətullahül-üzma Xameneyi buyurur: “Namazı, orucu və başqa vacibatları tərk etmək müsəlmanın kafir və nəcis olması demək deyildir. O zamana qədər ki, kafirliyi sübut olmayıb, başqa müsəlmanların hökmündə sayılır”...


Ticarətdə bahaçılıq yaradan insanların şəxsiyyəti haqda məsumlar nə buyurmuşlar?


Ticarətdə bahaçılıq yaradan insanların şəxsiyyəti haqda məsumlar nə buyurmuşlar?Dinimiz buyurur ki, möhtəkirlik cəmiyyətə həm iqtisadi, həm də mənəvi zərbə vurur. İmam Əlidən (ə) nəql edirlər: «Möhtəkirlik məhrumiyyətə səbəb olar». İmam Əlinin (ə) Malik Əştərə buyurur: «(Misir Valisi!) Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyib və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir». -İmam Əli (ə): «Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur».
Peyğəmbərdən (s) nəql olunur: «Hər kəs qida məhsulunu bahalaşma ümidi ilə qırx gün saxlasa, Allahdan bezar olmuşdur və Allah da ondan bezardır».


Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanarmı?


Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanarmı? Cavab 1: Yerin səthi torpaq, daş, kərpic və bu qəbildən olan şeylər olmalıdır. Buna əsasən, xalça, həsir, ot və bu kimi şeylərin üzərində yeriməklə nəcasətli ayaq və ayaqqabı altı pak olmur. Vacib ehtiyata əsasən, nəcasətli ayaq və ayaqqabı altı asfaltın üzərində və taxta döşəmənin üstündə yeriməklə, həmçinin,divara sürtməklə pak olmur. Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət hökmləri\",məs.177-178 Cavab 2: Yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz... Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.200-201


Allah-Taalaya (c.c) inam insanın həyatında nə rol oynayır?


Allah-Taalaya (c.c) inam insanın həyatında nə rol oynayır? Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur. Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.


İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur?


İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur? Allahın razılığını qazanmaq məqsədi ilə görülən bütün işlər ibadətdir. Körpə qızcığazı yaxşı işlərə həvəsləndirmək üçün ona sırğa almağınız da ibadətdir. Mütaliəyə məşğul olan müəllimin məqsədi pul qazanmaqdırsa, bu mütaliə ibadət deyil. Amma bu müəllimin Allaha xatir mütaliə etdiyini düşünüb ona həvəslə xörək hazırlayan aşpaz ibadətlə məşğuldur. Bəli, günü kitabxanada keçən insan cəhənnəmə, mətbəxdə ömrünü başa vuran aşpazın behiştə getməsi mümkündür.


Əmr be məruf və nəhy əz münkərin təsiri yoxdursa, nə etməli?


Əmr be məruf və nəhy əz münkərin təsiri yoxdursa, nə etməli? Daha təsirli danışmaq qabiliyyəti olan şəxsdən xahiş edin ki, bu işi yerinə yetirsin. Allah-taala hz Musaya Fironun islahını əmr edəndə Musa daha üstün bəyanı olan qardaşı Harunu köməkçi istədi. (“Qəsəs”, 34.) Bəzən bir tərzdə deyilən söz təsirsiz olduqda başqa bir tərzdə təkrarlandığı vaxt təsir edir. Quru ağacı qırmaq üçün bir neçə balta zərbəsinə ehtiyac olur. Quranda buyurulur: “Təsirli olsun deyə, biz Quranda sözümüzü müxtəlif şəkillərdə bəyan etdik.” (“İsra”, 41.) Sözün təsirində deyim tərzinin rolu var. Əmr be məruf və nəhy əz münkərin şərtlərinə görə hər insana söz deməyin öz yolu var...


İmam Zaman ağanın (ə.f) zühuru zamanı ona hansı peyğəmbərlər (ə) yardım edəcək?


Axır-əz-zamanda İmam Zaman ağaya (ə.f) yardım edəcək peyğəmbərlərlə (ə) bağlı nəzərlər iki qismə bölünür. Bir qisim hədisə görə, çox az sayda peyğəmbərlər (ə) zühur zamanı yardım edəcəklər. O cümlədən:
1. Həzrət Xızr (ə). İmam Rzadan (ə) gələn hədisə əsasən, Həzrət Xızr (ə) İmamın səhabələrindən olacaqdır.
2. Həzrət İlyas (ə). Həzrət Xızr (ə) və Həzrət İlyasın (ə) İmam (ə.f) kimi uzun ömrü olduğu üçün, ehtimal verilir ki, bu peyğəmbərlər İmamın (ə.f) səhabələrindən olub, ona zühurda yardım edəcəklər...
İkinci qisim hədisə əsasən isə bütün peyğəmbərlər (ə) axır-əz-zamandakı qiyamda iştirak edəcəklər. İmam Baqir (ə):“Allah Adəmdən (ə) tutmuş bu yana, gələn peyğəmbərləri dünyaya qaytaracaq ki, Əmirəl-mömininə (ə) yardım etsinlər”.


İslam maarifinə əsasən Yoxsulluğa səbəb olan 9 amil nələrdir?


İslam maarifinə əsasən Yoxsulluğa səbəb olan 9 amil nələrdir? İnsan üç növ yoxsulluq ilə mübarizə aparar. Biri odur ki, bəzi dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. Digəri - o yoxsulluqdur ki, möminlərin günahının kəffarəsidir. Üçüncüsü - o yoxsulluqdur ki, möminin dərəcənin artması üçündür.
1. Halal olmayan rabitə.Hzrət Peyğəmbər (s) buyurur: “Zinanın beş ziyanı vardır: abırı aradan aparar, yoxsulluğa səbəb olar, ömrü qısaldar,...
2 Yaxın qohumlarla əlaqəni kəsmək. Əmirəl-möminin (ə) buyurur: “Qohumluq rabitəsini kəsmək – yoxsulluq gətirəndir”.
3. İsraf. İmam Sadiq (ə) buyurur: “İsraf insanı yoxsul edər və iqtisadiyyatı düzgün tənzim etmək isə ehtiyacsızlığa səbəb olar”.
4. Yalana adət etmək. Əmirəl-möminin (ə) buyurur: “Yalana adət etmək yoxsulluq gətirəndir”...


Niyə hədislərdə bəzən yoxsulluq mədh olunur?


Niyə hədislərdə bəzən yoxsulluq mədh olunur? Yoxsulluq İslam dininin nəzərində bəyənilməyən və məzəmmət olunan ictimai haldır ki, dinimiz bütün qanunları ilə onu aradan qaldırmağa cəhd edir. Lakin bəzən elə hədislərə rast gəlirik ki, dinimizin məzəmmət etdiyi yoxsulluğu mədh edir. Bəs niyə? İmam Əli (ə): “Yoxsulluq şəhadət kimidir ki, Allah yanında xəzinələri vardır və onu hər kimə istəsə əta edər”. İmam Cavad (ə): “Səbir balışına başını qoy, yoxsulluğu ağuşuna al və şəhvətləri özündən qov”. Təbiidir ki, rifah içində olan həyat yoxsul həyatdan daha üstündür. Ancaq əgər insanın malik olduğu sərvət onu Allaha itaətsizliyə vadar edərsə və qəflətə salarsa, bu zaman yoxsulluq mədh olunmağa başlayar. Yoxsul insanın Allaha diqqəti zəngin və rifah içində olan insanın diqqətindən daha çox olar. Ona görə də bu cür yoxsulluq təbiidir ki, qəflətdə olan zənginlikdən daha yaxşıdır.


Islam maarifinə əsasən ən yoxsul insan kimdir?


Islam maarifinə əsasən ən yoxsul insan kimdir? Bu dünyada ən yoxsul və ən fəqir insan – cahil insandır. Ona görə də deyə bilərik ki, yoxsulluqdan da pis bəla – cəhalətdir. O cahil ki, dini mərifətdən uzaqdır, o, ən yoxsul və ən bədbəxt insandır.
Allah Təala Quranda buyurur: “Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”. (“Rum” 7).
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) xitab edərək buyurur: “Ey Əli! Yoxsulluq və fəqirlik nadanlıqdan ağır deyildir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter