Hz Xızrın (ə) Hz Musaya (ə) son tövsiyələri nə haqda olmuşdur?


İmam Sadiqdən (ə) buyurdu: “Hz. Xızırın Musa (ə) peyğəmbərə sonuncu sifarişi bu oldu ki:
1)Günahına görə heç kəsin abrını aparma!
2) Bil ki, Allah yanında ən sevimli iş bunlardır: Nemət əldə etdikdə orta həddi qorumaq, Qudrət əldə etdikdə bağışlayan olmaq, Allah bəndələri ilə keçinmək. Bu dünyada bəndələrlə keçinməyəni, qiyamətdə Allah da keçirməz (bağışlamaz).
3) Bil ki, hikmətin əvvəli Allah qorxusudir!” Şeyx Səduq. Xisal 1/111)


Imam Əlinin (ə) misilsiz kəlamında dostlarnı ən xeyirli kimdir?


İmam Əli (ə) məhz belə isanlara dostluğ etməyi tövsiə edir:
1-\"Dostların ən xeyirlisi nəsihətə qulaq asan, bu nəsihəti az çəkişdirəndir\" (Ğurərul-hikəm 4978)
2-\"Dostların ən xeyirlisi səni sübhan olan Allahın itaətində danlayandır (zəiflik göstərdiyində, nəin ki eyib və nöqsan tutan)\"(Ğurərul-hikəm-4986)
3-\"Dostların ən xeyirlisi o kəsdir ki, ondan ayrıldıqda sənin üçün darıxsın.\" (Ğurərul-hikəm-5018)
4-\"Dostların ən xeyirlisi odur ki, səni dürüslüyə öz dürüstlüyü ilə, yaxşı əməllərə öz yaxşı əməlləri ilə sövq etsin.\" (Ğurərul-hikəm- 5022)...


Allahla bağlı insanları düşündürən 2 ən mühüm suala gözəl cavab?!


Uzun illərdən bir çox şəxslərdən və alimlərdən verdiyi suala istədiyi cavabı almayan ateist bu dəfə həmin sualları daha bir alimə ünvanlayır. Həmin sualı və cavabı İslaminSesi sizə təqdim edir.
Ateist: \"Mənim sualım medalın iki üzü kimidir. Bir üzü belədir: Allah bütün kainatı yaratdı və Quranda da bundan bəhs olunar. Dağları yaratmağından və hey imtahanlardan bəhs edər. Mənim sualım belədir: Allah Adəm və Həvvanı yaratmazdan öncə bütün gələcəyi bilirdi və bilirdi ki, insan onun ümidlərini puç edəcək. İnsanların cəhənnəmə gedəcəyini və orada işgəncə görəcəklərini bilirdi. Qısaca, bütün kainatı yaratmazdan öncə nəticələri aydın idi. Cənnətə gedənlər heç, amma cəhənnəmə gedənlərə mane ola bilərdi. Təbii ki, yaratmazdan öncə bunu da bilər. Amma etmədi və öz məntiqi ilə yaratmağa davam etdi. Niyə Allah belə olacağını bilə-bilə onları yaratmağa davam etdi?...


Hər kim bu surəni oxuyarsa, 70 min mələk onun üçün istiğfar edər?


Hər kim bu surəni oxuyarsa, 70 min mələk onun üçün istiğfar edər?Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Duxan” surəsini cümə gününün gecəsi və gündüzü oxuyarsa, Allah behiştdə onun üçün evlər tikər”.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kim “Duxan” surəsini gecə oxuyar, səhəri elə edər ki, 70 min mələk onun üçün istiğfar edər”.
İmam Baqir (ə) buyurur: “Hər kim “Duxan” surəsini vacib və nafilə namazlarında oxuyarsa, Allah onu o kəslərin zümrəsindən məbus edər ki, Qiyamət günü təhlükəsiz halda gəzərlər. Ərşinin kölgəsində qərar verər, hesabı ona asan edər və əməl dəftərini sağ əlinə verər”.


Ölüyə Quranın \'\'Yasin\'\' surəsini oxumaq olarmı? Şübhəyə cavab


Ölüyə Quranın ''Yasin'' surəsini oxumaq olarmı? Şübhəyə cavab Biz bu suala yenə məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab verəcəyik. Məhəmməd Həqqi həzrətləri \'\'Sirlər Xəzinəsi\'\' kitabında (\'\'Hazinətül-Esrar\'\' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis)
-Peyğəmbər(s) buyurub: \'\'Yasin\'\' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.\'\' \'\'İslami həqiqətlər\'\' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində)
-Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: \'\'Gecə sırf Allah rizası üçün \'\'Yasin\'\' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.\"


Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)?!


Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)?!Hz. Əli (ə) xütbələrinin birində insanın islah yolunu və Allaha yaxınlıq yolunu bəyan edərək buyurur:
1-“Ey Allah bəndələri bilin və agah olun! Bəndəni Allaha yaxın edəcək vasitələr yalnız bunlardır!
2- Allaha iman gətirin! Onun mələklərinə (qeybə) və vəhyinə (bütün İslam etiqadına) iman gətirin!
3- Allah yolunda səy edin! Bu İslamın ən ali hədəfidir!
4- Həmçinin insan təbiətinin və fitrətinin (daxili aləmi) tələbi olan “Şəhadəti” iqraq edin! (Allaha və peyğəmbərə)
5- Ramazan ayının orucunu tutun! Bu Allahın qəzəbindən və oddan qoruyan divardır...


Quranda adı keçən və təhdid edilən “Əshabul-uxdud” kimlərdir?


Quranda adı keçən və təhdid edilən “Əshabul-uxdud” kimlərdir?... “Qəsəsul-ənbiya” kitabında İmam Sadiq (ə) Hz. Əlidən (ə) nəql edir ki, Allah Təala həbəşli bir peyğəmbəri qövmünü doğru yola dəvət etmək üçün onlara göndərdi. Peyğəmbər onları Allahın dininə dəvət edirdi. Qövmündən kafir olanlar iman gətirənlərlə döyüşdü və möminləri məğlub edib içində yanar tonqal olan xəndəyə tökürdülər. Hətta deyirdilər kim bu peyğəmbərdən üz çevirsə azaddır, ondan dönməyənlər isə odda yandırılacaq. Beləcə böyü bir kütlə peyğəmbərdən üz çevirdi, çoxlu sayda insan isə oda atılıb yandırıldı. Qeyd edək ki, Nəcran hazırda Səudiyyənin Yəmənlə sərhəddində yerləşən bir əyalətdir.


Hər namazdan sonra 3 dəfə Allahu-Əkbər deməyin hikməti nədir?


Hər namazdan sonra 3 dəfə Allahu-Əkbər deməyin hikməti nədir?İslam alimləri bu əməli müstəhəb hesab etmişlər. Hədislərdə bu əməlin əhəmiyyəti haqda İmam Sadiqdən (ə) belə bir hədis nəql olunur: “Allahın Rəsulu (s) Məkkəni fəth etdikdə səhabələri ilə birgə, Həcərul-əsvədin yanında camaat namazı qıldı. Həzrət namazı qurtaran kimi, namazın salamlarından dərhal sonra əllərini 3 dəfə qaldırdı və hər dəfəsində təkbir dedi və sonra dua oxudu. Sonra üzünü əshabına tutub buyurdu: -Bu dua və təkbirləri vacib namazlardan sonra tərk etməyin. Beləki bu dua və təkbirlər Allah Təalanın müsəlmanlara kafirlər üzərində verdiyi qələbəyə şükranlıq nişanəsidir. “ (Vəsailuş-şiə 6/452) Mərhum İmam Xomeyni (r) bu üç təkbiri belə mənalandırıb: “Bunlar bir bəndənin, yaradan Mütəal Allah qarşısında öz zəlilliyini, nöqsanını, acizliyini, günahlarını etiraf etməsi mənasındadır.”(Adabe namaz)


Hansı üç dəstənin duasına hamının ehtiyacı vardır ki, istəkləri geri dönməz?!


Hansı üç dəstənin duasına hamının ehtiyacı vardır ki, istəkləri geri dönməz?!İmam Baqir (ə) duası Allah dərgahında mütləq qəbul olunan, geri çevrilməyəm 3 dəstəyə işarə edərək buyurur: “Üç dəstənin duası Allah dərgahında geri qaytarılmaz. Bunlar:
1-Atanın övlad üçün duası. Bu övladın ataya etdiyi yaxşılığına görədir. Yaxud atanın övlad üçün bədduası. Bu övladın itaətsizliyə görədir.
2- Zülmə məruz qalan bir kəsin, ona zülm edən zalim barəsindəki nifrin və bədduası.Yaxud həmən məzlumun (zülmə məruz qalmışın), onun intiqamını alan biri barədə etdiyi xeyir-dua.
3- Biz Əlhi-Beytə (ə) xatir bir möminin digər möminə etdiyi köməyə görə, həmin (kömək olunan) möminin etdiyi xeyir-dua.


Bu ilahi göstərişlərə əməl edin ki, ömrünüz uzun və bərəkətli olsun?!


Bu ilahi göstərişlərə əməl edin ki, ömrünüz uzun və bərəkətli olsun?!Dini mətnlərdə bir neçə işlər tövsiyə olunub ki, Allah Təala bu işlərə diqqət edənlərin ömrünü uzadar və bərəkət dolu üzün ömür bəxş edər:
1-Xoş və gözəl əxlaqlı olmaq: İmam Sadiq (ə) buyurub: “Yaxşı əməl və gözəl əxlaq insanın dünyasını abad edər və ömrü uzun edər.”
2- Qonşularla gözəl rəftar: İmam Sadiq (ə) buyurub: Qonşularla xoş rəftar ömrü uzadar, dünyanı abad edər.
3- Valideynlərə yaxşılıq və onlarla xoş rəftar: İmam Sadiq (ə) buyurub: “Əgər istəyirsənsə Allah ömrünü uzun etsin, valideynlərini sevindir.”
4- Ailədə gözəl rəftarlı olmaq. İmam Sadiq (ə) buyurub: “Kim öz ailəsi ilə gözəl, yaxşılıqla rəftar edərsə ömrü uzanar.”
5- Gözəl, təmiz niyyətli olmaq ömrü uzadar. Peyğəmbər (s) buyurub: Kim niyyətini saflaşdırsa, paklasa ömrü uzanar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter